edərək mövcud beynəlxalq şəraitdə tətbiq oluna biləcək bütün məqbul
vasitələrdən istifadə etməklə qarşılıqlı açıq hərəkətləri həyata
keçirməsi zamanı təzahür formalarından biri kimi başa düşmək təklif
olunurdu. Başqa sözlə, beynəlxalq münaqişə dövlətlər arasında
birbaşa siyasi münaqişədir.
Ölkəmizdə və dünya miqyasında baş verən kəskin sosial
dəyişikliklər, bəzi münaqişələrin həlli və əvvəlki beynəlxalq
münasibətlər sisteminin dağılmasını müşayiət edən bir çox başqa
siyasi münaqişələrin meydana çıxması beynəlxalq və dövlətlərarası
münaqişənin siyasi əsasının və spesifik siyasi əhəmiyyətinin
fərqləndirilməsi zərurətini göstərdi. Müasir beynəlxalq münasibətlər
sistemində münaqişənin siyasi məzmununu aşkara çıxarmaq meyli
dəyişən reallığın nəzəri cəhətdən qiymətləndirilməsinə yeni cəhdlər
doğurmaqdadır. Bu cəhdlər aşağıdakı tərifi ifadə etməyə imkan verir:
Beynəlxalq siyasi münaqişə dünya meydanmda qarşılıqlı
fəaliyyətdə
olan
sosial
birliklər
arasında
hakimiyyət
münasibətləri sisteminə daxil olan mənafelərin toqquşmasıdır.
Başqa sözlə, beynəlxalq siyasi münaqişələr sırasına yalnız
dövlətlərin və onların birliklərinin siyasi fəaliyyətinin nəticələri olan
münaqişələri deyil, həm də beynəlxalq münasibətlərin digər
iştirakçılarının istənilən (iqtisadi, informasiya, dini, mədəni, elmi və
s.) hərəkətlərinin siyasi aspektləri ilə şərtlənən münaqişələri aid etmək
məqsədəuyğundur.
Beynəlxalq siyasi münaqişənin belə anlamı həm daxili, həm də
beynəlxalq siyasi münaqişələrin, habelə siyasi münasibətlərin
öyrənilməsi üçün vacib olan bir neçə nəticəyə gəlməyə imkan verir:
-
«beynəlxalq siyasi münaqişə» anlayışı yalnız dövlətlər
arasındakı münaqişəyə deyil, həm də dünya meydanındakı hakimiyyət
münasibətləri sistemində qarşılıqlı fəaliyyətdə olan istənilən sosial
birliklər arasındakı münaqişəyə tətbiq oluna bilər;
-
beynəlxalq siyasi münaqişənin tam öyrənilməsi onun
özünəməxsus daxili məzmununun, yaranmasının və həllinin ilkin
şərtlərinin aşkara çıxarılması ilə yanaşı, daxili və dünya siyasətində
onun yerinin və əhəmiyyətinin müəyyən olunmasım tələb edir;
-
beynəlxalq siyasi münaqişənin öyrənilməsinə müxtəlif
yanaşmalardan istifadə edən müxtəlif milli və beynəlxalq tədqiqat
mərkəzlərinin və məktəblərinin mütəxəssisləri tərəfindən əldə
72
olunmuş nəticələrin müqayisəsi üçün prinsipial imkan açılır.
Tarix göstərir ki, bu və ya digər beynəlxalq siyasi münaqişədə
iştirak, onun gedişi və nəticələri ölkələrin, dövlətlərin, xalqların və
ayrı-ayrı sosial qrupların taleyinə köklü təsir göstərə bilər. Müxtəlif
ölkələrin və xalqların çoxəsrlik tarixi boyunca saysız-hesabsız belə
hadisələr baş vermişdir. Beynəlxalq siyasi münaqişələr nəticəsində bir
çox ölkələr və xalqlar özlərinin siyasi təsirini, müstəqilliyini, bəzən isə
ərazisini
itirmiş,
yaxud,
əksinə,
dünyadakı
mövqeyini
möhkəmləndirmişdir.
Təəccüblü deyildir ki, insanlar həmişə münaqişələri öyrənməyə,
beynəlxalq münaqişələrin anlamına dünya meydanındakı siyasi
qarşıdurmanı dəyərləndirməyə imkan verən yanaşmalar tapmağa
çalışmışlar. Belə yanaşmalardan birini münaqişənin «insanın
təbiəti»ndən qaynaqlanması təşkil edir. Əsrlər boyunca insanlar
münaqişələrin səbəblərinin və təbiətinin izahını özlərinin və
başqalarının təkəbbüründə, məhəbbətində, nifrətində, bəzən isə tibbi
müdaxilə tələb edən patologiyada axtarmağa çalışmışlar. Bütün
bunları yalnız sülalə mübahisələri, siyasi, yaxud dini çəkişmələr kimi
«tipik» münaqişələrdə deyil, həm də münaqişə xarakterli digər sosial
təzahürlərdə və proseslərdə (Avropa mətbuatında müsəlman
müqəddəslərinin karikaturalanmn dərc olunması, korrupsiya,
cinayətkarlığın artması və s.) görmək olar. Müasir tədqiqatçılar
münaqişələrin təbiəti və səbəbləri haqqında oxşar təsəvvürləri hələ
Fukididin b.e.ə. V əsrdə yaratdığı «Ta- rix»də tapırlar. Bu anlamın
tərəfdarları münaqişənin yaşarılığmı insan təbiətinin dəyişməzliyi ilə
izah edirlər. Əməli siyasətdə belə yanaşmadan istifadəyə misal kimi
müharibənin səbəblərinin siyasətdən daha çox patologiya sahəsinə aid
olması barədə mülahizələr göstərilə bilər; belə ki, həmin səbəblər
fayda və üstünlüyün ayıq başla qiymətləndirilməsindən daha çox xəstə
mənəmlik hissi ilə bağlı olur. Bu baxımdan Şərq və Qərb arasında
barışıq, ilk növbədə, əməkdaşlıq münasibətlərinin inkişaf
etdirilməsinin və əməli məqsədlərin əldə olunmasında ümumilik
hissinin dərinləşdirilməsinin psixoloji problemləri ilə bağlıdır. Bu
zaman münaqişə bütün ölkələrdə və bütün dövrlərdə mövcud olan,
yəni ümumi xarakterə malik əsas ziddiyyətdən törəmə ziddiyyətlərin
nəticəsi kimi başa düşülür.
Münaqişələrin anlamına mənafelərin toqquşması kimi baş
73
qa bir yanaşma onunla bağlıdır ki, bu yanaşma tərəfdarlarının fikrincə,
istənilən münaqişənin əsasında mənafe durur. Müxtəlif dövrlərdə bu
yanaşmaya N.Makiavelli, T.Hobbs, M.Veber, R.Darendorf tərəfdar
çıxmışlar. Mənafenin özünün təfsirlərinin insan təbiətindən tutmuş
ictimai münasibətlərin sinfi mahiyyətinə qədər fərqlənməsinə rəğmən,
bu yanaşmanın tərəfdarları istənilən sosial münaqişəni mənafelərin
münaqişəsi kimi anlamağa, nizamlamağa və son nəticədə həll etməyə
çalışırlar. «Siyasi realizm» məktəbinin nümayəndələri münaqişəni
təkcə mənafelərin toqquşması ilə yox, həm də insanların təbiətindəki
təcavüzkarlıq, eqoizm və hakimiyyətsevərlik kimi xüsusiyyətlərlə
bağlayırlar.
Münaqişənin mənafelərin, o cümlədən əks, bir-birini
tamamlayan və hətta eyni mənafelərin toqquşması kimi anlamı onun
həqiqi səbəblərinin axtarılmasını şərtləndirir. Bu, həm də xammal və
satış bazarları ucbatından transmilli korporasiyaların mənafelərinin
toqquşması, dünyanın bu və ya digər regionunda siyasi təsir uğrunda
dövlətlərin mübarizəsi, bəzi etnosların digər etnosları tabe, hətta məhv
etməyə can atması kimi təzahürlərə də aiddir. Burada mənafeyin,
habelə cəmiyyət həyatının müxtəlif sahələrində mənafelərin təzahür
xüsusiyyətlərinin müəyyən edilərək açıqlanması xüsusi əhəmiyyətə
malikdir.
Bu barədə irəli sürülən mülahizələrin bütün müxtəlifliyinə
rəğmən onların əksəriyyətində belə bir fikir təkrarlanır ki, mənafe
insanın, sosial qrupların, dövlətlərin, yaxud istənilən başqa sosial
birliyin həmin sosial birliyin, ölkənin, yaxud dövlətin qorunmasını və
inkişafını təmin edən maddi və mənəvi nemətlərə, ehtiyatlara və
şəraitə dərk olunmuş tələbatıdır.
Münaqişələrin
öyrənilməsi
onların
təsnifləşdirilməsini,
münaqişələrin özünəməxsus xüsusiyyətlər üzrə qruplaşdırılmasmı
tələb edir.
Tipləşdirmə, yəni münaqişənin bu və ya digər növə aid edilməsi
üçün əsas qismində aşağıdakılar çıxış edə bilər: münaqişənin
iştirakçıları (məsələn, dövlətlərarası münaqişələr); onların sayı
(ikitərəfli, çoxtərəfli münaqişələr); münaqişə iştirakçılarının
mənafelərinin toqquşduğu sahələr (iqtisadi, dini, siyasi münaqişələr);
münaqişənin xarakteri və gedişat forması (gizli, açıq, silahlı
münaqişələr), münaqişənin müddəti, yaranma səbəbləri və s. Mü
74
Dostları ilə paylaş: |