tini daha da məhsuldar edir. Rasional seçim nəzəriyyələri strateji
qarşılıqlı təsirlərin sadələşdirilmiş mənzərəsi (təqdimatı) vasitəsilə
dövlət davranışının, əks halda empirik təfsilatlarla pərdələnə biləcək
güclü izahını və proqnozunu təmin etdiklərini iddia edir. Rasional
seçim təhlili həll problemləri tipik olaraq hadisələrin yaxşı başa
düşülmüş siniflərinin, formal olaraq, çoxlu sayda digər hadisələrin eyni
olan nümunələri ilə məşğul olarkən ən uğurludur. Rasional seçim
rəqabət aparan bazarların və ya böyük təşkilati sistemlərin təhlilində
güclü və zaman-zaman intuisiyaya zidd izahlar təmin edə bilir.
Lakin beynəlxalq münaqişə nisbətən kiçik ərazidə, az miqdarda
baş verir. Ona görə də təhlili çətindir və qərar qəbul edənlərin tarixi
keçmişdən problem haqqında xarakterik təsəvvürləri, ehtimal
paylanmasını və müxtəlif variantların ölçüləri əsasında dəyərlərin
metrikasını çıxara biləcəkləri kifayət miqdarda «bənzər» hallar
müəyyən etməsi az ehtimallıdır. Beynəlxalq münaqişə rasional seçim
tədqiqatlarının çoxu beynəlxalq münaqişələrdəki həll probleminin
aşkar mürəkkəbliyi və qeyri-müəyyənliyi ilə sadələşdirilmiş
mənzərələr strategiyası vasitəsilə məşğul olur. Belə sadələşdirilmiş
mənzərələr (təqdimatlar) çox vaxt analitik cəhətdən asan emal
ediləndir, bu mənada ki, oyunların tarazbq həlləri, əgər mövcuddursa,
davranışın müəyyən proqnozlarına gətirir. Sadələşdirilmiş təqdimat
strategiyası fərz edir ki, dövlətlər və ya qrup rəhbərlərinin oyuna
qoyulanlar, variantlar, xərclər, qazanclar, ehtimallar və maraqlar,
rəqiblərin məqsədləri və məramları barəsində çaşqınlığı və
qeyri-müəyyənliyinə baxmayaraq, mücərrədləşdirmə həll probleminin
məğzini əhatə edir. Gerçəklik və təqdimat (mənzərə) izomorfdursa, bu
iddia prima facie-6\v (ən ehtimallıdır), izomorfluq pozulduqda isə daha
az ehtimallı olur. Sadələşdirilmiş təqdimatlar yaxşı strukturlaşdırılmış
həll problemlərində faydalı analitik strategiya ola bilərsə də,
problemlərin demək olar ki, həmişə pis strukturlaşdırılmış olduğu
beynəlxalq münaqişələrin həllində çətin ki, yardımçı olsun.
Pis strukturlaşmış həli problemlərində strateji qarşılıqlı təsirin
təqdimatı kimi istifadə edüəcək oyunun seçilməsi (və üstün tərtibli
oyunçuların müəyyən edilməsi) təqdimatın bir izah aləti kimi analitik
faydalılığını aşağı salan iradi (əsassız) bir razılaşmadır.
İdraki və sosial psixologiya rəhbərlərin bu qeyri-müəyyənlik
220
və mürəkkəbliyi necə dəf etdiyini izah edir. Onlar, adətən, birqiy- mətli
olmayan vəziyyətləri onlara əhəmiyyətli görünmüş tarixi təcrübə
əsasında yozurlar və ya davranışın «tarixin idiosinkretik (xarakterik)
dərslərini» əks etdirən baş baımaq qaydasından istifadə edirlər.
İdiosinkretik olmalarına baxmayaraq problemin təqdimatına,
mühakimə yürüdülməsi və hesablama apanlmasına güclü təsir
etdiyindən bunlar rasional seçim təhlilini son dərəcə mürəkkəbləşdirir.
Problemin təqdimatı (qoyuluşu) hər bir beynəlxalq münaqişədə mühüm
dəyişəndir və ona görə də gerçək dünyadakı həlli problemlərinin
rasional seçim nəzəriyyəçilərinin istifadə etdikləri qaydada formal
mücərrədləşdirmələrinə
bəraət
qazandırmaq
çətindir.
İdraki
psixologiyanın anlayışları və üsulları problemin təqdimatım başa
düşmək üçün nisbətən daha uyğundur.
Çəkindirmə və kəskinləşmə (eskalasiya) spiralları model- yerləri
arasındakı mübahisələrin tədqiqi iki yanaşmanın bir- birini
tamamladığını nümayiş etdirir. Mübahisə ən yaxşı miqyas şərtləri
problemi kimi formulə edilə bilər. Rasional seçim nəzəriyyəçiləri
çəkindirməni qarşılıqlı asılı rasional seçimlər dəsti kimi modelləşdirir
və layihələndirdikləri dilemmaları həll etmək üçün intuisiyaya zidd
strateji seçimlər müəyyən edirlər. Psixoloji izahlar diqqəti təqdimat,
mühakimə, motivasiya (istək) və əndişə problemlərində cəmləyir,
rəhbərlərin bir şüurlu idarəçilər kimi təhdid mühitində birqiymətli
olmayan məlumatla necə davrandığını müəyyən edir və bildirir ki,
rasional modellərdən çıxarılan strategiyalar əks nəticələrə gətirən və
qorxulu kəskinləşmə spiralı ilə nəticələnən ola bilər.
Nəzər nöqtəsi nəzəriyyəsi bu, zahirən bir-birinə zidd tapıntıları
həll etməyə yardım göstərir. Dövlətlər status kvo (mövcud olan
vəziyyət) ilə tam razıdırlarsa, onlara qazanc oblastmda olan və
çəkindirmə təhdidi üçün əlverişli hədəflər kimi baxmaq olar, çünki
onlar güman ki, qazanclarla risk etməyin əksinə olacaq. Belə şəraitdə,
ehtimal paylanmasının ekstremumları istisna edilməklə, rasional seçim
güman ki, qənaətcil izah təmin edəcək. Lakin dövlətlər əhəmiyyətli
itkilərə məruz qalmış və bu itkilərlə barışa bilməmişsə, çəkindirmə
təhdidlərinin itkiyə yol verməmək üçün riski qəbul etməyə hazır olan
rəhbərlərin kəskinləşmə (eskalasiya) təhi'ik etməsinə gətirəcəyi daha
ehtimalhdır.
idraki psixologiya və rasional seçim kritik miqyas şərtləri
221
(şəraiti) yaranan kimi bir-birini tamamlayan olur. Problemin təqdimatı
fərz deyil, müəyyən edildikdən sonra alimlər mühitin mürəkkəbliyini,
qeyri-müəyyənliklərin miqyasını və şəraitin əlamətlərini (atributlarını)
tədqiq edə bilərlər. Sonra rəhbərlərin qazanc, yoxsa itki oblastında
olduqlarını müəyyən edə bilər və hesablamaların faydalıhğını
maksimallaşdıran, məqbul və ya rasional normalardan psixoloqların
gözlədikləri sapmaları aqroksi- masiya edən olacağı ehtimalını
qiymətləndirə bilər.
Beynəlxalq münaqişələrin konstruktivist izahları ilə psixoloji
təhlillər arasında daha böyük uyarlıq var. Rasional seçimin söhbəti
idraki psixologiya ilədirsə, konstruktivistlərin dialoqu sosial
psixologiya ilədir. Konstruktivistlər seçimin rəhbərlərin mənsubiyyəti
- onların öz dövlətlərini və ya qruplarını necə müəyyən etməsi, kim
olması və başqlan ilə nisbətdə özlərini necə görməsi ilə dərindən
məlumatlandırılan anlayışını inkişaf etdirirlər. Konstruktivistlər
kollektiv mənsubiyyəti təsis edən kollektiv və ya bölüşdürülən
(ümumi) inamları, norma yaradılması və ona riayət edilməsi
proseslərini daxil etmək üçün beynəlxalq münaqişələrin psixoloji
izahlannm, adətən, rəhbərlərin inamlan, təsəvvürləri (obrazları) və
mühakimələrini mərkəzə qoyan repertuarım genişləndirdilər. Realist
və liberallardan fərqli olaraq konstruktivistlər mənsubiyyət və
maraqlan verilən (əzəli) kimi deyil, daha çox özgələr ilə qarşılıqlı təsir
nəticəsində yaranan kimi qəbul edirlər. Onlar mənsubiyyət anlayışımn
içərisinə bü* təsisati element kimi təkcə marağı yox, həm də normalara
diqqəti qoyurlar.
Seçimin izahı kimi inşa edilmiş mənsubiyyətlərə belə vurğu
edilməsi normaların seçim meyarına çevrilməsi şəraitinin tədqiqi ilə
məşğul sosial psixoloji nəzəriyyələrlə faydalı dialoqu mümkün edir.
Sosial psixologiya bir seçim (qərarvermə) qaydası kimi bərabərlik,
ədalət və ədliyyə kimi meyarların maraqların maksi- mallaşdırılmasmı
üstələdiyi şəraiti tədqiq edir. Psixologiyada sosial mənsubiyyət
nəzəriyyəsi, mənsubiyyətin konstruktivist arqumentlərinin həlledici
toplananının necə dəyişdiyinə vurğu edir.
Sosial mənsubiyyət nəzəriyyəsi mənsubiyyətin dəyişməsi
haqqında arqumentləri zənginləşdirə və genişləndirə bilər. Sosial
mənsubiyyət konstruktivistlərin fərz etdiyi kimi təkcə başqaları ilə
qarşılıqlı təsir nəticəsində deyil, həm də sosial psixoloqların bildirdiyi
kimi özlərini qrupa mənsub etmək prosesi vasitəsilə ya
222
Dostları ilə paylaş: |