Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   51   52   53   54   55   56   57   58   ...   91

kökündən  dəyişə  bilərdi.  Ancaq  Rusiyanın  strategiyası  siyasi 
tələbatlara  tabe  edilmişdi,  o,  müttəfiqlərin  tələblərinə  həddən  artıq 
riayət  edirdi  və  bu,  yalnız  qüvvələrin  parçalanmasına  deyil,  həm  də 
dəqiq  strateji  planının  olmamasına  gətirdi.  1914-cü  ilin  avqustunda 
müttəfiqlərin  təhriki  ilə,  ilk  növbədə  siyasi  mülahizələri  güdərək, 
Rusiya komandanlığı tələsik Şərqi Prussiyaya formalaşdırılması tam 
bitməyən iki qoşun göndərdi. Nəticədə, Rusiya üçün dəyərli olan kadr 
hissələri məhv edildi və ümumi müvəffəqiyyət əldə etmək şansı azaldı. 
Darmadağın  edildikdən  sonra  əzəldən  baş  verən  uğursuzluq  Rusiya 
qoşunlarının Almaniya ilə mübarizədə bütün cəbhə boyu fəaliyyyətinə 
təsir etdi. 
Ən  yeni  dövrdə  Əfqanıstanla  müharibə  diqqəti  cəlb  edir.  Bir 
tərəfdən, bir sıra gərgin problemlərin mövcud olduğunu inkar etmək 
olmazdı, Sovet İttifaqı onların həllindən boyun qaçıra bilməzdi. Digər 
tərfdən,  siyasi  məqsədlərin  qeyri-dəqiqliyi,  həmin  dövrün  rəhbərliyi 
tərəfindən bu ölkənin özünəməxsus cəhətlərinin dərk edilməməsi arzu 
olunan nəticənin,  yəni  qələbənin  əldə edilməsinə  yönəlmiş  ölçülərin 
qarşılıqlı  əlaqə  sistemi  kimi  başa  düşülən  dəqiq  strategiyanın 
hazırlanmamasma  gətirdi.  Daha  da  qeyri-müəyyəni  isə  hansı 
nəticələrin məhz qələbə hesab edilməsidir. «Beynəlxalq borcun yerinə 
yetirilməsi»  haqda  dağınıq  şüarlar,  SSRİ-nin  bu  rayonda  dövlət 
maraqlarının  qorunması  haqda  məsələni  daha  da  tutqunlaşdırdı. 
Həmçinin, Sovet ordusunun bu müharibədə məğlub olduğunu demək 
olmaz,  ona  görə  ki,  onun  hansı  məqsədləri  güddüyünü  və  buna  nə 
qədər nail olduğunu söyləmək çətindir. 
Üçüncü  istiqamət  strategiyanın  fəaliyyəti  üçün  əlverişli 
şərtlərin  yaradılması  siyasətinin  hazırlanması  ilə  bağlıdır.  Bu  daha 
geniş sahələrdən biridir. Bura bəzi dövlətlərlə ittifaqların bağlanması, 
digərlərinin  neytrallığının  təmin  edilməsi  daxildir.  Müttəfiqin 
seçilməsi bir sıra faktorlarla müəyyən olunur. Bu müttəfiqin gücüdür. 
O, ilk növbədə, bir sıra amillərdən - dövlətin hərbi sistemi, ictimai və 
dövlət quruluşu, onun demoqrafiyası və iqtisadiyyatı, mədəniyyətinin 
xüsusiyyətləri,  əhalinin  psixoloji  xüsusiyyətləri,  dövlət  rəhbərlərinin 
şəxsi keyfiyyətləri və s. asılıdır. İkincisi, gələcək mübarizədə potensial 
müttəfiqin iştirakının dərəcəsi təkcə onun qüvvəsindən deyil, həm də 
maraqlı  olmasından  asılıdır.  Burada  söhbət  ümumi  maraqların 
axtarılmasından və ya 
168 


ən  azı  real  faydaların  vəd  edilməlindən  gedir.  (Çox  zaman  daha  sıx 
birləşdirici maraq ümumi düşmənin olmasıdır. Bu zaman «Kimə qarşı 
dostlaşacayıq?» prinsipi işləyir). Müttəfiqin seçilməsi daha çox coğrafi 
faktordan  asılıdır.  O  qüvvələrin  illdn  qruplaşmasını  və  müttəfiqlərin 
gələcək qarşılıqlı əlaqələrini müəyyən edir. Buna misal kimi İtaliya və 
Prussiyanın Avstriyaya qarşı 1866-ci il müharibəsini göstərmək olar, 
bu zaman prussiyahlar üçün əsas fakt İtaliyanın hərbi qüvvələrinin real 
gücündən  asılı  olmayaraq,  Avstriya  qüvvələrinin  əsas  teatrından 
uzaqlaşdırılması idi. Digər bir misal kimi, Almaniya Baş ştabının iki 
cəbhədə  müharibəni  strateji  planlaşdırmasını  və  Almaniyaya  qarşı 
koalisiyanın  Birinci  və  İkinci  Dünya  Müharibəsi  zamanı  fəaliyyətini 
göstərmək olar. 
Eləcə də, bu və ya digər dövlətin neytrallığının təmin edilməsi 
mühüm  ola  bilər.  Məsələn,  Fransa-Prussiya  müharibəsinin 
hazırlanması zamanı Prussiyanın xarici siyasətinin həyati əhəmiyyətli 
məsələsi keçmiş düşmən - Avstriya-Macarıstanın neytrallığının təmin 
edilməsi  idi.  1939-1940-cı  illərdə  Almaniya  üçün  yalnız  hələ  də 
qeyri-sabit  olan  və  onu  xammal  və  ərzaqla  təchiz  edən  İspaniyanın 
franko  rejmininin  deyil,  həm  də  İtaliyanın  neytrallığının  saxlanması 
əlverişli  idi.  İtaliyanın  iqtisadiyyatının  və  hərbi  qüvvələrinin 
müharibəyə girən zaman zəifliyi, almanları qüvvələri parçalamağa və 
ehtiyatları  müttəfiqləri  saxlamağa  sərf  etməyə  məcbur  edirdi. 
Rusiyanın  xarici  siyasətinin  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəlində 
səhvləri  Yaponiya  ilə  müharibə  ərəfəsində  onu  faktiki  təcrid  edilmiş 
vəziyyətə  qoydu.  Hətta  müttəfiqi  Fransa  Rusiyanın  Uzaq  Şərqdə 
fəallığını  dəstəkləmirdi.  Bu  da  məhz  hərbi  əməliyyatların 
uğursuzluğunu, mövcud hərbi və iqtisadi ehtiyatlarla effektiv manevr 
etməsinin qeyri-mümkünlüyünü əvvəlcədən müəyyən etdi. 
ABŞ-ın  İkinci  Dünya  müharibəsindən  sonrakı  təcrübəsi 
ibrətamizdir. Koreyada müharibə zamanı amerikanlar BMT-in bayrağı 
altında  çıxış  etməklə,  kifayət  qədər  əlverişli  şərait  yarada  bildilər. 
Onlar hərbi əməliyyatlarda birbaşa iştiraka bir sıra dövlətləri cəlb edə 
bildilər,  baxmayaraq  ki,  onların  müharibəyə  ümumi  payı  o  qədər  də 
böyük deyildi, bununla ABŞ-ın fəaliyyətinə xarici siyasi dəstək təmin 
edilmiş  oldu.  Vyetnam  müharibəsi  bir  başqa  mənzərə  təqdim  etdi. 
ABŞ-ın əsas müttəfiqləri ondan uzaq 
169 


laşmağa  üstünlük  verdilər,  amerikanlara  birbaşa  dəstəyi  isə  yalnız 
onun  Asiya  -  Sakit  okean  regionundan  olan  ən  dönməz  tərəfdarları 
verdilər. 
Siyasət əks tərəfin təbəələrinin hərəkətə gətirilməsi, düşmənin 
arxa  cəbhəsinin  yarılması  kimi  mürəkkəb  məsələni  həll  etməklə, 
strategiyaya kömək edə bilər. Eyni zamanda siyasi rəhbərlik tərəfindən 
hazırlanacaq və həyata keçiriləcək müxtəlif variantlar da mümkündür. 
Bu öz tərəfmə dövlətin bütöv bir əyalətinin, rayonunun bu və ya digər 
səbəbdən düşmənin fəaliyyətini dəstəkləməyə meylli olan əhalisini öz 
tərəfinə çəkməkdir. Həmçinin, hər hansı sosial qrupu, sinfi, dini qrupu, 
siyasi  partiyanı,  ayrı-ayrı  şəxsləri,  aparıcı  xadimlərini  öz  tərəfinə 
çəkmək  mümkündür.  Bu  zaman  yalnız  kəşfiyyat  şəbəkəsinin 
yaradılması  deyil,  həmçinin  əks  tərəfə  lazımi  baxışlar  və  dəyərlər 
sistemini  qəbul  etdirmək  kimi  daha  geniş  və  müəyyən  qədər 
perspektivli vəzifələr nəzərdə tutulur. 
Siyasətin  həll  etdiyi  daha  mühüm  vəzifələrin  sırasına  strateji 
məqsədlərin  həyata  keçirilməsi  üçün,  əlverişli  şəraitin  yaradılması 
üçün - ictimai rəyin formalaşdırılmasını aid etmək olar. Söhbət yalnız 
hərbi  əməliyyatların  ərəfəsində  və  ya  gedişində  təbliğatdan  getmir. 
Daha  əhəmiyyətli  əhalinin  müvafiq  ruhda  tərbiyə  edilməsi  kimi 
uzunmüddətli vəzifədir, onların reallaşdırıl- masına tək bir onillik sərf 
olunmur.  Belə  bir  deyim  məşhurdur  ki,  Sadova  və  Sedan  arasında 
döyüşü  alman  məktəb  müəllimi  udmuşdu.  Bu  qələbələri  yalnız 
prussiyalılarm  daha  yüksək  savadı  təmin  etməmişdi,  bu  savad 
nəticəsində müasir texnikadan istifadə edən və öz vəzifələrini vicdanla 
yerinə  yetirən  etibarlı  işçilər,  dəmiryolçular,  əsgərlər,  məmurlar 
yaranmışdı.  Uzun  illər  ərzində,  məktəbdən  başlayaraq,  almanların 
düşüncəsində müəyyən ideyalar kompleksi yarammşdı ki, hərbi gücün 
əsas  komponenti  olan  mənəvi  faktorun  məqsədyönlü  yaradılması 
aparılırdı.  Bu  möhkəm  yeridilmiş  baxışlar,  nəinki,  hökumətə  sülh 
dövründə müəyyən siyasəti aparmağa imkan verirdi, həm də almanları 
nəyin naminə qan tökdüklərini aydın  bilən  və  ya bildiklərini güman 
edən  əsgərlərə  çevirirdi.  Məktəbin  və  dövri  mətbuatın  həll  etdiyi 
sonrakı vəzifələr, ictimai rəyi manipulyasiya edən bötüv bir sistemlə 
tamamlanmışdı. 
Birinci dünya müharibəsinin başlanğıcında Avropanın pay 
170 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə