qird, Dağıstan - çeçen, erməni, Fransa - fransız, ərəb, erməni və s.
dövlətlərinə parçalanacaq, eyni tale Hindistan, Çin, İran və s. ölkələri
də hədələyəcəkdir.
Yada salmağına dəyər ki, keçən əsrin 90-cı illərinin ortalarında
Avropa İttifaqı Robert Badinterin rəhbərliyi altında Konstitusiya
hüququna dair xüsusi komissiya yaratmışdı ki, həmin komissiya «öz
müqəddaratmı təyin etmə hüququnu» «insanın fərdi hüquqlarının
müdafiəsi» prinsipi kimi qiymətləndirmişdi. Bu isə erməni bəşabəla
nəzəriyyəçilərinin təqdim etdiyi və beynəlxalq hüquq normalarına
yad olan ikinci dəfə öz müqəddaratmı təyin etmək - yəni müstəqil
dövlət yaratmaq demək deyildir.
Müasir şəraitdə terrorizm separatizmlə qovuşaraq rəqiblərə
qarşı siyasi, ideoloji, dini təzyiq üsullarının müntəzəm olaraq tətbiq
edilməsi ilə səciyyələnir. Bu, qəti, zorakılıq, təxribat, sabotaj, boykot,
sui-qəsd və s. deməkdir.
Erməni terrorçu-separatçıları öz gündəlik «iş»ində mətbuat,
televiziya, radio, internet, videofilmlər, disketlər, vərəqələr, çoxsaylı
nəşrlər vasitəsilə yayılan təbliğat materiallarından istifadə edirlər.
Bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı
məqsədilə aparılmış təbliğat müharibəsində öz əksini tapmışdır.
Təbliğat müharibəsi Daşnaksütyun Partiyasının yaradılması ilə, yeni
təxminən yüz ildir başlamış, ötən əsrin 70-ci illərindən etibarən qızıl
şəkildə şiddətlənmiş, 80-cı illərdə isə artıq açıq formaya keçmişdir.
SSRİ-də, habelə, ABŞ-da, Fransada, Yunanıstanda, İtaliyada çoxsaylı
nəşrlər peyda olmuşdur. Bütün bu nəşrlərdə əsas məqsəd
Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq idi. Vaxtilə
Rusiya Dövlət Dumasının sabiq vitse-spikeri S.Baburin Bakı Dövlət
Universitetinin professor- müəllim heyəti və tələbələri ilə görüşü
zamanı deyirdi ki, «ermənilər Rusiya kütləvi informasiya
vasitələrində antiazərbaycan xarakterli materiallar çap etdirmək üçün
böyük miqdarda vəsait xərcləyirlər».
Erməni terrorizmi siyasi məqsədlər naminə dövlət
separatizmidir. Dağlıq Qarabağda başlamış bu hərəkat Abxaziyada,
Cənubi Osetiyada, Dnestryanı və digər bölgələrdə yayılmışdır.
Cənubi Qafqazda terror-separatizmin əsas daşıyıcıları
ermənilərdir. Başlıca terrorçu-separatçı təşkilatlar isə ikidir. Daş-
269
naksütyun və ASALA («Ermənistanın azadlığı uğrunda erməni gizli
ordusu»).
Daşnaksütyun yaşca dünyanın ən «qocaman» terrorçu-
separatçı təşkilatıdır. O, 1890-cı ildə fəaliyyətə başlamış və
terrorçu-separatçı partiya kimi formalaşmışdır. Daşnaksütyun öz
fəaliyyətində üç şuarı rəhbər tuturdu:
1)
türk dövlətinə və bütün dünya türklərinə qarşı mübarizə;
2)
erməni dövlətinin yaradılması;
3)
Dağhq Qarabağın Azərbaycandan qoparılması.
Son 20 ildə Daşnaksütyun 500-dən çox terror aktı törətmişdir.
Təşkilatın üzvləri Türkiyənin Avtsriyadakı, Yuqoslaviyadakı,
İsveçrədəki, Fransadakı səfirlərini öldürmüş, həmçinin Avstriya,
Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, İspaniya, Amerika və
digər ölkələrdə çalışan türk diplomatlarını qətlə yetirmişlər. Onlar,
həmçinin, Moskvada metronun «Pervomay- skaya» stansiyasında,
Lenin və Bauman rayonlarında iri mağazalarda, Bakı metrosunun
stansiyalarında partlayışlar törətmişlər.
