Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

yolu ilə nizamlanmasına yönəlmişdir. 
Operativ  həU  yollan  münaqişələrin  genişlənməsinin  məh- 
dudlaşdırılmasına  yönəlmiş  birdəfəlik  hərəkətlərlə  («yaraqlıların» 
tərksilah  edilməsi,  döyüşən  tərəflərin  ayrılması,  həyati  əhəmiyyətli 
obyektlərin  mühafizəsinin  gücləndirilməsi),  yaxud  münaqişələrin 
nəticələrinin  aradan  qaldırılması  üzrə  tədbirlərlə  (qaçqınların 
yerləşdirilməsi, 
kommunikasiyaların 
bərpası, 
talanların 
təşkilatçılarının cəzalandırılması və s.) bağlıdır. 
Strateji  həll  yollan  əvvəlcədən  problemlərin  ağrısız  həllinin 
hüquqi,  iqtisadi,  siyasi  və  sosial-psixoloji  şərtlərinin  yaradılması 
əsasında  millətlərarası  münasibətlərdə  böhranların  qarşısının 
alınmasına yönəlmişdir. 
Ədəbiyyat: 
1.
 
Социально-политические 
конфликты 
и 
сфере 
межнациональных отношений и пути их разрешения. М., 1990. 
2.
 
Мацнев  А.А.  Этнополитические  конфликты:  природа, 
типология  и  пути  урегулирования  //  Социально-политический 
журнал, 1996, - № 4. 
3.
 
Михайлов  К.А.  Принцип  «воронки»  или  механизм 
развертывания  межэтнического  конфликта  //  Социологические 
исследования, 1993, - №5 
4.
 
Шевцов В.М. Межнациональные конфликты: механизмы 
их разрешения. М.: ГАВС, 1994. 
5.
 
Аклаев А.Р. Этнополитическая конфликтология. Анализ 
и менедж.мент. Учебное пособие. М., 2005. 
155 


6-cı 
Mövzu 
BEYNƏLXALQ VƏ DÖVLƏTLƏRARASI 
MÜNAQİŞƏLƏR 
Suallar: 
1.
 
Dövlətlərarası münaqişələrin xüsusiyyətləri və növləri. 
2.
 
Dövlətlərarası münaqişələrin qarşısının alınması yolları. 
§1. Dövlətlərarası münaqişələrin xüsusiyyətləri və növləri 
Beynəlxalq  münaqişələrin  əsas  subyektlərini  dövlətlər  təşkil 
edir. Bunun əsasında aşağıdakılar fərqləndirilir: 
-
 
dövlətlərarası münaqişələr (hər iki qarşıduran tərəf dövlətlər, 
yaxud onların koalisiyaları ilə təmsil olunmuşdur); 
-
 
milli-azadlıq  müharibələri  (tərəflərin  biri  dövlətlə  təmsil 
olunmuşdur):  müstəmləkəçilik  əleyhinə,  irqçilik  əleyhinə,  habelə 
demokratiya  prinsiplərinə  zidd  fəaliyyət  göstərən  hökumətlərin 
əleyhinə; 
-
 
beynəlmiləlləşmiş daxili münaqişələr (dövlət başqa dövlətin 
ərazisindəki daxili münaqişədə tərəflərin birinə kömək edir). 
Dövlətlərarası  münaqişələrin  spesifikliyi  aşağıdakılarda  ifadə 
olunur: 
-
 
onların 
subyektlərini 
dövlətlər, 
yaxud 
dövlətlərin 
koalisiyaları təşkil edir
-
 
dövlətlərarası  münaqişələrin  əsasında  münaqişə  tərəflərinin 
milli-dövlət mənafelərinin toqquşması durur; 
-
 
dövlətlərarası  münaqişə  iştirakçı  dövlətlərin  siyasətinin 
davamıdır; 
-
 
müasir dövlətlərarası münaqişələr beynəlxalq münasibətlərə 
eyni vaxtda lokal və qlobal təsir göstərir
-
 
bu gün dövlətlərarası münaqişə iştirakçı dövlətlərdə və bütün 
dünyada insanların kütləvi məhvi təhlükəsini doğurur. 
Təsnifləşdirmələrin  əsasında iştirakçıların sayı,  miqyas, tətbiq 
edilən  vasitələr,  iştirakçıların  strateji  məqsədləri,  münaqişənin 
xarakteri dura bilər. 
156 


Münaqişədə  müdafiə  olunan  mənafelərdən  çıxış  etməldə 
aşağıdakı münaqişələr fərqləndirilir: 
-
 
ideologiyaların münaqişəsi (müxtəlif ictimai-siyasi sistemlərə 
malik  dövlətlər  arasında);  XXI  əsrin  əvvəllərində  onların  kəskinliyi 
xeyli aşağı düşmüşdür; 
-
 
dünyada, yaxud ayrıca regionda siyasi hökmranlıq məqsədilə 
dövlətlər arasında münaqişələr
-
 
tərəflərin iqtisadi mənafelərinin qoruduqları münaqişələr; 
-
 
ərazi  ziddiyyətlərinə  əsaslanan  ərazi  münaqişələri  (özgə 
ərazilərinin tutulması, yaxud öz ərazilərinin azad edilməsi); 
-
 
dini  münaqişələr;  tarixə  bu  zəmində  dövləllərarası 
münaqişələrə dair çoxlu misallar məlumdur. 
Göstərilən münaqişələrin hər biri öz xüsusiyyətlərinə malikdir. 
Onları  ərazi  münaqişələrinin  nümunəsində  nəzərdən  keçirək.  Bir 
qayda olaraq, ərazi münaqişələrindən əvvəl tərəflərin bir-birinə qarşı 
ərazi iddiaları gəlir. 
Bunlar, birincisi, dövlətlərin artıq tərəflərin birinə məxsus olan 
ərazi barəsində iddiaları ola bilər. Belə iddialar İran və İraq, İraq və 
Küveyt  arasında  müharibələrə.  Yaxın  Şərq  münaqişəsinə  və  bir  çox 
başqa münaqişələrə gətirib çıxarnuşdır. 
İkincisi,  bunlar  yeni  yaranan  dövlətlərin  sərhədlərinin 
formalaşması dövründə yaranan iddialardır. Bu əsasda münaqişələr bu 
gün  keçmiş  Yuqoslaviyada,  Rusiyada,  Gürcüstanda  yaranır.  Belə 
münaqişə  meylləri  Kanadada,  .Belçikada,  İngiltərədə,  İtaliyada, 
Hindistanda, İraqda, Türkiyədə və başqa ölkələrdə mövcuddur. 
Dövlətin  sərhədi  müəyyən  olunarkən  qonşu  etnosların  və 
onların dövlət qurumlarının mənafeləri toqquşa bilər. Bir çox hallarda 
sərhədlər  etnosun,  mədəni  və  dini  icmaların  yaşadığı  rayon  nəzərə 
alınmadan  müəyyən  edilmişdir  ki,  bunun  nəticəsində  bəzi  xalqlar 
müxtəlif  dövlətlərdə  yaşayırlar.  Bu,  dövlətlərin  münasibətlərində 
xroniki münaqişəqabağı vəziyyətlərin saxlanmasına səbəb olur. 
Buna  misal  kimi  Asiyada,  Afrikada,  Latın  Amerikasında 
müstəmləkəçilik  imperiyalarının  süqutundan  sonra  müstəqil 
dövlətlərin yaranması, SSRİ-nin dövlət qurumlarının - Mərkəzi Asiya, 
Qafqaz  respublikalarının,  Moldova  və  Pribaltika  respublikalarının 
sərhədlərinin formalaşması proseslərini göstərmək olar. 
157 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə