Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   40   41   42   43   44   45   46   47   ...   91

ç) yanhş aidiyyath münaqişə - münaqişənin həqiqi müqəssirinin, 
subyektinin qarşıdurmada «pərdə arxası»nda qaldığı, münaqişəyə ona 
aiddiyyatı  olmayan  iştirakçıların  cəlb  olunduğu  münaqişə.  Məsələn, 
insan törətmədiyi cinayətdə ittiham olunur. 
Təsnifləşdirmənin  əsası  qismində  tərəflərin  psixi  halı  və 
insanlann  münaqişəli  vəziyyətlərdə  bu  hala  uyğun  davranışı 
götürüldükdə münaqişələr rasional və emosional münaqişələrə ayrılır. 
Münaqişənin  məqsəd  və  nəticələrindən  asılı  olaraq,  onlar  müsbət  və 
mənfi, konstruktiv və destruktiv münaqişələrə ayrılır. 
Adətən, sosial münaqişədə dörd inkişaf mərhələsi fərqləndirilir: 
1.
 
Münaqişəqabağı mərhələ, 
2.
 
Münaqişə. 
3.
 
Münaqişənin həlli. 
4.
 
Münaqişədən sonrakı mərhələ. 
Hər bir mərhələni ətraflı surətdə nəzərdən keçirək. 
Münaqişəqabağı vəziyyət 
Münaqişəqabağı  vəziyyət  sosial  münaqişənin  potensial 
subyektləri  arasındakı  münasibətdə  müəyyən  ziddiyyətlərlə  şərtlənən 
gərginliyin artmasında təzahür edir. Lakin ziddiyyətlər heç də həmişə 
münaqişəyə  keçmir.  Yalnız  münaqişənin  potensial  subyektlərinin 
uzlaşmaz ziddiyyət  kimi dərk etdikləri  ziddiyyətlər sosial  gərginliyin 
artmasına gətirib çıxarır. 
Sosial  gərginlik  heç  də  həmişə  münaqişənin  müjdəçisi  olmur. 
Bu, ən müxtəlif yaranma səbəblərinə malik ola biləcək mürəkkəb sosial 
fenomendir.  Sosial  gərginliyin  artmasını  şərtləndirən  ən  xarakterik 
səbəbləri sadalayaq; 
1.
 
İnsanların  mənafe,  tələbat  və  dəyərlərinin  real  surətdə 
pozulması. 
2.
 
Cəmiyyətlə,  yaxud  ayrı-ayrı  sosial  birliklərdə  baş  verən 
dəyişikliklərin qeyri-adekvat qavranılması. 
3.
 
Bu və ya digər real, yaxud yalançı faktlar, hadisələr haqqında 
yanlış, yaxud təhrif olunmuş informasiya və s. 
Sosial gərginlik özünün mahiyyəti etibarilə insanların psixoloji 
vəziyyətini  ifadə  edir  və  münaqişə  başlanana  qədər  latent  (gizli) 
xarakter daşıyır. 
133 


Bu dövrdə sosial gərginliyin ən xarakterik təzahüm kimi qrup 
emosiyalan çıxış edir. Optimal cəmiyyətdə sosial gərginliyin müəyyən 
səviyyəsi sosial orqanizmin təbii müdafə və uyğunlaşma reaksiyasını 
ifadə  edir.  Lakin  sosial  gərginliyin  optimal  səviyyəsini  aşma 
münaqişələrə  gətirib  çıxara  bilər.  Real  həyatda  sosial  gərginliyin 
yaranma  səbəbləri  bir-birinə  əlavə  oluna,  yaxud  bir-  birini  əvəz  edə 
bilər. Məsələn, vətəndaşların bir hissəsinin bazara mənfi münasibəti, 
ilk növbədə, iqtisadi çətinliklərlə şərtlənsə də, çox vaxt dəyər yönümü 
kimi  təzahür  edir.  Əksinə,  dəyər  yönümü,  bir  qayda  olaraq,  iqtisadi 
səbəblərlə əsaslandırılır. 
Sosial  münaqişədə  aparıcı  anlayışlardan  birini  qane  olmama 
təşkil  edir.  Mövcud  vəziyyətdən,  yaxud  hadisələrin  inkişafının 
gedişindən  qane  olmama  sosial  gərginliyin  artmasına  aparıb  çıxarır. 
Bu  zaman  qane  olmama  subyektiv-obyektiv  münasibətlərdən 
subyektiv-subyektiv münasibətlərə keçir. Bu keçidin mahiyyəti ondan 
ibarətdir  ki,  münaqişənin  potensial  subyekti  qeyri-  qənaətbəxşliyin 
real  (yaxud  ehtimali)  müqəssirlərini  fərdiləşdirir  və  eyni  zamanda 
yarannuş  vəziyyətin  adi  qarşılıqh  fəaliyyət  üsulları  ilə  həllinin 
qeyri-mümkünlüyünü dərk edir. 
Münaqişəqabağı mərhələni şərti surətdə üç inkişaf dövrünə 
ayırmaq  olar.  Həmin  inkişaf  dövrləri  üçün  tərəflərin  qarşılıqlı 
münasibətlərində aşağıdakı xüsusiyyətlər səciyyəvidir: 
1.
 
Müəyyən  mübahisəli  obyektlə  əlaqədar  ziddiyyətlərin 
yaranması;  etimadsızlığın  və  sosial  gərginliyin  artması;  birtərəfli, 
yaxud  qarşılıqlı  iddiaların  irəli  sürülməsi;  təmasların  azalması  və 
incikliyin toplanması. 
2.
 
Öz  iddialarının  hüquqauyğunluğunu  sübuta  yetirməyə  can 
atma  və  rəqibi  mübahisəli  məsələləri  «ədalətli  üsullarla»  həll  etmək 
istəməməkdə ittihamlandırma; öz stereotiplərinə qapanma; emosional 
sahədə qərəz və nifrətin meydana çıxması. 
3.
 
Qarşılıqlı  fəaliyyət  strukturlarının  dağılması;  qarşılıqlı 
ittihamlardan  təhdidlərə  keçid;  təcavüzkarlığın  artması;  «düşmən 
obrazı»nm formalaşması və mübarizəyə yönəliş. 
Beləliklə,  münaqişəli  vəziyyət  tədricən  açıq  münaqişəyə 
çevrilir.  Lakin  öz-özlüyündə  o,  uzun  müddət  mövcudluğunu  saxlaya 
və  münaqişəyə  çevrilməyə  bilər.  Münaqişənin  real  olması  üçün 
insident zəruridir. 
İnsident - tərəflərin bilavasitə toqquşmasının başlanması 
134 


üçün  formal  bəhanə,  hadisədir.  İnsident  təsadüfən  baş  verə,  habelə 
münaqişə  subyekti  (subyektləri)  tərəfindən  provokasiya  oluna, 
hadisələrin  təbii  gedişatınm  nəticəsi  ola  bilər.  Bəzən  insidenti 
«özgələrin münaqişəsi»ndə müəyyən mənafelər güdən «üçüncü tərəf» 
hazırlayır və qızışdırır. 
İnsident  münaqişənin  yeni  keyfiyyətə  keçməsini  ifadə  edir. 
Yaranmış  vəziyyətdə  münaqişə  tərəflərinin  üç  davranış  variantı 
mümkündür: 
1.
 
Tərəflər  (tərəf)  yaranmış  ziddiyyətləri  yoluna  qoymağa  və 
kompromis əldə etməyə can atırlar. 
2.
 
Tərəflərin  biri  özünü  elə  aparır  ki,  heç  nə  baş  verməmişdir 
(münaqişədən qaçma). 
3.
 
İnsident açıq qarşıdurmanın başlanması üçün siqnala çevrilir. 
Bu və ya digər variantın seçilməsi bir çox cəhətdən tərəflərin münaqişə 
yönəlişindən 
(məqsədlərindən, 
gözləntilərindən, 
emosional 
yönümündən) asılıdır. 
§6. İqtisadi münaqişələr 
Sosial həyatın ən mühüm aspektini iqtisadi aspekt təşkil edir. 
Sivilizasiyanın 
münaqişələrin 
səmərəli 
tənzimlənməsi 
mexanizmini yaratmağa imkan vermiş ən böyük nailiyyətlərindən biri 
bazar  iqtisadiyyatı  olmuşdur.  Yalnız  XVIII  əsrin  sonundan  etibarən 
mütəfəkkirlər  daha  çox  belə  suallar  verməyə  başlamışlar:  cəmiyyət 
nəyin  hesabına  normal  «işləyir?»  Nəyə  görə  fərdlər  öz  mənafelərini 
güdmələrinə və çox məhdud informasiyaya malik olmalarına rəğmən 
xaos deyil, heyrətamiz dərəcədə mütəşəkkil cəmiyyət ortaya çıxır? 
Belə  mütəfəkkirlər  sırasında  ən  uzaqgörən  və  böyük  təsir 
göstərəni Adam Smit (1723-1790) olmuşdur. 
Smit  hətta  ən  yüksək  təhsilli  insanların  belə  yalnız  dövlət 
xadimlərinin  usanmaz  diqqəti  sayəsində  cəmiyyətin  iğtişaş  və 
yoxsulluq vəziyyətinə labüd qayıdışdan qorunması fikrində olduğu bir 
dövrdə  yaşamışdır.  Smit  bu  fikirlə  razılaşmarmş  və  hamı  tərəfindən 
qəbul  olunmuş  fikri  inkar  etmək  üçün  hökumətin  dəstəyi  olmadan 
fəaliyyət  göstərən  ictimai  əlaqələndirmə  mexanizmini  kəşf  və  təsvir 
etmişdir. Bu, elə güclü bir mexanizmdir ki
135 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə