Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə56/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   52   53   54   55   56   57   58   59   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 105 
 
 
 
İkinci  mərhələdə  isə  alınan  nəticələrin  model-
ləşdirilməsi  həyata  keçirilmişdir  [4].  Bunun  üçün 
Coğrafiya  İnformasiya  Sisteminindən  (ArcGIS 
10.3) istifadə edilmişdir. İlk olaraq sahil zonasında 
maksimum temperatur göstəricilərinin nəticəsi mo-
dellənmişdir (şəkil 4). 
Proqramda xəritə qurularkən istifadə edilən in-
terpolyasiya metodu vasitəsilə modellərin hazırlan-
ması zamanı məlumatların olmadığı ərazilərdə in-
terpolyasiya  baş  verir.  Təxminən  analizi  aparılan 
stansiyalarla birlikdə 28 stansiyanın məlumatların-
dan istifadə edilmişdir. İş görərkən əlverişli nəticə 
almaq üçün Toolboxsda Natural Neighbora müra-
ciət edilmişdir [5,6]. Bu yolla hesablamalar zamanı 
əldə edilən nəticələri daha aydın şəkildə analiz et-
mək mümkündür. 
Stansiyaların  maksimum  temperatur  göstərici-
ləri  bir-birinə  yaxındır,  belə  ki,  27-33℃  arasında 
tərəddüd edir, səbəb isə həmin ərazilərdə yarımsəh-
ra quru çöl iqlim tipinin formalaşmasıdır və bu da 
rəng şkalası ilə modeldə göstərilmişdir. Maksimum 
temperaturun  modelinə  əsasən,  demək  olar  ki,  şi-
mal və cənub stansiyalarına nisbətən mərkəz stan-
siyalarında temperaturun göstəricisi daha çoxdur. 
 
Beləliklə, 1992-2014 cü illərdə qeydə alınan ya-
ğıntının miqdarı məlumatlarının köməyi ilə növbəti 
model əldə edilmişdir (şəkil 5). 
 
İkinci modeldə sahil zonasında yağıntının pay-
lanmasını aydın şəkildə görmək mümkündür. Mo-
deli  analiz  etsək,  belə  nəticəyə  gəlirik  ki,  mərkəz 
stansiyalarda  yağıntının  miqdarı  azdır  və  cənuba 
doğru getdikcə artım müşahidə edilir. Nəticədə de-
yə bilərik ki, hazırlanmış xəritələr sayəsində sahil 
Şəkil 4. Maksimum temperatur 
göstəricilərinin CİS mühitində təsviri 
 
Şəkil 5. Yağıntı miqdarının CİS 
mühitində təsviri 
 
Şəkil 7. Sahil zonasındakı stansiyaların 
meteoroloji parametrlərinin orta 
qiymətləri
 (1992-2014) 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
106                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
zonasında  istiliyin və yağıntının paylanmasını ay-
dın şəkildə görmək və analizini aparmaq mümkün-
dür. Əlbəttə, yuxarıda deyildiyi kimi, ərazidə for-
malaşan iqlim tipi temperaturun, yağıntının miqda-
rına öz təsirini göstərir. Həmçinin iqlimin forma-
laşmasında  əraziyə  daxil  olan  hava  kütlələri,  su 
hövzəsinə yaxınlıq, relyef də, öz növbəsində, əhə-
miyyətli rol oynayır. 
Sonrakı mərhələdə isə 1992-2014-cü illərin mə-
lumatlarından  istifadə  edilərək  yuxarıda  analizi 
aparılan bütün məntəqələr üçün orta qiymətlər he-
sablanmış və yuxarıdakı cədvəl və qrafikdə göstə-
rilmişdir. 
Bütöv  sahil  zonası  üçün  də  hər  üç  parametrin 
orta qiyməti hesablanmışdır. Bunun üçün orta qiy-
mətin  hesablanması  metodundan  istifadə  edilmiş-
dir,  yəni  stansiyaların  orta  qiymətlərinin  cəmini 
stansiyaların sayına bölməklə bütün sahil üçün orta 
kəmiyyət əldə edilmişdir. Beləliklə, Xəzər dənizi-
nin Azərbaycan sahil zonası üçün meteoroloji para-
metrlərin orta qiyməti aşağıdakı kimidir: 
1.
 
Yağıntının miqdarı: 
 
??????̅ =

??????
??????
??????
??????=1
??????
=
5238,46
12
= 436,538 ????????????; 
2.
 
Orta temperatur: 
 ??????̅ =

??????
??????
??????=1
??????
=
173,729
12
= 14,477℃; 
3.
 
Maksimum temperatur: 
 ??????
??????????????????
̅̅̅̅̅̅ =

??????
??????????????????
??????
??????=1
??????
=
350,3478
12
= 29,196℃ 
 
ƏDƏBİYYAT 
1.
 
Гидрология  и  гидрохимия  морей.  Том  IV. 
Каспийское  море.  Выпуск1.  Гидрометеорологичес-
кие  условия.  Санкт-Петербург.:  Гидрометеоиздат. 
1992. 360 С. 
2.
 
Məmmədov R.M., Xəzər dənzinin hidromete-
orologiyası //  Bakı, Avropa nəşr. 2013, 176 səh. 
3.
 
Mədətzadə  Ə.A.,  Abşeronun  hava  növləri  və 
iqlimi  //Bakı,  Azərbaycan  SSR  Elmlər  Akademiyası 
nəşriyyatı 1960, səh. 305. 
4.
 
Карандеев А.Ю., Михайлов С.А., Географи-
ческие информационные системы практикум. Базо-
вый курс, 2012. 
5.
 
Otto Huisman and Rolf A. De By, Principles of 
Geographic  Information  Systems.  2009  by  ITC,  Ens-
chede, The Netherlands. 
6.
 
http://www.geos.ed.ac.uk/~gisteac/gis_book_
abridged/files/ch34.pdf

 
COMPARATIVE ANALYSIS OF 
METROLOGICAL PARAMETERS IN THE 
AZERBAIJAN COAST OF THE CASPIAN SEA 
L.A.Hasanli 
In  the  article  comparative  analysis  of  metrological 
parameters  in  north,  middle  and  south  parts  of  Azer-
baijani  coastal  zone  of  Caspian  Sea  was  carried  out. 
Principes of forming climatic and  synoptic situation is 
explained.  The  analyzis  of  meteorological  parameters 
was also carried out by CIS method.   
 
СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ 
МЕТЕОПАРАМЕТРОВ НА 
АЗЕРБАЙДЖАНСКОМ
 
 ПОБЕРЕЖЬЕ 
КАСПИЙСКОГО МОРЯ 
Л.А.Гaсaнлы 
В статье проводится сравнительный анализ мете-
орологических  параметров  в  Северной,  Средней  и 
Южных  частях  азербайджанского  побережья  Кас-
пийского моря. Объясняются основы формирования 
климатических  и  синоптических  ситуаций.  Анализ 
метеопараметров также проводится в CIS среде.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə