ması və gücdən istifadə edilməsindən imtina edilməsi təhdid altında
olan mənsubiyyətlərin təhlükəsizliyini bilavasitə təmin edə və
təsəvvürləri yenidən formalaşdıra bilər. Vətəndaş münaqişələrini
qismən də, toqquşan mənsubiyyətlərin yaxınlığı və əndişə və hisslərin
güclü olması səbəbindən həll etmək daha çəlin ola bilər.
Qəlpələnmiş dövlətlər siyasi parçalanma və rəqabət aparan
mənsubiyyətlərin bir-birini qarşılıqlı tanıması yolu ilə elitanın
rəhbərlərinin uyğunlaşdığı qrupların isə konstitusiya təminatları ilə
ayrı qaldığı «yoldaşçılıq - consociational» və ya qruplardan
ibarət inşa
blokları yanaşması, ya da çarpaz bağlara malik çox etnoslu ittifaqlar
yaradılmasına çalışılan birləşdirici yanaşma vasitəsilə bərpa oluna
bilər.
Bir-birini qarşılıqlı tanıma və siyasi ayrılma münaqişənin
zəiflədilməsinin ən uzağa gedən strategiyasıdır. Onilliklər boyu davam
etmiş amansız müharibədən sonra, 1989-cu ildə Livanın dini
qruplarının rəhbərləri özlərinin müharibədən əvvəlki icma
(konfessional) sövdələşmələrinin təməllərini dəyişdilər. Maronit
xristian icmasımn hakimliyinin əvəzinə indi müsəlman və xristianlar
hakimiyyəti bərabər bölüşdürürdülər. Sövdələşmə maronit xristianlar
üçün prezident, sünni müsəlmanlar üçün baş nazir, şiə müsəlmanları
üçün Milli Assambleyanın sədri vəzifəsini təmin etməkdə davam edir.
Siyasi qərarlar, onların icmaları ayrı- ayrılıqda qalmaqla, zirvədəki
rəhbərlər tərəfindən qəbul edilir.
Çarpaz əlaqəli çox etnoslu ittifaqların qurulması daha bir
strategiyadır. Bu Bosniya - Hersoqovinanın dini rəhbərlərinin
prinsipial tələbi idi. Dayton da əldə edilmiş razılaşma prinsipcə çox
etnoslu Bosniyaya hörmət bəsləyir, lakin bu siyasi çərçivədə Bosniya
serblərinin müsəlmanlardan və xorvatlardan
de facto ayrılmasını təmin
edir. Kosovolular (kosovarlar) formal müstəqillikdə, Serbiya isə
birləşməkdə təkid etdiyindən Kosovo problemi həllini tapmamış qalır.
Bütün bu hallarda münaqişənin zəiflədilməsi tədrici quruculuq
prosesində kiçik qarşılıqlı güzəştlər mübadiləsindən daha artıq bir şey
tələb edirdi. Həllin kökü çox vaxt yüksək vəzifəli rəhbərlərin müxtəlif
mənsubiyyətləri tanımaq, onlara hörmət etmək, onları uyğunlaşdırmaq
və siyasi hakimiyyəti bölüşdürmək istiqamətində çətin qərarlar qəbul
etməsindən keçir.
Bütün
bu strategiyalar fərz edir ki,
mənsubiyyət və təsəv
217
vürlər sabitdir və onlar olduğu kimi tanınmalıdır (qəbul edilməlidir).
Belə bədbin baxış qəti deyildir. Sosial psixologiya sahəsindəki
tədqiqatlar işarə edir ki, fərdi stereotipləşdirmə aradan qal- dınla bilər,
lakin zaman-zaman təhsil və sosial proseslər meylləri (qabaqcadan
formalaşmış rəyləri) ehtiyatsız olaraq möhkəmlədə bilər. Digərləri
bildirirlər ki, mənsubiyyət verilmiş (əzəli) yox, qarşılıqlı təsirlər inkişaf
etdikcə və kontekstlər təkamül etdikcə sosial inşa ediləndir. Benedict
Anderson müşahidə etmişdir ki, fərdlərin bir-birini tanıdığı ailələr və
klanlardan fərqli olaraq, millətlər keçmişi, ənənələri və əlaqələri vaxt
keçdikcə yozulan və yenidən yozulan «təsəvvüri (xəyali) icmalardır».
Eləcə də, siyasi mənsubiyyətlər ənənələri inşa edilən və yenidən
yozulan təsəvvüri icmalardan asılıdır. Deməli, rəhbərlər və icmalar öz
münasibətlərini yenidən qurduqları halda mənsubiyyətlər yenidən
formalaşa və dəyişə bilər.
Mənsubiyyətlər, adətən, zəiflərin müdafiə edilməsi, sosial
cavabdehlik, alicənablıq, ədalətlilik və qarşıhqhq, eləcə də hörmət,
nüfuz və qisasın daxil olduğu bölüşdürülən (ümumi)
icma ənənələri və
normalarına vurğu edən toplananlara malik mürəkkəb strukturlardır.
Bu müxtəlif normalara edilən vurğu şəraitdən asılı olaraq
dəyişir. Təcrübəli vasitəçilər cavabdehlik, ədalətlilik və şəfqətlilik kimi
müsbət dəyərləri şərəf və nüfuzun vacib elementləri kimi qeyd edə
bilərlər. Mənsubiyyət ənənəsində «ən yaxşıya» müraciət «təsəvvüri
icma» daxilində vurğunun son nəticədə təsəvvürləri dəyişə, maraqları
yenidən formalaşdıra bilən, digərlərinin mənsubiyyətinə dözümlülük
və onların tanınması ilə nəticələnən ədalətlilik və qarşıhqhq üçün
meydan açılması istiqamətində sürüşməsinə gətirə bilər.
§4. Beynəlxalq əlaqələrlə bağlı nəzəriyyələrin
psixoloji aspektləri və təhlili
Rasional seçim normalarından sistemli sapma nümunələrinin
verdiyi dəlillər sağlamdır. Dəlillərin çoxu nəzarətdə saxlanılan
laboratoriya təcrübələrindən qaynaqlansa da, siyasi psixoloqlar bu
nümunələri yüksək dəyərli beynəlxalq münaqişələr- dəki həllərin
təsisatı tədbirlər və siyasi mədəniyyətlərin geniş
9 1 S