Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   46   47   48   49   50   51   52   53   ...   91

nə yenidən bölüşdürülməsi uğrıında mübarizə; 
2.
 
Mədəni-dil - ana dilinin və milli mədəniyyətin müdafiəsi
3.
 
Ərazi-status 

sərhədlərin 
dəyişdirilməsi, 
statusun 
yüksəldilməsi  və  etnosun  real  hüquq  və  səlahiyyətlərinin  artırılması 
uğrunda mübarizə; 
4.
 
Separatçı  -  federasiyanın  tərkibindən  çıxaraq,  müstəqil 
dövlətin yaradılması uğrunda mübarizə. 
Mübarizə  metodlarına  və  formalarına  görə  etnik  münaqişələri 
zorakı və qeyri-zorakı münaqişələrə ayırmaq olar. 
Bu  zaman  zorakı  münaqişələr  lokal  və  tərəflərin  geniş  döyüş 
əməliyyatlarım nəzərdə tutan genişmiqyaslı münaqişələrə ayrılır. 
Qeyri-zorakı  münaqişələrə  (fiziki  gücün  tətbiq  olunmadığı) 
siyasi, diplomatik, hüquqi, iqtisadi və digər münaqişələr aiddir. 
Etnik  münaqişənin  vaxtından  və  inkişaf  intensivliyindən  asılı 
olaraq  qısamüddətli  və  uzunmüddətli,  fasiləsiz  və  kortəbii,  çox 
intensiv  və  az  intensiv  münaqişələri  ayırmaq  olar.  Özü  də  müasir 
millətlərarası  münaqişələrin  kəskinliyi  ifratçılıqla  düz  mütənasibdir, 
irəli sürülən tələblərin demokratikliyinə isə tərs mütənasibdir. 
§5. Millətlərarası münaqişələrin nizamlanması yollan 
Bu ' Ə  ya digər millətlərarası münaqişənin qəti həlli mümkün 
deyildir.  Millətlər  mövcud  olduqca  dövri  surətdə  onların  qarşılıqlı 
münasibətlərində  ziddiyyətlərin  yaranması  labüddür.  Buna  görə  də 
problem  millətlərarası  ziddiyyətləri  aşkara  çıxarmaqdan,  zorakılığın 
tətbiqinə  yol  verməməkdən,  mübahisəli  məsələlərin  nizama 
salınmasının səmərəli üsullarım tapmaqdan ibarətdir. Əslində, söhbət 
çoxmillətli 
cəmiyyətdə 
millətlərarası 
münaqişələrin 
idarə 
olunmasından gedir. 
Milli  münasibətlərin  idarə  olunması  strategiyasını  işləyib 
hazırlamaq üçün bütün çoxmillətli məkanda ümumi qarşılıqlı surətdə 
məqbul  dəyərlər  və  normalar  tapmaq  zəruridir.  Bir  tərəfdən, 
dəyər-normativ sahəsi bütün çoxmillətli cəmiyyəti əhatə edəcək qədər 
kifayət  qədər  universal  olan,  digər  tərəfdən  isə  çoxmillətli  məkana 
daxil  olan  etnosların  xüsusi  ənənələrini,  adətlərini,  dəyər  və 
mənafelərini  pozmayan  ümumi  oyun  qaydaları  işləyib  hazırlamaq 
zəruridir. 
152 


