Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

miyyətinin möhkəmləndirilməsinə yönəldə (oliqarxiya doğura) bilər. 
Çoxluğun sağlam düşüncəsi isə incə siyasi problemlərin həlli üçün çox 
kobud  alət  olaraq  bəsit  varianta  sövq  etmək  riski  doğurur.  Sonrakı 
uğursuzluq təqdirində isə çoxluq sadəcə diktaturaya  yuvarlana  bilər. 
Münaqişə  tərəflərinin  xoş  məramı  kəskin  rəqabətə  keçidə  nisbətən 
ağlabatan variant haqqında razılığa gəlməyə daha çox imkan verir. Bu, 
o  deməkdir  ki,  çoxJuq  siyasətdə  səriştəlilik  və  peşəkarlığı 
qiymətləndirməyi,  səriştəli  siyasi  azlıq  isə  öz  planlarını  çoxluğun 
dəstəkləyəcəyi şəkildə düzgün açıqlamağı öyrənməlidir. 
Z.Freyd belə bir fikir irəli sürmüşdür ki, sağlam ideya sakit və 
astadan,  lakin  sabit  və  məqsədyönlü  şəkildə  dillənir.  Dünyanın 
qarmaqarışıqlığında onu dərhal eşitmirlər, lakin tədricən o, daha çox 
tərəfdar  qazanır.  Demokratiya  ideyası  özünün  ilk  həyatını  Qədim 
Yunanıstanda  tapmışdır.  Yunan  şəhər-dövlətinin  (polisinin)  azad 
sakini torpaq sahəsinin sahibi, ailə başçısı, vətəndaş və döyüşçü idi. O, 
torpaq  mülkiyyətçisi  kimi  işə  məsul  sahibkar  qismində  çıxış  edirdi. 
Vətəndaş kimi dövlətin idarə olunmasında və xalq məclisi tərəfindən 
qəbul  olunan  qanunların  işlənib  hazırlanmasında  iştirak  edirdi. 
Döyüşçü  kimi  o,  öz  evinin  və  dövlətinin  ardıcıl  müdafiəçisi  idi. 
Afinada  20  minə  yaxın  belə  vətəndaş  var  idi,  halbuki  bütün  polisin 
əhalisi yüz minlərə çatırdı. 
Müasir  böyük  şəhərdə  bir  rayonun  sakinlərinin  sayı  bundan 
çoxdur.  Lakin  balaca  Yunanıstan  Avropa  mədəniyyətinin  anası  və 
demokratik idealların beşiyi olmuşdur. Avropadan Romanın imperiya 
legionları,  Atilla  və  Alarixin  orduları,  böyük  katolik  monarxlarının 
muzdlu  döyüşçüləri  keçmiş;  səlib  yürüşləri  və  dağıdıcı  dini 
müharibələr  baş  vermişdir.  Lakin  yunan  demokratiyasının  qığılcımı 
sönməmişdir.  O,  orta  əsrlər  İtaliyasının  şəhər-  respublikalarında 
alovlanaraq,  İntibah  ruhu  doğurmuş,  kiçik  ölçülü  Hollandiyada 
gurlamışdır,  sonra  isə  ingilis-amerikan  siyasi  sistemində  müasir 
sivilizasiya nümunəsinə çevrilmişdir. 
§8. Siyasi münaşiqələrin yaranma səbəbləri və tipologiyası 
Cəmiyyətdəki bütün siyasi münaqişələri iki əsas növə ayırmaq 
olar: üfüqi və şaquli. 
Üfüqi siyasi münaqişələr. Belə münaqişələrdə hakimiyyət 
111 


Siyasi münaqişənin xüsusiyyəti cəmiyyətdə, yaxud beynəlxalq 
aləmdə  nüfuz  uğrunda  mübarizədir.  Siyasi  münaqişəyə  əks  ictimai 
qüvvələrin müxtəlif yönümlü siyasi məqsəd və mənafelərlə şərtlənən 
toqquşması  kimi  tərif  vermək  olar.  Siyasi  münaqişələr  xarici  siyasi 
(dövlətlərarası) və daxili siyasi münaqişələrə ayrılır. 
§9. Daxili siyasi münaqişənin mahiyyəti və növləri 
Dövlətin,  cəmiyyətin  siyasi  həyatının  məzmunu  insanların 
(siniflərin, sosial qrupların, partiyaların, milli və dini birliklərin və s.) 
siyasi mənafelərini reallaşdırmasının xüsusi formasını təşkil edir. 
Cəmiyyətin  siyasi  həyatı  öz  ifadəsini  əldə  olunmuş 
nailiyyətlərin 
müdafiəsinə,  möhkəmləndirilməsinə  və  inkişaf 
etdirilməsinə, 
müəyyən 
siyasi 
qüvvələrin 
vəziyyətinin 
yaxşılaşdırılması  üçün  ilkin  şərtlərin  yaradılmasına,  onların  arasında 
balansın əldə edilməsinə yönəlmiş hakimiyyət münasibətlərində tapır. 
Daxili  siyasi  münaqişənin  xüsusiyyətləri  aşağıdakılardan 
ibarətdir: 
-
 
cəmiyyətin bu və ya digər təbəqəsinin siyasi mənafe uğrunda 
mübarizəsi; 
-
 
forma  etibarilə  parlament  mübarizəsindən  vətəndaş 
müharibələrinə qədər fərqlənən siyasi hökmranlıq uğrunda mübarizə. 
Aşağıdakı növləri fərqləndirmək olar. 
1.
 
Sinfi  daxili  siyasi  münaqişələr  ictimai  siniflər  arasında 
yaranır, adətən, anataqonist xarakter daşıyır, «sıfır məbləğinə malik» 
münaqişələr  kimi  nəzərdən  keçirilir  və  sosial-demoqrafık,  bəzən 
korporativ  səviyyədən  başlayaraq  çox  vaxt  ümumvətəndaş 
münaqişələrinə çevrilir. 
2.
 
Siyasi  partiyalar  (ictimai-siyasi  hərəkatlar)  arasında 
münaqişələr.  Dünya sivilizasiyası avtoritar idarəetmə formalarından 
demokratik  formalara  keçdikcə  demokratik  dövlətlərdə  cəmiyyətin 
inkişaf yolları haqqında məsələlərlə bağlı mübarizə siyasi partiyaların 
və  ictimai-siyasi  hərəkatların  fəaliyyətinə  doğru  dəyişmişdir. 
Partiyaların  siyasi  mübarizəsi  nadir  hallarda  konstitusiya 
normalarından  kənara  çıxır,  hərçənd  bəzən  dramatik  xarakter  kəsb 
edir. 
3.
 
Müxtəlif  qruplaşmalar  arasında  dövlətdə,  partiyada, 
hərəkatda və s. liderlik uğrunda münaqişələr. Bu qruplaşmalar, bir 
115 


qayda  olaraq,  rəsmən  birləşmələrdə  birləşməmişdir,  lakin  onların 
mənafeləri həmişə hakimiyyət uğrunda mübarizə ilə bağlıdır. 
4.
 
Bəzən aydın ifadə olunmuş siyasi çalara malik millət- lərarası 
münaqişələr  daxili  siyasi  münaqişələrin  xüsusi  qrupu  kimi 
fərqləndirilir. 
§10. Daxili siyasi münaqişələrin qarısının alınması yolları 
Sabit mövcudluq üçün cəmiyyətin daim modernləşdirilməsi, o 
cümlədən siyasi hakimiyyətin qanuniliyinin və sabitliyinin əsası kimi 
siyasi  modernləşdirmə  zəruridir.  Lakin  modernləşdirmə  inkişaf 
prosesində yaranan ziddiyyət və münaqişələrin həlli prosesidir. 
Siyasi  təcrübə  sistemin  sabitləşdirilməsinin  daxili  siyasi 
münaqişələrin  qarşısının  alınmasına  aparan  yollarını  işləyib 
hazırlamışdır.  Bu  metodların  mənası  siyasi  hakimiyyətlə  cəmiyyətin 
hüquqları  pozulmuş  hissəsinin  mənafeləri  arasında  cəbhələşmənin 
zəiflədilməsindən,  deməli,  müxalifətin  hökumətə  ziddi  siyasi  yö- 
nümünün qeyri-münaqişə səviyyəsinə endirilməsindən ibarətdir. 
1.
 
Sosial  manevretmə  ictimai  məhsulun  bir  hissəsinin 
müxalifətin mənafeləri naminə yenidən bölüşdürülməsindən ibarətdir. 
Yenidən bölüşdürmənin həcmi ictimai məhsulun həcmindən; sosial və 
siyasi  gərginliyin  səviyyəsindən;  cəmiyyətin  ictimai  məhsuldan 
məhrum  edilən  hissəsinin  çevikliyindən;  siyasi  rəhbərliyin 
peşəkarlığından  və  s.  asılıdır.  Bu  metoddan  istifadə  formaları 
cəmiyyətin sosial-iqtisadi inkişafından asılıdır. Onlar Qədim Romada 
olduğu  kimi  pulsuz  çörək  paylanmasından  inkişaf  etmiş  müasir 
ölkələrdə  təşəkkül  tapmış,  pulsuz  tibbi  xidməti  və  təhsili,  pensiya 
müavinətlərini, sosial sığortanı və s. ehtiva edən infrastruktura qədər 
dəyişir.  Bu  metod  özünəməxsus  «klapan»  olaraq,  xalqın  narazılıq 
«buxar»mı  çıxarmağa,  hökumətə  zidd  ovqatların  şiddətini  azaltmağa 
imkan verir. 
2.
 
Siyasi  manevretmə  müxtəlif  yönümlü  mənafelərin  faktiki 
olaraq mövcud siyasi hakimiyyətin fəaliyyətinə kömək göstərən sabit 
siyasi  alyansa  çevrilməsini  təmin  edən  tədbirlərin  geniş  spektrini 
ehtiva  edir.  Metodun  reallaşdırılması  formaları  arasında  aşağıdakılar 
fərqləndirilir: 
116 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə