daxili siyasi böhranın detonatoru funksiyasını yerinə yetirməyə
başlayır, onun inkişafına təkan verir və iflasa aparır. Bununla əlaqədar
Fransamn Əlcəzairdə, ABŞ-nın Vyetnamda, SSRİ-nin Əfqanıstanda
apardıqları müharibələri göstərmək olar.
Bu münaqişələrin «dağıdıcı» və «təmizləyici» təsirlərinin
nisbəti fərqli qiymətlər doğurur, lakin həmin münaqişələrin onlarda
iştirak etmiş ölkələrdə sosial-siyasi vəziyyətin dəyişməsində aparıcı rol
oynadığını inkar etmək çətindir.
Beynəlxalq siyasi münaqişə ölkənin real gücünün bahalı və
qiyməti daim artan göstəricisidir. Bu mənada beynəlxalq siyasi
münaqişələr indikator funksiyasını yerinə yetirərək, toqquşan
mənafelərin əhəmiyyətini, hər bir münaqişə tərəfinin öz məqsədlərini
reallaşdırmaq üçün tətbiq etməyə qadir olduğu gücü və onun həmin
məqsədlər naminə getməyə hazır olduğu qurbanları müəyyən etməyə
imkan verir. Bu, münaqişə iştirakçılarının özləri, bəzən isə bütün
bəşəriyyətin taleyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq siyasi münaqişənin ən mühüm funksiyalarından biri
onun öz iştirakçıları arasındakı münasibətlərdə mövcud olan
problemlərin həllində yerinə yetirdiyi funksiya təşkil edir. Bu
funksiyaya verilən ən müxtəlif qiymətləri birləşdirən ümumi fikir
ondan ibarətdir ki, münaqişə problemlərin həllinin çox bahalı yoludur.
Təəccüblü deyil ki, bu hallarda diqqət mərkəzinə münaqişənin siyasət
aləti kimi rolu deyil, münaqişənin qarşısının alınması və həlli
yollarının axtarışı gətirilir.
Belə yanaşma qanunauyğundur və prinsipial etiraz doğurmur.
Bununla yanaşı, etiraf olunmalıdır ki, beynəlxalq siyasi münaqişələrin
iştirakçıları heç də həmişə özlərinin qarşılıqlı fəaliyyət üsulunu və
formasını seçmək, münaqişənin qarşısının alınması və həlli üçün
ödəməyə hazır olduqları qiyməti müəyyən etmək imkanına malik
olmurlar. Bundan başqa, hətta belə imkan mövcud olduqda belə daha
«güclü» tərəf çox vaxt şüurlu surətdə həmin qiyməti ödəməklə
münasibətləri münaqişə həddinə qədər kəskinləşdirməyə çalışır.
Məsələn, ABŞ və İngiltərə Əfqanıstanda İraqda problemlərin həllinin
məhz bu üsulunu seçmişlər.
Bu münaqişələrin əsasında duran konkret tələbatların və
mənafelərin təhlilinə varmadan qeyd etmək olar ki, onlar ABŞ- nın öz
qarşısına qoyduğu xarici siyasət məqsədləri kimi dərk
84
olunmuşdur. ABŞ-nın dünya meydanındakı potensial düşmənlərinə
gücünün üstünlüyünü nümayiş etdirməyə çalışması, ölkə daxilində
milli mənafelərin müdafiəsində qətiyyət və dönməzlik göstərmək və
bununla da elektoratın dəstəyinə və hökumətin iqtidarda qalmasına
nail olmaq istəməsi, ABŞ-nın hüdudları daxilində beynəlxalq hüququn
prinsip və normaları ilə hesablaşmaya biləcəyi nüfuz dairəsini və
sərhədləri cızmağa, siyasi məqsədəuyğunluq baxımından «əxlaqi
siyasət» yeritməyə hazır olduğunu sərgiləməyə səy göstərməsi məhz
bununla izah olunur. Sadalamanı davam etdirmək olardı, lakin
deyilənlərdən aydındır ki, bütün bu məqsədlərin məzmunu həm daxili
siyasi sabitliyin, həm də dünyanın Vaşinqton tərəfindən həyati
əhəmiyyətə malik milli mənafelər sahəsi kimi nəzərdə keçirilən
regionlarında ABŞ üçün sərfəli sabitliyin saxlanmasını və
möhkəmləndirilməsini ehtiva edir.
§3. Beynəlxalq münasibətlərdə münaqişələrin və sabitliyin
qarşılıqlı əlaqəsi
İstənilən sosial münasibətlər sisteminin sabitliyi onların öz
mənafelərinin təmin edilməsinə can atan iştirakçılarının qarşıhqlı
fəaliyyətinin, qarşıdurmasının və əməkdaşlığının nəticəsidir.
Q.Morgentau yazırdı ki, ictimai münasibətlərdə sabitlik də tarazlıq
kimi aydın siyasi mənaya malikdir: tarazlığa nəzarət edən qüvvələr
balansı sistemində aparıcı mövqe tutur, çünki hökmranlıq uğrunda
mübarizənin nəticəsi ondan asılıdır.
Belə dəyərləndirmə siyasi münaqişənin və sabitliyin əlaqəsini,
bəzən isə onların yerinə yetirdikləri funksiyanın üst-üstə düşdüyünü
göstərir. Bu zaman həm qarşıdurma, həm də əməkdaşlıq sabit və ya
qeyri-sabit xarakterə malik ola, bu və ya digər siyasi münasibətlər
sisteminə sabitləşdirici, yaxud sabitliyi pozucu təsir göstərə bilər.
Aydındır ki, cinayətkar, yaxud terrorçu qruplaşmaların hətta ən
möhkəm, uzunmüddətli, sabit beynəlxalq əməkdaşlığı belə heç də
cəmiyyətdəki siyasi şəraitin sabitləşməsinə aparmır.
Beynəlxalq siyasi sistemin sabitliyi onun dinamik sabitliyi
meyarı, onun qoruma qabiliyyətinin qarşılıqlı fəaliyyətdə olan
85
sosial birliklərin konkret məqsəd və mənafelərinin uzlaşması ilə
müəyyən edilən xarakteristikası kimi başa düşülə bilər. Vurğu- lamaq
vacibdir ki, siyasi sabitlik heç də açıq surətdə siyasi münaqişəyə qarşı
durmur və onunla «qarşılıqlı nəzərdə tutma» və «qarşılıqlı inkar»
vəziyyətində deyildir. O, həm qarşıdurma, həm də əməkdaşlıq
əsasında əldə oluna bilər. Tarix və müasir dövr onların iştirakçılarının
istər sabit dostluq siyasi münasibətlərinə, həm də sabit düşmənçilik
münasibətlərinə dair çoxlu nümunələrlə zəngindir.
Bu gün siyasi sabitlik axtarışının ən məhsuldar yollarından
birini onun siyas prosesin digər halları, ilk növbədə, münaqişə ilə
şərtlənən bir halı kimi nəzərdən keçirilməsi təşkil edir. Bu yol onların
qarşılıqlı əlaqəsinin, onlara xas olan funksiyaların üst-üstə düşməsinin
və özünəməxsusluğunun aşkara çıxarılmasım, cəmiyyətin həyatında
siyasi münaqişənin və siyasi sabitliyin rolunun təhlilini nəzərdə tutur.
Burada ən azı iki imkan meydana çıxır.
Birinci imkan sabitliyin ali bəşəri dəyərlər dərəcəsinə
qaldırılması və ona ən azı siyasi fəaliyyətdə prioritet (üstünlük)
verilməsi ilə bağlıdır. Belə cəhdlər tədqiqatçılar tərəfindən
göstərilərək, sabitlik müstəqil dəyər kimi nəzərdən keçirilmişdir.
Lakin siyasi sabitliyi diqqətlə nəzərdən keçirdikdə aydın olur ki,
realhqda sabitlik və münaqişəlilik dəyərlər iyerarxiyası vasitəsilə
deyil, daha çox özlərinin funksional xarakteristikalarına görə bağlıdır.
Belə bir fikir heç də təsadüfən yaranmamışdır ki, Avropa Birliyi kimi
birliyin sabitliyi bir çox cəhətdən son onilliklərdə iki ideoloji əks
hərbi-siyasi birliyin münaqişəli və ifrat münaqişəli sabitliyi şəraitində
təmin olunmuşdur.
Siyasi sabitlik konsepsiyasının işlənib hazırlanmasına ikinci
mümkün yanaşma variantı sabitliyin sosial sistemin obyektiv
funksional xarakteristikası kimi nəzərdən keçirilməsi ilə bağlıdır.
Politoloqlar arasında belə bir fikir geniş yayılmaqdadır ki, siyasi
sabitliyin tədqiqatçılarının siyasətin sosial-sinfi və geniş mənada sosial
əsaslarının qiymətləndirilməsinin aktuallığını tam dərk etmələri
zəruridir. Bu əsaslar latent surətdə cəmiyyət üçün məhvedici
sarsıntılara transformasiya edə biləcək bütün münaqişə və gərginlikləri
ehtiva edirlər. Fikrimizcə, belə yanaşma yalnız münaqişə və sabitliyin
funksional təzahürlərinin deyil, həm də siyasi həyatın bütün mümkün
hal və təzahürlərinin təhlilinə tətbiq olu
86
Dostları ilə paylaş: |