Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

olan  şəxsə  divan  tutulmasının  nümayiş  etdirilməsi  hesabına  əldə 
olunmur.  Divan  tutmada  iştirak  etmək  tələb  olunur.  Funksioneri 
təqsirsizliyinə  şübhə  etmədiyi  şəxsi  (dostunu,  yaxın  qohumunu) 
satmağa,  mühakimə  etməyə  məcbur  etmək  xüsusilə  vacibdir.  Sonra 
koqnitiv dissonans mexanizmi işə düşür: əgər belə etmişəmsə, deməli, 
belə lazım imiş. 
Vicdan  yarası  isə  qalır.  Onun  sağalmaması  üçün  eksperiment 
sonradan təkrarlanmalıdır. 
Totalitar  cəmiyyətdə  idarəetmə  sarsılmaz  qanunlar  əsasında 
deyü,  hökmdarın  iradəsinə  görə  həyata  keçirildiyindən,  səhvləri 
düzəltmək  çox  çətin  olur.  Böhran  vəziyyəti  yarandıqda  hökmdar 
hakimiyyətdə  qaldıqca  onu  düzəltmək,  demək  olar  ki,  mümkün 
deyildir. Hökmdar artıq özünün əsatiri aləmində yaşayır. Buna görə də 
çox  vaxt  hakimiyyətin  labüd  iflası  aydın  surətdə  dərk  edilərək, 
kəskinləşən münaqişə qəsd və saray çevrilişi yolu ilə həll olunur. Risk 
isə o qədər böyükdür ki, çevriliş amansızlıqla həyata keçirilir. 
§7. Demokratik hakimiyyət münaqişələri 
Demokratik cəmiyyətdə «oyun qaydaları» müzakirə olunarkən, 
onların  əməli  nəticələri  barədə  düşünürlər.  Qədim  Roma  senatı  su 
kəmərlərinin inşası variantını seçərkən belə bir qaydam rəhbər tuturdu: 
kəmərin  üç  yüz  il  işləyəcəyi  layihəyə  üstünlük  verilməlidir.  Hazır 
konstruksiyada  səhvin  aşkar  edildiyi  andansa,  planın  qəbul  edildiyi 
mərhələdə mübahisə etmək daha yaxşıdır. Öz fikrini ifadə və müdafiə 
etmək  azadlığı  məntiqi,  elmi,  hüquq  şüurunu  doğurmuşdur.  Yeni 
qaydaların işlənib hazırlanmasında iştirak edən hər bir cəmiyyət üzvü 
yalnız  özünün  intellektual  töhfəsini  verməklə  kifayətlənmir,  həm  də 
əksəriyyətin  təsdiq  etdiyi  qaydanın  saxlanmasına  görə  öz  üzərinə 
məsuliyyət götürmüş olur. Burada qəbul edilmiş qaydanın icrasının ən 
yüksək təminatı təsbit olunur. 
Totalitar  cəmiyyətdə  hüquq  və  qanun  fərqləndirilmir.  Hüquq 
qanunun  verdiyi  imtiyazdır.  Qanun  isə  hökmdarın  iradəsinin  təsbit 
olunmuş  ifadəsidir.  Hökmdar  istəyəndə  qanunu,  həm  də  hüquq 
münasibətlərini dəyişdirir. Kiminsə imtiyazlarını artı- 
105 


nr, kimisə imtiyazlardan məhrum edir. 
Sabit demokratik ənənələrə malik cəmiyyətdə isə hüquq ictimai 
şüurda  təsbitini  tapnuş,  cəmiyyətin  nüfuzu  ilə  qorunan,  müəyyən 
hərəkətlərin  icrasında,  müəyyən  tələbatların  təmin  olunmasında 
azadlığa təminat verən qaydalardır. Qanun  yalnız hüququ ifadə edir. 
Buna görə də hakimiyyət cəmiyyətin qeyri- hüquqi hesab etdiyi qanun 
qəbul edə bilər. Bu halda cəmiyyət hökuməti devirmək üçün əsas əldə 
edir. 
Orta əsr Avropa dövlətləri  siyasi  quruluş etibarilə demokratik 
olmamışlar. Lakin bu dövlətlərdə demokratik yarımsis- temlər mövcud 
olmuşdur.  Məsələn,  silki  institutlar:  sənətkar  sexləri,  şəhər  vergi 
parlamentləri,  imperiya  seymləri,  silki  məhkəmələr  fəaliyyət 
göstərmişdir. Avropa Roma hüququnu qəbul  etmişdir. Buna görə də 
sosial  həyatda  ən  mühüm  vassallıq  sistemi  müqavilə  əsası  üzərində 
qurulurdu. Senyor müqaviləni pozduqda vassal öz hüquqlarını ya silki 
məhkəmədə, ya da əlində silah qorumağa borclu idi. Bir çox hakimlər 
öz  vassalları  tərəfindən  andım,  len  hüquqlarını  pozduqlarına  görə 
devrilmişdi. 
Qanun  yalmz  hökmdarın  iradəsinə  əsaslandıqda  həmişə 
dəyişdirilə  biləcək  hüquqi  ifadəni  təmsil  etmiş  olur.  Qanun  hüquq 
sisteminə  istinad  etdikdə  isə  onu  hazırlayıb  təcəssüm  etdirənlərin 
iradəsi ilə möhkəmləndirilir. Hüquq onun hər bir daşıyıcısının şüuruna 
sosial  ədalət  norması  kimi  nüfuz  edir  və  bu  daşıyıcını  onun  ən  fəal 
müdafiəçisinə çevirir. 
Qanunlar  öz-özlü>mndə  gücə  malik  hökmdara  lazım  deyildir. 
Real  qanun  özünün  mahiyyəti  etibarilə  hakimiyyətin  müəyyən 
normanın könüllü dəstəklənməsi haqqında cəmiyyətlə müqaviləsidir. 
Bu  halda  sosial  aşağıların  hüquqları  təsbit  olunur.  Bu  hüquqların 
mövcud  qanun  vasitəsilə  qorunması  və  yeni  qanun  vasitəsilə 
genişləndirilməsi  hüquq  münasibətləri  sistemini  möhkəmləndirir. 
Buna görə də hakimiyyət və cəmiyyət arasında yaranan münaqişələr 
hüquq  qaydasının  təsbitinə  və  genişləndirilməsinə  yönəlmişdir. 
Avropa 
münaqişənin 
seyralərdə, 
parlamentlərdə, 
andlılar 
məhkəmələrində  və  hətta  universitetlərdə  qanunlar  haqqında 
mübahisələr forması kəsb etməsindən yalnız qazanmışdır. 
Konkret  hallara  (presedentlərə)  dair  qərarlar  qanunvericilik 
korpusuna daxil olaraq, hüquq sistemini möhkəmləndir 
106 


