Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

qaydalarını, xüsusilə danışıqlar prosedurunda bərabərliyi qəbul edirlər. 
4.
 
Danışıqların nizamlanması parlament tipli sosial institutlarla 
təmin olunur, onlar: 
a)
 
səlahiyyətlərə malikdirlər; 
b)
 
öz  tərəfinin  mənafelərini  təmsil  etmək  sahəsində  inhisara 
malikdirlər; 
c)
 
məcburi qərarlar işləyib hazırlayırlar; 
ç) demokratik qaydada fəaliyyət göstərirlər. 
Danışıqların  sosial-psixoloji  «müşayiəti»  aşağıdakıları  ehtiva 
edir:  münaqişənin  genişləndirilməsindən  və  dərinləşdirilmə-  sindən 
imtina;  əldə  olunmuş  razılaşmaları  birtərəfli  qaydada  ləğv  etmədən 
onlara  ciddi  riayət  etmə;  xoş  məram  nümayiş  etdirməyə  hazırlıq; 
ümumi dəyərlərdə istinad axtarışı. 
§7. Kütləvi iğtişaşlar və kütlə fenomeni 
Deyi  Karneqi  özünün  mənəvi  rahatlıq  tapmağa  dair 
məsləhətlərində  gözlənilən  ən  pis  hadisənin  baş  verəcəyi  təqdirində 
nələrin  baş  verə  biləcəyini  təsəvvür  etməyi  təklif  edir.  Sonra  dərk 
olunmalıdır ki, bu halda da dəhşətli bir hadisə baş verməyəcəkdir, öz 
taleyini  yaxşılaşdırmağın  yolları  tapılmalıdır.  Sosial  münaqişələrin 
barəsində  belə  məsləhət  həyəcanı  aradan  qaldırmağa  qadir  deyildir, 
çünki  sosial  münaqişə  qızışdırılarkən  baş  verə  biləcək  ən  pis  hadisə 
dəhşətlidir: bu, kütlənin özbaşınalığı, yaxud kütləvi iğtişaşlardır. Kütlə 
nə  qədər  böyükdürsə,  sosial  qasırğa  bir  o  qədər  güclü  olur. 
«Qaragüruh»,  «kütlə»  anlayışları  hələ  antik  dövrdən  məlumdur. 
Romantiklər  kütləyə  mənsub  olmamaları  ilə  qürurlanmışlar. 
Aristokratlar  daim  sadə  xalqın  ən  aşağı  mənafelərinə  nifrət  nümayiş 
etdirmişlər.  Lakin  yalnız  XIX  əsrin  sosioloqları  kütlə  probleminə 
prinsipial  əhəmiyyət  vermişlər.  Onların  arasında  birincilik  Q.Lebona 
məxsusdur.  1890-cı  illərdə  o,  bir  sıra  əsərlər  nəşr  etdirmişdir  ki, 
bunların arasında «Kütlə psixologiyası» ən mühüm yer tutur. 
«ötlənin özbaşınalığı» daha çox insanların mövcudluq həddində 
olduqları şəraitdə yaranır. Daşqın, yaxud zəlzələlər zamanı çaşqmhq, 
aclıq,  yaxud  vəba  qiyamları,  çörək,  duz,  yaxud  araq  vergisinin  ifrat 
artımı ilə əlaqədar qiyamlar buna misaldır. 
139 


Hüquqsuz  aşağılar  hakimiyyətin  istibdadımn  qiymətini  bilirdilər  və 
yalnız mövcud dövrü dünyanın sonu kimi qəbul etdiklərinə görə qiyam 
edirdilər. Belə qiyam müsbət nəticə vermirdi, əslində, heç belə məqsəd 
də güdmürdü. 
Lebon göstərmişdir ki, kütlə içərisində insanın davranışı köklü 
şəkildə dəyişir: «Şüurlu şəxsiyyətin yoxa çıxması, şüursuz şəxsiyyətin 
üstünlük  qazanması,  hiss  və  fikirlərin  təlqinlə  müəyyənləşən  eyni 
istiqaməti  və  təlqin  olunmuş  ideyaları  dərhal  əmələ  çevirmək  istəyi 
kütlə içərisində fərdi səciyyələndirən başlıca əlamətlərdir. O, artıq özü 
olmaqdan çıxır və öz iradəsindən məhrum avtomata çevrilir. Beləliklə, 
kütlənin bir hissəciyinə çevrilən insan sivilizasiya pilləkəni ilə bir neçə 
pillə  aşağı  enir.  O,  bəlkə  də  təcrid  olunmuş  vəziyyətdə  mədəni  bir 
insan olardı; kütlənin içərisində isə o, barbara, yəni instinktiv məxluqa 
çevrilir.  Onda  özbaşınalığa,  qəzəbə,  qeyzə  meyl  üzə  çıxır,  eyni 
zamanda,  ibtidai  insana  xas  olan  fədakarlıq  və  qəhrəmanlıq  təzahür 
edir.  İnsanın  kütlə  içərisində  təcrid  olunmuş  vəziyyətdə  ona  heç  bir 
təsir göstərməyəcək söz və təsəvvürlərə asanlıqda tabe olması və öz 
mənafe  və  vərdişlərinə  zidd  əməllər  törətməsi  bu  oxşarlığı  daha  da 
gücləndirir». 
Kütləyə 
qovuşduqda 
insan 
üçün 
ən 
ağır 
itki 
ağlabatanlıqdan imtinadır. 
Təklikdə  insan  tənqidi  surətdə  düşünməyə,  reallıq  və  arzunu 
ayırmağa, bu və ya digər nəticələri eksperimental və məntiqi cəhətdən 
yoxlamağa,  öz  əqidələri  ilə  tutuşdurmağa  qadirdir.  Kütlə  içərisində 
insan  yuxulu,  yaxud  hipnoz  altındadır;  birləşməyən  obrazlar  və 
ideyalar onun beynində  sərbəst  surətdə birləşir, təlqinolunma kəskin 
surətdə  artır,  xarici  və  daxili  reallıq  fərqləndirilmir,  təfəkkür  və 
davranış  avtomatizmləri,  şablonları  fəallaşır,  məqsəd  və  ovqat 
əvəzlənməsi  asanlaşır.  Lebon  baş  verənləri  bununla  izah  edirdi  ki, 
insanlar  şüur  formalaşarkən  aldıqları  şəxsi  təcrübə  baxımından 
fərqlənirlər.  Onların  hamısında  şüur-  suzluq  eynidir.  Buna  görə  də 
kütlə  mümkündür:  onun  içərisində  bir  növ  müxtəlif  fikirli  beyinlər 
kənara qoyulur, eyni avtomatiz- mə malik - eyni ehtirasları, qorxuları 
və  ümidləri  daşıyan  bədənlər  qalır.  Lebonun  belə  bir  nəticəsi  də 
tamamilə məntiqlidir ki, kütlə mühafizəkardır. O, zorakılıq törətməklə, 
sosial  inkişaf  yolunda  hansısa  maneəni  aradan  qaldıra  bilər.  Lakin 
kütlə sosial 
140 


qarşılıqlı fəaliyyətin şablon, bəsit intellektual modelə istiqamətlənmiş 
arxaik üsulunu bərpa edir. 
Kütlə  isə  səbatsızdır.  O,  yalnız  birgə  kortəbii  hərəkət  anında 
mövcuddur.  Onun  artım  meyli  həm  də  gələcək  məhvinin  səbəbini 
təşkil edir: kütlə, sadəcə, özünün nəhəng dərəcəylə artmış qüvvəsini 
tətbiq etməyə obyekti tapa bilmir. Kütlənin davranışının irrasionallığı 
yalnız  bütün  qüvvənin  bir  istiqamətə  yönəldiyi  partlayış  anında 
cəmləşə  bilər.  Sonra  dayanıqlı  hakimiyyət  institutlarının  mövcud 
olduqları  daha  rasional  varlığa  qayıtmaq  lazım  gəlir.  Bunlar  dövlət 
aparatı,  ordu,  silki  birliklər,  yerli  özünüidarə  qüvvələri,  nəhayət, 
rasional  əsaslarla  birləşmiş  qruplardır  (elmi  müəssisələr,  maliyyə 
korporasiyaları, istehsalat birlikləri). Emosiyaların partlayışı məntiqi, 
riyaziyyatı, texnoloji fənni, hüquq münasibətlərini sıxışdıra bilər, lakin 
heç  bir  qəzəb  və  heç  bir  heyranlıq  onları  ləğv  edə  bilməz.  Gec-tez 
kütlənin vuruşunun yerini əsgərlərin, vergi müfəttişlərinin, həkimlərin 
və müəllimlərin nizamlı cərgələri tutur. İqtisadi özünütənzimin (bazar 
vasitəsilə) siyasi direktivlərlə əvəz edilməsi sosial münaqişələri ləğv 
etməmişdir. İnsanlar həm ətraf təbiətlə, həm də öz aralarında təmasları 
davam etdirmişlər. Dövlət ailə və məişət normalarına qədər insanların 
həyatının  tənzimlənməsinə  dair  maksimum  mümkün  hüquqları  ələ 
keçirərək,  cəmiyyəti  suverenlikdən  məhrum  etməyə  cəhd  göstərdi. 
Lakin  dövlət  özü  heç  nə  istehsal  etmir.  Bunu  cəmiyyətdəki  real 
vətəndaşlar  edirlər.  Deməli,  bununla  da  vətəndaşlar  bir-biri  ilə 
münasibətlərini iqtisadi mənafelər zonasında aydınlaşdırmalı olurlar. 
Bu  bölmədə  cəmiyyət  haqqında  söhbət  daha  çox  hakimiyyət 
haqqında  söhbətə  çevrilir.  Bu  labüddür,  çünki  böyük  qrupların 
münaqişələri  arasında  ən  ağır  münaqişələrdən  birini  cəmiyyət  və 
dövlət  arasında  münaqişə  təşkil  edir.  Sosial  quruluş  və  siyasi 
strukturlar  davamlı  mübarizə  aparırlar.  Dövlət  cəmiyyəti 
suverenlikdən  məhrum  edərək,  onun  enerjisini  siyasi  hakimiyyətə 
yönəltməyə  çalışır.  Cəmiyyət  isə  özünün  yaradıcı  potensiyası  uğ- 
runda  çarpışaraq,  dövləti  xidmətlər  formasına  çevirməyə, 
hakimiyyətin  səlahiyyətlərini  son  həddə  qədər  daraltmağa  çalışır. 
Mübarizə  dəyişən  uğurla  cərəyan  edir,  hərçənd  tarixi  perspektivdə 
görünür  ki,  ictimai  suverenlik  insanın  və  bəşəriyyətin  yaradıcı 
inkişafının əsası kimi getdikcə daha böyük dəyər kəsb edir. La- 
141 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə