F Р г т '1
W
У
щШГ
л
jk
>Ж
%
в
S
-f
94 i Ш
Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün səna
yenin inkişafı, təbii sərvətlərinin mənimsənilməsi və
sahilyanı ərazilərində məhsuldar qüvvələrin yerləşdi
rilməsi bütövlükdə Xəzəryanı regionda ekoloji vəziy
yəti müəyyən edir. Təbii şəraitin fərqli olması, təbii
sərvətlərin qeyri-bərabər paylanması və sahilboyu ay
rı-ayrı ərazilərdə əhalinin sıxlıq dərəcəsi “ekoloji cə
hətdən gərgin” zonaların yaranmasına səbəb olmuş
dur. Lakin Xəzərin dəniz cərəyanları çirkab maddələ
ri bütün su hövzəsinə yaydığı üçün burada yalnız nis
bətən təmiz zonaların qalması haqqında mülahizə irə
li sürmək mümkündür.
Xəzər dənizinin ətrafında beş müstəqil dövlətdən
hər biri dənizin təbii sərvətlərinin mənimsənilməsini
və ətraf mühitin mühafizəsini ilk növbədə öz milli
maraqlarına uyğun başa düşür və fəaliyyətlərini də
buna uyğun qurur. Lakin şübhəsiz ki, hər iki məsələ
nin həllində müvəffəqiyyət əldə etmək üçün dövlət-
lərarası əməkdaşlıq tələb olunur. Bu istiqamətdə son
onillikdə müəyyən irəliləyiş vardır.
Məlum olduğu kimi, uzun illər Xəzər dənizinə da
ir məsələlər SSRİ - İran danışıqları çərçivəsində mü
zakirə olunurdu. Danışıqlar əsasən dənizdə gəmiçili
yin inkişafı və dənizlə ticarət əlaqələrinin genişləndi
rilməsi ətrafında gedirdi. Bu danışıqlarda ekoloji
problemlərə aid qarşılıqlı maraq doğuran məsələlər
də müzakirə olunurdu. Yeni yaranmış şəraitdə, yəni
Xəzəryanı dövlətlərin təbii sərvətlərdən müxtəlif sə
viyyədə istifadə etdiyi bir vaxtda, təbii ki, ətraf mühi
tə təsir də müxtəlif dərəcədədir.
İllər boyu küllü miqdarda sənaye tullantıları Xə
zərə atılmışdır ki, bu da dənizin ekologiyasına əhə
miyyətli zərər vurmuşdur. Həmçinin, Xəzəryanı döv
lətlər imkanı daxilində
təbii sərvətlərdən isti
fadə etmiş və ətraf mü
hitin mühafizəsi məsə
lələrinin həllinə lazımi
dərəcədə diqqət yeti
rilməmişdir. Nə qədər
paradoksal olsa da, Xə
zər dənizində və onu
əhatə edən ərazilərdə
sənaye istehsalının kəs
kin surətdə aşağı düş
məsi bölgədə ekoloji
vəziyyəti m ürəkkəb
ləşdirmişdir. Düzdür, dənizə axıdılan sənaye tullantı
larının və çirkab sularının həcmi azalmışdır, lakin bu
nunla yanaşı, dənizdə ekoloji tarazlığı pozan ən güclü
amillərdən biri qanunsuz balıq ovu - brakonyerlik
dəhşətli dərəcədə artmışdır. Qanunsuz balıq ovu, de
mək olar, bütün dəniz akvatoriyası üzrə yayılmışdır.
Brakonyerlərlə mübarizədə dövlətlərarası əməkdaşlıq
hələ ki qənaətbəxş sayıla bilməz. Bu sahədə dövlət-
lərarası tam anlaşma əldə olunmayıb. Buna görə də
Xəzəryanı dövlətlər tərəfindən süni balıqartırma tə
sərrüfatının inkişafı istənilən nəticəni vermir.
Xəzəryanı regionda ekoloji
gərgin zonalar
■
çox ağır vəziyyət
U gərgin vəziyyət
münaqişəli vəiyyət
□
kafi vəziyyət
Xəzər dənizinin ekoloji problemlərinin həlli ilə
bağlı Xəzəryanı dövlətlər arasında bir çox görüşlər və
müzakirələr keçirilmişdir. Bunun ilk nəticəsi kimi
2003-cü il noyabrın 4-də Tehranda beş Xəzəryanı
dövlətin nümayəndələri tərəfindən “Xəzər dənizinin
dəniz mühitinin mühafizəsi haqqında ÇƏRÇİVƏ
KONVENSİYASI” imzalanmışlar. Əldə edilmiş döv-
lətlərarası razılaşmanın əsas müddəalarından olan
“Çirklənmənin qarşısının alınması, azaldılması və ona
nəzarət” və “Dəniz mühitinin mühafizəsi, qorunub-
saxlanması və bərpası” bölmələri tərəflərin öz arala
rında konstruktiv əməkdaşlıq üçün yeni imkanlar ya
ratmışdır. “Çərçivə konvensiyası”nda diqqəti cəlb
edən maddələrdən biri də “Dənizin yaxınlığının təsi
ri altında olan qurunun idarə edilməsi” bəndidir. Hə
min bənddə qeyd edilir ki: “Razılığa gələn tərəflər
dənizin yaxınlığının təsiri altında olan quru hissənin
planlaşdırılması və idarə edilməsi istiqamətində milli
strategiyaların və planların hazırlanması və yerinə ye
tirilməsi üzrə zəruri tədbirlərin görülməsinə cəhd
göstərirlər”. Xəzər dənizinin mühafizəsi ilə bağlı sahil
ərazilərinin strateji inkişaf planlarının tərtib edilməsi
nin vacibliyinin ayrıca maddədə göstərilməsi sahil
ərazilərinin idarə edilməsinin əhəmiyyətini qabarıq
şəkildə əks etdirir.
Fikrimizcə, “Çərçivə konvensiyası”nın “Xəzər
dənizinin dəniz təsirinin qiymətləndirilməsi” və
“Monitorinq” maddələri xüsusi maraq doğurur. Birin
ci maddəyə əsasən, “Xəzər dəniz mühitinə xeyli
mənfi təsir göstərə biləcək hər hansı planlaşdırılan
fəaliyyətin təsirini qiymətləndirmək qaydalarının tət
biqi üçün bütün zəruri tədbirlərin həyata keçirilmə
si” nəzərdə tutulur, ikinci maddəyə əsasən isə “Tə
rəflər Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin
müvafiq müstəqil və yaxud birgə monitorinq proq
ramlarının yaradılması və həyata keçirilməsi üçün səy
göstərirlər”.
Ümumiyyətlə, 37 maddədən ibarət “Çərçivə kon
vensiyası” Xəzəryanı dövlətlər arasında Xəzər dənizi
nin mühafizəsi ilə bağlı ilk iri anlaşma sənədi kimi
əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Be
lə ki, Xəzər dənizinin hüquqi statusu haqqındakı da
nışıqlarda yaranmış mövcud anlaşılmazlığın aradan
113
qaldırılmasında “Çərçivə konvensiyası”nın bəzi müd
dəalarından istifadə etmək məqsədəuyğun hesab olu
na bilər.
“Çərçivə konvensiyası” və buna bənzər digər bey
nəlxalq razılaşmalara əməl olunması üçün Xəzəryanı
dövlətlərin hər biri ayrılıqda Xəzər dənizinin və ətraf
mühitin mühafizəsi ilə bağlı ölkədaxili müvafiq qa
nunlar qəbul etməlidir. Yalnız bu halda Xəzər regio
nunun mühafizəsinə dair dövlətlərarası anlaşmanın
real nəticələri olar.
Xəzər dənizinin nadir ekosistem olduğunu və
onun mühafizəsinin vacibliyini nəzərə alaraq Avropa
İttifaqı və iri beynəlxalq maliyyə qurumlarının dəstə
yi ilə 1995-ci ildə “Xəzər ekoloji proqramı” həyata
keçirilməyə başlandı. Proqramın reallaşdırılması üçün
Xəzəryanı ölkələrin müvafiq dövlət və qeyri-dövlət
təşkilatları işə cəlb olunmuşlar.
Xəzər regionunda dayanıqlı inkişaf üçün şərait ya
radan və ətraf mühitin mühafizəsinə dəstək verən bu
proqram Xəzər dənizinin ümumi problemlərinə aid
layihələrlə yanaşı, hər bir sahilyanı bölgə üçün də ki
çik layihələr həyata keçirir.
Xəzər dənizində neft və qaz hasilatının tədricən
artması ilə əlaqədar, bu sahədə çalışan şirkətlər həya
ta keçirməyə başladıqları hər bir layihənin ətraf mü
hitə təsirinin qiymətləndirilməsini aparır və bu təhli
lin nəticələrini əməliyyatlar zamanı nəzərə alırlar. Be
lə ki, ətraf mühitə və Xəzərin ekologiyasına ziyan