IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
907
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- Qrammatik normanın pozulması isə Azərbaycan dilinin qrammatikasında nəzəriyyə ilə praktik
materiallar arasında ziddiyətdən irəli gəlir. Hal-hazırda bir çox mübahisəli məsələlərin öz həllini tapa
bilməməsi buna misaldır. Bu səhvlərin aradan qaldırılmaması gələcəkdə daha ciddi fəsadlar doğura
bilər. İnformatika dərsliyi şagirdlərə 1-ci sinifdən tədris olunduğundan bu çox vacib bir məsələ kimi
qəbul olunmalır.
- Kitabın daha bir çatışmayan cəhəti isə termin və abreviaturaların çoxunun izahının
verilməməsidir ki, bu isə dərs zamanı bəzi məsələlərin qaranlıq qalmasına yol açır.
NİTQ HİSSƏLƏRİNDƏ TRANSFORMASİYANIN TƏZAHÜRÜ
Ceyhunə HÜSEYNOVA, Leyla ƏLƏSGƏROVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
“Konversiya” termini latın mənşəli söz olub “dəyişmə” mənasını ifadə edir. Linqvistik terminlər
lüğətində “konversiya” termininin ingiliscə “conversion” sözündən törəndiyi və yeni söz yaradıcılığı
üsulu olduğu qeyd olunmuşdur. Dilçilikdə bəzən “konversiya” termini əvəzinə “transportasiya” və ya
“transformasiya” terminindən də istifadə olunur. Dilimizdə konversiya bir nitq hissəsinin digər nitq
hissəsinə keçmə hadisəsi kimi öyrənilir. Nitq hissələri arasında konversiya zamanı bir nitq hissəssi öz
xüsusiyyətlərini saxlayaraq digər nitq hissəsinin də vəzifə və xüsusiyyətlərini qəbul edir. Məsələn, “O,
gözəl nitq söyləyir.”, “Səadət kəndin gözəllərindən biri idi. ” Birinci cümlədə “gözəl” sözü sifət olub
təyin vəzifəsində çıxış etmişdir və qeyd edək ki, bəzən dilimizdə nitqin kamilliyini daha çox
göstərmək və “nitqin” emosionallığının yüksək keyfiyyətini göstərmək üçün “yaxşı” sözü yox “gözəl”
sözü işlənir. İkinci cümlədə “gözəl” sözü öz xüsusiyyətlərini saxlayıb ismə xas olan xüsusiyyətləri də
qəbul etməklə konversiyaya uğramışdı. Substantivləşmiş bu söz ismin yerində işləndiyi üçün tamamlıq
vəzifəsində çıxış edir. Buradan belə bir nəticəyə gələ bilərik ki, hər bir əsas nitq hissəsi sintaktik
vəzifəsinə görə bir cümlə üzvü ilə daha çox sıx bağlı olur ( isim-mübtəda ilə, fel- xəbər ilə, zərf –
zərflik ilə və s.) , lakin bu o demək deyil ki, bir əsas nitq hissəsi yalnız bir cümlə üzvü vəzifəsində
çıxış edir. Nitq hissələrində konversiya hadisəsinin müxtəlif prosesləri sayəsində hər bir nitq hissəsi
digər nitq hissəsinin xüsusiyyətlərini qəbul edərək çox asanlıqla digər cümlə üzvü vəzifələrində də
çıxış edə bilərlər. Bir sıra dillərdə olduğu kimi Azərbaycan dilində də əsas və köməkçi nitq hissələri
arasında bir nitq hissəsinin digər nitq hissəsinə keçmə prosesi hadisəsi müşahidə edilir. Konversiya
hadisəsini dilçilər iki prinsip, leksik və sintaktik prinsip əsasında öyrənmişlər. Sintaktik prinsipi əsas
götürən dilçilər sözlərin müxtəlif məna və vəzifələrdə işləndikdə omonimlik yaratdıqlarını bildirirlər.
Leksik prinsipə əsaslanan dilçilər isə bir nitq hissəsindən digər nitq hissəsinə keçmə hadisəsini sadəcə
bir kateqoriya adlandıraraq onların heç bir omonimlik yaratmadıqlarını və bele sözlərin yalnız mətni
xarakter daşıdığını qeyd edirlər. Konversiyanın sadəcə keçid prosesi olduğunu nəzərə alsaq və sözün
yalnız cümlə daxilində digər nitq hissəsinin formal əlamətlərini qəbul etməklə sintaktik vəzifəsini
dəyişdiyini nəzərə alsaq bu cür sözlər üçün leksik prinsipi daha doqru hesab etmek olar. Məsələn, Biz
gənclərin , gələcək nəsillərimizin firavanlığı üçün hələ görüləcək işlərimiz çoxdur. Birinci
substantivləşmiş sifət (gənclərin) cümlə daxilində isimləşsə də yenədə sifətin əlamətini itirmir, ikinci
adyektivləşmiş fel də ( görüləcək) yalnız cümlədə sifətləşmişdir. Lakin bunu da qeyd etməliyik ki,
dilimizdə bir sıra sözlər var ki, onlar tarixən daşlaşmış formada iki və daha çox nitq hissəsi kimi çıxış
edə bilirlər. Məsələn, düz ( sifət, isim, fel, zərf), igid, qəhrəman, qoca, cavan və s.( isim, səfət).
Substantivləşmə - ən geniş yayılmış konversiya prosesidir. Substantivləşmə dedikdə yəni, hər
hansı bir nitq hissəsi öz xüsusiyyətləri ilə yanaşı ismə aid müəyyən formal əlamətlərini,
xüsusiyyətlərini və cümlədəki sintaktik vəzifəsini qəbul edərək isimləşməsi, əşyaviləşməsidir.
Məsələn, “Sənin aləmində ən yaxşıyam mən, Bəlkə də yaxşılar naxışıyam mən...” Göründüyü kimi bu
zaman substantivləşmiş söz (yaxşılar) cümlə daxilində isim kimi çıxış etsə də nəticədə özlüyünü
itirmir yəni bu söz formal cəhətdən isimləşmiş olur. Bəzi dilçilər substantivləşməni tam və müvəqqəti
keçmə prosesi olaraq iki qrupa ayırırlar, lakin bəzi dilçilər isə əksinə başqa nitq hissəsinin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
908
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
substantivləşməsini tam isimə keçməsi kimi izah edir. Nəzərə alsaq ki, substantivləşmə özü də keçmə
prosesidir onda onun tam və müvəqqəti olması və ya sunstantivləşmiş sözün tam ismə keşməsini
məqbul hesab etmək olmaz, düzdür dilimizdə işlənən bəzi sözlər istisna hal kimi çıxmaq şərti ilə,
məsələn, Sarı, Cavan, Gözəl, Qəşəng, Qəhrəman, Yaxşı və s. kimi sözlər dilimizdə həm sifət, həm də
isim kimi çıxış edir. Məsələn, “Bir gün Yaxşı göz yaşı tökə-tökə Aşığa bir namə yazdı.”, “Yoldaşları
Həsəni dindirməməklə yaxşı hərəkət etmədiklərini başa düşmüşdülər.” burada birinci cümlədə “yaxşı”
sözü şəxs adı bildirən isimdir bu söz sintaktik prinsipə əsaslanaraq omonimləşmiş sözdür, ikinci
cümlədə “yaxşı” sözü əşyanın əlamətini bildirən sifətdir və mətni xarakter daşıyır. Dilimizdə daha çox
sifətin substantivləşməsinə təsadüf edirik, lakin digər nitq hissələridə (say, əvəzlik, fel, zərf , koməkçi
nitq hissələri və s.) substantivləşə bilər.
Adyektivləşmə prosesi – nitq hissələrinin sifətləşmə prosesidir. Bu keçid prosesi zamanı her
hansı bir nitq hissəsi sifətin yerində işlənərək təyin vəzifəsində çıxış edir. Bəzən təyin vəzifəsəndə
çıxış etməyən nitq hissələri təyin olduqu üçün adyektivləşmiş hesab olunur. Bunu da qeyd edək ki
isimlərin sifətləşməsinə bəzən“atributivləşmə”də deyilir.
Məsələn, “ O, at Balaxanım kimi yeriməyi vərdiş etmişdi.”, “Müdürin münasibəti bütün
işçilərinə qarşı eyni idi.” və s. Birinci cümlədə “at” isim olsa da şəxsin əlamətini bildirdiyi üçün
sifətləşir, ikinci cümlədə baxmayaraq ki, əvəzlik nitq hissəsi kimi digər nitq hissələrini əvəz etməsinə
xidmət edir, belə cümlələrdə əvəz etmədən çox sifətin əlamətini qəbul etmiş sifətləşmiş söz kimi çıxış
etmişdir.
Adverbiallaşma- nitq hissələrinin zərfləşməsidir. Bildiyimiz kimi zərf dilimizdə sonradan yaradı-
lan nitq hissəsidir və dilimizdə məhz zərf kimi işlənən sözlərə az təsadüf olunur, lakin cümlədə zərflik
vəzifəsində çıxış edən sözlərə diqqət yetirsək zərfdən çox zərfləşmiş sözləri zərf kimi götürürük.
Məsələn, yaxşı, pis, bura, ora, az çox və s. kimi zərflər. Adverbiallaşmış nitq hissəsi cümlədə zərf
kimi zərflık vəzifəsində çıxış edir. “O bu dərsi çox yaxşı danışmışdır.”, “Çox keşmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan...” “Yaxşı” sözü sifət, “çox” sözü isə say olsa da cümlədə “yaxşı” hərəkətin
tərzini, “çox” isə hərəkətin miqdarını bildirdiyi üçün adverbiallaşaraq zərflik vəzifəsində çıxış
etmişdirlər.
Pronominalizasiya – Dilimizdə keçid proseslərindən biri də əvəzlikləşmədir. Bəzi dilçilər bunu
“pronominalizasiya” da adlandırırlar. Bu sözün latınca hərfi mənası “pronima” - əvəzində, “nomina” –
adlar deməkdir. Bildiyimiz kimi əvəzliklər yalnız digər nitq hissələrini əvəz etdikləri üçün özünün
özünə məxsus xüsusi əlamətləri yoxdur lakin, bunuda qeyd edək ki, əvəzliklər çox vaxt ümumiləş-
dirmə bildirir və bu xüsusiyyətinə görə də bəzən digər nitq həssələrində əvəzlikləşmə hallarına təsadüf
etmək olur. Əvəzlikləşmə isimlərdə (xalq, camaat, əhali vəs.), “Xalqın gözü tərəzidir”, sifətlərdə
(cürbəcür, müxtəlif, başqaları, qeyriləri və s.) “Kamil insan başqalarınıda mübarizəyə cəlb etməyi
bacarandır.”, saylarda (çoxlarına, xeyli, ikisi və s.) “Çoxlarına bu hadısə məlum idi” və s.
Apardığımız tədqiqatdan konversiyanin dildə əhəmiyyətli bir proses olduğunu vurğulaya bilərik.
Əslində bu proses dilin lüğət tərkibinin zənginliyinə xidmət etməklə bərabər sinonimik ifadəsindən
uzaqlaşma imkanı da yaradır.
ETNOTOPONİMLƏRDƏ YATAN TARİX
Ceyhunə HÜSEYNOVA, Turanə HƏSƏNOVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
Azərbaycan toponimiyasının böyük bir qismini etnonim mənşəli toponimlər təşkil edir.
Entonimlər millət, tayfa və xalq adlarıdır. Azərbaycan xalqının yaşadığı ərazi ilə bağlı bir sıra
entonimlər vardır. Entonimlər özündə xalqın tarixini yaşadaraq onun keçmişi, bu günü və gələcəyini
müəyyən edir. Azərbaycanla bağlı entonimləri ölkəmizə gələn səyyahların əsərlərindən , lüğətlərindən,
ərəb mənbələri və bir sıra alimlərimizin əsərlərindən öyrənə bilərik. Entonimlərə misal olaraq Əfşar,
Qazax, Bayat və s. kimi qədim tayfaları göstərmək olar. Xalqın traix göstəricisi olan etnonimlər öz