Ultraterrorçu-separatçı təşkilat olan ASALA 1975-ci ildə
Türkiyə ərazisində yaradılmışdır. Onun məqsədi erməni dövləti
yaratmaq və bu dövlətin tərkibinə Türkiyə və İranın şimal ərazilərini,
Azərbaycanın cənub-qərb və Gürcüstanın cənub rayonlarını
qatmaqdır. ASALA-nın əsas bazasını Livanda, Azərbaycanın Dağhq
Qarabağ regionunda, Gürcüstanda, Rusiyada və Suriyada yaşayan
ermənilər, həmçinin, İran, İraq və Türkiyədə yaşayan kürdlər təşkil
edir. ASALA qatı ərəb terrorçularından olan Əbu Nidalla, Hizbullahla
və PKK ilə sıx əməkdaşlıq edir. PKK-nin hər üç döyüşçüsündən biri
erməni mənşəlidir. Təsadüfi deyil ki, PKK-mn xaricdəki mənzil
qərargahları Yerevanda, filialları isə Gömrüdə və Qorisda, yəni İran,
Türkiyə və Azərbaycan sərhədlərinin yaxınlığında yerləşir.
PKK-mn bazalarında erməni terrorçuları hazırlayan ASALA
hər bir erməni terrorçunun təlim keçməsi müqabilində 5 min dollar
ödəyir. Təlimə düşərgələrin, əsas etibarilə Livan, Suriya, Türkiyə,
Yunanıstan, Gürcüstan, Rusiya və Azərbaycan Dağlıq Qarabağ
bölgəsində yaşayan ermənilər cəlb edilirlər.
ASALA-nın
isə
öz
növbəsində
erməni
diasporu
maliyyələşdirir. Bu məqsədlə təşkilatın nəzdində bütün dünyada
vəsait
270
yığılmasına məsul olan xüsusi qərargah fəaliyyət göstərir. Erməni
terrorçularının əsas sponsorları ABŞ, Fransa, İtaliya, Livan, Suriya,
Braziliya
və
Rusiyanın
erməni
vətəndaşlarıdır.
Kürd
terrorçu-separatçıları ilə sıx əlaqədə olan erməni lobbiçilərinin iştirak
və fəal köməyi ilə Kürdüstan Fəhlə Partiyası 1999-cu ilin fevralında
Rusiyanın Yaroslavl vilayətində bir neçə yüz hektarlıq sahəni 99 il
müddətinə icarəyə götürmüşdür. Bu ərazidə kürd və erməni
terrorçularının qayda-qanunları qüvvədədir.
Erməni lobbisinin fəal dəstəyi və iştirakı ilə terrorçu-
separatçılarının fəaliyyət zonası genişləndirilir. 1999-cu ilin
fevralında erməni lobbisinin köməyi ilə Kürd Fəhlə Partiyası
Rusiyanın Yaroslavl vilayətində bir neçə yüz hektar ərazini 99 illiyə
icarəyə götürülmüşdür. Hazırda həmin ərazidə kürd və erməni
terrorçularının quldurları fəaliyyət göstərir.
Terror-separatçılığa qarşı mübarizədə bütün dünya öz səylərini
birləşdirməlidir, əks təqdirdə o bütün ölkələri bürüyəcəkdir. Bu gün
terrorçuluq BMT-nin üzvü olan 190 ölkənin 100-dən çoxunda geniş
vüsət almışdır.
Qərb ölkələrinin ikili standart siyasəti və dünya birliyinin
etinasızlığı Ermənistana on il əvvəl Azərbaycan torpaqlarını işğal
etməyə imkan vermişdir. Dünyanın aparıcı dövlətlərinin erməni
təcavüzkarlarına göz yumması ötən il sentyabrın 11-də ABŞ-da
dəhşətli aktları həyata keçirmiş ultraterrorçular üçün hərəkətverici
məqamlardan və stimullardan biri olmuşdur. Terrorizm dünyanın
super dövlətini sarsıtdı. ABŞ bir neçə saatlığa iflic oldu. Erməni
terrorçuları Amerikada, Fransada, Rusiyada və digər ölkələrdə
özlərini cəzasız hiss etməsəydilər, bütün bünlar da olmazdı. Məsələ
ABŞ ərazisində vəhşi aktlar törətmiş terrorçuların milliyyətində
deyil, terrorizmin mahiyyətindədir, çünki bütün cinayətkarlar kimi
terrorçuların da milliyyəti olmur. Beynəlxalq terrorizmin
yuvalarından birinin Ermənistan olduğu hamıya məlumdur. Amma
Qərb Ermənistanı terrorçu dövlətlər siyahısına daxil etməkdən israrla
imtina edir. Ermənistan parlamentində spikerin, baş nazirin və
nazirlərin güllələnməsi, qatillərin isə cəzalandırılmaması, Türkiyə və
Azərbaycan vətəndaşlarına qarşı terror aktları bu gün Rusiyada,
Avropa
və
ABŞ-da
terrorizmin
meydan
sulamasının
səbəblərindəndir. Bəlkə indi Qərbdə, xüsusilə, ABŞ-da başa düşərlər
ki, özgənin dərdinə biga
271
Dostları ilə paylaş: |