Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   45   46   47   48   49   50   51   52   ...   91

tam  dərk  etmədikləri)  müəyyən  məqsədlər  güdür.  Mənafelər  öz- 
özlüyündə nemət deyil, fərdin, yaxud sosial təbəqənin bu nemətin əldə 
edilməsi imkanını təmin edən mövqeləridir. 
Etnik  mənafelərin  ifadəçisi  qismində  bütün  etnos  deyil,  onun 
kiçik  bir  hissəsi,  şəxsi  mənafelərini  güdən  elit  qruplar  çıxış  edirlər. 
Məsələn,  bu  və  ya  digər  etnik  regionun  federasiya  subyekti  elan 
olunması  yerli  elitaya  özünün  Mərkəzdən  nisbətən  av-  tonora 
hakimiyyət  orqanlarını  formalaşdırmağa  və  etnik  mənafelərin 
müdafiəsi  ideyasından  öz  məqsədləri  naminə  istifadə  edərək,  lazımi 
siyasət yeritməyə imkan verir. 
Millətlərarası  münaqişələrin  yaranmasının  ictimai-mədəni 
səbəblərinə, həmçinin, cəmiyyətdə mövcud olan normalar və dəyərlər 
arasındakı münaqişələri aid etmək olar. Çoxmillətli ölkələrdə hər bir 
milli  mədəniyyət  dəyərlərin,  idealların,  meyllərin,  davranış 
nümunələrinin  və  məqsədlərə  çatılmasının  müvafiq  vasitələrinin 
özünəməxsus sistemini təşkil edir. 
Normalar və dəyərlər (sosial struktur və mədəniyyət) arasında 
münaqişə aşağıdakı səviyyələrdə yarana bilər: 
-
 
Mərkəz-region səviyyəsində
-
 
regionlararası səviyyədə
-
 
yerli (regiondaxili) səviyyədə. 
Çox  vaxt  normalarla  dəyərlər  və  müxtəlif  mədəniyyətlərin 
dəyərləri  arasında  münaqişələr  məişət  səviyyəsində,  gündəlik 
ünsiyyətin  gedişində  yaranır.  Bu  baxımdan,  əhalinin  miqrasiyasının 
yüksək  olduğu  regionlar  daha  münaqişəlidir.  Bir  qayda  olaraq, 
köçkünlər yerli sakinlərin ictimai-mədəni xüsusiyyətlərini bilmirlər ki, 
bu da «aborigenlər»in onlara mənfi münasibət bəsləməsinə səbəb olur. 
Bundan  başqa,  nə  doğma,  nə  də  yerli  mədəniyyət  «yükünü»  (əxlaq 
normaları,  məhdudiyyətlər  və  s.)  daşımayan  «yadlar»  çox  vaxt 
biznesdə,  kommersiyada,  sahibkarlıqda  mühüm  uğurlar  əldə  edir  və 
bununla 
yerli 
əhali  ilə  qarşılıqlı  münasibətləri  daha  da 
kəskinləşdirirlər. 
Nəzərə  alınmalıdır  ki,  real  həyalda,  faktiki  olaraq, 
münaqişələrin sırf millətlərarası səbəbləri mövcud deyildir. Etnik özü- 
nüeyniləşdirmə və həmrəylik yalnız öz mənafelərinin, məqsədlərinin, 
dəyərlərinin müdafiəsi üsulunu təşkil edir. 
Millətlərarası  münaqişələr  gözlənilmədən  yaranır,  lakin  onlar 
uzun vaxt ərzində yetişir. Onları doğuran səbəblər müxtə 
147 


lifdir. Hər bir konkret halda həmin səbəblərin uzlaşması müxtəlifdir. 
Münaqişənin yaranması üçün üç amilin mövcudluğu zəruridir. Birinci 
amil  milli  mənlik  şüurunun  səviyyəsi  ilə  bağlıdır,  o,  adekvat,  aşağı, 
yaxud yuxan ola bilər. Məhz sonuncu iki səviyyə mərkəzdənqaçma və 
ya  mərkəzəqaçma  meyllərinin  yaranmasına  təkan  verir,  ikinci  amil 
cəmiyyətdə  milli  varlığın  bütün  cəhətlərinə  təzyiq  göstərən 
problemlərin  «böhran»  kütləsinin  mövcudluğudur.  Üçüncü  amil  - 
hakimiyyət uğrunda mübarizədə ilk iki amildən istifadə etməyə qabil 
olan siyasi qüvvələrin mövcudluğudur. 
Millətlərarası  münaqişələrin  səbəblərinin  obyektiv  təhlili  bu 
təzahürün bütün: etnopsixoloji, sosial-iqtisadi, siyasi, ictimai- mədəni 
aspektlərinin təhlili şərtilə mümkündür. 
1.
 
Etnopsixoloji amil münaqişəli vəziyyətdə milli mənafelərin 
ümumi  komponentidir.  Ənənəvi  həyat  tərzinin,  maddi  və  mənəvi 
mədəniyyətin  zorla  dağıdılması  təhlükəsi,  dəyərlər  sisteminin  və 
ənənəvi  normaların  aşınması  etnosdakı  sosial  qruplar  və  fərdlər 
tərəfindən müxtəlif cür qəbul olunur. Bütövlükdə onlar etnik birlikdə 
müdafiə reaksiyaları doğurur, çünki ənənəvi dəyərlərdən imtina aparıcı 
etnosun  dəyərlərinin  üstünlüyünün  tanınmasını  ifadə  edir,  ikinci 
növlülük hissi, milli bərabərsizlik təsəvvürü yaradır. 
2.
 
Sosial-iqtisadi  amil  bütün  millətlərarası  münaqişələrdə 
mövcud  olur,  lakin  onun  əhəmiyyəti  fərqlidir:  o,  müəyyənedici  rol 
oynaya,  müaqişənin  səbəblərindən  biri  ola,  real  sosial-iqtisadi 
bərabərsizliyi, yalançı ayrı-seçkiliyi, yaxud məhdud qrupların iqtisadi 
mənafelərini əks etdirə bilər. 
3.
 
Siyasi amil.  İstənilən ölkədə etnikliyin dirçəlişi azlığın yeni 
siyasi  liderlərinin  meydana  çıxması  ilə  müşayiət  olunur,  onlar 
mərkəzdə  daha  artıq  siyasi  hakimiyyətə  və  yerli  səviyyədə 
muxtariyyətə  nail  olmağa  çalışırlar.  Onlar  əvvəlki  ideya-siyasi 
ittifaqları  pozur, mövcud dövlət sisteminin legitimliyini  şübhə altına 
alır,  beynəlxalq  siyasi  sistemin  bərabərhüquqlu  üzvü,  millətlər 
arasında millət kimi azlığın öz müqəddəratını təyin etmək hüququnu 
müdafiə edirlər. 
4.
 
İctimai-mədəni 
fərqlər 
zənünində 
millətlərarası 
münaqişələr,  bir  qayda  olaraq,  məcburi  sürətləndirilmiş  dil 
assimilyasiyası,  mədəniyyətin  və  dini,  yaxud  mülki  normaların 
dağıdılması 
148 


-
 
ikinci  mərhələdə  tərəflər  öz  əks  oxşarlarını  («yoluxucu 
yayılma» qanunu), «eyniölçülü insanları», yaxud «insanabənzər- ləri» 
meydana gətirirlər; 
-
 
üçüncü  mərhələdə  qarşıdurma  antoqonizmə  keçir  və  indən 
belə  hadisələr  «güzgüdə  inikas»  prinsipi  üzrə  cərəyan  edir,  praktik 
olaraq, bütün hərəkətlər və əməllər bumeranq kimi geri qayıdır. 
Bu «oxşarlar müharibəsi»ndə təsir həmişə əks-təsirə bərabərdir. 
Burada  artıq  qəti  surətdə  haqlılar  və  haqsızlar  itir,  yalmz  əzabkeşlər 
qalır. 
§4. Millətlərarası etnik münaqişələrin tipləri 
Etnik  münaqişələri  müxtəlif  əsaslar  üzrə  təsnifləşdirmək  olar. 
Təsnifatın əsası kimi millətin yaşadığı ərazini, dövlət, yaxud inzibati 
sərhədlərin mövcud olub-olmamasını götürdükdə etnik münaqişələrin 
aşağıdakı tiplərini fərqləndirmək olar: 
1)
 
dövlətlərarası, xarici münaqişələr
2)
 
vahid dövlət çərçivəsində ümumi inzibati (federasiyada- xili) 
sərhədlə ayrılan müxtəlif millərlər arasında regional münaqişələr
3)
 
Mərkəz  və  region  (məsələn,  Federasiya  subyekti)  arasında 
münaqişələr. Belə münaqişə dövlətdaxili xarakter daşısa da, regionun, 
yaxud  Federasiya  subyektinin  mövqeyindən  subyekt  tam  dövlət 
müstəqilliyinə can atdıqda xarici münaqişə qismində nəzərdən keçirilə 
bilər.  Məsələn,  Rusiyanın  federativ  hakimiyyət  orqanları  Çeçenistan 
müharibəsini  Rusiyadaxili  münaqişə  hesab  etdikləri  halda,  çeçen 
separatçıları  onu  Rusiyanın  müstəqil  İçke-  riya  Respublikasına  qarşı 
təcavüzü kimi qiymətləndirirlər
4)
 
yerli  münaqişələr  vahid  dövlət,  federal,  yaxud  inzibati 
sərhədlər  çərçivəsində  (məsələn,  bir  şəhərdə,  vilayətdə.  Federasiya 
subyektində) yaşayan müxtəlif etnik qurumlar arasında baş verir. 
Yaranma  motivlərindən  asılı  olaraq,  etnik  münaqişələri 
etnosların  qarşılıqlı  ərazi  iddiaları  ilə  şərtlənən  ərazi;  iqtisadi,  siyasi, 
dəyər, dini, sosial-məişət və s. tiplərinə ayırmaq olar. 
Milli-etnik 
hərəkatların 
məqsədlərindən 
asılı 
olaraq, 
münaqişələrin aşağıdakı tipləri fərqləndirilir: 
1.
 
Sosial-iqtisadi - ictimai məhsulun bir hissəsinin öz xeyri 
151 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə