Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə78/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   74   75   76   77   78   79   80   81   ...   91

sülh və sülh şəraitində birgə yaşayış iri və kiçik dövlətlər üçün eynidir. 
Yaddan  çıxartmaq  lazım  deyil  ki,  XX  əsrdə  başlayan  hər  iki 
dünya  müharibəsi  iri  dövlətlərin  kiçik  dövlətlərlə  toqquşması 
nəticəsində  baş  vermişdir.  Tarix  siyasi  səhvləri  bağışlamır  və 
başqalarına dərs verməyə çalışmaqdansa, onun verdiyi ibrət dərsi ilə 
hesablaşmaq daha məntiqə uyğundur. Əlbət ki, hər hansı bir dövlətin 
mənafeləri ola bilər. Və bu da təbiidir. Lakin onları sivil yolla, açıq və 
gizli  şantaj,  təzyiqə  əl  atmadan  diplomatik  və  digər  kanallardan 
istifadə  edərək,  həll  etmək  gərəkdir.  Bir  vaxtlar  Vyetnamda  olduğu 
kimi, cənubluların da arxasında - amerikalılar, şimallıların arxasında - 
sovetlər dururdu, iki super dövlətin silahları sınaqdan çıxır, əsasən isə 
vyetnamlılar məhv olurdular. İndi Vyetnam vyetnamlılara məxsusdur, 
hegomonluğa  can  atan  gəlmələr  isə  öz  evlərinə  rədd  olublar.  Bu  da 
tarix  üçün  dərsdir.  Milyonlarla  vyetnamlı  həlak  oldu,  lakin  öz 
şərəflərini və öz torpaqlarını qorudular. Belə faktlardan danışarkən, biz 
indiki başabəla siyasətçiləri düşünülməmiş addımlardan çəkindirməyə 
çalışırıq. Sülhü pozmaq asandır, çətin onu qorumaqdır. Bəs sonra? 
Beynəlxalq təhlükəsizlik - mücərrəd anlayış deyildir. O, coğrafi 
mövqeyindən, ərazisinin ölçülərindən, əhalisinin sayından, dünyadakı 
mövqeyindən və s. asılı olmayaraq hər bir dövlətin milli təhlükəsizliyi 
ilə təyin  edilir. Beləliklə, beynəlxalq  təhlükəsizlik barədə danışarkən 
onu həcmli və boşluqda başa düşmək lazımdır. Bu nə deməkdir? İndiki 
zamanda  beynəlxalq  təhlükəsizliyin  taleyi  birincisi,  təsadüfi,  nadir 
konfliktlər,  toqquşmalar,  hadisələrdən,  ikincisi  geniş  miqyaslı 
dövlətlərarası ziddiyyətlər və hərbi toqquşmalardan asılıdır. Nəyi həll 
etmək  daha  asandır?  Fikirləşirik  ki,  adı  çəkilən  hadisələrin  hər  biri 
özlüyündə  eyni  dərəcədə  əhəmiyyətlidir,  belə  ki,  hər  ikisi  dünya 
konfliktinə səbəb ola, beynəlxalq şəraitin ağırlaşmasına gətirib çıxara 
bilər. Bu halda hər iki amil lazımi diqqət və vaxtında həll olunmağı 
tələb  edir.  Onların  inkişafının  gedişatı  gecikdirilməsinə  yol  vermir. 
Geosiyasi  və  təhlükəsizliyin  konsepsiyası  koordinal  əhəmiyyət  kəsb 
edir. Hamı, ilkin növbədə iri dövlətlər tərəfindən sivil yanaşma tələb 
edir. 
H.Əliyevin dəfələrlə qeyd etdiyi kimi, toqquşma deyil, ümumi 
təmas nöqtələrini axtarmaq gərəkdir. 
238 


Qafqaz  xalqlarını  tale  qonşu  etmişdir.  Deməli,  qonşunun 
ərazisini  ələ keçirmədən, ədavətsiz  yaşamaq lazımdır. Qafqazda  çox 
şey  bir-birinə  qarışmışdır:  millətlər,  onların  mədəniyyətləri,  adətləri, 
dinləri,  ənənələri  və  sair.  Digər  tərəfdən  hər  hansı  bir  millət  milli 
sərhədləri çoxdan aşmışdır, bir çox həmyerlilər dövlət sərhədlərindən 
kənarda  yaşayırlar.  Haqqa  görə  qeyd  etmək  gərəkdir  ki,  bu 
Ermənistana aid deyil, burada yalnız ermənilər yaşayırlar. 
Lakin  Qafqazın  sülh  və  əməkdaşlıq  zonası  olması  üçün,  ilk 
növbədə,  Azərbaycan,  Gürcüstan  və  Rusiyanın  ərazisindəki 
konfliktlərin  ocağını  söndürmək  lazımdır.  İkincisi,  «Qafqaz» 
anlayışına  daxil  olan  ölkələrin  ərazi  bütövlüyünü  və  suverenhyini 
bərpa  etmək  lazımdır.  Bunsuz  dördlük  ölkələri  arasında  iqtisadi 
əməkdaşlığın mümkün olmadığını, Rusiyanın Təhlükəsizlik Şurasının 
müavini ilə görüşündə H.Əliyev qeyd etmişdir. 
Bu  problemləri  həll  etdikdən  sonra,  gələcəkdə  Türkiyə,  İran, 
Mərkəzi Asiya və Qafqaz ölkələrinin də cəlb ediləcəyi Qafqaz Ümumi 
bazarını yaratmaq olardı. 
Böyük 
enerji, 
mineral 
ehtiyatlarının, 
nəqliyyat 
infrastrukturunun, Böyük ipək yolunun, telekommunikasiya və sairin 
burada cəmləşdiyini nəzərə alaraq, xarici investorları bura cəlb etmək 
olardi- 
Biz  Qafqazda  inteqrasiya  barəsində  mücərrəd  hal  kimi  deyil, 
yuxanda  və  aşağıda  olanların  hamısını  əhatə  edən,  üfüqi  və  şaquli 
hərəkat  kimi  danışırıq.  Bütün  bunlar  regionun  dövlətləri,  şəhərləri, 
rayonları, elmi və istehsal mərkəzləri arasında elmi, iqtisadi, mədəni, 
daha sonra isə siyasi əlaqələrin yaradılmasına imkan verəcəkdir. 
Qarşılıqlı  mənfəət,  könüllülük,  iqtisadi  əməkdaşhq  hər  bir 
xalqın və dövlətin bərabərliyi Qafqaz Ümumi bazarının hərəkətverici 
qüvvələri ola bilərdi. 
Belə  tədbirlərin  həyata  keçirilməsi  Qafqazda  rüsumsuz  və 
vizasız  zona  yaradılmasına  gətirib  çıxarardı  ki,  burada  bir  növ 
«Şengenov» beynəlxalq əməkdaşlıq zonası əmələ gələrdi. 
Bu  regionda  yerləşən  dövlətlərin  əməkdaşlığı  inkişafının 
məntiqi  inkişaf  və  rekonstruksiya  Bankının  yaradılmasına  imkan 
yaradardı.  Bütün  bunlar  isə  ümumi  maliyyə  vasitəsinin,  ödəmə  və 
hesablama mexanizminin olmasına, iqtisadiyyatın, elmin, təh 
239 


silin, turizmin, nəqliyyatın və sairin birinci yerdə olan və perspektivin 
sahələrinin  maliyyələşdirilməsinə  imkan  verərdi.  Bunu  etməklə, 
Qafqaz  xalqları  və  dövlətləri  müharibəni  öz  münasibətlərindən 
biryolluq çıxardılar. 
Birgə  siyasət  konfliktlərin  təşəbbüskarlarına  qarşı  ümumi 
mövqeyi  tutmağa,  gərginlik  ocağım  başlanğıcda  söndürməyə  imkan 
yaradardı. 
Belə halda məkr, dini və geostrateji maraqlar yox olardı. Belə 
hallardan  iri  dövlətlər  ümumi  təhlükəsizlik  naminə  dar  -  milliyyət 
maraqlarına  əsaslana  bilməzdilər.  Nə  nəzərdə  tutulur?  Birinci 
beynəlxalq  təhlükəsizlik  yerli,  təsadüfi  konfliktlər,  hadisələr  və 
toqquşmalardan,  ikincisi  iri  miqyaslı  dövlətlərarası  ziddiyyətlərdən 
asılıdır. Nə harada ağlabatandır? Fikirləşirik ki, adı çəkilən hadisələrin 
hər biri özlüyündə eyni dərəcədə əhəmiyyətlidir belə ki, hər ikisi dünya 
konfliktinə səbəb ola, beynəlxalq şəraitin ağırlaşmasına gətirib çıxara 
bilərdi. Beləliklə, hər iki halda problemə dəqiq və operativ  yanaşma 
tələb  olunur.  Onların  gedişatınm  inkişafı  vaxtında  və  təxirəsalınmaz 
qərarlar tələb edir (Onların gedişatınm inkişafı vaxtında). Geosiyasi və 
təhlükəsizliyin geosiyasi koordinal əhəmiyyət kəsb edir, hamının, ilkin 
növbədə  isə  hadisələr  burulğanında  iştirak  edənlərin  və  bilavasitə, 
konfliktə cəlb olunanların sivil yanaşması tələb olunur. 
Bəşəriyyət tarixindəki keçmiş müharibələrin təcrübəsi göstərir 
ki,  müharibəni  başlayan  uduzur  və  təcavüzkar  dövlət  tənəzzül  edir, 
mənəvi  keyfiyyətlərini  itirir.  Digər  tərəfdən  təcavüz  qurbanı  güc 
toplayn, müvəqqəti də olsa məğlubiyyətlərdən lazuni nəticələr çıxarır. 
Çingizxanm,  Makedoniyalı  İsgəndərin,  Qay  Yuli  Sezarm, 
Napoleonun,  Hitlerin  son  dərəcə  heyrətləndirici,  dövr  təşkil  edən 
yürüşlərini,  yaxın  keçmişdəki  ABŞ-ın  Vyetnama,  SSRİ-nin 
Əfqanıstana  hücumlarını  yada  salaq.  Bütün  bu  hərbi  səfərlər 
səbəbkarların məğlubiyyəti ilə qurtarımşdır. Tarixin amansız qanunu 
və  insan  cəmiyyəti  inkişafının  məntiqi  belədir.  Sülhü  və  sakitliyi 
pozanlar müvəqqəti qəhrəmanların dəfnə çələngini alırlar, lakin şöhrət 
tezötəndir. Bəşəriyyət isə öz növbəsində cəfalət və xarabalıq əldə edir. 
Heç  nə  sizsiz  keçmir.  Hər  kəs  layiq  olduğunu  almalıdır.  Və  bunun 
olmaması  üçün,  bu  etapa  gətirib  çıxarmamağa  dəyməz.  Avantüra 
fikrində olan fikrindən dönməlidir. Yarı yolda dayanmaq məğlubiyyət 
deyil, dərk edilmiş zəru- 
240 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə