ru çöl, yarımsəhra və səhra landşaftları mövcuddur. Xə
zər dənizi sahillərində yayılmış səhralaşmış ərazilərin
40%-dən çoxu məhz Qazaxıstanın payına düşür. Sahil
yanı ərazilərdə bir neçə dayaz körfəzin olması (Kaydak,
Komsomolets, Myortvıy Kultuk) şoran torpaq sahələri
nin genişlənməsinə təsir göstərir. Burada su və külək
eroziyası eyni dərəcədə səhralaşma prosesini sürətlən
dirir. Bundan əlavə, yalnız subasma nəticəsində hər il
10 - 12 min km2 ərazi mütəmadi yararsız vəziyyətə dü
şür. Subasma kənd təsərrüfatı üçün yararlı torpaqlara,
suvarma sisteminə, otlaqlara, boru kəmərləri və nəqliy
yat şəbəkəsinə böyük ziyan vurur. Myortvıy Kultuk
körfəzinin sahəsinin dəyişməsi nəticəsində sahil böl
gələrində daim gölməçələr əmələ gəlməkdədir.
Mütəmadi küləklər nəticəsində qumla örtülü Na-
rınkum sahəsində yeni relyef formaları əmələ gəlir və
beləliklə, onsuz da bitki örtüyü məhdud olan sahələr
getdikcə azalır. Lakin qeyd etmək lazımdır ki, otlaq
larda çoxsaylı mal-qaranın otarılması, müxtəlif tikinti
işlərinin aparılması və torpağın zərərli maddələrlə
çirklənməsi də bitki örtüyünün seyrəlməsinə birbaşa
təsir göstərir.
Qazaxıstanın sahilyanı ərazilərinin təxminən 45%-
ni güclü səhralaşmaya məruz qalan sahələr təşkil edir.
Onların daxilində antropogen səhralaşmış ərazilər
getdikcə genişlənməkdədir. Belə ərazilər əsasən təbii
sərvətlərin intensiv mənimsənildiyi bölgələrdə daha
çoxdur. Çoxsaylı neft mədənləri ərazilərində səhra
laşma daha aydın nəzərə çarpır. Bu, ilk növbədə Ka-
rajanbas, Tengiz, Kalamkas, Uzen və digər neft ya
taqları sahələrinə aiddir.
Rusiyanın sahilyanı ərazilərinin əsas sahələri olan
Xəzərsahili düzənliyində, Çyornıye Zemli bölgəsində
və Terek çökəkliyində antropogen səhralaşma nəzə-
rəçarpacaq dərəcədə özünü büruzə verir.
Böyük bir sahəni əhatə edən Xəzərsahili düzənli
yi bütünlükdə Şimali Xəzər ərazisini tutur. Şimali
Xəzər sahillərinin həddən ziyadə girintili-çıxıntılı ol
ması burada akkumulyativ relyef formalarının yayıl
masına səbəb olmuşdur. Volqa çayı deltasının sağ sa
hilində qum küləklər vasitəsilə sovurularaq kiçik tə
pəciklər yaratmışdır. Bura, demək olar, başdan-başa
quru çöllərdən ibarətdir.
Volqa çayının sol sahilində, dənizdən təxminən 80-
km aralıda yerləşən Həştərxan qaz-kondensat komp
leksinin fəaliyyəti nəticəsində antropogen səhralaşmış
ərazilər yaranmışdır. Külək eroziyası texnogen təsir
sahəsinin daha da artmasına səbəb olmuşdur.
Xəzərin şimal sahilində səhralaşan ərazilərin
artmasına əsasən sənaye obyektləri təsir göstərirsə, şi
mal-qərb və qərb sahillərinin düzənlik yerlərində
kənd təsərrüfatının təsiri üstünlük təşkil edir.
Xəzərin şimal-qərb bölgəsinin əsas düzən sahələri
olan Çyornıye Zemli və Kizlər otlaqları Kalmıkiya və
Dağıstan sahilləri boyunca uzanıb gedir. Bu təbii eko
sistemlərdə fasiləsiz olaraq, bəzən isə həddən artıq
dərəcədə mal-qara otarılması nəticəsində bitki örtüyü
xeyli seyrəkləşmiş, hərəkət edən qum sahələri əmələ
gəlmiş və beləliklə, səhralaşmış ərazilər yaranmışdır.
Volqa və Terek çayları arasındakı sahil bölgəsində,
əsasən də çökəklik sahələrində vaxtaşırı subasma pro
sesləri baş verir. Elə buna görədir ki, sahilyanı ərazilə
rin torpaqları öz münbitliyini itirmiş və bitki aləmi xey
li dərəcədə qıtlaşmışdır.
Sahilyanı ərazilərin ay
rı-ayrı sahələrində əhali
əkinçiliklə məşğul olur.
Quraqlıq yerlərdə suvarıl
ma tətbiq olunduğundan
təkrar duzlaşma müşahidə
edilir. Bu, daha çox suvar
ma kanalları ətrafında nə
zərə çarpır. Təkcə Kalmı-
kiya sahillərində təkrar
duzlaşmış torpaqların sahə
si 105 min hektarı keçib.
Səhralaşmanın daha
qabarıq şəkildə özünü bü
ruzə verməsi bitki aləmi
nin deqradasiyasında əks olunur. Quru çöllərdə bitki
müxtəlifliyinin azalması heyvandarlığın intensiv inki
şafı ilə əlaqədardır. Bitki örtüyünün qıtlaşması eyni də
rəcədə Volqa çayının sol sahillərində və Xəzərin Da
ğıstan sahilində də müşahidə olunur. Burada sahələrin
bəzi yerlərində torpağın şumlanmasına baxmayaraq,
əkinçiliyi inkişaf etdirmək yenə də mümkün deyil.
Azərbaycanın sahilyanı əraziləri şimaldan Qusar -
Dəvəçi öndağ çökəkliyindən başlanır. Samur, Qusar-
çay və Qudyalçay kimi iri çaylar məhz bu sahə ilə axa
raq dənizə tökülür. Meyvə-tərəvəzçiliyin və heyvan
darlığın inkişafı həmin ərazinin kifayət qədər mənim
sənilməsinə dəlalət edir.
Son on il ərzində səhralaşma prosesinin güclənmə
sinə təsir göstərən amillərdən biri də meşələrin sis
temsiz şəkildə qırılmasıdır. Bütövlükdə isə Qusar -
Dəvəçi çökəkliyində deqradasiyaya uğramış meşə sa
hələri mövcuddur. Meşə sahələrinin azalması yeni
əkin sahələrinin təşkili üçün əlverişli imkan yaratmış
dır. Lakin təbii şəraitin dəyişməsi səhralaşmanın sa
hilyanı ərazilərdə genişlənməsində təkanverici rol oy
naya bilər.
Beşbarmaq dağından başlayaraq Pirsaatçaya qədər
sahilyanı ərazilərdə quru çöl və səhralaşmış sahələr
göz işlədikcə uzanıb gedir. Bu bölgədə meşə zolağı
nın yox olmasına uzun illər insanların heyvandarlığı
və əkinçiliyi inkişaf etdirmələri səbəb olmuşdur.
Şübhəsiz, kəskin dəyişən relyef sahələrində su erozi
yası torpaqların münbitliyinin azalmasına və səhrala-
şan bölgələrin formalaşmasına zəmin yaradır.
Sumqayıt çayından cənubda - Abşeron yarımada
sının mərkəzi hissəsində Qobustan çölləri yerləşir.
Buradan dənizsahili zonasına irəlilədikcə abrazion-
akkumulyativ düzənlik nəzərə çarpır. Eol mənşəli
qum dyunları və təpəcikləri çöl sahələrinin yarımsəh
ra landşaftları ilə əvəz olunmasına şərait yaradır.
Məhz bu zonada çoxsaylı şoran gölməçələr və çuxur
lar müşahidə olunur.
Xəzər dənizinin qərb sahilində Abşeron yarımada
sı sənayenin intensiv inkişafına görə xüsusilə fərqlə
nir. Bu bölgədə sahilyanı ərazilərin yüksək səviyyədə
mənimsənilməsi ətraf mühitə texnogen təsirin artma
sı ilə nəticələnmişdir. Bu tip səhralaşma prosesi daha
çox Bakı şəhəri ətrafındakı ərazilərdə aydın görün
məkdədir.
Bir tərəfdən daş karxanalarının (Qaradağ və Şüvə-
lan) istismarı, digər tərəfdənsə neft mədənlərinin ki
fayət qədər geniş ərazidə yayılması səhralaşmış böl
gələrin əmələ gəlməsinə səbəb olmuşdur. Belə ərazi
lərin ümumi sahəsi 10 min hektardan çoxdur. Abşero
nun neft, qazçıxarma idarələrinin balansında olan tor
paq sahələrinin yarısından çoxu neftlə çirkləndiyin
dən bu torpaqları səhralaşmış ərazilərə aid etmək
olar. Buruq sularından əmələ gəlmiş gölməçələr isə
təxminən 2 min hektar sahəni tutur.
Bütün bunlarla yanaşı, Abşeron və Qobustanda
arid iqlim şəraiti yarımsəhra və səhra areallarının ya
yılmasına əlverişli şərait yaradır. Digər tərəfdən çox
təkrarlanan isti cənub və bəzən qasırğaya çevrilən so
yuq şimal küləkləri eol proseslərinin səhralaşan ərazi
lərdə mühüm rol oynadığım göstərir.
Şəhər ətrafında yaşayan insanlar heyvandarlığa
meyl etdiklərindən onsuz da qıtlığı ilə fərqlənən ya
rımsəhra landşaftlarında bitki örtüyü tamam məhv
olur. Beləliklə, Abşeronda səhralaşan ərazilər daha da
genişlənir.
Xəzər dənizinin digər sahilyanı bölgələrində oldu
ğu kimi, Azərbaycanın da sahil zonasında dənizin sə
viyyəsinin qalxması bu sahələrin bəzi yerlərdə suyun
altında qalmasına gətirib çıxarmışdır. Eyni zamanda,
sahilboyu bir çox sahələrdə torpaqların şoranlaşması
müşahidə olunur. Bu proseslər Kür - Araz düzənliyi
nin, Cənub-Şərqi Şirvanın, Qızılağac körfəzinin, Lən
kəran rayonunun sahil zonalarında özünü daha aydın
büruzə verir.
Kür - Araz ovalığının və Qusar - Dəvəçi çökəkliyi
nin sahil zolağında qrunt sularının səviyyəsi 1 - 2 metr
təşkil edir. Bunun nəticəsində sözügedən bölgələrdə
ki əkin sahələri və otlaqlar şoranlaşmışdır.