Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

nəticələri üst-üstə düşürsə, həmin nəticələrin oybektivliyi artır. Qeyd 
olunmalıdır  ki,  real  hakimiyyətin  bölüşdürülməsi  yalnız  üç  məcrada 
cərəyan  etmir.  İctimai  rəyin  gücünə  malik  olan  kütləvi  informasiya 
vasitələri  dördüncü  hakimiyyət  kimi  qəbul  olunur.  Özünəməxsus 
həqiqət  meyarlarına  malik  elmin  cəmiyyət  həyatına  təsiri  durmadan 
artır.  Siyasi  partiyalar  sadəcə  tərəfdarlar  toplamaqla  kifayətlənmir, 
müəyyən  dünyabaxışı  və  hadisələrin  gedi-  şatma  təsir  proqramları 
formalaşdırırlar.  Səmərəli  əks  əlaqə  sistemi  inkişaf  etdirilir.  Hər  bir 
böyük hadisə hakimiyyət və cəmiyyət strukturları daxilində və onların 
arasında  müzakirə  olunur.  Başqalarının  mümkün  reaksiyası  öz 
qrupunun fəaliyyəti planlaşdırılarkən nəzərə alınır. 
Demokratiya və liberalizm prinsipləri hakimiyyəti daha çevik, 
daha  dayanıqlı  və  daha  humanist  edir.  Lakin  bu,  heç  də  onun 
kamilləşdiyini  ifadə  etmir.  Siyasi  mifologiyanın  pərəstişkarları  öz 
ardıcıllarına ideal həyat vəd edirlər. Lakin onlar belə bir qaydanı əsas 
götürürlər:  arzuya  qadağan  yoxdur.  Demokratiya  tərəfdarları  belə 
utopizmdən imtina edirlər. 
Demokratiya  cənnəti  təmin  etməsə  də,  cəhənnəmin  qalib 
gəlməsinə yol vermir. 
Demokratiya özünün şəxsi rifahı barədə niyyətlərini fəal surətdə 
reallaşdıran  insana  doğru  yönəlmişdir.  Demokratik  hakimiyyətin 
uğuru  məcmu  şəxsiyyət  potensialından  asılı  olmasaydı,  bu,  təəccüb 
doğurardı. İnsanlar müxtəlifdir: onların arasında ağıllılar və səfehlər, 
tənbəllər və əməksevərlər, məsuliyyətlilər və biganələr vardır. Onların 
hamısına eyni vətəndaş hüquqları verilsə də, sosial qarşılıqlı fəaliyyətə 
və  sosial  yaradıcılığa  müxtəlif  töhfə  verirlər.  Bərabər  seçki  hüququ 
(bir adam - bir səs) vətəndaşlara ona görə verilməmişdir ki, onlar eyni 
dərəcədə  kamil  və  ictimai  ideallara  sadiqdir.  Sadəcə,  «layiqlilər»in 
seçilməsinin  istənilən  üsulu  seçənlərin  mövcudluğunu  və  onların 
kamilliyin dəqiq meyarlarını bilməsini nəzərdə tutur. Seçim hüququna 
malik  qruplar  mövcuddur:  bunlar  idman  yarışlarında  hakimlər,  elmi 
dərəcələrin  verilməsi  üzrə  elmi  şuralar,  hərbi  və  digər  rütbələrin 
verilməsi üzrə ekspert şuralarıdır. Lakin onların hamısı xüsusi seçimi 
həyata keçirir və onlarla razılaşmayanlar məhkəməyə, yaxud ictimai 
rəyə  müraciət  edərək,  öz  fikrini  bildirə  bilərlər.  Bəs  «ictimai  rifah» 
mütəxəssislərinin yanlış hərəkət 
108 


lərindən  necə  şikayət  etməli?  İctimai  rifahın  müdafiəsi  səlahiyyəti 
yalnız bütün cəmiyyətin sərəncamında olmalıdır. 
Bu  şəraitdə  cəmiyyət  daim  bürokratik  aparatla  münaqişələrə 
girir.  Veber  bürokratiyanm  səmərəliliyini  onun  yüksək  səviyyəli 
mütəxəssislərdən  istifadə  etmək  (funksional  prinsip)  və  onların 
tabeçilik  sistemini  qurmaq  (iyerarxiya  prinsipi)  qabiliyyəti  ilə 
əlaqələndirirdi.  Bürokratiya  ona  aidiyyatı  olan  bütün  münaqişəli 
vəziyyətlərin həllində bitərəf qalmalıdır; formal qaydalar sistemindən 
istifadə etməlidir; mübahisə edənlərin şəxs- siyyətinə və mənafelərinə 
deyil,  onların  dəlillərinin  əsaslı  olmasına  reaksiya  verməlidir;  hər 
hansı  qərar  qəbul  edərkən  ondan  özü  üçün  heç  bir  fayda 
götürməməlidir. Sözün qısası, qayda və qanunlara ciddi riayət edərək, 
«şəxslərə  deyil,  işə»  xidmət  etməli,  satqın  olmamalıdır.  Lakin  hətta 
XX əsrin riyaziyyatı belə dərk etmişdir ki, mütləq dəqiq bilik olmur. 
Hedel  teoreminə  görə,  istənilən  riyazi  sistem  yalan,  yoxsa  həqiqi 
olduğuna  qərar  verə  bilmədiyi  müddəalarla  qarşılaşır.  Belə  olduğu 
halda, dolaşıq sosial həyat istisna təşkil edə bilməz. İstənilən qanunda 
«boşluqlar»  mövcuddur  və  təbii  ki,  bürokratiya  onlardan  öz  xeyrinə 
istifadə  edəcəkdir.  Cəmiyyətin  bürokratiya  ilə  münaqişəsinin 
nizamlanması bir neçə istiqamətdə cərəyan edir. 
Bürokratiya  vətəndaşlardan  prinsipcə  fərqli  hüquqi  statusa 
malikdir.  Vətəndaş  qanunla  qadağan  olunmamış  hər  şeyi  etmək 
hüququna  malikdir.  Buna  görə  də,  vətəndaşın  potensial  mümkün 
hərəkətləri  heç  bir  siyahı  ilə  tükənmir.  Məmur  isə  əksinə,  yalnız 
qanunla  müəyyən  edilənləri  etmək  hüququna  malikdir.  Məmurun 
hərəkətləri  onun  səlahiyyətlərinin  siyahısında  sadalana  bilər. 
Maksimum  miqdarda  mülkiyyət  bürokratiyanm  sərəncamından 
çıxarılıb  şəxsi  əllərə verilməlidir. Yalnız o halda  bürokratik oğurluq 
azalacaqdır.  Bürokratiyanm  sərəncammdakı  mülkiyyətin  mümkün 
qədər çox hissəsi cəmiyyətin nəzarətində olmalıdır. 
Qapalı  arxivlərdəki  sənədlər,  muzey  saxlandanndakı  şəkillər 
tarix və boyakarlıq həvəskarlarının marağından, təmiz havadan, yaxud 
günəş  şüalarından  məmur  oğurluğu  ilə  müqayisədə  qat-qat  az  ziyan 
çəkəcəkdir. Dövlət mülkiyyətindən istifadə edən hər bir cəmiyyət üzvü 
onun  vəziyyətini  dövlət  inventarlaşdırma  komissiyasından  qat-qat 
yaxşı  yoxlayır. Bürokratiyanm hərəkətlərindən məhkəmə qaydasında 
şikayət verilə bilər. Ona nəzarəti 
109 


bütün  xalq  tərəfindən  seçilmiş  qanunvericilik  orqanı  həyata  keçirir. 
Onun hərəkətlərini azad KİV müzakirə edir. 
Vətəndaşların  siyasi  səriştəsi  ilə  bağlı  münaqişə  də  eyni 
dərəcədə  dayanıqlıdır.  Bəzilərinin  fikrincə,  mexaniki  surətdə 
hesablanmış səs çoxluğu öz-özlüyündə qoyulmuş problemlərin həllini 
ehtiva edir («xalq səhv etmir»). Digərləri siyasi elitanın məsuliyyətinə 
və  səriştəsinə  daha  çox  etimad  bəsləyir.  Populistlər  demokratiyanın 
kəmiyyət aspektini, elitistlər keyfiyyət aspektini qabardırlar. Amerika 
sosioloqu  Antonii  Oberşell  «Sosial  münaqişə  və  sosial  hərəkatlar» 
kitabında Amerika siyasətində iki meylin mübarizəsini belə təsvir edir: 
«Siyasi  bərabərlik  ideallarına  və  xalqın  suverenliyi,  çoxluğun 
hakimiyyəti  prinsiplərinə  əsaslanan  Amerika  demokratik  siyasi 
ənənəsi  daxilində  həmişə  elitist  (ha-  miltonçu)  və  populist 
(ceffersonçu)  yönümlər  arasında  gərginlik  mövcud  olmuşdur  və 
olacaqdır.  Xalqın  müdrikliyinə  inanmayanlar  və  əksinə,  xalq 
elçilərinin  motivlərinə  etibar  etməyib,  vətəndaşların  siyasi 
diferensiasiyasının  nəticəsi  olan  bərabərsizliyi  minimuma  endirməyə 
çalışanlar  demokratik  prinsiplərin  həyata  keçirilməsinin  struktur 
təşkilinin müxtəlif formalarına üstünlük verirlər. Populistlərin fikrincə, 
qanunvericilər  zəruri  bəladır  və  yalnız  xalq  iradəsinin  icraçısı 
olmalıdır.  Elitistlər  qanunvericiləri  ictimai  rəylə  ictimai  siyasətin 
formalaşması  arasında  faydalı  vasitəçi  qismində  nəzərdən  keçirirlər. 
Populistlər birbaşa seçkilər uğrunda çıxış edərək, nəzərdə tuturlar ki, 
ilkin seçkilər qruplar şəklində hərəkət edən partiya bosslarının təsirini 
və birliyini yoxlayır. 
Onlar  qanunvericilərin  təsirinin  əksi  kimi  referendumdan 
istifadə edirlər. Elitistlər bu institutlara müxalifətdədir. 
Elitizmin yayılması demokrtiyam oliqarxiyanm xeyrinə sarsıdır. 
Populizmin  yayılması  isə  diktaturanın  qurulmasına  və  dözümsüz 
çoxluq tərəfindən azlığın hüquqlarının boğulmasına təkan verə bilər. 
Demokratik ənənənin uğuru xeyli dərəcədə bu iki münaqişəli yönüm 
arasında mövcud olan ziddiyyətlərə və gərginliyə əsaslanır». 
Münaqişə kifayət qədər dərin əsasa malikdir. Bir tərəf maarifçi 
azlığa,  digər  tərəf  isə  sağlam  düşüncəli  çoxluğa  rəğbət  bəsləyir. 
Maarifçi  azlığın  incə  intellekti  qeyri-real  plan  meydana  çıxara  və 
bundan da betəri, öz gücünü ağıllı aristokratların haki- 
110 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə