nə yenidən bölüşdürülməsi uğrıında mübarizə;
2.
Mədəni-dil - ana dilinin və milli
mədəniyyətin müdafiəsi;
3.
Ərazi-status
-
sərhədlərin
dəyişdirilməsi,
statusun
yüksəldilməsi və etnosun real hüquq və səlahiyyətlərinin artırılması
uğrunda mübarizə;
4.
Separatçı - federasiyanın tərkibindən çıxaraq, müstəqil
dövlətin yaradılması uğrunda mübarizə.
Mübarizə metodlarına və formalarına görə etnik münaqişələri
zorakı və qeyri-zorakı münaqişələrə ayırmaq olar.
Bu zaman zorakı münaqişələr lokal və tərəflərin geniş döyüş
əməliyyatlarım nəzərdə tutan genişmiqyaslı münaqişələrə ayrılır.
Qeyri-zorakı münaqişələrə (fiziki gücün tətbiq olunmadığı)
siyasi,
diplomatik, hüquqi, iqtisadi və digər münaqişələr aiddir.
Etnik münaqişənin vaxtından və inkişaf intensivliyindən asılı
olaraq qısamüddətli və uzunmüddətli, fasiləsiz və kortəbii, çox
intensiv və az intensiv münaqişələri ayırmaq olar. Özü də müasir
millətlərarası münaqişələrin kəskinliyi ifratçılıqla düz mütənasibdir,
irəli sürülən tələblərin demokratikliyinə isə tərs mütənasibdir.
§5. Millətlərarası münaqişələrin nizamlanması yollan
Bu ' Ə ya digər millətlərarası münaqişənin qəti həlli mümkün
deyildir. Millətlər mövcud olduqca dövri surətdə onların qarşılıqlı
münasibətlərində ziddiyyətlərin yaranması labüddür. Buna görə də
problem millətlərarası ziddiyyətləri aşkara çıxarmaqdan, zorakılığın
tətbiqinə yol verməməkdən, mübahisəli məsələlərin nizama
salınmasının səmərəli üsullarım tapmaqdan ibarətdir. Əslində, söhbət
çoxmillətli
cəmiyyətdə
millətlərarası
münaqişələrin
idarə
olunmasından gedir.
Milli münasibətlərin idarə olunması strategiyasını işləyib
hazırlamaq üçün bütün çoxmillətli məkanda ümumi qarşılıqlı surətdə
məqbul dəyərlər və normalar tapmaq zəruridir. Bir tərəfdən,
dəyər-normativ sahəsi bütün çoxmillətli cəmiyyəti əhatə edəcək qədər
kifayət qədər universal olan, digər tərəfdən isə çoxmillətli məkana
daxil olan etnosların xüsusi ənənələrini, adətlərini, dəyər və
mənafelərini pozmayan ümumi oyun qaydaları işləyib hazırlamaq
zəruridir.
152
vətəndaş müharibəsinə son qoymaq üçün keçmiş Yuqoslaviya
ərazisində mərhələli surətdə vasitəçilik, arbitraj, məcburi arbitraj və
qismən güc işlətməklə yatırma (serblərin döyüş mövqelərinin NATO
aviasiyası tərəfindən bombardman edilməsi və güc işlətməklə
hədələmə) tətbiq olunmuşdur. Osetin-inquş hərbi münaqişəsi də güc
metodu ilə dayandırılmışdır.
Millətlərarası münaqişə ən çətin nizamlanan münaqişələrdən
biridir. Bu münaqişələr, bir qayda olaraq, çoxillik müqəddiməyə malik
olur, sosial-iqtisadi, siyasi, ictimai-mədəni və etno- psixoloji
problemlər kompleksi ilə şərtlənir. Millətlərarası münaqişələrin
nizamlanması
institusional
və
instrumental
yanaşmaların
uzlaşdırılması əsasında baş verir.
Bütövlükdə isə millətlərarası münaqişələrin nizamlanma-
smdakı çətinliklər aşağıdakı amillərlə bağlıdır:
-- onların
bir çoxu dərin tarixi köklərə,
çoxillik tarixə malikdir;
-
onlar insanın
şüursuzluğuna toxunur;
-
onlar dinin güclü təsirinə məruz qalır.
Millətlərarası münaqişədən müxtəlif çıxış yolları mümkündür -
kompromisdən güc tətbiqinə qədər. Millətlərarası münaqişələr aradan
qaldırılarkən həm onlarda xarici hərbi iştirakdan, həm də hər hansı
başqa kənar müdaxilədən qaçmaq, yəni hər bir əks tərəfin seçim
azadlığını təmin etmək məqsədəuyğundur. Bu, birinci şərtdir. İkinci
şərt döyüş əməliyyatlarının dayandırılması və münaqişə iştirakçıları
arasında siyasi kompromisin əldə olunmasıdır.
Millətlərarası münaqişələrin nizamlanması sistemi institusional
və instrumental yanaşmaların uzlaşdırılması əsasında yaradıla bilər.
İnstitusional yanaşma daxili münaqişələrin qarşısının alınması
və nizamlanması üzrə təşkilatlar şəbəkəsinin, xüsusi infrastrukturun
yaradılmasını nəzərdə tutur. O, milli, regional və qlobal səviyyəli
institutları ehtiva etməlidir.
İnstrumental yanaşma millətlərarası münaqişəyə tənzimləyici
təsir tədbirlərinin (alətlərinin) bacarıqla uzlaşdırılmasından ibarətdir.
Onların arasında taktiki, operativ və strateji həll yolları fərqləndirilir.
Taktiki həll yolları münaqişələrin iştirakçılara güc təzyiqi, o
cümlədən
iqtisadi təzyiq, yaxud danışıqlar prosesinin qurulması
154