Buna  görə  də  dövlətlə  dövlətin  tərkibinə  daxil  olan  bütün 
etnoslar  arasında  özünəməxsus  «ictimai  müqavilə»nin  bağlanması 
haqqında  sual  yaranır.  Belə  müqavilə  millətlərarası  münasibətlərin 
bütün məqamlarını tənzimləyə bilməsə də, əsas norma və prinsipləri; 
şəxsiyyətin və etnosun təhlükəsizlik təminatlarını, hüquq bərabərhyini, 
ziddiyyətlər  yarandıqda  zorakılığın  tətbiqinin  qadağan  olunmasını, 
münaqişələrin  dinc  üsullarla  həllini  və  s.  təsbit  etməlidir.  Bu  zaman 
oyun  qaydaları  münaqişə  iştirakçılarından  birinə  üstünlük 
verməməlidir. Yalnız bu halda onlar səmərəli olacaqdır. 
Mübahisəli  problemlərin  həllində  ali  münsif  və  müqavilənin 
yerinə yetirilməsinin qarantlı rolu federal Mərkəzə (yaxud bu məqsədlə 
xüsusi yaradılan hakimiyyət institutuna) verilərək, onun səlahiyyətləri 
(legitimliyi) qeyd-şərtsiz tanınmalıdır. 
Etnik  qrupların  özünün  submədəniyyəti  çərçivəsində  özünü 
reallaşdırması  üçün  ictimai  müqavilənin  hamı  tərəfindən  qəbul 
olunmuş  ümumi  prinsiplərinə  riayət  olunması  şərtilə  federal 
hakimiyyətin  bir  hissəsinin  onlara  verilməsi  zəruridir.  Lakin 
hakimiyyəti  bölüşmək  üçün  dövlət  (o  cümlədən  iqtisadi  cəhətdən) 
kifayət qədər güclü olmalıdır ki, zərurət yarandıqda güc metodları ilə 
millətlərarası münasibətlərdə separatçı və ifratçı meyllərin qarşısını ala 
bilsin. 
Millətlərarası  münaqişəni  təşəkkül  mərhələsində  aşkara 
çıxarmaq və onun qarşısını almaq mümkün olmadıqda zorakılığın (belə 
hal mövcud olduqda) dayandırılması birinci dərəcəli vəzifə təşkil edir. 
Daha  sonra  tərəflərin  münaqişəli  münasibətini  dialoq  formasına 
keçirmək  zəruridir.  Dialoqun  iki  səviyyəsi  mövcuddur:  qarşılıqlı 
fəaliyyətin məqsədi kimi dialoq və məqsədə çatıl- ması vasitəsi kimi 
dialoq.  Münaqişə  subyektləri  arasında  dialoq  bu  və  ya  digər 
səbəblərdən  mümkün  olmadıqda  vasitəçilərin  cəlb  edilməsi  zərurəti 
yaranır. Vasitəçilik münaqişələrin nizama salınmasında üçüncü tərəfin 
iştirakının ən yumşaq formasıdır. 
Münaqişənin nizama salınmasında növbəti addım qərarla- nnın 
icrası  bütün  münaqişə  iştirakçıları  üçün  məcburi  olan  arbitraja 
müraciətdir.  Münaqişənin  nizamlanması  ilə  yatırılması  arasında 
yerləşən məcburi arbitraj da mövcuddur. 
Millətlərarası münaqişələrin nizama salınmasının ifrat forması 
onların güc işlətməklə yatırılmasıdır. Qan axıdılmasına və 
153 


vətəndaş  müharibəsinə  son  qoymaq  üçün  keçmiş  Yuqoslaviya 
ərazisində  mərhələli  surətdə  vasitəçilik,  arbitraj,  məcburi  arbitraj  və 
qismən güc işlətməklə yatırma (serblərin döyüş mövqelərinin NATO 
aviasiyası  tərəfindən  bombardman  edilməsi  və  güc  işlətməklə 
hədələmə) tətbiq  olunmuşdur. Osetin-inquş hərbi münaqişəsi  də güc 
metodu ilə dayandırılmışdır. 
Millətlərarası  münaqişə  ən  çətin  nizamlanan  münaqişələrdən 
biridir. Bu münaqişələr, bir qayda olaraq, çoxillik müqəddiməyə malik 
olur,  sosial-iqtisadi,  siyasi,  ictimai-mədəni  və  etno-  psixoloji 
problemlər  kompleksi  ilə  şərtlənir.  Millətlərarası  münaqişələrin 
nizamlanması 
institusional 
və 
instrumental 
yanaşmaların 
uzlaşdırılması əsasında baş verir. 
Bütövlükdə  isə  millətlərarası  münaqişələrin  nizamlanma- 
smdakı çətinliklər aşağıdakı amillərlə bağlıdır: 
-- onların bir çoxu dərin tarixi köklərə, çoxillik tarixə malikdir
-
 
onlar insanın şüursuzluğuna toxunur
-
 
onlar dinin güclü təsirinə məruz qalır. 
Millətlərarası münaqişədən müxtəlif çıxış yolları mümkündür - 
kompromisdən güc tətbiqinə qədər. Millətlərarası münaqişələr aradan 
qaldırılarkən  həm  onlarda  xarici  hərbi  iştirakdan,  həm  də  hər  hansı 
başqa  kənar  müdaxilədən  qaçmaq,  yəni  hər  bir  əks  tərəfin  seçim 
azadlığını  təmin  etmək  məqsədəuyğundur.  Bu,  birinci  şərtdir.  İkinci 
şərt  döyüş  əməliyyatlarının  dayandırılması  və  münaqişə  iştirakçıları 
arasında siyasi kompromisin əldə olunmasıdır. 
Millətlərarası münaqişələrin nizamlanması sistemi institusional 
və instrumental yanaşmaların uzlaşdırılması əsasında yaradıla bilər. 
İnstitusional yanaşma daxili münaqişələrin qarşısının alınması 
və  nizamlanması  üzrə  təşkilatlar  şəbəkəsinin,  xüsusi  infrastrukturun 
yaradılmasını  nəzərdə  tutur.  O,  milli,  regional  və  qlobal  səviyyəli 
institutları ehtiva etməlidir. 
İnstrumental yanaşma millətlərarası münaqişəyə tənzimləyici 
təsir tədbirlərinin (alətlərinin) bacarıqla uzlaşdırılmasından ibarətdir. 
Onların arasında taktiki, operativ və strateji həll yolları fərqləndirilir. 
Taktiki  həll  yolları  münaqişələrin iştirakçılara güc təzyiqi, o 
cümlədən iqtisadi təzyiq, yaxud danışıqlar prosesinin qurulması 
154 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə