Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   43   44   45   46   47   48   49   50   ...   91

kin  belə  bir  fakt  şübhə  doğurmur  ki,  dövlətdə  təcəssümünü  tapmış 
hakimiyyət  insanhğa,  həqiqətə  və  mədəniyyətə  qarşı  ən  ağır 
cinayətlərin mənbəyinə çevrilə bilər. Dövlət hakimiyyətinin heç nə ilə 
məhdudlaşdırılmayan zorakılığı həmişə milləti süquta aparır. O zaman 
zəif və xəstə cəmiyyət xarabalıqlar üzərində yaradıcı abadlaşdırmaya 
başlamaq imkanı qazanır. 
Ədəbiyyat: 
1.
 
Здравомыслов А.Г. Социология конфликта. M., 1995. 
2.
 
Əliyev G. Dayızadə H. Konfliktologiyaya giriş. Bakı, Təbib, 
1998. 
3.
 
Pruitt D., Rubin J. Social conflict: escalation, statement, 
settlement. N.Y., 1984. 
4.
 
Darendorf R. Class and Class Conflict in Industrial Society. 
N.Y., 1959. 
142 


5-
 
ci MÖVZU 
MİLLƏTLƏRARASI MÜNAQİŞƏLƏR 
Suallar: 
1.
 
Millətlərarası münaqişələrin spesifikliyi. 
2.
 
Millətlərarası münaqişələrin yaranma səbəbləri. 
3.
 
Millətlərarası münaqişənin inkişaf xüsusiyyətləri. 
4.
 
Millətləraxası münaqişələrin tipləri. 
5.
 
Millətlərarası münaqişələrin nizamlanması yolları. 
Tarixi  inkişafın  mühüm  aspektlərindən  birini  millətlərarası 
əlaqələrin  durmadan  genişlənməsi  təşkil  edir.  Kommunikasiyaların 
inkişafı,  əhalinin  çevikliyinin  artması,  kütləvi  informasiya 
vasitələrinin  təkmilləşdirilməsi  kimi  amillər  etnosların  qapalılı-  ğım 
aradan qaldırır, onların qarşıhqlı fəaliyyət və qarşılıqlı asılılıq sahəsim 
genişləndirir.  Bununla  yanaşı,  əks  meyl  müşahidə  olunmaqdadır. 
Hal-hazırda  dünyada  2  mindən  artıq  etnos  mövcuddur  ki,  bunlardan 
96,  2  %-ni  əhalisi  bir  milyon  və  daha  çox  olan  etnoslar  təşkil  edir 
(dünyada 267 belə etnos mövcuddur). Say etibarilə bö
5
dik etnosların 
artması və azsaylı xalqların azalması baş verir. Etnik icmalar özünü, 
özlərinin  tarixi  təcrübəsini,  mədəniyyətini,  özünəməxsusluğunu 
qorumağa çalışır. 
Bir  sıra  siyasətçilərin,  coğrafiyaçıların,  sosioloqların  fikrincə, 
mövcud  dövlət  sərhədləri  orada  yaşayan  etnosların  dil  və  ərazi 
sərhədlərinə uyğun olmadıqca öz əhəmiyyətini itirəcəkdir. Bu meylin 
nəticəsi müstəqil dövlətlərin sayının indiki 190-dan 250-yə, 30 ildən 
sonra  300-ə  çatması  ola  bilər.  Çox  vaxt  ikinci  meyl  millətlərarası 
münasibətlər  sistemində  müəyyənedici  xarakter  kəsb  edir  və 
millətlərarası münaqişələrə gətirib çıxarır. 
§1. Millətlərarası münaqişələrin spesifikliyi 
Milli-etnik  birliklər  xarakterik  əlamətlərə  (mədəniyyət,  dil, 
ümumi ərazi, din, psixoloji quruluşun xüsusiyyətləri və s.) malik olan 
böyük sosial qruplardır. Belə əlamətləri etnikliyin obyektiv 
143 


indikatorlarına aid etmək olar. Ayrı-ayrı fərdlər, yaxud insan qrupları 
bu əlamətlərdən hansılarınasa malik olmasa da, lakin özlərini müəyyən 
etnosla eyniləşdirə bilərlər. Etnik özünüeyniləş- dirmənin əsas amilini 
etnik  mənlik  şüuru  -  müəyyən  etnosa  mən-  subluq  hissi  təşkil  edir. 
Etnik  mənlik  şüuru  etnikliyin  subyektiv  indikatorudur.  Digər  böyük 
sosial  birliklərdən  fərqli  olaraq  (ümumi  ərazi,  peşə,  gəlir  səviyyəsi, 
təhsil və s.), etnik birliklər daha sabitdir. İnsan həyatı boyu dəfələrlə 
peşəsini,  yaşayış  yerini  dəyişə,  varlana,  yaxud  kasıblaya  bilər  və  s., 
etniklik isə onun ömürlük xarakteristikasıdır. 
İnsan  gündəlik  həyatında,  bir  qayda  olaraq,  diqqəti  etnik 
mənsubiyyətin  üzərində  cəmləşdirmir.  Narahatlıq  keçirdikdə,  özünü 
incidilmiş, əzilmiş hiss etdikdə o, şüurlu, yaxud şüuraltı şəkildə (dəstək 
və  müdafiə  axtararaq)  özünü  müəyyən  sosial  qruplar  və  birliklərlə 
eyniləşdirir:  məsələn,  ailə,  dostlar,  əmək  kollektivi,  həmkarlar,  o 
cümlədən 
öz 
etnosu. 
Bu 
zaman 
etnik 
mənsubiyyət 
özünüeyniləşdirmənin ən məqbul formasıdır. İnsanın ailəsi və dostları 
ola da, olmaya da bilər, o, kollektivdə işləyə də, işləməyə də bilər, bu 
və ya digər peşəyə malik ola da, olmaya da bilər, lakin istənilən halda 
o, özünü müəyyən etnosun nümayəndəsi hesab etməkdə davam edir. 
İnsan  milli-etnik  stereotipləri  uşaqlıqdan  mənimsəyir  və 
sonradan əsasən şüuraltı səviyyəsində onların təsirini hiss edir. Buna 
görə  də  etnik  (milli)  münaqişələr  üçün  şüursuz  davranışın 
emosiogenlik,  qeyri-məntiqilik,  simvolizm  və  törədilən  hərəkətlərin 
rasional  dəlillərlə  zəif  əsaslandırılması  kimi  xüsusiyyətləri 
səciyyəvidir. 
Bu  xüsusiyyətlərlə  əlaqədar  millətlərarası  münaqişələrin 
yaranması,  inkişafı  və  həlli  cəmiyyətin  həyat  fəaliyyətinin  istənilən 
sahəsində və istənilən səviyyədə öz spesifikliyinə malikdir. 
Bütövlükdə,  millətlərarası  münaqişələr  müxtəlif  etnosların 
ayrı-ayrı  nümayəndələri,  sosial  qrupları  arasında  baş  verən 
münaqişələrdən  və  iki,  yaxud  bir  neçə  etnosun  cəbhələşməsindən 
ibarətdir.  Millətlərarası  münaqişənin  tipləri  qismində  şəxsiyyət- 
lərarası,  etnososial  və  terminin  əsl  mənasında  millətlərarası 
münaqişələr fərqləndirilə bilər. 
144 


§2. MiUətlərarası münaqişələrin yaranma səbəbləri 
Etnik  münaqişələrin  yaranmasının  əsas  səbəblərindən  birini 
millətlərin  qarşılıqlı  ərazi  iddiaları  təşkil  edir.  Belə  münaqişələr 
dövlətlərarası, regionlarası, yerli səviyyədə yaranır. Ərazi iddialarının 
motivləri müxtəlif ola bilər, məsələn: 
-
 
millətlərin  tarixi  keçmişi  ilə  şərtlənmə,  məsələn,  müəyyən 
ərazidə  millətin  tarixi,  mədəni,  dini  və  sair  abidələrinin  mövcud 
olması; 
-
 
mövcud sərhədlərin demarkasiyasının qeyri-dəqiqliyi, yaxud 
əvvəl  sərhəd  mövcud  olmadıqda  millətlər  arasında  yeni 
demarkasiyanın keçirilməsi; 
-
 
əvvəllər  deportasiya  olunmuş  millətin  tarixi  vətəninə 
qaytarılması; 
~ sərhədlərin özbaşına dəyişdirilməsi
-
 
millətin  ərazisinin  qonşu  dövlətin  tərkibinə  zorla  daxil 
edilməsi; 
-- millətin müxtəlif dövlətlər arasında bölünməsi. 
Siyasi  münaqişələrin  yaranma  səbəbləri  və  nəzərdə  tutulan 
məqsədləri də çox müxtəlifdir, məsələn: 
-
 
bütün  səviyyələrdə  (yerli,  regional,  dövlət)  müxtəlif  etnik 
qruplar arasında hakimiyyət ugrunda siyasi mübarizə
-
 
millətin  vahid  dövlət  çərçivəsində  öz  statusu  uğrunda 
mübarizəsi; 
-
 
tam  dövlət  müstəqilliyi  (siyasi  müstəqillik  uğrunda 
mübarizə) və s. 
Millətlər  arasında  iqtisadi  münaqişələr  aşağıdakı  səbəblərdən 
irəli gələ bilər: 
-
 
maddi ehtiyatlara sahib olmada, onların barəsində sərəncam 
verilməsində və istifadədə.millətlərin bərabərsizliyi; 
-
 
Mərkəzlə  eyni  millətdən  ibarət  region  (məsələn. 
Federasiyanın  subyekti)  arasında  iqtisadi  mənafelər  balansının 
pozulması; 
-
 
malların  və  xidmətlərin  istehsalının,  bölgüsünün  və  isteh- 
lakınm  siyasi  struktur-funksional  sistemində  dəyişikliklər  (məsələn, 
mülkiyyətin  yenidən  bölüşdürülməsi,  yaxud  əhalinin  miqrasiyası 
nəticəsində  ənənəvi  fəaliyyət  növləri  bir  millətdən  başqasına  keçir). 
Cəmiyyətin siyasi struktur-funksional sistemində də- 
145 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə