Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə76/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   72   73   74   75   76   77   78   79   ...   91

suveren  Tacikistanın  öz  ərazisinə  yeritdi.  MDB-nin  «sülhsevər 
qüvvələrin»  adlandırdıqları  100  faiz  bir  ölkənin  vətəndaşlarından 
təşkil olunmuş və bütünlüklə Rusiyanın silahları, döjniş sursatları ilə 
təchiz,  vəsaiti  ilə  təmin  edilir.  Bəs  sonra?  Sonra  vəziyyət  daha  da 
gərginləşə bilər, digər ölkələrin mənafeləri cavab reaksiyasına gətirib 
çıxaracaqdır. Beləliklə, daxili konflikt, tarixdə dəfələrlə rastlaşdığımız 
kimi, gözlənilməz nəticələrlə bitən beynəlxalq konfliktə keçə bilər. 
Belə  faktlar  da  məlumdur  ki,  yüzlərlə  ölənlərin  və  yaralıların 
olması  ilə  nəticələnən  konfliktlər  etnik  və  millətlərarası  zəmində 
yaranır. Keçmiş Yuqoslaviya İttifaqının respubİikala- rından biri olan 
Bosniya və Herseqovinada BMT, NATO-nun hərbi müdaxiləsini və 
qüdrətli  dövlətlər tərəfindən qoşunlarının göndərilməsini tələb edən, 
serblər, xorvatlar və müsəlmanlar arasında olan qanlı hadisələri buna 
misal  göstərmək  olar.  Deyilənlər,  keçmiş  sosialist  Yuqoslaviyasının 
vilayətlərindən  biri  olan,  iki  milyona  yaxın  albanın  sıx  şəkildə 
yaşadığı  Kosova  hadisələrində  daha  aydın  meydana  çıxır.  Serb 
qoşunlarının yalnız bir kənddə 50 nəfərə yaxın - kişi, qadın, qoca və 
uşağın  fiziki  məhvi,  1998,  1999-cu  ilin  əvvəllərində  olduğu  kimi, 
daimi  təqiblər,  yerli  əhalinin  kütləvi  qətlləri,  sıxışdırılma,  belə 
vəhşiliklər albanları silaha sarılmağa vadar etdi. 
Uzun sürən konfrantasiya və Qərbin səyləri qarşıduran tərəfləri 
Paris  ətrafındakı  Rambuye  sarayında  danışıqlar  stolunun  arxasına 
oturmağa  məcbur  etdi.  Qarşıduran  tərəflərin  görüşünə  Fransa 
Respublikasımın  prezidenti  Jak  Şirak  hakimlik  edirdi.  Və  nəticə 
olaraq,  uzun  və  ağır  danışıqlardan  sonra,  tərəflər  razılığa  gələrək, 
müvafiq  sənədi  imzaladılar.  Bu  sənədin  proyekti  Yuqoslaviya 
İttifaqının  və  Serbiyanın  sərhədlərinin  pozulması  çərçivəsində 
Kosovanm  yüksək  daxili  muxtariyyətini  şərtləndirir.  Geosiyasi 
maraqları dövlətlərin, ilk növbədə, iki əsrdən artıq olaraq bu regionu 
özünün  yüksək  geosiyasi  maraq  zonası  sayan  Rusiyanın  tərəfindən 
fəal  müdaxiləsinə  məruz  qalırdı.  İndi  də  Rusiya  Avropada  öz 
məqsədlərinin  son  dayağını  saxlamağa  çalışaraq,  Serbiyanı  yad 
nəzərlərdən  qoruyur  və  ona  himayədarlıq  göstərir.  Özünün  ali 
rəhbərləri - Rusiyanın keçmiş prezidenti B.Yeltsin də daxil olmaqla, 
keçmiş  baş  nazir  E.Primakov,  xarici  işlər  naziri  İ.İvanov  tərəfindən 
Serbiyanın ərazi bütövlüyünün 
232 


qorunması  və  Kosovanın  Serbiyanın  tərkibində  muxtariyyətinin 
mümkünlüyü barəsində bəyanat verilmişdir. Bəli, biz Serbiyanın ərazi 
bütövlüyünün tərəfdarıyıq. Dövlət daxilində dövlətin olması mümkün 
deyil. Və bu prinsip ölkələrin coğrafi mövqeyindən, dini məzhəbindən 
və nəhəng dövlətlərin geostrateji maraqlarından asılı olmayaraq, hamı 
üçün eyni olmalıdır. Buna nail olaraq, yer kürəsinin hər bir nöqtəsində 
ümumi  təhlükəsizliyi  və  sülhü  saxlamaq  olar.  Elə  görünürdü  ki, 
tərəflər razılaşdı və Yuqoslaviya torpağında sülh qələbə çaldı. Lakin, 
Serbiya  son  anda  birgə  sənədi  imzalamaqdan  imtina  etdi.  Məsələ 
bundadır ki, Serbiya uzun müddət BMT və yaxud NATO qoşunlanmn 
konflikt  zonasına  daxil  olmasına  qarşı  çıxırdı.  Serbiyanın  imtina 
etməsi,  NATO-nun  hərbi  müdaxiləsini  avtomatik  olaraq  hərəkətə 
gətirdi və Yuqoslaviya ərazisinə hava - raket hücumu başladı. Rusiya 
bütün  vasitələrlə  NATO-nun  Yuqoslaviyadakı  fəaliyyətinə  mane 
olmağa  çalışırdı.  Lakin,  nəticədə  NATO  qoşunları  Yuqoslaviyaya 
daxil  oldu  və  Kosovada  yerləşdi.  Yuqoslaviya  gecə  qaranlığında 
Rusiya  sülhsevər  qitəsindən  200-ə  yaxın  əsgəri,  Kosovanın  paytaxtı 
Printikaya, hansı ki, Bosniyada yerləşmişdir, keçirərək öz «əzəmətini» 
nümayiş etdirdi. Zaman bu məsələdə qərbin mövqeyinin doğruluğunu 
göstərəcək.  Amma  indi  serblərin  tərəfindən  Koso-  vanm  alban 
əhalisinin kütləvi qətllərinin qarşısının alındığı görünür. Onları yalnız 
müsəlman  doğulduqları  üçün,  fiziki  məhv  edirdilər.  Genosid 
dayandırılmışdır, sonra isə nə olacağını zaman göstərər. 
İndiki şərait, sosialist sisteminin demək olar ki, mövcudluğuna 
son qoyulduğu və dünya birliyinin vahid şəklə salınması, yəni bazar 
iqtisadiyyatı,  kapitalizmə  keçidi  ilə  əlaqədar,  dünya  olduqca 
idarəolunan  olmuşdur.  Əlbəttə,  hələ  də  «inkişaf  etməkdə  olan 
dövlətlər»  termini  qalmışdır,  hansı  ki,  bu  dövlətlər  gec  və  ya  tez 
kapitalist  inkişaf  yolu  ilə  gedəcəklər.  Laosda,  Kampu-  çiyada, 
İndoneziyada,  Suriyada,  Birma,  Əlcəzair,  Misir  və  sairdə  sosialist 
təcrübələri  iflasa  uğranuşdır.  İndiki  dövrdə  bəşəriyyətin  inkişafının 
müxtəlif  pillələrində  olan  dövlətlərin  bir-birinə  qarşılıqlı  fayda 
verməsi üçün əməkdaşlıq yollarını tapması vacibdir. Və bu qarşıhqlı 
əlaqənin amilləri tamamilə müxtəlif ola bilər. Hər bir ayrıca regiona, 
xüsusən  də,  Qafqaza  beynəlxalq  hüququn  dörd  subyektinə  fərqli 
yanaşma vacibdir. Rusiya, Azərbaycan
233 


Gürcüstan və Ermənistanın milli və beynəlxalq təhlükəsizliyi naminə 
gözlənilməz nəticələr gətirəcək ziddiyyətləri deyil, təmas nöqtələrini 
tapmaq gərəkdir. 
XX  əsr  bu  cür  faktlarla  zəngindir,  lakin  sülhün  saxlanılması 
SSRİ-nin  dağılmasından  sonra,  əmələ  gələn  gənc  və  suveren 
dövlətlərin  daxili  vəziyyətindən və xarici  siyasətindən xeyli asılıdır. 
Dünya hər şeyi «böyük qardaş» adlandırılanın ümüdünə qoyduqda, nə 
baş verəcəyini  hələ dərk etməmişdir. Hazırki halda bu rolda Rusiya 
çıxış edərək, həmin ölkələri öz geosiyasi maraqları zonası hesab edir. 
Bununla  bərabər,  digər  ölkə  və  imperiyaların  tarixindəki  analoqları 
kənara  qoymuşdur.  Deyilənləri  Rusiyanın  Vyetnam  və  Kubanı, 
Serbiyanı və İranı, Suriya və Livii- yanı, Ermənistan və Belorusiyanı, 
Zaqafqaziya  və  Mərkəzi  Asiyanı  öz  geostrateji  maraqları  dairəsində 
görmək arzusu təsdiq edir. Məntiq sadədir, belə ki, Rusiya SSRİ-nin 
bütün  aktiv  və  passivlərini  öz  üzərinə  götürərək,  özünü  SSRİ-nin 
hüquqi  varisi  elan  etmişdir.  Adı  çəkilən  respublika  və  regionlar  da 
Sovet nüfuz dairəsinə daxil idi. 
Qüvvələrin  universal  bir  sistem  olan  kapitalizmin  xeyrinə 
dəyişməsi, sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə imkan 
yaratmışdır. Əlbəttə ki, beynəlxalq əlaqələr tarixində dəfələrlə olduğu 
kimi,  dövlətlərin  eynisistenili  və  eynitipli  olması  onların  arasında 
müxtəlif toqquşmaların baş verməsini istisna etmir. Məlumdur ki, XX 
əsrdə  başlanmış  hər  iki  dünya  müharibəsi  eynitipli,  kapitalist 
dövlətləri  arasında  baş  vermişdir.  Əlbət  ki,  biz  eynitipli  kapitalist 
sistemində  rəqabətin  dünyada  Qafqaza  xüsusi  maraq  yaratdığını, 
toqquşmalara  gətirib  çıxara  biləcəyini  istisna  etmirik.  Qafqaz  indiki 
şəraitdə,  qüdrətli  və  iri  dövlətlərin  geostrateji  rəqabətinin  əsas 
sferalarından birinə çevrilmişdir. Qafqaz sabit sülh zonası və ya dünya 
kataklizmlərin vulkanı ola bilər. Və bu da qanunlardan istisna deyil. 
Məsələ  bundadır  ki,  mümkün  konfliktin  əsasında  ideoloji  baza  yer 
tutmayacaqdır.  Mümkün  konfliktlərin  xüsusiyyəti  bundadır  ki, 
ideoloji  konfran-  tasiyanın  yoxluğu,  onları  az-çox  gözlənilən  hala 
salır,  daha  bəşəriyyət  bu  və  ya  digər  sistemin  ideoloji  ambisiyaları 
naminə bıçağın tiyəsi üzərində hərəkət etmir. Məlumdur ki, XX əsrin 
50-  60-cı  illərində  ideoloji  amil  dünyada  beynəlxalq  gərginliyin 
artmasına səbəb olan əsas istiqamətlərdən biri idi. SSRt-nin təmsi 
234 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə