Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə77/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

lində  sosialist  sisteminin  və  onun  bünövrəsinin  dağılması,  dünyanı 
xeyli  təhlükəsiz  etmişdir.  Əsas  iki  qarşıduran  sistemlərin  ideoloji, 
hərbi-siyasi konfrantasiyası aradan götürüldü. Geostra- teji hakimliyə 
can atması bu iki bloku bir-birinə qarşı qoyan əsas xətt idi. İndi zidd 
hərbi  -  siyasi  bloklar  olmasa  da,  geosiyasət  qalmaqdadır.  Rusiyanın 
daima  dünyanın  hər  hansı  bir  nöqtəsində  öz  maraqlarının 
sıxışdırılmasma  yol  veriləcəyini  elan  etməsi  buna  nümunədir.  Son 
illərdə  Rusiyanın  Vyetnamda,  Kiprdə,  Serbiya,  İran  və  həmçinin 
Ermənistanda  yerləşən  SSRİ-nin  keçmiş  hərbi  bazası  -  Kamraya 
yüksək  maraq  göstərməsini  məhz  bununla  izah  etmək  olar.  NATO 
Serbiyaya  qarşı  hərbi  əməliyyatları  başlayan  kimi,  Rusiya  «adekvat 
tədbirlər  göstərəcəyini»  elan  etdi.  Bu  o  deməkdir  ki,  Rusiya  öz 
mənafelərini  tələb  etdiyi  qədər,  İraqa,  İrana,  Şimali  Koreyaya, 
Liviyaya,  Yuqoslaviyaya,  Ermənistana  silahlanmaya  kömək  etməyə 
hazırdır.  Bu  haqda  Kosova  konfliktinin  qızğın  çağında  Rusiyanın 
keçmiş  müdafiə  naziri,  indiki  prezident  müavini,  marşal  l.Sergeyev 
açıq  bəyan  etdi.  Baxmayaraq  ki,  onların  bəzilərində  Rusiyanın  hərbi 
bazaları  yoxdur,  lakin  onlarda  müasir  Rusiya  silahları  var.  Bunlara 
Kiprə  satılmış  SS  -  300  raketlərini,  İrana  satılmış  müasir  işə-  salma 
qurğuları, artilleriya, sualtı qayıqlar və sairi aid etmək olar. 
Son iki ildə Rusiya Şimal dənizində və Sakit okeanda ən müasir 
qitələrarası  atom  gəmilərini  və  təyyarə  gəmilərini  yerləşdirmiş  və 
həmçinin  «ulduz  müharibələrinin»  komponentlərindən  olan  müasir 
qitələrarası  «Topol  -  M  ~  1»  və  «Topol  -  M  -  10»  raketlərini  hərbi 
növbədə  saxlamışdır.  Sual  doğur:  əgər  dünya  konfrantasiyası 
yoxdursa,  onda  bu  silahlar  Rusiyaya  nə  üçün  lazımdır.  Bu  digər 
dövlətlər və xüsusilə, ABŞ tərəfindən cavab reaksiyası doğuracaq çox 
təhlükəli  və  ehtiyatsız  addımdır.  Və  ABŞ-ın  prezidenti  Corc  Buşun 
ABŞ-ın raketə qarşı müdafiə konsepsiyasına və PMS - 2 müqaviləsinə 
yenidən  baxılacağını  bəyan  etməsi  məqsədsiz  deyil.  Bütün  bunlar 
«soyuq müharibə» erasının yeni burum və bərpasım göstərir. Suveren 
ölkələrin  üzərindən  geosiyasi  zontun  yaradılması  da,  bununla  izah 
olunur. Bu hələ 90-cı illərdə «soyuq müharibə» dünyanı son həddəcən 
silahla doydurmuşdur və bununla da özündən sonra  güclü  gec açılan 
minaları qoymuşdur» deyən E.Xobsbomun qabaqgörən sözləri 
235 


nə olduqca müvafiqdir. 
Məsələ bundadır ki, hər bir ölkə başqa dövlətlərin arzusundan 
asılı olmayaraq, kənardan təzyiq olmadan öz daxili işlərini həll etmək 
iqtidarındadır.  Və  bu  halda  nəhəng  dövlətlərin  öz  geosiyasi  cəhdləri 
naminə  digər  dövlətlərin,  xüsusən  də  kiçik  dövlətlərin  ləyaqətini 
sıxışdırmağa  haqları  yoxdur.  Belə  hallarda  lokal  konfliktlər,  bütün 
dünyanın  və  ilk  növbədə,  iri  dövlətlərin  maraqlarının  episentrinə 
çevrilir. Bir çox dövlət belə hallarda öz xarici siyasətini araşdırmağa 
məcbur olurlar. Rusiyanın suveren Baltikyanı dövlətlərə qarşı siyasəti 
kəskinləşən  kimi,  Qərbi  Avropa  dövlətləri  və  ABŞ  Rusiyanın  bu 
hərəkətlərinin,  onun  Qərb  dövlətləri  ilə  əlaqələrində  özünü  mütləq 
göstərəcəyini  bildirdi.  Bu  mövqeyi  ABŞ-m  keçmiş  dövlət  katibi 
Q.Kissencer  dəqiq  müəyyənləşdirdi:  «Kremlin  300  il  ərzində 
Rusiyanın  geniş  sərhədlərinin  ətrafında  çarlar  və  komissarlar 
tərəfindən yaradılmış təzyiq dairəsini öz əlinə almaq hüququ yoxdur». 
Bununla Rusiyaya XXI əsrin astanasında özbaşına və öz istədiyi 
kimi hərəkət edə bilməyəcəyini başa saldılar. 
Beynəlxalq  təhlükəsizlik  indiki  dövrdə  lokal  deyil.  Və  avto- 
nom  konfliktlərin  olmaması  üçün,  bütün  dünya  ümumdünya 
vəziyyətini  nəzərə  almalıdır.  Belə  ki,  Qarabağ  konfliktinin 
təşəbbüskarları başlanğıcdan onu yerli, lakin mərhələli inkişafda olan 
hal  kimi  qiymətləndirirdilər.  Bununla  bərabər,  onlar  irəlidə  çox 
pilləlilik  variantını  da  nəzərdən  keçirirdi.  Lakin,  əsas  qoyulmuş 
məqsədə nail olmaq idi. İlkin taktika bütün problemləri ildırım sürətilə 
həll  etməkdi.  Ehtimal  etmək  olar  ki,  konfliktin  başlanğıcında  onlar 
qoyduqları məqsədə bir  neçə  gündə müvəffəq olardılar. Sonra necə? 
Uduzanlar  kölgədə  qalmazdılar,  cavab  reaksiyası  olaraq  onlar 
gözlənilməz nəticələrlə bitəcək qisas almağa cəhd edərdilər. 
Əgər bu və ya digər avantüranı başlayanların məntiqi ilə hərəkət 
etsək, onda bəşəriyyət təhqirdən başqa heç nə əldə etməz, belə ki, bu 
cür  hahar  beynəlxalq  və  millətlərarası  əlaqələrdə  qüvvətli  «kölgə» 
diplomatiyasının norması ola bilər. Belə halda BMT-nin bütün kiçik və 
iri  dövlətlərin  bərabərhüquqluluğu  haqqında  bəyanatı  öz  mənasını, 
ümumavropa  müşavirəsinin  sərhədlərin  pozulmazlığı  haqqında  son 
aktı  öz  əhəmiyyətini  itirər.  Və  iri  dövlətlər  kiçik  dövlət  və  xalqların 
arzu və iradəsini öz rəyinə 
236 


əsasən  diktə  edə,  alçalda,  nəzərə  almaya  bilərlər.  Dünya  birliyinin 
gələcəyi qeyri-real və gözlənilməz olar. Bu istiqamətdə inkişafda hər 
bir hüquqları tapdanmış və təhqir olunmuş xalq, illər və yaxud hətta 
əsrlər  keçdikdən  sonra  Öz  şərəfini  bərpa  etmək  və  itirdiklərini 
qaytarmaq məntiqi olacaqdır. Dünya diplomatiyasının çoxəsrlik tarixi 
göstərirdi  ki,  dünənki  qaliblər  səhər  yenilmiş  və  alçaldılmış  ola 
bilərlər. K.Klauzewits qeyd edir ki, müharibə «yalnız siyasi akt deyil, 
həm  də siyasətin həqiqi aləti,  siyasi  əlaqələrin  davamı, onların  digər 
vasitələrlə aparılmasıdır». Müasir ingilis alimi E.Kinqston Makklori də 
bu fikirdədir. «Qlobal strategiya» əsərində o haqlı olaraq qeyd edirdi 
ki, «müharibə dövlət siyasətinin alətidir ki, dövlət onun köməyi ilə öz 
məqsədlərinin  həyata  keçməsinə  nail  olur  və  ya  öz  qüdrətini 
möhkərnləndirir».  Bu  sözlər  «Qarabağ  müharibəsinin»  məqsədlərinə 
bütünlüklə  uyğun  gəlir.  Onun  təşəbbüskarları,  oyuncaq  -  icraçıları 
deyil,  öz  qarşılarına  dünya  miqyaslı  avantürist  məqsəd  qoymuş  və 
qoyurlar. 
Qarabağ  avantürasının  təşəbbüskarları  və  icraçılan  öz 
məqsədlərinə  başqa  vasitələrlə  çatmadıqlarına  görə,  XX  əsrin 
qürubunda  bu  dəhşətli  müharibəni  başladılar.  Azərbaycanlılar, 
ermənilər,  keçmiş  İttifaqdan  yoldaşlar  məhv  olurlar.  Və  nəyə  görə? 
Ancaq  bir  şey  aydındır  ki,  azərbaycanlılar  Vətənin  azadlığı  uğrunda 
həlak  olur,  öz  torpaqları  uğrunda  vuruşurlar.  Onlara  bu  müharibəni 
kənardan  zorla  qəbul  etdirmişlər,  onlar  öz  torpaqları  uğrunda,  öz 
torpaqlarında döyüşürlər. Digərləri niyə tələf olurlar? Keçmiş imperiya 
əzəməti  və  imperiya  sərhədlərinin  arzusunda  olan  siyasətbazların 
siyasi  ambisiyalarına  görə.  Onlar  bu  zaman,  bu  torpaqların  vaxtilə 
imperiyaya zorla hansı yolla yenidən birləşdiyini yaddan çıxarırlar. 
Tarixi  məsuliyyət,  elementar  sağlam  düşüncə  və  Allah 
tərəfindən  verilmiş  insan  həyatı  instinkti  yer  üzündə  heç  kimə  insan 
həyatına son qoymağa ixtiyar vermir. Lakin, tarixi təcrübə göstərir ki, 
bəzi  siyasətçilər  üçün,  onlar  minlərlə  insanları,  bütöv  xalqları, 
dövlətləri məhv etməyə hazırdılar. Əvəzində imperiya müəyyən dövr 
üçün  yenidən  bərpa  olacaq,  öz  keçmiş  əzəməti  və  keçmiş  geniş 
sahəsinin  konturları  bərpa  ediləcəkdir.  Digər  dövlətlərin  arzu  və 
iradəsinə gəldikdə isə, bu onları çox az narahat edir. Lakin, çoxəsrlik 
bəşəriyyət tarixinin təcmbəsi göstərir ki
237 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə