Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

Münaqişə həm müsbət, həm də mənfi sosial funksiyaları həyata 
keçirir.  Münaqişənin  nəticələrinə  obyektiv  və  subyektiv  qiymətlər 
verilə  bilər.  Məsələn,  istehsal  (sosial-əmək)  münaqişəsi  nəticəsində 
müəssisənin  yenidən  qurulmasının  mümkünlü
5
m  obyektiv  surətdə 
müsbət  təzahürdür,  lakin  ştat  ixtisarı  nəticəsində  işdən  çıxarılmış 
işçilərin 
mövqeyindən 
yanaşdıqda, 
bu 
münaqişə 
mənfi 
qiymətləndiriləcəkdir. 
Münaqişənin müsbət, yaxud mənfi təsiri bir çox cəhətdən sosial 
sistemlə şərtlənir. Sərbəst strukturlu qruplarda və münaqişənin norma 
hesab  olunduğu,  onun  nizamlanmasının  müxtəlif  mexanizmlərinin 
mövcud olduğu açıq cəmiyyətlərdə münaqişə, bir qayda olaraq, həyat 
qabiliyyətinin, dinamizmin və tərəqqiyə meylin artmasına təkan verir. 
Totalitar cəmiyyətdə sosial münaqişə prinsip etibarilə qəbul olunmur, 
onun  həllinin  yeganə  mexanizmi  isə  güc  hesabına  yatırmaqdan 
ibarətdir  (məsələn,  1962-ci  ildə  Novoçerkasskda  fəhlələrin 
nümayişinin gülləbaran edilməsi). Yatırılmış münaqişə funksiyalarını 
itirir,  cəmiyyəti  parçalanmaya,  köhnə  ziddiyyətlərin  kəskinləşməsinə 
və yeni ziddiyyətlərin yaranmasına aparıb çıxarır. 
Sosial münaqişənin açıq sosial strukturlar üçün xarakterik olan 
bəzi müsbət funksiyalarını nəzərdən keçirək. 
1.
 
Münaqişə ziddiyyətləri üzə çıxararaq həll edir və bununla da 
ictimai inkişafa təkan verir. Vaxtında aşkara çıxarılmış və həll edilmiş 
münaqişə  ağır  nəticələrə  aparıb  çıxaran  daha  ciddi  münaqişələrin 
qarşısım ala bilər. 
2.
 
Açıq  cəmiyyətdə  münaqişə  qrupdaxili  və  qruplararası 
münasibətlərin  sabitləşdirilməsi  və  birləşdirilməsi  funksiyalarım 
yerinə yetirir, sosial gərginliyi aşağı salır. 
3.
 
Münaqişə  əlaqə  və  münasibətlərin  intensivliyini  dəfələrlə 
artırır,  sosial  prosesləri  stimullaşdırır,  cəmiyyətə  dinamiklik  verir, 
yaradıcılıq və yeniliyi təşviq edir, ictimai tərəqqiyə təkan verir. 
4.
 
Münaqişə vəziyyətində insanlar həm öz mənafelərini, həm də 
onlara zidd mənafeləri daha dəqiq dərk edir, ictimai inkişafı obyektiv 
problem  və  ziddiyyətlərinin  mövcudluğunu  daha  tam  şəkildə  üzə 
çıxarırlar. 
5.
 
Münaqişə  ətraf  sosial  mühit,  rəqib  birliklərin  güc  poten- 
sialmm nisbəti haqqında informasiya əldə olunmasına təkan verir. 
6.
 
Xarici münaqişə qrupdaxili inteqrasiyaya və eyniləşməyə 
130 


təkan  verir,  qrupun,  millətin,  cəmiyyətin  vəhdətini  möhkəmləndirir, 
daxili  ehtiyatlan  səfərbər  edir.  O,  həmçinin  dostlar  və  müttəfiqlər 
tapmağa kömək edir, düşmənləri və bədxahları üzə çıxarır. 
7.
 
Daxili  münaqişələr  (qrupda,  təşkilatda,  cəmiyyətdə) 
aşağıdakı funksiyaları yerinə yetirir: 
~  qüvvələr  nisbətinin  (o  cümlədən  hakimiyyət  nisbətinin) 
yaradılması və qorunması; 
-
 
hamı  tərəfindən  qəbul  olunmuş  norma,  qayda  və  dəyərlərə 
riayət olunmasına sosial nəzarət; 
-
 
yeni sosial norma və institutların yaradılması, mövcud norma 
və institutların yeniləşdirilməsi; 
-
 
fərd və qrupların adaptasiyası və sosiallaşdırılması; 
-
 
qrup  təşkili,  qrupların  normativ  və  fiziki  sərhədlərinin 
müəyyən edilməsi və qorunması; 
-
 
qrupdaxili  və  qruplararası  münasibətlərin  nisbətən  sabit 
strukturunun müəyyən edilməsi və qorunub saxlanması; 
-
 
qrupda  və  cəmiyyətdə  qeyri-formal  iyerarxiyamn  müəyyən 
edilməsi, o cümlədən qeyri-formal liderlərin üzə çıxarılması. 
8.
 
Münaqişə  iştirakçılann  mövqelərini,  mənafelərini  və 
məqsədlərini  üzə  çıxarır,  bununla  da  yaranan  problemlərin  ta- 
razlaşdırılmış  həllinə  təkan  verir.  Açıq  sosial  sistemdə  münaqişə 
«qoruyucu  klapan»  rolunu  yerinə  yetirərək,  meydana  çıxan 
ziddiyyətləri  aşkarlayır  və  bütövlükdə  sosial  strukturu  qoruyub 
saxlayır. 
Sosial münaqişə aşağıdakı hallarda mənfi funksiyaları daşıyır: 
-
 
iğtişaş və qeyri-sabitliyə aparıb çıxardıqda; 
-
 
cəmiyyət sülh və asayişi təmin edə bilmədikdə
-
 
mübarizə zorakı metodlarla aparıldıqda; 
-
 
münaqişə  nəticəsində  böyük  maddi  və  mənəvi  itkilər  baş 
verdikdə; 
-
 
insanların həyat və sağlamlığı üçün təhlükə yarandıqda. 
Emosional  münaqişələrin  əksəriyyəti,  o  cümlədən  insanların 
sosial-psixoloji  uzlaşmazlığı  nəticəsində  yaranan  münaqişələr  mənfi 
münaqişələrə  aid  edilməlidir.  Zəruri  qərarların  qəbul  edilməsini 
çətinləşdirən münaqişələr də mənfi münaqişələr hesab olunur. Müsbət 
münaqişənin uzanması da mənfi nəticələrə gətirib çıxara bilər. 
131 


§5. Sosial münaqişələrin növləri və əsas inkişaf mərhələləri 
Münaqişələrin  əsas  növləri  təsnifləşdirmənin  əsası  qismində 
götürülən  meyardan  asılı  olaraq  müəyyən  edilir.  Əsas  qismində 
tərəflərin  xüsusiyyətləri  götürüldükdə  aşağıdakı  münaqişələri 
fərqləndirmək  olar:  şəxsiyyətlərarası,  şəxsiyyətlə  qrup  arasında, 
qrupdaxili,  kiçik  və  böyük  sosial  birliklər  arasında,  millətlərarası  və 
dövlətlərarası. 
Təsnifləşdirmənin  əsası  qismində  ictimai  həyat  sahələri 
götürüldükdə  siyasi,  iqtisadi,  ideoloji,  sosial,  hüquqi,  ailə-məişət, 
ictimai-mədəni  və  s.  münaqişələrdən  söz  açmaq  olar.  Münaqişələrin 
motivlərindən asılı olaraq, sosial münaqişələrin üç bloku fərqləndirilir: 
1)
 
hakimiyyət səlahiyyətlərinin və mövqelərinin bölüşdürülməsi 
ilə əlaqədar yaranan münaqişələr
2)
 
maddi ehtiyatlarla əlaqədar yaranan münaqişələr; 
3)
 
ən  mühüm  həyati  yönəliş  dəyərləri  ilə  əlaqədar  yaranan 
münaqişələr. 
Münaqişənin 
motivləri 
və 
vəziyyətin 
subyektiv 
qavranıiması  nəzərə  alınmaqla  münaqişələrin  aşağıdakı  növləri 
fərqləndirilir: 
1.
 
Yalançı  münaqişə  -  real  səbəblər  mövcud  olmadığı  halda 
subyekt tərəfindən vəziyyətin münaqişə kimi qavranıiması; 
2.
 
Potensial  münaqişə  -  münaqişənin  yaranması  üçün  real 
əsaslar mövcuddur, lakin hələ tərəflərin heç biri, yaxud hər ikisi bu və 
ya  digər  səbəblərdən  (məsələn,  informasiya  çatışmazlığı  ucbatından) 
hələ vəziyyətin münaqişəli olduğunu dərk etməmişlər
3.
 
Həqiqi  münaqişə  -  tərəflər  arasında  real  toqquşma.  Öz 
növbəsində, həqiqi münaqişəni aşağıdakı yarımnövlərə ayırmaq olar: 
a)
 
konstruktiv  - subyektlər arasında real surətdə mövcud olan 
ziddiyyətlər əsasında yaranmış münaqişə; 
b)
 
təsadüfi - anlaşılmazlıq, yaxud təsadüf nəticəsində yaranmış 
münaqişə; 
c)
 
yeri  dəyişdirilmiş  (gizli)  -  yalançı  əsasla  yaranmış,  həqiqi 
səbəbin  gizli  olduğu  münaqişə.  Məsələn,  biliyinə  aşağı  qiymət 
verilməsindən narazı tələbə imtahanı götürən müəllimlə qarşıdurmaya 
girmək üçün hər hansı bəhanədən istifadə edir
132 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə