Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

məsi təmin olunsun. 
Damşıqlar  sadəcə  münaqişənin  başa  çatdırılması,  nizama 
salınması, həlli üsulu olmayıb, həm də münaqişədə iştirak üsulu, onun 
inkişaf  formalarından  biridir.  Danışıqlara  hazırlıq  və  bu  prosesin 
gedişindəki labüd əməkdaşlıq daxil olmaqla, danışıqlar prosesinin özü 
həm  münaqişənin  mərhələlərindən  biri  kimi,  həm  də  onun 
iştirakçılarının qarşıdurmasının idarə olunması üsulu kimi başa düşülə 
bilər. 
İndiyə  qədər  «danışıqlar»  anlayışının  məzmununun  dəqiq  və 
aydın  tərifi  yoxdur.  Bəzi  alimlərin  fikrincə,  danışıqlar,  ilk  növbədə, 
ümumi  mənafelər  güdən  əməkdaşlığı  nəzərdə  tutan  tədbirdir. 
Danışıqlar  zamanı  təzahür  edən  rəqabət  əslində  əməkdaşlığın 
qələbəsini ifadə edir. 
Digər  alimlər  onu  əsas  götürürlər  ki,  danışıqlar  fərqli 
mənafelərin  toqquşması  zamanı  reallaşdırılan  strategiyadır,  lakin 
bununla  yanaşı,  iştirakçı  tərəflərin  qarşılıqlı  asılılığının  bütün 
iştirakçılar üçün əlverişli razılaşmaya gəlməyə imkan verən müəyyən 
dərəcəsi mövcuddur. Şübhəsiz, tərəflər bir-biri ilə razılaşmayacaqdır, 
lakin  onlar  razılaşmaya  gəlmək  istərdi,  çünki  nə  ləngimə,  nə  də  öz 
mənafeləri uğrunda mübarizə onlara fayda gətirmir. 
Danışıqların iştirakçılarının qüvvələr nisbətindən, onlardan hər 
birinin mənafelərinin məzmunundan və əhəmiyyətindən, danışıqların 
şəxsi  üslubundan,  danışıqların  formasından,  mərhələsindən  və 
aparılma  üsulundan  asılı  olaraq,  qarşıdurma  və  əməkdaşlıq  arasında 
balans gah bir, gah da digər tərəfə doğru dəyişir. Əlbəttə, danışıqlarda 
istər münaqişə iştirakçılarının qüvvələr nisbəti, istərsə də onların digər 
qarşıdurma  formalarına  qabil  və  hazır  olması  fövqəladə  əhəmiyyətə 
malikdir, lakin başlıcası ondan ibarətdir ki, siyasi münaqişə danışıqlar 
mərhələsində, yaxud formasında əməkdaşlıq elementlərini ehtiva edir
deməli, daha idarəedilən olur. 
Hamı: ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, hakimiyyətdə 
olan  və  hakmiyyətə  can  atan  ayrı-ayrı  vətəndaşlar,  vasitəçilər  və 
bilavasitə  maraqlı  tərəflər  münaqişələrdə  iştirak  edə,  eləcə  də 
danışıqlar  apara  bilərlər.  Lakin  təcrübə  göstərir  ki,  bu  fəaliyyət 
sahəsində  ixtisaslaşmış,  müvafiq  hazırlıq  keçmiş  və  zəruri  ixtisasa 
malik şə.xslər danışıqları daha uğurla aparırlar. Belə 
99 


danışıqçının  klassik  nümunəsi  başqası  ilə  dialoqda  öz  dövlətinin 
mənafelərini təmsil edən diplomatdır. 
1990-cı  illərin  əvvəllərində  soyuq  müharibənin  başa  çatması, 
həm də köhnə dünya qaydasının sonunu ifadə etdi. Bu, ikiqütblü dünya 
idi,  beynəlxalq  səhnədə  əsas  güc  mərkəzlərini  ABŞ  və  SSRİ  təşkil 
edirdi. 
Müxtəlif  ölkələrin  alim  və  siyasətçiləri  indiyə  qədər  bu 
qarşıdurmanın  və  onunla  bağlı  münaqişələrin  başa  çatmasının 
nəticələrini  və  əhəmiyyətini  müzakirə  edirlər.  Bəzilərinin  fikrincə, 
soyuq müharibədə, ümumiyyətlə, qalib olmamışdır və ola da bilməzdi, 
bütün  iştirakçılar  uduzmuşdur.  Digərlərinin  fikrincə.  Qərbin  soyuq 
müharibədə  qələbəsi  aşkardır  və  sübuta  yetirilmişdir.  Üçüncülərin 
fikrincə, SSRİ və ABŞ başda olmaqla iki dünya sisteminin ideoloji və 
hərbi qarşıdurmasının başa çatması soyuq müharibənin özü üzərində 
qələbəni ifadə etdi. 
Lakin  hələ  ikiqütblü  dünyanı  hansı  dünyanın  əvəz  etməsi  və 
yeni  dünyada  hakimiyyət  uğrunda  mübarizədə  hakimiyyət  uğrunda 
mübarizədə  dünya  siyasətində  hansı  münaqişələrin  yarana  bilməsi 
suallarının qəti cavabı yoxdur. 
Birinci  sualın  müzakirəsi  müasir  dünya  elmi  üçün  xarakterik 
olan  iki  konsepsiyanı  irəli  sürməyə  və  əsaslandırmağa  imkan 
vermişdir.  Birinci  konsepsiyaya  görə,  müasir  dünya  birqütblüdür. 
Faktiki olaraq mövcud olan bir qütb ABŞ başda olmaqla demokratik 
sənaye dövlərlərindən ibarətdir. İlk növbədə, ABŞ-da yayılmış olan bu 
konsepsiyanın  tərəfdarları  arasında  yalnız  nəzəriyyəçi  alimlər  deyil, 
həm  də  ABŞ-nın  siyasi  xəttini  işləyib  hazırlayan  və  həyata  keçirən 
əməli  siyasətçilər  vardır.  Bir  qayda  olaraq,  onlar  etiraf  edirlər  ki, 
birtərəfli liderlik onun itirilməsinə gətirib çıxara bilərdi, buna görə də 
onlar  vurğulayırlar  ki,  ABŞ-  nın  tək  qütb  çərçivəsində  liderUyi  bir 
dövlətin  ona  tabe  xalqlar  üzərində  hökmranhğı  deyil,  bərabərlər  və 
dostlar arasmda birincilik xarakteri daşıyır. Bu nəticə ikinci suahn da 
cavabını  təyin  edir:  təkqütblü  dünyada  münaqişələr  tək  qütblə 
qarşıdurma ilə bağlı olacaqdır. Çin, Rusiya, Hindistan, yaxud hər hansı 
başqa ölkə tək qütbə qoşulraadıqda onlara qarşı dura biləcək güclü və 
nüfuzlu  dövlətin  meydana  çıxmasının  qarşısım  almaq  ABŞ-nın  və 
onun müttəfiqlərinin mənafelərinə uyğundur. Beləliklə, tək- qütblülük 
konsepsiyası Pax Americana, yəni ABŞ-nın dünyada 
100 


üstünlüyü ideyasım ehtiva edir. Bu zaman ABŞ-nm aparıcı  rolu icra 
etməsi  tabeçilikdə  olanlarla  münaqişəni  şərtləndirir.  Bu,  özünün 
mahiyyəti  etibarilə  qlobal  münaqişə  olaraq,  dünya  meydanında 
hakimiyyət münasibətlərinin bütün sisteminə toxunmuş olardı. 
Təəccüblənməyə  dəyməz  ki,  Rusiyada,  Avropada,  Çində, 
Yaponiyada,  müsəlman  ölkələrində  və  bir  çox  başqa  dövlətlərdə 
olduğu  kimi,  belə  ideyalar  özünə  qızğın  tərəfdarlar  tapnur.  Burada 
yayılan başqa bir konsepsiyaya görə, dünya bir neçə güc mərkəzinin və 
qütbün  qarşılıql  fəaliyyəti  əsasında  inkişaf  etməlidir.  Bu  dünyanın 
müxtəlif  modelləri  Qərbi  Avropa  ölkələrinin  müstəqilliyi,  Çinin, 
habelə  Asiya-Sakit  okean  regionunun  digər  ölkələrinin  iqtisadi 
potensialının  və  beynəlxalq  siyasi  nüfuzunun  artması  kimi  amilləri 
nəzərə  alır.  Lakin  bu  modellərin  heç  biri  onun  iştirakçıları  arasında 
münaqişələri istisna etmir. 
ABŞ-nın özündə verilən proqnozlar dünya səhnəsində dövlətlər 
arasında,  sivilizasiyalar  arasında  hakimiyyət  uğrunda  mübarizənin 
saxlanmasını,  yaxud  hərbi  münaqişələrin  iqtisadiyyat  səviyyəsinə 
keçirilməsini  nəzərdə  tutur.  Lakin  bu  ssenarilərin  heç  birində  dünya 
siyasətinin  gələcəyi  miinaqişəsiz  harmoniya  səltənəti  kimi  təsvir 
olunmur. Nə Çin, nə də Rusiya qütblər, sivilizasiyalar, yaxud dövlətlər 
arasında ehtimal qarşıdurma sahəsindən kənar edilmir. 
1990-cı  illərin  ikinci  yarısında  dünyada  münaşiqələrin,  habelə 
münaqişə  regionlarının  sayının  azalmağa  başlamasına  baxmayaraq, 
müasir  münaqişələr  onların  ifrat  qloballaşması,  ekoloji  fəlakətlər 
nəticəsində  bəşəriyyət  üçün  ciddi  təhlükə  doğurur.  Soyuq  müharibə 
illərində Şərq və Qərbin qlobal qarşıdurması müəyyən dərəcədə daha 
aşağı  səviyyəli münaşiqələrə səbəb olurdu.  Fövqəldövlətlər çox vaxt 
özlərinin  hərbi-siyasi  rəqabətində  onlardan  istifadə  edərək,  eyni 
zamanda,  həmin  münaqişələri  nəzarət  altında  saxlamağa  çalışırdılar, 
ən  təhlükəli  hallarda  isə  ikiqütblü  dünyanın  liderləri  birbaşa 
toqquşmadan  qaçmaq  üçün  gərginliyin  aşağı  salınması  üzrə 
hərəkətlərini əlaqələndirirdilər. 
Bu  gün  mövcud  olan  bir  sıra  əlamətlər  müasir  dünyada 
dövlətlərin  rolunun  azaldığını  və  beynəlxalq  təşkilatların  və 
beynəlxalq  millətlərin  qeyri-dövlət  iştirakçılarının  rolunun  artdığını 
göstərir. Buna görə də «klassik» dövlətlərarası münaqişələr, de 
101 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə