kirələrin, mükalimələrin, danışıqların, razılaşdırıcı komissiyaların
işinin gedişində kompromisə nail olmaq mümkün olmadıqda və
münaqişə «dalana dirəndikdə» demokratik siyasi sistemdə onun
həllinin aşağıdakı variantları mövcuddur:
-
Konstitusiya Məhkəməsinə müraciət;
-- hökumətin istefası;
-
parlamentin buraxılması və növbədənkənar parlament
seçkilərinin təyin olunması;
-
mübahisəli məsələlərə dair referendumun təşkili və
keçirilməsi və s.
Mərkəz və regionlar arasında yaranan şaquli status-rol
münaqişələri nizama salınma baxımından daha mürəkkəbdir.
Regionlar yalnız özünün sosial-iqtisadi və siyasi statusunun
yüksəldilməsinə can atmayıb, həm də tam siyasi müstəqilliyə can ata
bilər. Belə münaqişələr geniş miyqaslı döyüş əməliyyatlarına və çoxlu
tələfata səbəb ola bilər. Belə münaqişənin uğursuz həllinə əyani
nümunə kimi Çeçenistan müharibəsini göstərmək olar. Rusiyada
Mərkəzlə Federasiyanın ayrı-ayrı subyektləri, məsələn, Tatarıstan
arasında müqavilə bağlanması belə münaqişələrin həllinə dair uğurlu
nümunə hesab oluna bilər.
Lakin şaquli rejim siyasi münaqişələrinin nizama salınması və
həlli daha çətindir. Belə münaqişələrin subyektləri qismində, bir
tərəfdən, əhalinin hakim təbəqələrinin və hakim elitanın mənafelərini
ifadə edən dövlət institutları və təşkilatları, digər tərəfdən isə tabe
kütlələri təmsil edən müxalifət təşkilatları çıxış edirlər. Rejim siyasi
münaqişəsinin
son
məqsədi
mövcud
siyasi
sistemin
dəyişdirilməsindən (yaxud saxlanmasından) ibarətdir. Belə
münaşiqələrdə səhvlər, xüsusilə, baha başa gəlir. Mənfi inkişaf
cəmiyyəti vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Rejim siyasi münaşiqələrinin həllindəki çətinlik həm də ondan
ibarətdir ki, müxalif tərəf mövcud siyasi mübarizə qaydalarını poza,
onların dəyişdirilməsini tələb edə, qanunsuz metodlarla hərəkət edə,
əhalinin geniş təbəqələrini kütləvi çLxışlara və hakimiyyətə
itaətsizliyə təhrik edə bilər. Bu mübarizədə qanunilik (legitimlik) və
qeyri-qanunilik (qeyri-legitimlik) qarşılıqlı surətdə bir-birinə keçir.
Müxalifətin «qanunsuz» hərəkətləri onun qələbə qazanması halında
qanunilik (legitimlik) kəsb edir, məğlubiyyətə uğramış hakim elitanın
«qanuni» hərəkətləri isə
120
qanunsuz hesab olunur. Radikal siyasi münaqişənin mənfi inkişafına
yol verməmək üçün münaqişəli vəziyyətin vaxtında hərtərəfli təhlili
zəruridir, bu zaman aşağıdakı əsas suallara aydınlıq gətirilməlidir:
“ Münaqişə yaranmasının əsas səbəbləri hansılardır?
-
Tərəflərin həqiqi məqsəd və niyyətləri nədən ibarətdir?
-
Münaqişədə hansı qüvvələr iştirak edir və münaqişənin
inkişafına hansı qüvvələr cəlb oluna bilər?
-
Vəziyyətin münaqişəli inkişafı kimə sərfəlidir?
Alınmış cavabların əsasında aşağıdakı imkanlar yaranır:
-
hadisələrin mümkün inkişaf proqnozunun tərtib edilməsi;
-
münaqişənin nizama salınmasının mümkün variantlarının
müəyyən edilməsi;
-
münaqişənin nizama salınması və həlli planının işlənib
hazırlanması, taktiki və strateji vəzifələrin müəyyən edilməsi.
Planın təcrübədə reallaşdırılması hərəkətlərin aşağıdakı
ardıcıllığını nəzərdə tutur:
1)
münaqişə tərəflərinin emosional gərginliyinin (məsələn,
niyyətlər haqqında məlumatlandırmaqla) azaldılması (aradan
qaldırılması);
2)
mübahisə predmetinin dəqiq müəyyən edilməsi və bununla
da münaqişənin lokallaşdırılması;
3)
münaqişə tərəflərinin qarşılıqlı fəaliyyət normalarını və
qaydalarını müəyyən etmək (şərtləşdirmək);
4)
münaqişə tərəfləri arasında dialoq təşkil etmək və tərəflərin
mövqeləri, münaqişənin nizama salınması üzrə görülən tədbirlər
haqqında ictimaiyyəti açıq surətdə məlumatlandırmaq;
5)
problemləri münaqişə iştirakçılarının subyektiv marağından
ayırmaq və diqqəti onların həlli üzərində cəmləşdirmək.
Görülmüş tədbirlər nəticəsində münaqişəni nizama salmaq,
yaxud lokallaşdırmaq mümkün olmadıqda və onun sonrakı inkişafı
cəmiyyət üçün təhlükə törətdikdə hakimiyyət strukturları güc tətbiq
etməyə hazır olmalı, yaxud münaqişənin inkişafını güc işlətməklə
qorxudaraq saxlamalıdır.
121
Ədəbiyyat:
1.
Овчинников
В,С.
Политические
конфликты
в
международных отношениях и пути их разрешения. М., 1990,
№5.
2.
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997.
3.
Блищенко В.И., Солнцева М.М. Региональные
конфликты и международное право (вторая половина XX -
начало XXI века). Учебное пособие. М., 2005.
4.
Введение в теорию международного конфликта. М.,
1996.
5.
Shikman S. Theory of political conflict. N.Y., 1989.
122
4-
cü MÖVZU
SOSİAL MÜNAQİŞƏLƏR
SuaUar:
1.
Sosial münaqişənin təbiəti.
2.
Sosial münaqişələrin kökləri.
3.
Sosial münaqişələrin tipləri.
4.
Sosial münaqişələrin funksiyaları.
5.
Sosial münaqişələrin növləri və əsas inkişaf mərhələləri.
6.
İqtisadi münaqişələr.
7.
Kütləvi iğtişaşlar və kütlə fenomeni.
Sosial münaqişələr ehtiyat uğrunda mübarizə ilə bağlı olan
münaqişələr kimi başa düşülür. Onlar insan və təbiətin sərhədində
yaranır və istehsal və istehlak zonasında davam edir. İnsamn insan
üzərində hakimiyyəti zonasına keçdikdə bu münaqişələr siyasi
münaqişələrə çevrilir, ali dəyərlər uğrunda mübarizə isə onları mənəvi
münaqişələrə çevirir.
Uzun müddət təbiət insanlar üçün hüdudsuz xammal mənbəyi
və istehsalatdan ona qaytarılan bütün tullantıların universal uducusu
hesab olunmuşdur. İnsanlar yalnız XX əsrdə dərk etməyə başladılar ki,
təbiətin ahəngləşdirici gücü, habelə xammal ehtiyatları hüdudsuz
deyildir. Yer kürəsi insanın artan texniki gücdən səmərəsiz istifadə
etməsi ucbatından ekoloji fəlakət təhlükəsi ilə üzləşir. Lazımi həllini
tapmamış sosial münaqişə fəlakət mənbəyini təşkil edir.
Problemin dərki və onun səmərəli tənzimi cəhdi, adətən,
münaqişənin kəskinliyinin aşağı düşməsinə gətirib çıxarır, bəzən isə
gələcəyə yol açır.
§1. Sosial münaqişənin təbiəti
Ən müxtəlif tip cəmiyyətlərdə münaqişələrin mövcudluğu
mübahisəsiz fakt olduğundan, siyasi sistemlər üçün onların
əhəmiyyətini təhlil etmək vacibdir. Bundan ötrü sosial münaqişələri
123
Dostları ilə paylaş: |