lində sosialist sisteminin və onun bünövrəsinin dağılması, dünyanı
xeyli təhlükəsiz etmişdir. Əsas iki qarşıduran sistemlərin ideoloji,
hərbi-siyasi konfrantasiyası aradan götürüldü. Geostra- teji hakimliyə
can atması bu iki bloku bir-birinə qarşı qoyan əsas xətt idi. İndi zidd
hərbi - siyasi bloklar olmasa da, geosiyasət qalmaqdadır. Rusiyanın
daima dünyanın hər hansı bir nöqtəsində öz maraqlarının
sıxışdırılmasma yol veriləcəyini elan etməsi buna nümunədir. Son
illərdə Rusiyanın Vyetnamda, Kiprdə, Serbiya, İran və həmçinin
Ermənistanda yerləşən SSRİ-nin keçmiş hərbi bazası - Kamraya
yüksək maraq göstərməsini məhz bununla izah etmək olar. NATO
Serbiyaya qarşı hərbi əməliyyatları başlayan kimi, Rusiya «adekvat
tədbirlər göstərəcəyini» elan etdi. Bu o deməkdir ki, Rusiya öz
mənafelərini tələb etdiyi qədər, İraqa, İrana, Şimali Koreyaya,
Liviyaya, Yuqoslaviyaya, Ermənistana silahlanmaya kömək etməyə
hazırdır. Bu haqda Kosova konfliktinin qızğın çağında Rusiyanın
keçmiş müdafiə naziri, indiki prezident müavini, marşal l.Sergeyev
açıq bəyan etdi. Baxmayaraq ki, onların bəzilərində Rusiyanın hərbi
bazaları yoxdur, lakin onlarda müasir Rusiya silahları var. Bunlara
Kiprə satılmış SS - 300 raketlərini, İrana satılmış müasir işə- salma
qurğuları, artilleriya, sualtı qayıqlar və sairi aid etmək olar.
Son iki ildə Rusiya Şimal dənizində və Sakit okeanda ən müasir
qitələrarası atom gəmilərini və təyyarə gəmilərini yerləşdirmiş və
həmçinin «ulduz müharibələrinin» komponentlərindən olan müasir
qitələrarası «Topol - M ~ 1» və «Topol - M - 10» raketlərini hərbi
növbədə saxlamışdır. Sual doğur: əgər dünya konfrantasiyası
yoxdursa, onda bu silahlar Rusiyaya nə üçün lazımdır. Bu digər
dövlətlər və xüsusilə, ABŞ tərəfindən cavab reaksiyası doğuracaq çox
təhlükəli və ehtiyatsız addımdır. Və ABŞ-ın prezidenti Corc Buşun
ABŞ-ın raketə qarşı müdafiə konsepsiyasına və PMS - 2 müqaviləsinə
yenidən baxılacağını bəyan etməsi məqsədsiz deyil. Bütün bunlar
«soyuq müharibə» erasının yeni burum və bərpasım göstərir. Suveren
ölkələrin üzərindən geosiyasi zontun yaradılması da, bununla izah
olunur. Bu hələ 90-cı illərdə «soyuq müharibə» dünyanı son həddəcən
silahla doydurmuşdur və bununla da özündən sonra güclü gec açılan
minaları qoymuşdur» deyən E.Xobsbomun qabaqgörən sözləri
235
nə olduqca müvafiqdir.
Məsələ bundadır ki, hər bir ölkə başqa dövlətlərin arzusundan
asılı olmayaraq, kənardan təzyiq olmadan öz daxili işlərini həll etmək
iqtidarındadır. Və bu halda nəhəng dövlətlərin öz geosiyasi cəhdləri
naminə digər dövlətlərin, xüsusən də kiçik dövlətlərin ləyaqətini
sıxışdırmağa haqları yoxdur. Belə hallarda lokal konfliktlər, bütün
dünyanın və ilk növbədə, iri dövlətlərin maraqlarının episentrinə
çevrilir. Bir çox dövlət belə hallarda öz xarici siyasətini araşdırmağa
məcbur olurlar. Rusiyanın suveren Baltikyanı dövlətlərə qarşı siyasəti
kəskinləşən kimi, Qərbi Avropa dövlətləri və ABŞ Rusiyanın bu
hərəkətlərinin, onun Qərb dövlətləri ilə əlaqələrində özünü mütləq
göstərəcəyini bildirdi. Bu mövqeyi ABŞ-m keçmiş dövlət katibi
Q.Kissencer dəqiq müəyyənləşdirdi: «Kremlin 300 il ərzində
Rusiyanın geniş sərhədlərinin ətrafında çarlar və komissarlar
tərəfindən yaradılmış təzyiq dairəsini öz əlinə almaq hüququ yoxdur».
Bununla Rusiyaya XXI əsrin astanasında özbaşına və öz istədiyi
kimi hərəkət edə bilməyəcəyini başa saldılar.
Beynəlxalq təhlükəsizlik indiki dövrdə lokal deyil. Və avto-
nom konfliktlərin olmaması üçün, bütün dünya ümumdünya
vəziyyətini nəzərə almalıdır. Belə ki, Qarabağ konfliktinin
təşəbbüskarları başlanğıcdan onu yerli, lakin mərhələli inkişafda olan
hal kimi qiymətləndirirdilər. Bununla bərabər, onlar irəlidə çox
pilləlilik variantını da nəzərdən keçirirdi. Lakin, əsas qoyulmuş
məqsədə nail olmaq idi. İlkin taktika bütün problemləri ildırım sürətilə
həll etməkdi. Ehtimal etmək olar ki, konfliktin başlanğıcında onlar
qoyduqları məqsədə bir neçə gündə müvəffəq olardılar. Sonra necə?
Uduzanlar kölgədə qalmazdılar, cavab reaksiyası olaraq onlar
gözlənilməz nəticələrlə bitəcək qisas almağa cəhd edərdilər.
Əgər bu və ya digər avantüranı başlayanların məntiqi ilə hərəkət
etsək, onda bəşəriyyət təhqirdən başqa heç nə əldə etməz, belə ki, bu
cür hahar beynəlxalq və millətlərarası əlaqələrdə qüvvətli «kölgə»
diplomatiyasının norması ola bilər. Belə halda BMT-nin bütün kiçik və
iri dövlətlərin bərabərhüquqluluğu haqqında bəyanatı öz mənasını,
ümumavropa müşavirəsinin sərhədlərin pozulmazlığı haqqında son
aktı öz əhəmiyyətini itirər. Və iri dövlətlər kiçik dövlət və xalqların
arzu və iradəsini öz rəyinə
236
əsasən diktə edə, alçalda, nəzərə almaya bilərlər. Dünya birliyinin
gələcəyi qeyri-real və gözlənilməz olar. Bu istiqamətdə inkişafda hər
bir hüquqları tapdanmış və təhqir olunmuş xalq, illər və yaxud hətta
əsrlər keçdikdən sonra Öz şərəfini bərpa etmək və itirdiklərini
qaytarmaq məntiqi olacaqdır. Dünya diplomatiyasının çoxəsrlik tarixi
göstərirdi ki, dünənki qaliblər səhər yenilmiş və alçaldılmış ola
bilərlər. K.Klauzewits qeyd edir ki, müharibə «yalnız siyasi akt deyil,
həm də siyasətin həqiqi aləti, siyasi əlaqələrin davamı, onların digər
vasitələrlə aparılmasıdır». Müasir ingilis alimi E.Kinqston Makklori də
bu fikirdədir. «Qlobal strategiya» əsərində o haqlı olaraq qeyd edirdi
ki, «müharibə dövlət siyasətinin alətidir ki, dövlət onun köməyi ilə öz
məqsədlərinin həyata keçməsinə nail olur və ya öz qüdrətini
möhkərnləndirir». Bu sözlər «Qarabağ müharibəsinin» məqsədlərinə
bütünlüklə uyğun gəlir. Onun təşəbbüskarları, oyuncaq - icraçıları
deyil, öz qarşılarına dünya miqyaslı avantürist məqsəd qoymuş və
qoyurlar.
Qarabağ avantürasının təşəbbüskarları və icraçılan öz
məqsədlərinə başqa vasitələrlə çatmadıqlarına görə, XX əsrin
qürubunda bu dəhşətli müharibəni başladılar. Azərbaycanlılar,
ermənilər, keçmiş İttifaqdan yoldaşlar məhv olurlar. Və nəyə görə?
Ancaq bir şey aydındır ki, azərbaycanlılar Vətənin azadlığı uğrunda
həlak olur, öz torpaqları uğrunda vuruşurlar. Onlara bu müharibəni
kənardan zorla qəbul etdirmişlər, onlar öz torpaqları uğrunda, öz
torpaqlarında döyüşürlər. Digərləri niyə tələf olurlar? Keçmiş imperiya
əzəməti və imperiya sərhədlərinin arzusunda olan siyasətbazların
siyasi ambisiyalarına görə. Onlar bu zaman, bu torpaqların vaxtilə
imperiyaya zorla hansı yolla yenidən birləşdiyini yaddan çıxarırlar.
Tarixi məsuliyyət, elementar sağlam düşüncə və Allah
tərəfindən verilmiş insan həyatı instinkti yer üzündə heç kimə insan
həyatına son qoymağa ixtiyar vermir. Lakin, tarixi təcrübə göstərir ki,
bəzi siyasətçilər üçün, onlar minlərlə insanları, bütöv xalqları,
dövlətləri məhv etməyə hazırdılar. Əvəzində imperiya müəyyən dövr
üçün yenidən bərpa olacaq, öz keçmiş əzəməti və keçmiş geniş
sahəsinin konturları bərpa ediləcəkdir. Digər dövlətlərin arzu və
iradəsinə gəldikdə isə, bu onları çox az narahat edir. Lakin, çoxəsrlik
bəşəriyyət tarixinin təcmbəsi göstərir ki,
237
Dostları ilə paylaş: |