Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
24                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
 
Şəkil. Şəki-Zaqatala bölgəsinin torpaq xəritəsi 
Bozqırlaşmış qonur-dağ-meşə torpaqlarının üst 
qatında  hiqroskopik  nəmliyin  miqdarı  4,3-5,1% 
arasında  dəyişir  və  onun  yüksək  miqdarı  (5,1%) 
Vəndamçay ətrafında və minimum miqdarı (4,3%) 
İlisu kəndi ətrafında təyin olunmuşdur. Bu da tor-
pağın qranulometrik tərkibindən asılıdır (cədvəl 2). 
Bu  torpaqlarda  quru  qalığın  miqdarı  0,08-0,14% 
təşkil edir, bu isə torpaq profilində zərərli duzların 
az olduğunu göstərir (cədvəl 2). Bozqırlaşmış qo-
nur-dağ-meşə  torpaqlarının  üst  qatında  kalsium-
karbonatın  miqdarı  2,1-3,2%  arasında  dəyişir. 
Vəndamçay  ətrafında  isə  üst  qatlardan  kalsium-
karbonatın yuyulması müşahidə olunur (cədvəl 2). 
Qonur-dağ-meşə torpaqlarında neytral və zəif turş 
mühit olduğu halda, bozqırlaşmış qonur-dağ-meşə 
torpaqlarında zəif qələvi mühit (pH 7,5-7,6) müəy-
yən edilmişdir (cədvəl 2). Bu isə bozqırlaşmış qo-
nur-dağ-meşə torpaqlarının dəmyə əkinçilikdə isti-
fadə olunması ilə  əlaqədardır.  
2015-ci  il  analizlərinin  nəticələrindən  görünür 
ki, bu torpaqların humus qatında lil hissəciklərinin 
miqdarı  14,1-16,4%,  fiziki  gilin  isə  47,8-50,2% 
arasında  dəyişir.  Fiziki  gilin  yüksək  miqdarı 
(50,2%)  Vəndam  çayında,  minimum  miqdarı 
(47,8%)  Şin  çayı  ətrafında  təyin  olunmuşdur.  Bu 
torpaqlarda intensiv suvarılma aparıldığına görə lil  
hissəciklərinin yuyulması müşahidə olunur (cədvəl 
2). Lakin,  ərazidə növbəli əkin aparılması ilə əla-
qədar olaraq ağır gillicəli qranulometrik mexaniki 
tərkib humus qatında qalmışdır.  
Bozqırlaşmış qonur-dağ-meşə torpaqlarının hu-
mus qatında udulmuş 
əsasların
 cəmi 
23,5-32,6 mq/ekv
  
arasında dəyişir və onun yüksək miqdarı
 (
32,6 mq/ekv

Şin çayı ətrafında, minimum miqdarı isə 
(
23,5 mq/ekv

Vəndam  çayı  ətrafında  təyin  olunmuşdur  (cədvəl 
2). Şin çayı ətrafında onun miqdarının çox olması 
əkin altında istifadə olunan torpaqlarda aqrotexniki 
qaydaların  gözlənilməsi  və  gübrələrdən  istifadə 
olunması  ilə  əlaqədardır.  Vəndam  çayı  ətrafında 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 25 
 
yayılan  torpaqların  üst  qatında  udulmuş  əsasların 
cəminin azalması (23,5 mq/ekv) onlardan düzgün 
istifadə  olunması  ilə  bağlıdır.  Uducu  kompleksdə 
kalsium kationunun miqdarı üstünlük təşkil edir və 
onun  miqdarı  19,0-30,0  mq/ekv  arasında  dəyişir. 
Maksimum miqdar Şin çayı ətrafında 30,0 
mq/ekv
), 
minimum miqdar 19,0 mq/ekv Vəndam çayı ətra-
fında müəyyən olunmuşdur (cədvəl 2). Vəndam ça-
yı  və  İlisu  kəndləri  ətrafında  kalsium  kationunun 
miqdarının  azalması  onların  üst  qatında  fiziki 
deqredasiyasının  başlanmasının  göstəricisidir. 
Uducu kompleksdə maqnezium kationunun miqda-
rı 2,6-4,5 mq/ekv arasında dəyişir və yüksək miq-
darı 4,5 mq/ekv Vəndam çayı  ətrafında  müəyyən  
olunmuşdur. 
Qonur-dağ-meşə  torpaqlarının  humus  qatında 
ümumi kimyəvi elementlərin miqdarı bu ardıcıllıq-
la  dəyişir:  SiO
2
  -65,5%,   Al2O
3
  -17,57%,  Fe2O
3
-
5,12%,  CaO  -2,82%, MgO  -1,86%, TiO
2
  -0,71%, 
SO
3
 -0,41%,  MnO -0,37% və P2O5- 0,23%. Qo-
nur-dağ-meşə  torpaqlarında  illik  töküntünün  miq-
darı 5,1-5,7 t/ha olub, tökülən xəzəl vasitəsilə il ər-
zində 1 hektar torpağa 70-90 kq azot, 60-70 kq kal-
sium, 30-40 kq kalium elementi daxil olur. Bu da 
qonur-dağ-meşə  torpaqlarının  münbitliyini  artırır 
və torpağın humus qatında əlverişli torpaq mühiti-
nin  qorunub  saxlanmasında  mühüm  rol  oynayır. 
Torpağın  humus  qatında  deqredasiya  prosesinin 
qarşısını alır və məhsuldar fıstıq, vələs və palıd me-
şələrinin  bərpası  və  qorunub  saxlanılmasında  bö-
yük əhəmiyyəti var. Bundan başqa, üst qatda qalın 
çürüntü  qatının  olması  yağış  sularını  özünə  hop-
durub saxlama qabiliyyətinə malikdir. Çürüntü qa-
tının susaxlama qabiliyyəti 80-90%-dir, bu da me-
şələrin  su  ehtiyatlarının  qorunub  saxlanılmasında 
rolunun  yüksək  olduğunu  göstərir.  Ona  görə  də 
meşələrin və meşə torpaqlarının qorunub saxlanıl-
ması vacibdir. 
Bozqırlaşmış  qonur-dağ-meşə  torpaqlarında 
humus  qatının  qalınlığı 25-35 sm təşkil edir, ümu-
mi humus ehtiyatının 0-20 sm-də itkisi (azalması) 
30,1-44,5  t/ha-dır,  bu  qatda  isə  zəif  qələviləşmə, 
karbonatların yuyulması müşahidə olunur. Ancaq, 
humus qatında dənəvər, topavarı struktura, ağır gil-
licəli qranulometrik tərkib və əlverişli məsaməlilik 
46,0-65,3%,  suyadavamlı  hissəciklərin  70-75% 
olması bu torpaqlarda münbitliyin qorunub saxlan-
dığını göstərir. Bozqırlaşmış qonur-dağ-meşə tor-
paqlarında münbitliyin qorunub saxlanılması üçün 
azmeyilli  yamaclarda  (meyillik  10-15
0
)  növbəli 
əkin işlərinin aparılması, meyilliyi 15-20
0
-dən çox 
olan sahələrdə meşə və meyvə ağaclarının əkin sa-
hələrinin genişləndirilməsi vacibdir.  
ƏDƏBİYYAT 
1.  İ.Ə.Quliyev. Qafqaz, Karpat və Tyanşanın qonur-
dağ-meşə  torpaqlarının  morfogenetik xüsusiyyətlərinin  
müqayisəli  səciyyəsi.  “Coğrafiya  və  təbii  resurslar”.  
Azərbaycan Coğrafiya Cəmiyyətinin  əsərləri,  2015, s. 
58 – 63.  
2.  M.Y.Xəlilov,  M.Ə.Məmmədov,  M.K.Rəhimov. 
Böyük  Qafqazın  cənub  yamacında  meşə  ekosistemlə-
rinin  bioloji  müxtəlifliyinin  antropogen  deqradasiyası. 
Elmi hesabat. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 
fond materialı , 2008 ,  75  s . 
3. Г.А.Aлиев. Почв  Большого Кавказа  (в преде-
лах Азербайджанаской республики). Часть 2, БАКУ-
ЭЛМ -1994 с. 308  
4.  Б.И.Гасанов.  Буроземообразование  в  лесных 
почвах Азербайджана. Баку–элм-1983,138.   
5.  Г.А.Саламов.  Лесные  почвы  южного  склона 
Большого  Кавказа  Азербайджанской    ССР.  БАКУ-
ЭЛМ 1978. 160  
6.  М.Э.Салаев.  Диагностика  и  классификация 
почв Азербайджана. Баку–ЭЛМ -1991, с 238 с. 
 
СОВРЕМЕННОЕ СОСТОЯНИЕ БУРЫХ 
ГОРНО-ЛЕСНЫХ ПОЧВ 
РАСПРОСТРАНЕННЫХ НА ЮЖНОМ 
СКЛОНЕ БОЛЬШОГО КАВКАЗА 
М.А.Мамедов  
В статье исследуется физико-химический состав 
бурых  горно-лесных  почв,  распространенных  на 
южном склоне  Большого Кавказа и дается сравни-
тельный анализ с однонаправленными исследовани-
ями,  проведенными  в предыдущих годах. Изучены 
изменения физико-химического состава и его влия-
ние на плодородие почв, на продуктивность лесов и 
на степень подверщенности деградации. Даются ре-
комендации для выбора  участков с  целю расшире-
ния площадей лесов. 
PRESENT STATE OF THE BROWN-
MOUNTAIN-FOREST SOILS DISTRIBUTED IN 
THE SOUTH SLOPE OF THE MAJOR 
CAUCASUS 
M.A.Mammadov 
The  physical  and  chemical  composition  of  the 
brown-mountain-forest soils distributed in the south slo-
pe of the Major Caucasus is examined and its compara-
tive  analysis  with  the  same  trendly  researches  carried 
out in previous years is given in the article. The chan-
ging of physical and chemical composition of upper la-
yer of soils, its influence on humidity and forest produc-
tivity  of  soils  and  degradation  degree  are  studied.  The 
suggestions are given for selection of territories in order 
to extend the areas of forests. 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə