Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   57   58   59   60   61   62   63   64   ...   91

Ştabla  Prussiya  ordusunun  idarə  sistemi  idi.  Artıq  dahi  tək  bir 
sərkərdəyə  ümid  bəslənmirdi.  Onun  yerini  hər  biri  etibarlı  olan, 
digərin^ əvəz edə bilən, həmkarını izahsız başa düşən və komandada 
işləyə  bilən  yaxşı  hazırlannuş  «simasız  insanlar»dan  təşkil  olunan 
nizamlı təşkilat tutmuşdu. Əvvəlcədən ardıcıl olaraq həyata keçirilən 
plan  işlənib  hazırlanmışdı.  Təşkilatçılıq  səviyyəsinə  görə, 
Almaniyanın  Baş  Ştabı  həmin  dövrdə  daha  çox  inkişaf  etmiş 
dövlətlərdə  formalaşan  iri  korporasiyanın  rəhbərliyini  xatırladırdı. 
Alman hərbi maşınının lərzəyə gətirən effektivliyinə görə ona həsəd 
aparırdılar və həm müttəfiqlər, həm də düşmənlər onu təqlid etməyə 
çalışırdı. 
3,4.
 
Yetkin sənaye cəmiyyəti 
XIX əsrin son rübündən və Birinci Dünya müharibəsinə qədər 
mürəkkəb  təşkilati-texniki  komplekslər  yaranmağa  başladı  ki,  onlar 
hərbi əməliyyatların hazırlanması və aparılmasını həyata keçirməli idi. 
Onlara  planları  hazırlayan  baş  ştablar,  səfərbərlik  sistemləri,  kütləvi 
orduların  cəbhəyə  göndərilməsi,  bütün  mümkün  ehtiyatların 
toplanması, uzun illər ərzində yaradılan nəqliyyat infrastrukturu daxil 
idi.  Bütün  bunlar  sıx  surətdə  bir-  biri  ilə  bağlı  idi.  1914-cü  il  iyul 
böhranının  göstərdiyi  kimi,  bu  sistemlər  artıq  o  qədər 
mürəkkəbləşmişdi  ki,  bir  dəfə  işə  salındıqdan  sonra  onları  praktik 
olaraq  dayandırmaq  qeyri-mümkün  idi.  Ən  mürəkkəb  strukturlar  öz 
yaradıcılarını  özlərinə  tabe  etmişdilər.  Onlara  hərbi  və  mülki  təlim 
müəssisələri,  tədqiqat  mərkəzləri,  kütləvi  informasiya  vasitələri  tabe 
edilmişdi. Onların tərkib hissələri isə arxadan zərbə vurmaq məqsədilə 
düşmən haqqında məlumatları toplayan və ümumiləşdirən idarələr idi. 
Bu zaman hərbi gücün iqtisadi və texnoloji komponentlərinə də 
diqqət vermək lazımdır.  Texnologiyanın  sürətli  inkişaf tempi  yenicə 
yaradılmış silahı köhnə edirdi. Silahlanma proqramında edilən dəyəri 
çox yüksək oldu. Uzun illər ərzində çoxlu pul kənara qoymaq, istehsalı 
yenidən  qurmaq,  silah  ehtiyatları,  silah  sursatları,  zirehli  gəmi 
eskadraları  və  müdafiə  zonaları  yaratmaq  olardı,  ancaq  həlledici 
məqamda  bütün  bunların  köhnəldiyini  və  ya  yeni  qoyulmuş 
məqsədlərə cavab vermədiyini aşkar etmək olardı.  Peşəkar hərbçilər 
böyük çətinliklə baş verənləri 
186 


dərk  etməyə  çalışırdılar,  eyni  zamanda  çoxdan  əhəmİ
5
^ətini  itirmiş 
taktiki  gedişlərdən  istifadə  etməyə  çalışırdılar.  Hətta  XX  əsrin 
əvvəlində bütün donanmaların admiralları zirehli gəmilərdə taranların 
olmasını,  o  cümlədən  əlavə  olaraq  uzaq  millərə  ağır  mərmilər  atan 
qüdrətli  topların  olmasını  tələb  edir  və  gəmilərə  lazımi  silahları 
yükləməklə, abordaj vuruşlarına hazırlayırdılar. Quruda isə generallar 
süvari  qoşunlarının  hücumlarına  və  süngü  zərbələrinə  hazırlaşır, 
avtomat  silahın  və  kütləvi  artilleriya  atəşinin  əhəmiyyətini  anlamağa 
çalışırdılar. Əsasən, generallar və iqtisadiyyat sahəsinin mütəxəssisləri 
müxtəlif səbəblərdən gələcək müharibəni qısa müddətli hesab edirdilər. 
Uzunsürən müharibənin mümkünlü
5
m fikri demək olar ki, cəfəngiyyat 
idi.  Müvafiq  olaraq  iqtistisadiyyatın  müharibəyə  hazırlanması  üçün 
bütün  planlar  işlənib  hazırlanırdı.  Maraqlıdır  ki,  Almaniya  da  Birinci 
dünya  müharibəsinə  partlayıcı  maddələrin  istehsalı  üçün  əsaslı 
ehtiyatlar  olmadan  daxil  oldu,  əsasən  uzun  sürməyəcək  müharibəyə 
güman  edərək,  ancaq  anbarlarda  olan  döyüş  sursatına  arxalandı. 
Ümumilikdə isə cari tələbatlar mövcud istehsahn hesabına ödənilməsi 
planlaşdırılırdı. Birbaşa hərbi təhlükə dövründə xüsusi addımlar yalnız 
maliyyə  sahəsində  nəzərdə  tutulurdu.  İstehsal  qüvvələrinin  güclü 
artımı, mürəkkəb təşkilati və idarəçilik strukturlarının yarandığı dövrdə 
iqtisadiyyatın  ekstremal  şərtlərdə  uzun  müddət  ərzində  fəaliyyət 
göstərmək imkanlarına, müasir orduların qısa müddətdə bərpa olunması 
imkanlarına məhəl qoyulmurdu. 
Birinci  dünya  müharibəsi  sənaye  cəmiyyəti  dövrünün 
müharibəsi  oldu.  Mövqe  cəbhəsi  reallığa  çevrildi.  1916-cı  il  üçün 
quruda,  dənizdə,  havada  vuruşan  maşınlar,  milyonlarla  mərmi  atan 
minlərlə top lülərinin sayı və kalibri müharibənin gedişini həll edirdi. 
Bu  zaman  texnologiyada  hətta  cüzi  dəyişdiklər  böyük  rol  oynayırdı. 
Almaniya  generalitetin  öz  dəmir  yol  şəbəkəsinə  həddən  artıq 
arxalanması  neft  məhsulları  tələb  edən  daxili  yanma  mühərriklərinin 
tətbiqinə  diqqəti  azaltdı.  Nəticədə,  müttəfiqlər  rezervləri  avtomobil 
nəqliyyatına  yönəltməklə,  Qərb  cəbhəsində  əldə  edilən  uğurları 
itirirdilər. Müharibənin son mərhələsində isə müttəfiqlərin zərbələrinə 
qarşı  Almaniya  cəbhəsini  yararaq,  çoxsaylı  zirehli  tank  hissələri 
gedirdi.  Sınaqlarda  ingilis  və  alman  linkorları  təxminən  eyni  sürətə 
malik idi, ancaq döyüşlər 
187 


də  alman  ocaqçıları  zirehli  qutularda  bağlı  qalmaqla,  çoxsaatlıq 
gərginliyə  dözə  bilmirdilər  və  gəmilərin  gedişi  ləngiyirdi.  İngilislər 
üçün  forsunkanı  çevirməklə  mazutu  odluğa  ötürülməni  artırmaq 
kifayət edirdi. 
Dövlətin  hərbi  gücünün  əsas  komponenti  iqtisadi  və  sosial- 
siyasi  sistemin  ağır  gərginliyə  tab  gətirmək  qabiliyyəti  oldu.  «Total 
müharibə» konsepsiyasının Birinci dünya müharibəsinin özünəməxsus 
yekunu kimi ortaya çıxması təsadüfi deyildi. Dövlətin demək olar ki, 
bütün  əhalisinin  müharibədə  iştirakı  nəzərdə  tutulurdu:  hər  bir 
vətəndaş  ya  sənayedə,  ya  kənd  təsərrüfatında,  ya  elm,  təbliğat 
sferasında  işləməli  və  eyni  zamanda  itaətlə  müharibə  dövrünün 
ağırlığını  çəkməli  idi,  bəzən,  hətta  özünün  əsas  tələbatlarım 
məhdudlaşdırmalı idi. 
Birinci dünya müharibəsi yeni qüvvə ilə mərhələ geriləməsinin 
təhlükəli olduğunu nümayiş etdirdi. Sənaye cənüyyətinə keçiddə ilişib 
qalmış  Rusiya  imperiyası  bu  keçidi  başa  vurmuş  dövlətlə 
qarşılaşmışdı.  Bunun  nəticəsi  isə  müasir  müharibənin  ağırlığına  tab 
gətirməyən Rusiya idarə sisteminin dağılması oldu. 
Birinci  və  İkinci  dünya  müharibəsi  ərzində  dövlətin  hərbi 
qüdrətinin  tərkib  elementləri  olan,  ərazinin  ölçüsü,  əhalinin  sayı  və 
savadlılıq səviyyəsi, iqtisadi gücü hökümətin ölkədə əhval- ruhiyyəyə 
nəzarət  dərəcəsi  öz  əhəmiyyətini  itirməmişdi.  Doğrudur,  iki  yüz  il 
bundan əvvəl olduğu kimi, hələ də aydın deyildi ki, inkişaf etməmiş 
infrastrukturu  olan  geniş  ərazi  düşmənə  qarşı  müdafiədir,  yoxsa  öz 
qüvvələrinin  səfərbər  edilməsi  və  cəbhəyə  göndərilməsi  üçün 
maneədir.  Bununla  belə,  hərbi  gücün  forma-  laşdırılmasında  yeni 
tendensiyalar  yaranmağa  başladı.  Onlardan  bəziləri  əvvəllər  də  üzə 
çıxmışdı,  ancaq  hələ  eyham  idi.  Onlar  yetkin  sənaye  cəmiyyətinin 
sonrakı  inkişafı  və  sənayedən  sonrakı  cəmiyyətə  keçid  üçün  ilkin 
kövrək tendensiyalarla əlaqədar idi. Hələ də sənayenin maddi və enerji 
tutumlu  sahələri  öz  əhəmiyyətini  itirməmişdi,  tkinci  dünya 
müharibəsinin  ərəfəsində,  ümumiyyətlə,  milyonlarla  ton  poladsız  və 
yüz  minlərlə  ton  keyfiyyətli  poladsız  keçinmək  qeyri-mümkün  idi. 
30-cu illərin ikinci yarısında aşkar oldu ki, min at gücü və daha yuxan 
gücü  olan  mühhə-  riklər  olmadan  müasir  aviasiyanı  yaratmağa  cəhd 
etməyə belə dəyməz. Ancaq bu az oldu. Qüvvələr nisbətini öz xeyrinə 
dəyişmək olmasa da, ən azı bu sahədə düşmən qəfil üstünlük əldə et 
188 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə