Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   55   56   57   58   59   60   61   62   ...   91

Artıq  Otuzillik  müharibənin  gedişində  aydın  oldu  ki,  mövcud 
iqtisadi,  demoqrafik  və  digər  imkanların  reallaşdırılmasını,  effektiv 
hərbi  qüvvələrin  yaradılmasını  və  genişləndirilməsini  yalnız  güclü 
mərkəzləşmiş dövlət həyata keçirə bilər. Məhz Fransa, İsveç, Avstriya, 
İngiltərə,  Rusiya  və  sonra  Prussiya  kimi  dövlətlər  beynəlxalq 
münasibətlər sisteminin əsasını təşkil etməyə başlayır. 
Qeyd  etmək  lazımdır  ki,  Otuzillik  müharibənin  gedişində 
Vallenşteyn tərəfindən geniş miqyasda yeni prinsip tətbiq olundu, yəni 
müharibə  özü-özünü  qidalandırmalıdır.  Nizamsız  soyğunçuluq 
keçmişdə qaldı. Onun yerinə işğal edilmiş torpaqların amansız talanı 
gəldi  ki,  o  daha  sistematik  və  hətta  qanuniləşmiş  xarakter  hədsiz 
təzminatların  alınması  kəsb  etmişdi.  Bu  üsul  Napoleon  tərəfindən 
təkmilləşdirilmişdi. 
Ancaq  qeyd  etmək  lazımdır  ki,  hərbi  texnikanın  eyni  inkişaf 
səviyyəsində  də  ayn-ayn  dövlətlər  önə  çıxmışdır.  İngiltərənin 
nümunəsində  hər  şey  aydındır.  XVI  əsrin  ikinci  yarısı  -  XVII  əsrin 
birinci yarısında iqtisadi yüksəlişlə əlaqədar olan üstünlüklər effektiv 
sosial-siyasi  təşkilatla  tamamlanmışdı.  «Yeni  nümunəli  ordu»nun 
yaranması,  nəinki,  vətəndaş  müharibəsində  qələbəyə  şərait  yaratdı, 
həm 
də 
Şotlandiya 
və 
İrlandiyanın 
tabe 
edilməsinə, 
İngiltərə-Hollandiya  ticarət  müharibələrində  uğurlara  gətirdi.  Ticarət 
yollarının Aralıq dənizindən Atlantik okeanına keçirilməsi İngiltərəni 
Avropanın  «uzaq  tənha  yerin»dən  ticarət  əlaqələrinin  qovşağına 
çevirdi. Britaniyanın dəniz qüdrəti yüksəlməyə başladı. Qısa müddətdə 
ticarət  və  hərbi  gəmilərin  yeni  növü  formalaşırdı,  o  isə  Aralıq 
dənizində həmin dövrdə iki min il ərzində hökmranlıq edən (XIX əsrin 
ortalarında  buxarla  işləyən  və  zirehli  gəmi  donanmasına  keçiddən 
sonra bu tip on ildən az vaxtda aradan çıxdı) gəmilərdən fərqlənirdi. 
İngiltərə donanmasının nizamı və ənənələri, komplektləşdirmə və sərt, 
hətta  terrorist  intizaım,  baza,  kəşfiyyat,  məlumat  sistemi  dirçəlirdi. 
XIX  əsrin  əvvəli  üçün  bu  cür  səciyyələndirilən  belə  bir  vəziyyət 
yaranmışdı; «Britaniya taxta divarlarla əhatə olunmuşdur. Bu divarlar - 
onun donanmasının gəmilərininin bortlarıdır». İngilislərin dənizlə sıx 
əlaqəsi, adada həyatın donanmadakı vəziyyətdən asılı olmasının dərk 
edilməsi  dəniz  qüdrətinin  milli  maraqla  eyniləş-  dirilməsinə  gətirib 
çıxarmışdı. Adanın mövqeyini təhlükəsiz edə 
180 


rək, İngiltərə hökuməti müstəmləkələr uğrunda mübarizə apara, lazım 
olan  zaman  subsidiyaları  manipulyasiya  etməklə,  öz  maraqlarını 
qorumaq üçün bu və ya digər dövləti cəlb edərək Avropanın işlərinə 
müdaxilə edə bilərdi. 
İsveçin  vəziyyəti  isə  bir  başqa  idi,  onun  hərbi  qüdrəti  bütün 
Avropanı yüz illər ərzində qorxu altında saxlayırdı. İsveç kəndlilərinin 
özünəməxsus sosial-iqtisadi mövqeyi hesabına Otuzillik müharibənin 
gedişində dəqiq hərbi təşkilatı yaratmaq mümkün oldu. Hərbi qüdrətə 
dayaq  olan  isə,  bu  zaman  İsveçin  dəmir  istehsalçısı  kimi  Avropanın 
yarısını  təchiz  etməsi  kimi  müstəsna  mövqeyi  oldu.  XVII  əsrin 
ortalarında İsveç özünəməxsus «sahil imperiyasına» çevrildi, o. Baltik 
dənizinə tökülən çayların mənsəblərini və nəticə etibarilə. Baltik çörək 
ticarətini  nəzarət  altına  ala  bildi.  Hərbi  üstünlüklərin  reallaşdırılması 
açıq iqtisadi faydalar gətirdi. İsveçin hərbi prestiji kifayət qədər yüksək 
idi və onun Şimal müharibəsi zamanı süqutu Avropa dövlətlərinə güclü 
təsir etdi. 
Yeddiillik  müharibəyə  qədər  hərbi  gücün  tərkib  elementləri 
keyfiyyət  dəyişiliklərinə  məruz  qalmadı.  Həqiqi  mənada  Yeddiillik 
müharibə  XVI  əsrdən  bəri  tətbiq  edilən  metodlarla  yaradılmış  və 
sonradan təkmilləşdirilmiş hərbi qüvvələrin şahidi oldu: muzdlular və 
ya əsgərlərdən təşkil olunmuş, nisbətən, kiçik yaxşı hazırlanmış ordu 
(uzun  illər  ərzində  yaxşı  «əhliləşdirilmiş»),  xarici  subsidiyalar, 
əvvəlcədən  hazırlanmış  ərzaq,  yem  sursatı,  silah  sursatı.  Bu  növ 
metodlar və müharibənin aparılması miqyası həmin dövrdə çiçəklənən 
«kabinet  diplomatiyası»na  uyğun  gəlirdi.  Təsadüfi  deyil  ki,  həmin 
dövrdə daha çox müvəffəqiyyəti koalisiya qüvvələrinə qarşı duran II 
Fridrixin  diplomatiyası  və ordusu qazandı.  Eyni  zamanda, Avropada 
toqquşan  dövlətlərin  feodal-  mütləqiyyətə  əsaslanan  hərbi  və  xarici 
siyasi təşkilatlarının ey- nicinsliyini vurğulamaq lazımdır. 
3.2.
 
Mərhələ fərqi probleminin yaranması 
Avropanın  özündə  əsil  qalibi  müəyyən  etmək  çətin  idi. 
Müstəmləkələrdə  və  dənizlərdə  fransızların  ingilislər  tərəfindən  tam 
məhvi açıq aşkar idi (doğrudur, Fransanın hərbi donanması müharibə 
ərəfəsində say etibarilə ingilislərə çatırdı). Şimali Ame 
181 


rikada  qüvvələrin  qeyri-bərabərliyi  nəzərə  çarpırdı.  Orada,  əsasən, 
hindularla  ticarət  aparan  bir  neçə  min  fransız  sakini  ingilis 
müstəmləkələrinin yüz minlərlə sakininə qarşı dura bilməzdi, onların 
təsərrüfatı nəinki onların  özünü, həm də metropoliyadan  göndərilmiş 
qoşunları təmin edirdi (bu cür vəziyyət onunla bağlı idi ki, fransız və 
ingilis  kolonizasiyası  tamamilə  fərqli  cəhətlərə  malik  idi).  Bu  fərq, 
bunu  vmruşan  tərəflər  arasında  mərhələ  fərqi  də  adlandırmaq  olar, 
İngiltərəyə  sözsüz  qələbəni  təmin  etdi.  Doğrudur,  XVIII  əsrin  ikinci 
yarısında  mərhələ  fərqi  faktoru  tam  özünü  büruzə  vermirdi,  ancaq 
sonra o daha böyük rol oynamağa başladı. 
Dövlətin hərbi qüdrəti və onu təşkil edən faktorlar müharibənin 
gedişində  Fransada  inqilab  və  imperiya  ilə  əlaqədar  ciddi  şəkildə 
yenidən  qiymətləndirildi.  Bu  iyirmi  ildən  çox  davam  edən  müharibə 
dövrü  sənayeyə  qədərki  cəmiyyətə  aid  edilən  bu  miqyasda  ən  son 
konflikt oldu.  Ancaq artıq bu müharibələrin  gedişində dövlətin  hərbi 
gücünə  təsir  edən  yeni  faktorlar  ortaya  çıxdı.  Şübhəsiz  ki,  bu 
müharibələrin əksəriyyətində ən  güclü  ordu  fransız ordusu idi. Onun 
düşmənləri  hərbi  əməliyyatların  gedişində  vuruşmağı  öyrənməli 
olurdular. Bu təlimin dəyəri isə çoxsaylı məğlubiyyətlər və itkilər oldu. 
Belə  güman  olunur  ki,  Fransanın  hərbi  potensialının  artması  XVIII 
əsrin sonunda inqilabın nəticələri ilə bağlıdır. Ancaq Fransanın hərbi 
gücünün bəzi gələcək elementləri artıq  «köhnə nizamda» da mövcud 
idi:  Qərbi  Avropada  ən  böyük  əhali,  çoxsaylı  müharibələrdə  yaxşı 
təkmilləşdirilmiş  silahlar,  mərkəzləşmə  ənənələri.  Ancaq  inqilabın 
nəticələri açıq üstünlüklər gətirdi. Ordunun şəxsi heyətinin keyfiyyəti 
əsaslı dəyişdi. Birincisi, əsgərlərin əsas kütləsini inqilabi sosial-iqtisadi 
və siyasi dəyişikliklərin real nəticələrindən dadmış və onları müdafiə 
etməyə hazır olan insanlar təşkil edirdi.  İkincisi,  öz dövrünə görə  ən 
effektiv və insan resurslarının səfərbər edilməsinə şərait yaradan hərbi 
mükəlləfiyyət sistemi  yaradıldı. Bu döyüşə əvvəlcədən üstün olan və 
yüksək  döyüş  ruhu  olan  qüvvələr  göndərilirdi.  Üçüncüsü,  inqilabdan 
sonrakı  ilk  illərdə  fransız  cəmiyyətinə  xas  olan  yüksək  şaquli 
hərəkətlilik,  yüksək  komandanlıq  və  inzibati  postlara  həqiqətən  də 
ağlına  və  cəsarətinə  görə  seçilən  insanların,  mənşəyindən  asılı 
olmayaraq, gəlməsinə gətirdi. Qısa dövr ərzində Fransa ordusu unikal 
komanda heyə 
182 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə