-
qarşıduran tərəflər arasında siyasi kompromis imkanlarının
aşkara çıxarılması;
-
məqsədin əldə edilməsi vasitələrin əvəzlənməsi (ölkə
əhalisinin əksəriyyətinin mənafelərinə cavab verən məqsəd və onun
əldə edilməsinə kömək göstərən vasitələr bəyan olunur. Bu zaman
başqa sabitləşdirmə vasitələrinin tətbiqi üçün istifadə olunan vaxt
udulur;
-
siyasi liderin dəyişdirilməsi (əvvəl bəyan olunmuş məqsədlərə
nail olmayan ölkə rəhbərliyi hakimiyyətdə qalaraq, məsələn, Nazirlər
Kabinetini, yaxud konkret lideri istefaya göndərir).
Siyasi manevretmənin zəif cəhəti tətbiq olunan tədbirlərin
müvəqqəti xarakter daşıması ilə bağlıdır.
3.
Siyasi manipulyasiya. Bu ad altında geniş mənada siyasi
hakimiyyətin özünün sabit mövcudluğu üçün həyata keçirdiyi
hərəkətlər başa düşülür. Dar mənada siyasi manipulyasiya dedikdə
ictimai şüura, ilk növbədə, kütləvi kommunikasiya vasitələri ilə
məqsədyönlü təsir başa düşülür. Adətən, qəzetlər, radio, televiziya,
əsasən, cəmiyyətdəki hakim qüvvələrin əlində olur. Buna görə də
onların hərəkətləri mövcud siyasi sistemin sabitləşdiril- məsinə
yönəlmişdir.
Münaqişələrin qarşısının alınmasının «düşmən obrazının
yaradılması» kimi üsulunun həyata keçirilməsində KİV-in, xüsusilə
elektron KİV-in rolu böyükdür. O, həll olunmamış problemlərə görə
məsuliyyətin digər (çox vaxt müxalif, bəzən isə mifik) siyasi
qüvvələrin üzərinə qoyulmasından və əhalinin diqqətinin kəskin siyasi
və sosial problemlərdən yaymdırılmasmdan ibarətdir.
4.
Kontrelitanın inteqrasiyası. İctimai sistemin sabitliyinin
pozulması onda ictimai narazılığın inteqratoru rolunu oynayan
kontrelitaların formalaşmasına təkan verir. Belə kontrelitalar
qeyri-standart təfəkkürlü insanların inkarına gətirib çıxaran yanlış kadr
siyasəti nəticəsində əmələ gəlir. Onlar siyasi elitanın tərkibinə
düşmədikdə «əks qütbdə» toplaşır və eyni zamanda hökumətə qarşı
fəallıq göstərirlər. Kontrelitanın əmələ gəlməsinə yol verməmək,
yarandıqda isə onu siyasi elitaya inteqrə etmək məqsədəuyğundur.
Onun siyasi mənafeləri hakimiyyətdən ayrı deyildir, buna görə
də onun nümayəndələrinin rəhbərliyin tərkibinə daxil edilməsi, yaxud
kontrelitanın təsiri altında olan təşkilat və hərəkat-
117
larin hakimiyyətə cəlb olunması mümkündür.
5. «Sistemli müxalifətin zəiflədilməsi». Kontrelitadan fərqli
olaraq, o, öz qarşısına mövcud sistemin sabitliyini tam pozmaq və öz
sistemini yaratmaq məqsədini qoyur. Buna görə də siyasi rəhbərlik
üçün «sistemli müxalifət»in hərəkətlərinin maksimum zəiflədilməsi
vacibdir. Bundan ötrü aşağıdakı üsulları tətbiq oluna bilər:
-
müxalifətin həyata keçirmək istədiyi hərəkətlərdə təşəbbüsün
ələ keçirilməsi;
-
müxalifət üzvlərinin .xudbin məqsədlərinin ifşası;
-
müxalifətin qoyduğu məqsədlərin əldə olunmasının qeyri-
mümkünlüyünün nümayiş etdirilməsi;
-
arasında populyar olduğu sosial təbəqələr tərəfindən
müxalifətə etimadsızlığın formalaşdırılması;
-
müxalifətin tərkibində «təfriqəçi qruplar»ın yaradılması;
-- müxalifət düşərgəsindən «fərarilər»in stimullaşdırılması,
onların hakimiyyət strukturlarına cəlb edilməsi;
-
müxalifətin qeyri-zorakı ləğvi (onun nümayəndələrinin
hakimiyyət
orqanlarına
daxil
edilməsi,
qərarların
işlənib
hazırlanmasına cəlb edilməsi və s.;
~ müxalifət liderlərinin zərərsizləşdirilməsi.
Müxalifət liderlərinin zərərsizləşdirilməsi aşağıdakı metodlarla
reallaşdırıla bilər:
-
iddiaların təmin edilməsi (hakimiyyətə cəlbetmə);
-
rolların
qarışdırılması
(problemlərin
həllində,
çatışmazlıqların aradan qaldırılmasında iştirak etmək təklifi);
-
psixoloji təcridetmə: müxalifət liderində müsbət cəhətlərin
mütləqləşdirilməsi, ifrat mədhetmə və onun müxalifətdən ayrılması;
-
formallaşdırma
(müxalifət
liderinin
formallaşdınlmış
hərəkətləri yüksək məqsəd müdafiəçisi kim cazibədarlıqdan məhrum
edilir);
-- psixoloji yaxınlaşma (rəhbərlik və müxalifət arasında
qeyri-formal məsafənin azaldılması);
-
dolayı yolla gözdən salma (nüfuzlu, lakin ümidsiz işə başçılıq
etmək təklifi);
-
psixoloji cəhətdən nüfuzdan salma: mövcud liderlərin rəqibi
olan alternativ müxalifət liderlərinin dəstəklənməsi;
118
- qrupların parçalanması (liderin öz tərəfdarlarından təcrid
edilməsi, onun «ordusuz general» vəziyyətinə salınması).
6.
Güc təzyiqi. Güc təzyiqinin tətbiqi formaları sistemə mənfi
münasibətin zorakı üsullarla aradan qaldırılmasına yönəlmiş açıq
diktaturanın qurulmasından dolayı təzyiq metodlarının tətbiqinə qədər
tərəddüd edir. Bu zaman fövqəladə vəziyyət elan olunması,
repressiyalar, müxalifət partiyalarının qadağan edilməsi və s. kimi
hüquq normalarına riayət olunur. Bu metod vətəndaşların siyasi
fəallığının aşağı olduğu, mühafizəkar təfəkkürün və sərt iyerarxik
strukturun saxlanması yönəlişinin üstünlük təşkil etdiyi cəmiyyətlərdə
tətbiq oluna bilər. Belə şəraitdə güc təzyiqi ağlabatan hədlərdən kənara
çıxmadıqda xüsusi müqavimət olmadan qəbul edilir. Yüksək siyasi
fəallığa malik cəmiyyətlərdə belə təzyiq çox vaxt müqavimətlə
qarşılanır.
Beləliklə, daxili siyasi münaqişənin xüsusiyyəti cəmiyyətin bu
və ya digər təbəqəsinin özünün siyasi mənafeyi uğrunda
mübarizəsindən ibarətdir. Daxili siyasi münaqişələr sırasında sinfi
münaqişələr, siyasi partiyalar və hərəkatlar arasında münaqişələr,
habelə qruplaşmalar arasında dövlətdə, partiyada, ictimai- siyasi
hərəkatda liderlik uğrunda mübarizə fərqləndirilir. Daxili siyasi
münaqişələrin qarşısının alınması yolları sosial manevr- etmə, siyasi
manevretmə, siyasi manipulyasiya, kontrelitanın inteqrasiyası,
«sistemli müxalifət»in zəiflədilməsi və güc təzyiqidir.
§11. Siyasi münaqişələrin nizamlanması problemi
Siyasi münaqişələrin nizama salınması üsulları, ilk növbədə,
münaqişə növünün müəyyən edilməsindən asılıdır. Biz, bir qayda
olaraq, subyektləri qismində mövcud siyasi sistem çərçivəsində
fəaliyyət göstərən siyasi institutların və təşkilatların (məsələn,
hakimiyyətin icraedici və qanunverici budaqlarının) çıxış etdikləri
üfüqi münaqişə ilə qarşılaşdıqda həmin münaqişənin tam
institutlaşdığmı və onun nizama salınmasının siyasi mübarizənin
qanunvericilik qaydasında təsbit olunmuş qaydaları (məsələn,
Konstitusiya) ilə əvvəlcədən müəyyən olunduğunu müşahidə edirik.
Belə münaqişələrin nizama salınması, bir çox cəhətdən, siyasi
liderlərin dəstək qruplarından istifadə etməklə tərəfdarlar və uzlaşma
əldə etmək qabiliyyətindən asılıdır. Müza
119
Dostları ilə paylaş: |