ona zidd olan hökumət tədbirləri çox vaxt iflasa uğramışdır. İqtisadi
nəzəriyyə göstərir ki, öz mənafeləri naminə fəaliyyət göstərən insanlar
başqaları üçün seçim imkanları yaradır və ictimai əlaqələndirmə xalis
faydada onların qarşılıqlı fəaliyyəti nəticəsində yaranan dəyişikliklərə
fasiləsiz qarşılıqlı uyğunlaşma prosesindən ibarətdir.
Burada iqtisadi nəzəriyyə istehsal və istehlak zonasında sosial
münaqişənin həlli metodu kimi çıxış edir. İqtisadi nəzəriyyə insan
tələbatları və sosial nəticələr arasında əlaqələri təsbit etməklə, insan və
insan cəmiyyəti haqqında ən mühüm elmlərdən biri kimi çıxış edir. O
təsbit edir ki, iqtisadi fəaliyyətində insan, əsasən, rasional hərəkət edir.
O, öz ehtiyaclarını onların əldə edilməsi planları, məqsədləri və
üsulları ilə uzlaşdırmağa çalışır. Deməli, sosial münaqişələrin uğurla
tənzimlənməsi imkanları yaranır.
Kapitalist cəmiyyətinin rasionallığı ideyasını XX əsrin
əvvəlində M.Veber xüsusilə ardıcıl surətdə müdafiə etmişdir. Sosial
fəaliyyətin motivlərinin əsaslandırılma dərəcəsi müxtəlif ola bilər.
Veber sosial fəaliyyətin dörd növünü göstərmişdir:
1)
ənənəvi (vərdiş üzrə) sosial fəaliyyət;
2)
aflektiv (emosiyalara tabe olan) fəaliyyət;
3)
dəyər-rasional (ali ədalət, gözəllik, inam ideallarına tabe
olan, yəni konkret praktik vəziyyətin çərçivələrindən kənara çıxaran)
fəaliyyət;
4)
məqsədli-rasional fəaliyyət.
Məhz sonuncu fəaliyyət növü daha çox əsaslandırılmışdır,
çünki konkret məqsədə malikdir və real vasitələrə istinad edir.
Məqsədli-rasional fəaliyyətin əsasında «xarici aləm pred-
metlərinin və başqa adamların müəyyən davranışının gözləntisi və
özünün rasional surətdə qoyulmuş və düşünülmüş məqsədinin əldə
edilməsi «şərtləri», yaxud «vasitələri» qismində bu gözlən- tidən
istifadə durur».
«Gözəyarı» fəaliyyətdə rasionallıq qeyri-mümkündür. O,
müvafiq şəraitdə ağlabatmayan kənar təsirlərin müdaxiləsini
məhdudlaşdıran cəmləşmə tələb edir. Veber məqsədli-rasional və
bütün qalan fəaliyyət arasında münaqişənin tarixən necə həll
olunduğunu göstərmişdir. Emosiyalar və fantaziyalar üzvi və
çoxşaxəli məişət həyatı ilə sıx surətdə bağlıdır. Buna görə də işçi
136
məişətdən uzaqlaşır və süni istehsalat mühitinə yol tapır. Onun bu
mühitdə qarşılaşdığı mexanizmlər insan bədənindən asılı olmadan
fəaüyyət göstərir və onun hərəkətlərini öz məntiqinə tabe edir, onun
artıq hərəkətlərini «yığışdırır», onları səmərəli və məqsədyönlü edir.
Mühasibat uçotunda fikir abstrakt forma və sırf məntiqi əlaqələr kəsb
edir, obrazlı-mətnli podtekstdən məhrum olur. Həm işçinin fəaliyyəti,
həm də onun nəticələrinin qiymətləndirilməsi son dərəcə məntiqi
xarakter qazanır.
Rasionallaşdırılmış kapitalist istehsalı iki əsas tip münaqişələr
doğurur. Birincisi, bu, əmtəə istehsalçıları arasında rəqabətdir. İkincisi,
işəgötürənlərin və muzdlu işçilərin toqquşmasıdır. İş qüvvəsini əmtəə
hesab etsək, hər iki münaqişə növü bazar adlandırılan ümumi sistemdə
münasibətlərin yarımnövləridir.
Kapitalizm aşağı silklərin sosial və siyasi cəhətdən sıxış-
dınlması şəraitində təşəkkül tapdığından, iş qüvvəsi dərhal azad
olmamış və birdən-birə refleksiya predmetinə çevrilməmişdir. İlk
əvvəl istehsalçılar arasında rəqabət meydana çıxımş və üzə çıxan
münaqişənin sivil həlli formaları işlənilməyə başlanılmışdır.
Müasir iqtisad elmi real münaqişələri həll edərkən intellektual
axtarışı və sosial səmərəliliyi birləşdirməyə çalışanların çoxəsrlik və
səmərəli zehni işinin nəticəsidir. Nəticədə mühasibat kitabları, pul
əskinaslan və səhmlər, birjalar, qiymət indeksləri meydana çıxmışdır.
İnflyasiyaya, sənaye böhranlarına, devalvasiyaya qarşı
mübarizə başlanmışdır. Sığorta şirkətləri, yığım fondları meydana
çıxmışdır. İnsan fəaliyyətinin mürəkkəbliyi və onun nəzərə
alınmasının çətinliyi onların təsvirinin və tənziminin ən orijinal
sistemlərini doğurmuşdur.
Lakin iqtisadi həyat qeyri-müəyyənlik şəraitində oyundur.
Mövcud iqtisadi prinsiplər bir çox amillərin qarşılıqlı təsiri nəticəsində
təşəkkül tapan çox mürəkkəb vəziyyətə rasional yanaşmağa kömək
edir. Üzdə isə ölkənin iqtisadi həyatının çətinlikləri: istehsalın
tənəzzülü, inflyasiya, işsizliyin artırm və s. görünür.-
Bu, sürətli konveyer dövrü olmuşdur. Konveyerlərdə ucuz
məhsullar sürətlə və keyfiyyətlə yığılırdı. Lakin onu işdə sazlanmış
maşının vintciyi rolunu yerinə yetirən istehlakçı almalı idi.
Konveyer sistemində durğunluq yaranırdı, texnikaya əlavə
sərmayələr nəzərəçarpacaq mənfəət gətirmirdi. Yaranmış çətin-
137
üklərin səbəblərini araşdırmaq lazım gəldi. Sənaye sosiologiyasının
banisi E.Mayo hələ keçən əsrin 20-30-cu illərində göstərdi ki, insan
işdə yalnız işləmir, həm də yaşayır. Buna görə də yalnız «insan
münasibətləri» mənalı, mühüm şəxsi əhəmiyyətə malik fəaliyyət kimi
əməyin uğurunu təmin edə bilər. Müsbət mənəvi iqlim, əməyin
məzmunundan yüksək qənaətbəxşlik, demokratik istehsal üsulu
müəssisənin uğurlu işi ilə bilavasitə bağlıdır.
Meyonun ideyaları F.Hersbergin «motivləşdirmə-gigiyena»
nəzəriyyəsində daha da inkişaf etdirilmişdir. Onun fikrincə, əmək
haqqı, həmkarlar və müdiriyyətlə münasibətlər, fiziki əmək şəraiti heç
vaxt işçini tam qane edə bilməz. Bunlar yalnız gigiyenik şəraitdir.
Onların normal mövcudluğuna işçi sürətlə alışır və vaxt keçdikcə
onları qiymətləndirmir. Ehtiyac və ətraf- dakıların anlaşmazlığı altında
əzilən işçi qeyzlə «gigiyena» amillərinin yaxşılaşdırılması uğrıında
mübarizə aparmağa başlayır. Lakin dözüləsi «gigiyenik» şəraitdə o,
zənginləşdirilmiş iş axtarır. Hersberq zənginləşmənin başlıca
əlamətini ən yaxşı fəaliyyət üsulu haqqında işçinin Ö
2
äinün qərar
qəbul etməsində görür.
Bunlar həm tapşırıqların yerinə yetirilməsinin fərqli qaydası,
həm briqada üzvləri arasında funksiyaların yenidən bölüşdürülməsi,
həm müxtəlif mürəkkəblik dərəcəsinə malik iş alma, həm ixtisasın
artırılması, həm də mexanizmlərinin və onların iş rejiminin
təkmilləşdirilməsində iştirakdır.
İstehsalatda münaqişələr yarandıqda onların təcavüzkar və
dağıdıcı sinfi antaqonizm formaları almayıb, rasional surətdə təşkil
olunmuş danışıqlar prosesində müzakirə predmetinə çevrilməsi üçün
münbit şəraitin yaradılması mühüm rol oynayır.
İstənilən səviyyəli sinfi münaqişə vəziyyətində danışıqlar
prosesinin təşkili prinsiplərini R.Darendorf ifadə etmişdir;
1.
Münaqişə tərəflərinin hər biri opponentinin mövcudluq və öz
baxışlarına malik olmaq hüququnu qəbul etməlidir. Buradan heç də
belə bir nəticə çıxmır ki, həmin baxışlar opponent üçün ədalətlidir.
2.
Münaqişə iştirakçıları fikir ayrılıqlarının və qarşıdurmanın
mövcudluğunu etiraf etməlidir. Mənafelərin və vəziyyətin dərkinin
tam ümumiliyinin bəyan olunması ya demaqogiya, ya da öz həqiqətini
qəbul etdirməklə rəqibə üstün gəlmək cəhdidir.
3.
Bütün iştirakçılar tərəflərin qarşılıqlı fəaliyyətinin bəzi
138
Dostları ilə paylaş: |