suveren Tacikistanın öz ərazisinə yeritdi. MDB-nin «sülhsevər
qüvvələrin» adlandırdıqları 100 faiz bir ölkənin vətəndaşlarından
təşkil olunmuş və bütünlüklə Rusiyanın silahları, döjniş sursatları ilə
təchiz, vəsaiti ilə təmin edilir. Bəs sonra? Sonra vəziyyət daha da
gərginləşə bilər, digər ölkələrin mənafeləri cavab reaksiyasına gətirib
çıxaracaqdır. Beləliklə, daxili konflikt, tarixdə dəfələrlə rastlaşdığımız
kimi, gözlənilməz nəticələrlə bitən beynəlxalq konfliktə keçə bilər.
Belə faktlar da məlumdur ki, yüzlərlə ölənlərin və yaralıların
olması ilə nəticələnən konfliktlər etnik və millətlərarası zəmində
yaranır. Keçmiş Yuqoslaviya İttifaqının respubİikala- rından biri olan
Bosniya və Herseqovinada BMT, NATO-nun hərbi müdaxiləsini və
qüdrətli dövlətlər tərəfindən qoşunlarının göndərilməsini tələb edən,
serblər, xorvatlar və müsəlmanlar arasında olan qanlı hadisələri buna
misal göstərmək olar. Deyilənlər, keçmiş sosialist Yuqoslaviyasının
vilayətlərindən biri olan, iki milyona yaxın albanın sıx şəkildə
yaşadığı Kosova hadisələrində daha aydın meydana çıxır. Serb
qoşunlarının yalnız bir kənddə 50 nəfərə yaxın - kişi, qadın, qoca və
uşağın fiziki məhvi, 1998, 1999-cu ilin əvvəllərində olduğu kimi,
daimi təqiblər, yerli əhalinin kütləvi qətlləri, sıxışdırılma, belə
vəhşiliklər albanları silaha sarılmağa vadar etdi.
Uzun sürən konfrantasiya və Qərbin səyləri qarşıduran tərəfləri
Paris ətrafındakı Rambuye sarayında danışıqlar stolunun arxasına
oturmağa məcbur etdi. Qarşıduran tərəflərin görüşünə Fransa
Respublikasımın prezidenti Jak Şirak hakimlik edirdi. Və nəticə
olaraq, uzun və ağır danışıqlardan sonra, tərəflər razılığa gələrək,
müvafiq sənədi imzaladılar. Bu sənədin proyekti Yuqoslaviya
İttifaqının və Serbiyanın sərhədlərinin pozulması çərçivəsində
Kosovanm yüksək daxili muxtariyyətini şərtləndirir. Geosiyasi
maraqları dövlətlərin, ilk növbədə, iki əsrdən artıq olaraq bu regionu
özünün yüksək geosiyasi maraq zonası sayan Rusiyanın tərəfindən
fəal müdaxiləsinə məruz qalırdı. İndi də Rusiya Avropada öz
məqsədlərinin son dayağını saxlamağa çalışaraq, Serbiyanı yad
nəzərlərdən qoruyur və ona himayədarlıq göstərir. Özünün ali
rəhbərləri - Rusiyanın keçmiş prezidenti B.Yeltsin də daxil olmaqla,
keçmiş baş nazir E.Primakov, xarici işlər naziri İ.İvanov tərəfindən
Serbiyanın ərazi bütövlüyünün
232
qorunması və Kosovanın Serbiyanın tərkibində muxtariyyətinin
mümkünlüyü barəsində bəyanat verilmişdir. Bəli, biz Serbiyanın ərazi
bütövlüyünün tərəfdarıyıq. Dövlət daxilində dövlətin olması mümkün
deyil. Və bu prinsip ölkələrin coğrafi mövqeyindən, dini məzhəbindən
və nəhəng dövlətlərin geostrateji maraqlarından asılı olmayaraq, hamı
üçün eyni olmalıdır. Buna nail olaraq, yer kürəsinin hər bir nöqtəsində
ümumi təhlükəsizliyi və sülhü saxlamaq olar. Elə görünürdü ki,
tərəflər razılaşdı və Yuqoslaviya torpağında sülh qələbə çaldı. Lakin,
Serbiya son anda birgə sənədi imzalamaqdan imtina etdi. Məsələ
bundadır ki, Serbiya uzun müddət BMT və yaxud NATO qoşunlanmn
konflikt zonasına daxil olmasına qarşı çıxırdı. Serbiyanın imtina
etməsi, NATO-nun hərbi müdaxiləsini avtomatik olaraq hərəkətə
gətirdi və Yuqoslaviya ərazisinə hava - raket hücumu başladı. Rusiya
bütün vasitələrlə NATO-nun Yuqoslaviyadakı fəaliyyətinə mane
olmağa çalışırdı. Lakin, nəticədə NATO qoşunları Yuqoslaviyaya
daxil oldu və Kosovada yerləşdi. Yuqoslaviya gecə qaranlığında
Rusiya sülhsevər qitəsindən 200-ə yaxın əsgəri, Kosovanın paytaxtı
Printikaya, hansı ki, Bosniyada yerləşmişdir, keçirərək öz «əzəmətini»
nümayiş etdirdi. Zaman bu məsələdə qərbin mövqeyinin doğruluğunu
göstərəcək. Amma indi serblərin tərəfindən Koso- vanm alban
əhalisinin kütləvi qətllərinin qarşısının alındığı görünür. Onları yalnız
müsəlman doğulduqları üçün, fiziki məhv edirdilər. Genosid
dayandırılmışdır, sonra isə nə olacağını zaman göstərər.
İndiki şərait, sosialist sisteminin demək olar ki, mövcudluğuna
son qoyulduğu və dünya birliyinin vahid şəklə salınması, yəni bazar
iqtisadiyyatı, kapitalizmə keçidi ilə əlaqədar, dünya olduqca
idarəolunan olmuşdur. Əlbəttə, hələ də «inkişaf etməkdə olan
dövlətlər» termini qalmışdır, hansı ki, bu dövlətlər gec və ya tez
kapitalist inkişaf yolu ilə gedəcəklər. Laosda, Kampu- çiyada,
İndoneziyada, Suriyada, Birma, Əlcəzair, Misir və sairdə sosialist
təcrübələri iflasa uğranuşdır. İndiki dövrdə bəşəriyyətin inkişafının
müxtəlif pillələrində olan dövlətlərin bir-birinə qarşılıqlı fayda
verməsi üçün əməkdaşlıq yollarını tapması vacibdir. Və bu qarşıhqlı
əlaqənin amilləri tamamilə müxtəlif ola bilər. Hər bir ayrıca regiona,
xüsusən də, Qafqaza beynəlxalq hüququn dörd subyektinə fərqli
yanaşma vacibdir. Rusiya, Azərbaycan,
233
Gürcüstan və Ermənistanın milli və beynəlxalq təhlükəsizliyi naminə
gözlənilməz nəticələr gətirəcək ziddiyyətləri deyil, təmas nöqtələrini
tapmaq gərəkdir.
XX əsr bu cür faktlarla zəngindir, lakin sülhün saxlanılması
SSRİ-nin dağılmasından sonra, əmələ gələn gənc və suveren
dövlətlərin daxili vəziyyətindən və xarici siyasətindən xeyli asılıdır.
Dünya hər şeyi «böyük qardaş» adlandırılanın ümüdünə qoyduqda, nə
baş verəcəyini hələ dərk etməmişdir. Hazırki halda bu rolda Rusiya
çıxış edərək, həmin ölkələri öz geosiyasi maraqları zonası hesab edir.
Bununla bərabər, digər ölkə və imperiyaların tarixindəki analoqları
kənara qoymuşdur. Deyilənləri Rusiyanın Vyetnam və Kubanı,
Serbiyanı və İranı, Suriya və Livii- yanı, Ermənistan və Belorusiyanı,
Zaqafqaziya və Mərkəzi Asiyanı öz geostrateji maraqları dairəsində
görmək arzusu təsdiq edir. Məntiq sadədir, belə ki, Rusiya SSRİ-nin
bütün aktiv və passivlərini öz üzərinə götürərək, özünü SSRİ-nin
hüquqi varisi elan etmişdir. Adı çəkilən respublika və regionlar da
Sovet nüfuz dairəsinə daxil idi.
Qüvvələrin universal bir sistem olan kapitalizmin xeyrinə
dəyişməsi, sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə imkan
yaratmışdır. Əlbəttə ki, beynəlxalq əlaqələr tarixində dəfələrlə olduğu
kimi, dövlətlərin eynisistenili və eynitipli olması onların arasında
müxtəlif toqquşmaların baş verməsini istisna etmir. Məlumdur ki, XX
əsrdə başlanmış hər iki dünya müharibəsi eynitipli, kapitalist
dövlətləri arasında baş vermişdir. Əlbət ki, biz eynitipli kapitalist
sistemində rəqabətin dünyada Qafqaza xüsusi maraq yaratdığını,
toqquşmalara gətirib çıxara biləcəyini istisna etmirik. Qafqaz indiki
şəraitdə, qüdrətli və iri dövlətlərin geostrateji rəqabətinin əsas
sferalarından birinə çevrilmişdir. Qafqaz sabit sülh zonası və ya dünya
kataklizmlərin vulkanı ola bilər. Və bu da qanunlardan istisna deyil.
Məsələ bundadır ki, mümkün konfliktin əsasında ideoloji baza yer
tutmayacaqdır. Mümkün konfliktlərin xüsusiyyəti bundadır ki,
ideoloji konfran- tasiyanın yoxluğu, onları az-çox gözlənilən hala
salır, daha bəşəriyyət bu və ya digər sistemin ideoloji ambisiyaları
naminə bıçağın tiyəsi üzərində hərəkət etmir. Məlumdur ki, XX əsrin
50- 60-cı illərində ideoloji amil dünyada beynəlxalq gərginliyin
artmasına səbəb olan əsas istiqamətlərdən biri idi. SSRt-nin təmsi
234
Dostları ilə paylaş: |