mişdir. 
İngiltərə  kralının  1215-ci  ildə  təsdiq  etdiyi  Böyük  Azadlıqlar 
Xartiyası  indiyə  qədər  qüvvədə  olan  hüquqi  sənəddir,  ingilis  hüquq 
sisteminin əsasıdır. 
Bundan  əlavə,  hakimiyyət  qərarları  işlənib  hazırlanarkən 
münaqişə  idarəetmə  sisteminin  fəaliyyətinin  əsasında  qoyulmuşdur. 
Avropada  silki  birliklərdən  başqa,  real  surətdə  taxt-tacdan  müəyyən 
müstəqilliyə  malik  daha  bir  neçə  birlik  mövcud  olmuşdur.  Bunlar 
mənəvi  nüfuza  malik  və  Roma  papasına  tabe  olan  katolik  kilsəsi, 
dövlət  hakimiyyətinin  inzibati  nəzarəti  olmadan  elmi  həqiqət 
məsələlərini  müzakirə  edən  universitetlərdir.  Universitet  elmində 
müxtəlif  məktəblər  mövcud  olmuşdur.  Hətta  kilsə  belə  monax 
ordenlərinə öz nizamnaməsini, davranış normalarını yaratmaq, mənəvi 
sahəyə spesifik yanaşma işləyib hazırlamaq imkanı verirdi. 
XVII-XVIII  əsrlərdə  Lokk  və  Monteskye  hakimiyyət  bölgüsü 
ideyasını  nəzəri  cəhətdən  əsaslandıraraq,  üç  müstəqil  budağı: 
qanunverici, icraedici və məhkəmə hakimiyyətini fərqləndirirdilər. Bu 
ideya ABŞ-nın konstitusion quruluşunun əsasım təşkil etmiş, sonralar 
demokratik  sivilizasiyanın  ümumi  nailiyyətinə  çevrilmişdi.  Hər  üç 
hakimiyyət  budağı  ictimai  iradə  (millətin,  xalqın  iradəsi)  əsasında 
yaradılmış  konstitusiyaya  tabedir.  Millətin  rifahı  hakimiyyət 
institutlarının  hərəkətlərini  müəyyən  edir  və  məhdudlaşdırır. 
Konstitusiya  əsas  və  birbaşa  qüvvəli  qanundur.  Heç  bir  hökumət, 
yaxud məhkəmə qərarı konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. 
Bu,  o  deməkdir  ki,  bütövlükdə  cəmiyyət  hakimiyyətin 
hərəkətlərinə nəzarət edərək, onun qərarlarını konstitusiya qanunu ilə 
tutuşdura  bilər.  Cəmiyyət  idarəetmə  orqanlarına  seçkilər  vasitəsilə 
qanunvericilik hakimiyyətinə nəzarət edir, zərurət  yarandıqda qanuni 
yolla onu devirir, yaxud dəyişdirir. Hər üç budaq öz səlahiyyətlərinə 
malikdir,  heç  bir  hakimiyyət  digərinin  fəaliyyətini  əvəz  edə  bilməz. 
Hakimiyyət  bölgüsü  gerçəkliyin  qiymətləndirilməsində  və  planların 
işlənib  hazırlanmasında  idraki  tamlığı,  obyektivliyi  təmin  edir.  İki 
hakimiyyət  üçüncüyə  müvəqqəti  fayda  naminə  öz  imkanlarından 
sui-istifadə  etməyə  imkan  vermir.  Onların  arasında  razılıq  isə  çox 
vacibdir. 
Üç müstəqil sistemin informasiyanın işlənilməsi sahəsində 
107 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə