Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   77   78   79   80   81   82   83   84   ...   91

qüvvəyə minmiş həmin sazişə artıq 10 ildən yuxandır ki, əsasən əməl 
edilir. 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
nizamlamnası  yolunda  fəaliyyətlərin  əlaqələndirilməsi  və  birgə 
mübarizəyə  toxunarkən  qeyd  etmək  lazımdır  ki,  problemin  aradan 
qaldırılması  üçün  beynəlxalq  vasitəçilik  başlıca  olaraq  ATƏT-in 
Minsk  qrupu  vasitəsilə  həyata  keçirilir.  1992-ci  ilin  martından 
fəaliyyət  göstərən  Minsk  qrupu  yeganə  orqandır  ki,  münaqişənin 
nizamlanması ilə bağlı hamılıqla qəbul ediləcək modelin hazırlanması 
imkanına malikdir. 
BMT  Təhlükəsizlik  Şurasının  ATƏT-in  sülhməramlı 
tədbirlərinə  dəstəyinə  baxmayaraq,  hələlik  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  tamhəcmli,  iriformatlı  danı- 
şıqıların  sülh  müqaviləsinin  imzalanması  ilə  nəticələnməsi  və  ya 
Minsk  konfransının  çağırılması  və  yaxud  da  ATƏT-in  çoxmilli, 
sülhməramlı 
qüvvələrinin 
regiona 
yerləşdirilməsi 
mümkün 
olmamışdır. 
Göstərilən tədbirlərin reallaşdırılması yalnız müasir beynəlxalq 
hüququn,  dövlətlərin  suverenliyi,  münaqişədə  olan  tərəflərin  ərazi 
bütövlüyü,  habelə  hələ  Minsk  qrupu  tərəfindən  BMT  Təhlükəsizlik 
Şurasının  qəbul  etdiyi  qətnamələrlə  bağlı  hazırladığı  təxirəsalınmaz 
tədbirlərin  yerinə  yetirilməsi  «Qrafıkinin»  dəstəklənməsi  şəraitində 
mümkündür. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının 
«ATƏT-in  Minsk  konfransının  nizama  salınması  ilə  məşğul  olduğu 
Dağlıq  Qarabağ  regionunda  münaqişə»  haqqında  1416  saylı,  25 
yanvar 2005-ci il tarixli qətnamə də mühüm əhəmiyyətə malikdir. 
BMT-nin  keçmiş  Baş  Katibi  B.Butros  Qalinin  zərurət 
yarandıqda ATƏT-in başçılıq etdiyi, məqsədi münaqişənin hərtərəfli 
nizamlanmasına  nail  olmaqdan  ibarət  təşəbbüsü  də,  əhəmiyyətli 
vasitələrdəndir. 
Danışıqılar  prosesinin  başlıca  hadisələri  kimi  aşağıdakıları 
götürmək  olar;  ATƏT  Şurasının  Flelsinki  əlavə  görüşü  (24  mart 
1992-ci il); Budapeşt, Lissabon, İstanbul və s. sammitləri. 1994- cü il 
Budapeşt  zirvə  görüşünün  qərarına  əsasən  Minsk  qrupunun 
həmsədrləri  institutu  yaradıldı.  Onun  başlıca  məqsədi  çoxtərəfli  və 
müntəzəm olaraq aparılmış danışıqlar yolu ilə hərbi münaqişənin başa 
çatmasına dair siyasi Saziş (Böyük Siyasi Saziş) im 
248 


zalamaq  və  buna  əsasən  hərbi  münaqişənin  nəticələrini  aradan 
qaldırmaq  və  Minsk  konfransının  çağırılmasına  nail  olmaqdır. 
Hərbi-siyasi  münaqişənin  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin 
edilməsi  ilə  nizamlanması  yolunda  ATƏT-in  Lissabon  zirvə  görüşü 
(1996)  daha  böyük  əhəmiyyətə  malikdir.  Sammitdə  ATƏT-in 
fəaliyyətdə  olan  sədri  F.Kottinin  adından  qəbul  edilmiş  Bəyanatda 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  hərbi  münaqişəsinin 
nizamlanmasının  üç  prinsipi  öz  əksini  tapmışdı:  1)  Ermənistan  və 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü;  2)  Dağlıq  Qarabağın 
Azərbaycanın tərkibində öz müqəddəratını təyin etməyə əsaslanan bir 
razılaşmada  müəyyənləşən  ən  yüksək  özünüidarəsini  təmin  edən 
hüquqi  statusu;  3)  Məsələnin  həllinin  müddəalarına  əməl  olunmasını 
təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla 
Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi. 
Ermənistan-Azərbaycan  münaqişəsi  hər  iki  ölkənin  xalqlarına 
saysız-hesabsız bəlalar gətirmişdir. Azərbaycan və erməni xalqlaınnm 
mədəni  fondlarına bir çox dəyərlər  gətirən çoxəsrlik  yanaşı  yaşamaq 
təcrübəsinin üzərindən xətt çəkildi. Əsrlərlə xalqlar tərəfindən qorunan, 
hərbi  əməliyyatlar  zonasında  qalan  mədəni  və  tarixi  dəyərlər  ciddi 
təhlükəyə  məruz  qaldılar.  Hərbi  münaqişənin  ilk  günlərindən 
Azərbaycan,  nəinki  təkcə  Azərbaycan  xalqına,  həm  də  bütün 
bəşərİ
57
ətə məxsus olan mədəni dəyərlərin, çoxsaylı abidələrin taleyi 
haqqında  həyəcan  təbili  çalsa  da,  məlum  səbəblər  üzündən 
Azərbaycanın çağırışı eşidilmirdi. 
Hər  hansı  bir  müharibə  insanların  məhvi  və  insan  zəkasının 
çoxəsrlik  bəhrələrinin  dağıdılması  deməkdir.  Qarabağdakı  müharibə, 
həm  də  insanın  yaddaşı  əleyhinə  olan  müharibədir.  Erməni 
rəhbərlərinin  Qarabağda  azərbaycanlıları  xatu*lada  biləcək  hər  şeyi 
məhv  etmək  cəhdi  tarixi  abidələrin,  mədəni  dəyərlərin  məhvinə 
çevrildi.  Bəşər  tarixinin  ilk  dövrləri  üçün  səciyyəvi  olan  belə 
təzahürlərin qarşısının alınması XXI yüzilliyin əvvəllərində beynəlxalq 
birliyin qarşısında duran ən vacib məsələlərdən biridir. 
Məlum  olduğu  kimi,  Qarabağ  tarixi  öz  kökləri  ilə  ən  qədim 
dövrlərə  bağlıdır,  belə  ki,  Kür  və  Araz  çayları  arasındakı  ərazi 
sivilizasiyanın ən qədim ocaqlarından biridir. Aralıq dənizi və Şimali 
Afrika kimi bu ərazi də etnogenez zonasına daxil olmuş 
249 


dur və bunu sübut edən əsaslar çoxdur. Belə ki, məhz Qarabağda, Azıx 
mağarasında  insan  yaşayışının  və  fəaliyyətinin  qədim  izləri 
tapılmışdır. Bu abidə nəinki Azərbaycan tarixinin, həm də bütün Ön 
Şərqin  tarixinin  öyrənilməsi  üçün  böyük  əhəmiyyətə  malikdir.  Eyni 
sözləri,  bəşər  tarixinin  öyrənilməsi  üçün  dəyərli  material  verən  və 
dünya  miqyasında  böyük  əhəmiyyətə  mailk  olan  Xantəpə,  Kültəpə, 
Şomutəpə və bir çox digər arxeoloji abidələr haqqında da demək olar. 
Bundan  əlavə,  Qarabağda  Azərbaycanın  alban  tarixi  dövrünə 
məxsus  olan  böyük  sayda  abidələr  qalmışdır:  Vəngzəsər  xristian 
məbədi  (Ağdərə  şəhərinin  yaxınlığında).  Qara  Böyük  xanım  sarayı 
(Şuşa),  Atoğlan  monastırı  (Xaçın  rayonu),  Əsgəran  qalası,  Amaras 
monastırı (Xocavənd rayonu) və s. 
Hərbi  əməliyyatlar  nəticəsində  böyük  bir  zona,  Azərbaycan 
ərazisinin demək olar ki, 20 faizi erməni silahlı qüvvələri tərəfindən 
işğal  edilmişdir.  Dörd  il  davam  edən  hərbi  əməliyyatlar  nəticəsində 
minlərlə  insan  öldürülmüş,  yüzlərlə  Azərbaycan  övladları  girov 
götürülmüşdür ki, onların da əksəriyyətini qocalar, qadınlar və uşaqlar 
təşkil  etmişdir,  1 milyondan  artıq  insan  öz  daimi  yaşayış  yerini  tərk 
etməyə  məcbur  olmuş,  qaçqına  çevrilmişdir.  Bütün  bu  əməliyyatlar 
nətcəsində  dünya  mədəni  irsinə  Azərbaycan  xalqının  verdiyi  çox 
qiymətli  daşman  və  daşınmaz  abidələr,  mədəni  dəyərlər  oğurlanmış, 
dağılmış  və  ya  məhv  edilmişdir.  Bu  müharibə  Azərbayanın  mədəni 
irsinə  və  son  nəticədə  isə  bütün  bəşəriyyətə  çox  böyük  ziyan 
vurmuşdur. 
Hərbi  əməliyyatların  gedişində  Ermənistan  tərəfindən  işğal 
olunmuş  rayonlarda  500  tarixi-memarlıq  və  100-dən  çox  arxeoloji 
abidə,  9  tarixi  saray,  eksponatları  ilə  bərabər  22  muzey,  4  rəsm 
qalereyası  qalmışdır  ki,  onların  da  fondlarında  40  mindən  artıq 
qiymətli  əşyalar  yığılmışdı.  Məsələn,  bizim  eranuzdan  əvvəl  III 
minilliyin  tarixini  əks  etdirən  qızıl  və  gümüş  məmulatlardan  ibarət, 
nadir  eksponatları  olan  Kəlbəcər  tarix  muzeyinin,  qədim  sikkələrin 
nadir  kolleksiyasına  malik  olan  Xaçın  tarix  muzeyinin,  Şuşa  tarix 
muzeyinin  və  Qarabağ  tarix  muzeyinin,  Ağdam  çörək  muzeyinin 
(dünyada  ikinci  belə  muzey  yoxdur),  Zəngilan  rayonundakı  daş 
monumentlər  muzeyi  və  digərlərinin  taleyi  məlum  deyil.  Şuşadakı 
nadir  ikiminarəli  məscid  və  digər  işğal  olunmuş  rayonlardakı 
məscidlər dağıdılmışdır. Etik normaların 
250 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə