Yüksək temperatur rejimi, atmosfer yağıntılarının
az olması (150 - 300 mm) və ümumiyyətlə, arid iqlim
şəraiti Kür - Araz ovalığında yarımsəhra landşaftları
nın geniş yayılmasına səbəb olmuşdur. Mövcud təbii
şərait və üstəlik, insanların təsərrüfat fəaliyyətləri ya
rımsəhra ərazilərin tədricən səhralara çevrilməsinə
zəmin yaratmışdır.
iranın sahilyanı əraziləri subtropik zonada olduğu
üçün burada səhralaşma prosesi əsasən antropogen
xüsusiyyət daşıyır. İndiyə kimi sahil zonasının təxmi
nən 'İ
3
-i səhralaşma prosesinin təsirinə məruz qalmış
dır. Bu sahə başlıca olaraq sahilin cənub-qərb hissəsi
ni əhatə edir. Türkmənistanla həmsərhəd bölgədə iq
lim quraqlıq olduğu üçün səhralaşma prosesinin sürə
tini artırır. Bütün bunlarla yanaşı, İran sahilində əha
linin yüksək sıxlığı və bu ərazilərin intensiv mənim
sənilməsi antropogen səhralaşmanın yayılmasında
çox mühüm amil sayılmalıdır.
Cənubi Xəzərin sahil düzənliklərində çəltikçiliyin
inkişafı torpaqların su eroziyasına səbəb olmuşdur.
Cənub-qərbə doğru bu düzənliyin eni xeyli azaldığı
üçün antropogen səhralaşma prosesi burada təbiətdə
olan tarazlığın pozulması baxımından daha böyük
təhlükə yaradır. Bir sözlə, bir tərəfdən çəltikçiliyin in
kişafı, digər tərəfdənsə dağətəyi sahələrdə meşələrin
qırılması ensiz sahilyanı ərazilərdə səhralaşma prose
sinin güclənməsinə və bölgədə ekoloji gərginliyin
artmasına gətirib çıxarır.
Bununla belə, bütövlükdə Əlburs dağlarının ya
maclarında cərəyan edən meşəqırmanın dayanmaması
107
bitki örtüyünün deqradasiyası ilə nəticələnmişdir. Bö
yük sahələrdə meşələrin qırılması bir tərəfdən odun
(yanacaq) problemini həll edirsə, digər tərəfdən dəm
yə əkinçilik üçün əlavə torpaq deməkdir. Nəhayət, sa
hil xətti boyunca yayılmış çoxsaylı yaşayış məntəqələ
ri ətrafında kolluqlar qırılır və həddən artıq mal-qara
otarılır. Nəticəsi də bu olur ki, çox əlverişli təbii şəra
itə malik İran sahillərində səhralaşma prosesi gedir.
Dağətəyi rayonlarda su eroziyası daha intensiv ge
dir. Meşələrin qırılması münbit torpaq örtüyünün yox
olmasına və mikroiqlimin dəyişməsinə birbaşa təsir
göstərir. Belə sahələr sahilyanı ərazilərdə səhralaşma-
mn inkişaf etdiyi əsas areallar hesab oluna bilər.
İran - Türkmənistan sərhəd bölgəsinin Xəzərsahi-
li ərazisində də nəzərəçarpacaq səhralaşma prosesi
gedir. Dəniz səviyyəsinin mütəmadi tərəddüdü bura
da şoranlaşmaya səbəb olur. Odur ki vaxtilə münbit
olan torpaqlar kənd təsərrüfatı baxımından yararsız
vəziyyətə düşmüşdür. İran sahilinin təxminən 7 - 8%-
ni şoranlaşmış ərazilər təşkil edir.
Türkmənistanın sahilyanı ərazilərində səhralaşmış
sahələr də eynilə Qazaxıstandakı kimidir; hətta daha
çoxdur. Burada səhralaşmış ərazilər bölgənin ümumi
sahəsinin 60%-dən çoxunu təşkil edir. Sahilyanı əra
zilərdə bir tərəfdən subasma və bataqlaşma, digər tə
rəfdənsə torpaqların şoranlaşması baş verir. Belə pro
seslər ən çox sahilə yaxın çökəkliklərdə, habelə
Türkmənbaşı və Balxan körfəzləri ətrafında gedir.
Şoranlaşmış torpaqların daha geniş sahələri Türk
mənistan sahilinin cənubunda (Atrek çayının qədim
deltasında) və şimalında (Qaraboğazqol körfəzi ətra
fında) yayılmışdır. Qədim zamanlardan suvarılan tor
paq sahələri artıq şoranlaşaraq takır sahələrinə və
qumlu ərazilərə çevrilmişlər.
Daha çox mənimsənilmiş ərazilərdə su eroziyası
və bitki örtüyünün deqradasiyası üstünlük təşkil edir.
Bu amillərin təsiri altında yaşayış məntəqələri ətrafın
da və sənaye obyektləri zonasında antropogen səhra
laşma daha güclü şəkildə özünü büruzə verir.
Türkmənistanın sahilyanı ərazilərində uzun illər
boyu neft yataqlarının istismarı ətraf mühitə texno-
gen təsirin artmasına səbəb olmaqla yanaşı, antropo
gen səhralaşma prosesinin inkişafına da gətirib çıxar-
mışdır. Bu, xüsusilə iri neft yataqları sahələrində (Ne-
bitdağ, Qumdağ, Okərəm, Çələkən) və sənaye şəhər
ləri ətrafında (Türkmənbaşı, Türkmənabad, Nebit-
dağ) müşahidə olunur. Neftlə çirklənmiş torpaqlar və
buruq suları olan gölməçələr kifayət qədər geniş sa
hələrdə onsuz da son dərəcə seyrək olan bitki örtüyü
nün az qala yox olmasına gətirib çıxarmışdır. Sosial-
iqtisadi amillər sahilyanı ərazilərin səhralaşmasına
getdikcə daha artıq dərəcədə təsir edir.
Türkmənistan sahillərində yeni nəqliyyat şəbəkə
lərinin (xüsusilə boru kəmərləri və avtomobil yolları
nın) yaradılması və onsuz da seyrək olan otlaqlarda
getdikcə daha çox qoyun otarılması, əlbəttə, təbii ta
razlığı pozaraq səhralaşma prosesinin intensivləşmə
sinə birbaşa təsir göstərir.
Xəzərin Türkmənistan sahillərinin qeyri-bərabər
səviyyədə mənimsənilməsi müvafiq olaraq antropogen
səhralaşmanın yayılmasında da öz əksini tapır. Belə
səhralaşma lokal xüsusiyyət daşıyaraq əsasən
Türkmənbaşı - Çələkən sənaye zonasında və həmçi
nin Bekdaş - Qaraboğazqol sahəsində daha aydın nəzə
rə çarpır. Belə ki, Bekdaş - Qaraboğazqol istiqamətin
də dəniz səviyyəsinin tərəddüdü körfəzin ətraf sahələ
rində duzla örtülmüş geniş ərazilər yaratmışdır. Bu duz
örtüyünü güclü küləklər uzaq məsafələrə daşıyaraq ye
ni səhralaşan arealların əmələ gəlməsinə səbəb olur.
Xəzərin sahilyanı ərazilərində səhralaşma prosesi
mütəmadi olaraq genişlənməkdədir. Nəzərə almaq
lazımdır ki, sahilyanı ərazilərin 60%-dən çoxu yarım
səhra və səhralardır. Lakin hətta subtropik zonaların
belə səhralaşması dəhşətdir. Bu, artıq insanların öz əl
ləri ilə oturduqları budağı baltalaması deməkdir.
Odur ki elə günü bu gündən insan fəaliyyətində tən
zimləyici üsullardan istifadə olunmazsa və bu sahədə
Xəzəryanı dövlətlər arasında əməkdaşlıq yeni mərhə
lədə inkişaf etməzsə, yaxın gələcəkdə sahilyanı ərazi
lərdə səhra landşaftlarının daha da artacağına heç bir
şübhə yoxdur. Yaranmış vəziyyət Xəzəryanı dövlətlə
rin bu sahədə əməkdaşlığını, özü də əməli əməkdaş
lığını tələb edir. Yoxsa sabah gec olacaq.
XƏZƏR
d ə n i z i n i n
e k o
.
VƏZİYYƏTİNİN MİJHAFİ
DÖVLƏTLƏRARASI
ANLAŞMALARIN VACİBLİ
[
Ш Ш Ш Э
Y \
)