Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   48   49   50   51   52   53   54   55   ...   91

istənilən  dövlətlərarası  münaqişə  obyektiv  və  subyektiv 
amillərin  geniş  spektri  ilə  şərtlənir.  Buna  görə  də,  konkret  vəziyyəti 
təhlil  edərkən  onu  yalnız  bu  və  ya  digər  tipə  aid  etmək  mümkün 
deyildir. Əsas səbəb və onu gücləndirən, tamamlayan bir neçə əlavə 
səbəb mövcud ola bilər. Bütün dövlətlərarası münaqişələrdə tərəflərin 
sosial-iqtisadi mənafeləri aparıcı rollardan birini oynayır. 
Dövlətlərarası  münaqişənin  xüsusiyyəti  onun  daxili  siyasi 
münaqişələrlə  qarşılıqlı  əlaqəsidir.  O,  müxtəlif  variantlarda  təzahür 
edə bilər: 
-
 
daxili siyasi münaqişənin dövlətlərarası münaqişəyə keçməsi. 
Bu  halda  ölkədə  daxili  siyasi  münaqişə  onun  daxili  işlərinə  başqa 
dövlətlərin  müdaxiləsinə  gətirib  çıxarır,  yaxud  bu  münaqişə  ilə 
əlaqədar başqa dövlətlər arasında gərginlik doğurur. Buna misal kimi 
keçən əsrin 70-80-ci illərində Əfqanıstan münaqişəsinin, yaxud keçən 
əsrin 40-50-ci illərində Koreya münaqişəsinin təkamülünü göstərmək 
olar. 
-
 
dövlətlərarası  münaqişənin  daxili  siyasi  münaqişənin 
yaranmasına  təsiri.  Ölkənin  beynəlxalq  münaqişədə  iştirakı 
nəticəsində daxili şəraitin kəskinləşməsində ifadə olunur
-
 
dövlətlərarası münaqişə daxili siyasi münaqişənin müvəqqəti 
nizamlanmasının səbəblərindən birini təşkil edə bilər. Məsələn, İkinci 
dünya  müharibəsi  illərində  Fransada  Müqavimət  hərəkatı  öz 
sıralarında  dinc  dövrdə  münaqişədə  olan  siyasi  partiyaların 
nümayəndələrini birləşdirirdi. 
Dövlətlərarası  münaqişənin  spesifikliyi  bunda  təzahür  edir  ki, 
çox vaxt o, müharibə şəklində reallaşır. 
Müharibənin  dövlətlərarası  silahlı  münaqişədən  fərqi 
aşağıdakılardan ibarətdir: 
-
 
Müharibə  yalnız  silahlı  qarşıdurma  ilə  məhdudlaşmır  və 
mənbələrinə,  habelə  səbəblərinə  görə  fərqlənir.  Müharibəyə 
çevrilməmiş  silahlı  münaqişələr,  əsasən,  ərazi,  dini,  milli,  sinfi 
mübahisəli  məsələlər  kimi  səbəblərdən  yaranırdısa,  müharibələrin 
əsasını  dərin  iqtisadi  səbəblər,  dövlətlər  arasındakı  kəskin  siyasi, 
ideoloji ziddiyyətlər təşkil edir
-
 
Hərbi münaqişələr müharibələrdən daha az miqyaslıdır. Hərbi 
münaqişələrdə  tərəflərin  güddükləri  məqsədlər  miqyas  və  tətbiq 
olunan vasitələr baxımından kifayət qədər məhduddur
158 


~ hərbi münaqişədən fərqli olaraq, müharibə onda iştirak edən 
bütün cəmiyyətin vəziyyətidir
“  müharibə  dövlətlərin,  beynəlxalq  şəraitin  sonrakı  inkişafına 
daha mühüm təsir göstərir. 
§2. Dövlətlərarası münaqişələrin qarşısının alınması yolları 
Dövlətlərarası  münaqişələrin  qarşısının  alınması  bir  sıra 
xüsusiyyətlərə malikdir. Onlar aşağıdakılardan ibarətdir: 
-
 
ziddiyyətsiz  cəmiyyət  mövcud  olmadığından,  münaqişəsiz 
ictimai inkişaf üçün süni surətdə şərait yaratmaq çətindir
-
 
münaqişələrin  qarşısının  alınması  üzrə  əsas  səylər  obyektiv 
ziddiyyətlər  nəticəsində  yaranan  problemlərin  münaqişəsiz  həllinə 
yönəldilməlidir; 
-
 
münaqişələrin  qarşısının  alınması  potensial  münaqişələrin 
mənfi nəticələrinin maksimum azaldılmasını nəzərdə tutur; 
-
 
dövlətlərarası  münaqişələrin  qarşısının  alınması  üzrə  əsas 
səylər silahlı zorakılığın qarşısının alınmasına yönəldilir. 
Dövlətlərarası  münaqişələrin  qarşısının  alınmasının  əsas 
istiqamətləri  dünyanın  demokratik  inkişafı  prinsirləri  əsas 
götürülməklə müəyyən edilir. 
1.
 
Təsərrüfat-iqtisadi,  siyasi  və  mədəni  sahələrdə  dünya 
birliyinin həyatının beynəlmiləlləşməsi. Artıq on illər boyu mövcud 
olan  və  yeni  yaradılan  iqtisadi  ittifaqlar,  birliklər,  birgə  müəssisələr 
buna sübutdur. 
2.
 
Bütün  ölkələrin  və  xalqların  dinc  yanaşı  qonşuluq 
prinsipinə qəti surətdə riayət etməsi. Bu prinsipin məzmununda başlıca 
cəhət  beynəlxalq  münasibətlərin  bütün  subyektlərinin  hər  bir  xalqın 
inkişaf yolunu sərbəst seçməsini və hər hansı dövlətə inkişaf yolunun 
qəbul  etdirilməsinin  yolverilməzliyini  tanıması,  habelə  ictimai 
inkişafın  obyektiv  surətdə  mövcud  olan  çoxvariantlılığının 
tanınmasıdır. 
3.
 
Hərbi qarşıdurma səviyyəsinin aşağı salınması silahların, 
ilk  növbədə,  kütləvi  qırğın  silahlarının  fasiləsiz,  ardıcıl  və  eyni 
səviyyədə  azaldılmasıdır.  Bu,  silahlı  qüvvələr  tətbiq  olunmaqla 
münaqişələrin  qarşısının  alınmasında,  onların  dağıdıcı  nəticələrinin 
aşağı  salınmasında  ən  mühüm  istiqamətlərdən  birini  təşkil  edir. 
Tərksilah beynəlxalq təhlükəsizliyi daha yüksək səviyyəyə 
159 


qaldıran, insanların həyat şəraitini yaxşılaşdıran, beləliklə, daxili siyasi 
münaqişələr  təhlükəsini  aşağı  salan  daha  intensiv  sosial-iqtisadi 
tərəqqinin  əsasını  təşkil  edə  bilər.  Birincisi,  tərk-silah  bütün  tərəflər 
üçün qarşılıqlı, bərabər səviyyəli və bərabər dəyərli olmalıdır. İkincisi, 
o  cümlədən  müdafiə  xarakterinə  malik  yeni  silahın  işlənib 
hazırlanmasında tərəflərdən birinin inhisarı yolverilməzdir. Üçüncüsü
tərksilah və yeni silahların hazırlanması proseslərinə mütləq nəzarətin 
mümkün  olmadığı  müasir  şəraitdə  bu  sahələrdə  etimad  və 
əməkdaşlığın inkişaf etdirilməsi zəruridir. 
4.
 
Ölkələr  arasında  münasibətlərin  hüquqi  tənzimlənməsi 
sahəsində  BMT,  ATƏT  və  s.  kimi  beynəlxalq  hökumətlərarası 
təşkilatların  rolunun  gücləndirilməsi.  Nəzərdən  keçirilən  problem 
kontekstində  bu  təşkilatların  başlıca  vəzifəsi  beynəlxalq  regional  və 
ümumi  təhlükəsizlik  sisteminin  qurulmasına  başçıhq  etməkdir. 
Dövlətlərarası  münaqişələrin  qarşısının  alınmasında  BMT-  nin 
birləşmiş silahlı qüvvələri mühüm rol oynaya bilər. Tarix göstərir ki, 
hətta  müxtəlif  sosial-siyasi  sistemlərə  belə  aid  olan  dövlətlərin 
kollektiv  səyləri,  demək  olar,  həmişə  səmərə  verir.  İkinci  dünya 
müharibəsi  illərindəki  antihitler  koalisiyası  buna  parlaq  misaldır. 
Dövlətlərin  BMT  qərarının  yerinə  yetirilməsinə  dair  birgə  fəaliyyəti 
İraqın  Küveytə  münasibətdə  təcavüzkar  hərəkətlərinə  sen  qoymağa 
imkan vermişdir. 
Xarici siyasət təcrübəsində hərbi qüvvənin tətbiqinin qarşısının 
alınması  problemi  bu  gün  ən  aktual  problemlərdən  birini  təşkil  edir. 
Onun  həlli  bütün  sivilizasiyanın  tərəqqisinə  təminat  verir  və 
dövlətlərin daxili siyasi həyatında münaqişələrin qarşısının ahnmasına 
kömək göstərir. 
Beləliklə, 
dövlətlərarası 
münaqişələrin 
xüsusiyyətləri 
aşağıdakılardan ibarətdir: bir qayda olaraq, dövlətlərarası münaqişələr 
səbəblər  kompleksi  ilə  şərtlənir;  onlar  daxili  siyasi  münaqişələrlə 
qarşıhqlı  surətdə  bağlıdır;  çox  vaxt  dövlətlərarası  münaqişələr 
müharibə şəklində reallaşır və beynəlxalq münasibətlərə mühüm təsir 
göstərir.  Dövlətlərarası  münaqişələrin  qarşısının  alınmasına  bütün 
sahələrdə  dünya  birliyinin  həyatının  hərtərəfli  beynəlmiləlləşməsi, 
bütün  ölkələrin  və  xalqların  dinc  yanaşı  qonşuluq  prinsipinə  dəqiq 
riayət  etməsi,  hərbi  qarşıdurma  səviyyəsinin  aşağı  salınması, 
beynəlxalq  təşkilatlar  (BMT,  ATƏT  və  s.)  sisteminin  rolunun 
gücləndirilməsi təkan verir. 
160 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə