Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə70/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   66   67   68   69   70   71   72   73   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

907



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

- Qrammatik normanın pozulması isə Azərbaycan dilinin qrammatikasında nəzəriyyə ilə praktik 

materiallar arasında ziddiyətdən irəli gəlir. Hal-hazırda bir çox mübahisəli məsələlərin öz həllini tapa 

bilməməsi  buna  misaldır.  Bu  səhvlərin  aradan  qaldırılmaması  gələcəkdə  daha  ciddi  fəsadlar  doğura 

bilər. İnformatika dərsliyi şagirdlərə 1-ci sinifdən tədris olunduğundan bu çox vacib bir məsələ kimi 

qəbul olunmalır. 

-  Kitabın  daha  bir  çatışmayan  cəhəti  isə  termin  və  abreviaturaların  çoxunun  izahının 

verilməməsidir ki, bu isə dərs zamanı bəzi məsələlərin qaranlıq qalmasına yol açır. 

 

 

 



NİTQ HİSSƏLƏRİNDƏ TRANSFORMASİYANIN TƏZAHÜRÜ 

 

Ceyhunə HÜSEYNOVA, Leyla ƏLƏSGƏROVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.huseyn@mail.ru 

AZƏRBAYCAN 

 

“Konversiya” termini latın mənşəli söz olub “dəyişmə” mənasını ifadə edir. Linqvistik terminlər 



lüğətində “konversiya” termininin ingiliscə “conversion” sözündən törəndiyi və yeni söz yaradıcılığı 

üsulu olduğu qeyd olunmuşdur. Dilçilikdə bəzən “konversiya” termini əvəzinə “transportasiya” və ya 

“transformasiya”  terminindən  də  istifadə  olunur.  Dilimizdə  konversiya  bir  nitq  hissəsinin  digər  nitq 

hissəsinə keçmə hadisəsi kimi öyrənilir. Nitq hissələri arasında konversiya zamanı bir nitq hissəssi öz 

xüsusiyyətlərini saxlayaraq digər nitq hissəsinin də vəzifə və xüsusiyyətlərini qəbul edir. Məsələn, “O, 

gözəl nitq söyləyir.”, “Səadət kəndin gözəllərindən biri idi. ” Birinci cümlədə “gözəl” sözü sifət olub 

təyin  vəzifəsində  çıxış  etmişdir  və  qeyd  edək  ki,  bəzən  dilimizdə  nitqin  kamilliyini  daha  çox 

göstərmək və “nitqin” emosionallığının yüksək keyfiyyətini göstərmək üçün “yaxşı” sözü yox “gözəl” 

sözü işlənir. İkinci cümlədə “gözəl” sözü öz xüsusiyyətlərini saxlayıb ismə xas olan xüsusiyyətləri də 

qəbul etməklə konversiyaya uğramışdı. Substantivləşmiş bu söz ismin yerində işləndiyi üçün tamamlıq 

vəzifəsində  çıxış  edir.  Buradan  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  hər  bir  əsas  nitq  hissəsi  sintaktik 

vəzifəsinə  görə  bir  cümlə  üzvü  ilə  daha  çox  sıx  bağlı  olur  (  isim-mübtəda  ilə,  fel-  xəbər  ilə,  zərf  –

zərflik  ilə  və  s.)  ,  lakin  bu  o  demək  deyil  ki,  bir  əsas  nitq  hissəsi  yalnız  bir  cümlə  üzvü  vəzifəsində 

çıxış edir. Nitq hissələrində konversiya hadisəsinin müxtəlif prosesləri sayəsində hər bir nitq hissəsi 

digər  nitq  hissəsinin  xüsusiyyətlərini  qəbul  edərək  çox  asanlıqla  digər  cümlə  üzvü  vəzifələrində  də 

çıxış edə bilərlər. Bir sıra dillərdə olduğu kimi Azərbaycan dilində də əsas və köməkçi nitq hissələri 

arasında  bir  nitq  hissəsinin  digər  nitq  hissəsinə  keçmə  prosesi  hadisəsi  müşahidə  edilir.  Konversiya 

hadisəsini dilçilər iki prinsip, leksik və sintaktik prinsip  əsasında öyrənmişlər. Sintaktik prinsipi  əsas 

götürən dilçilər sözlərin müxtəlif məna və vəzifələrdə işləndikdə omonimlik yaratdıqlarını bildirirlər. 

Leksik prinsipə əsaslanan dilçilər isə bir nitq hissəsindən digər nitq hissəsinə keçmə hadisəsini sadəcə 

bir kateqoriya adlandıraraq onların heç bir omonimlik yaratmadıqlarını və bele sözlərin yalnız mətni 

xarakter daşıdığını qeyd edirlər. Konversiyanın sadəcə keçid prosesi olduğunu nəzərə alsaq və sözün 

yalnız  cümlə  daxilində  digər  nitq  hissəsinin  formal  əlamətlərini  qəbul  etməklə  sintaktik  vəzifəsini 

dəyişdiyini nəzərə alsaq bu cür sözlər üçün leksik prinsipi daha doqru hesab etmek olar. Məsələn, Biz 

gənclərin  ,  gələcək  nəsillərimizin  firavanlığı  üçün  hələ  görüləcək  işlərimiz  çoxdur.  Birinci 

substantivləşmiş sifət (gənclərin) cümlə daxilində isimləşsə də yenədə sifətin əlamətini itirmir, ikinci 

adyektivləşmiş  fel  də  (  görüləcək)  yalnız  cümlədə  sifətləşmişdir.  Lakin  bunu  da  qeyd  etməliyik  ki, 

dilimizdə bir sıra sözlər var ki, onlar tarixən daşlaşmış formada iki və daha çox nitq hissəsi kimi çıxış 

edə bilirlər. Məsələn, düz ( sifət, isim, fel, zərf), igid, qəhrəman, qoca, cavan və s.( isim, səfət). 

Substantivləşmə  -  ən  geniş  yayılmış  konversiya  prosesidir.  Substantivləşmə  dedikdə  yəni,  hər 

hansı  bir  nitq  hissəsi  öz  xüsusiyyətləri  ilə  yanaşı  ismə  aid  müəyyən  formal  əlamətlərini, 

xüsusiyyətlərini  və  cümlədəki  sintaktik  vəzifəsini  qəbul  edərək  isimləşməsi,  əşyaviləşməsidir. 

Məsələn, “Sənin aləmində ən yaxşıyam mən, Bəlkə də yaxşılar naxışıyam mən...” Göründüyü kimi bu 

zaman  substantivləşmiş  söz  (yaxşılar)  cümlə  daxilində  isim  kimi  çıxış  etsə  də  nəticədə  özlüyünü 

itirmir yəni bu söz formal cəhətdən isimləşmiş olur. Bəzi dilçilər substantivləşməni tam və müvəqqəti 

keçmə  prosesi  olaraq  iki  qrupa  ayırırlar,  lakin  bəzi  dilçilər  isə  əksinə  başqa  nitq  hissəsinin 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

908



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

substantivləşməsini tam isimə keçməsi kimi izah edir. Nəzərə alsaq ki, substantivləşmə özü də keçmə 

prosesidir  onda  onun  tam  və  müvəqqəti  olması  və  ya  sunstantivləşmiş  sözün  tam  ismə  keşməsini 

məqbul  hesab  etmək  olmaz,  düzdür  dilimizdə  işlənən  bəzi  sözlər  istisna  hal  kimi  çıxmaq  şərti  ilə, 

məsələn, Sarı, Cavan, Gözəl, Qəşəng, Qəhrəman, Yaxşı və s. kimi sözlər dilimizdə həm sifət, həm də 

isim kimi çıxış edir. Məsələn, “Bir gün Yaxşı göz yaşı tökə-tökə Aşığa bir namə yazdı.”, “Yoldaşları 

Həsəni dindirməməklə yaxşı hərəkət etmədiklərini başa düşmüşdülər.” burada birinci cümlədə “yaxşı” 

sözü  şəxs  adı  bildirən  isimdir  bu  söz  sintaktik  prinsipə  əsaslanaraq  omonimləşmiş  sözdür,  ikinci 

cümlədə “yaxşı” sözü əşyanın əlamətini bildirən sifətdir və mətni xarakter daşıyır. Dilimizdə daha çox 

sifətin substantivləşməsinə təsadüf edirik, lakin digər nitq hissələridə (say, əvəzlik, fel, zərf , koməkçi 

nitq hissələri və s.) substantivləşə bilər. 

Adyektivləşmə  prosesi  –  nitq  hissələrinin  sifətləşmə  prosesidir.  Bu  keçid  prosesi  zamanı  her 

hansı  bir  nitq  hissəsi  sifətin  yerində  işlənərək  təyin  vəzifəsində  çıxış  edir.  Bəzən  təyin  vəzifəsəndə 

çıxış  etməyən  nitq  hissələri  təyin  olduqu  üçün  adyektivləşmiş  hesab  olunur.  Bunu  da  qeyd  edək  ki 

isimlərin sifətləşməsinə bəzən“atributivləşmə”də deyilir. 

 Məsələn,  “  O,  at  Balaxanım  kimi  yeriməyi  vərdiş  etmişdi.”,  “Müdürin  münasibəti  bütün 

işçilərinə  qarşı  eyni  idi.”  və  s.  Birinci  cümlədə  “at”  isim  olsa  da  şəxsin  əlamətini  bildirdiyi  üçün 

sifətləşir, ikinci cümlədə baxmayaraq ki, əvəzlik nitq hissəsi kimi digər nitq hissələrini əvəz etməsinə 

xidmət edir, belə cümlələrdə əvəz etmədən çox sifətin əlamətini qəbul etmiş sifətləşmiş söz kimi çıxış 

etmişdir. 

Adverbiallaşma- nitq hissələrinin zərfləşməsidir. Bildiyimiz kimi zərf dilimizdə sonradan yaradı-

lan nitq hissəsidir və dilimizdə məhz zərf kimi işlənən sözlərə az təsadüf olunur, lakin cümlədə zərflik 

vəzifəsində çıxış edən sözlərə diqqət yetirsək zərfdən çox zərfləşmiş sözləri zərf kimi götürürük.  

Məsələn, yaxşı, pis, bura, ora, az çox və s. kimi zərflər. Adverbiallaşmış nitq hissəsi cümlədə zərf 

kimi zərflık vəzifəsində çıxış edir. “O bu dərsi çox yaxşı danışmışdır.”, “Çox keşmişəm bu dağlardan, 

Durna gözlü bulaqlardan...” “Yaxşı” sözü sifət, “çox” sözü isə say olsa da cümlədə “yaxşı” hərəkətin 

tərzini,  “çox”  isə  hərəkətin  miqdarını  bildirdiyi  üçün  adverbiallaşaraq  zərflik  vəzifəsində  çıxış 

etmişdirlər. 

Pronominalizasiya  –  Dilimizdə  keçid  proseslərindən  biri  də  əvəzlikləşmədir.  Bəzi  dilçilər  bunu 

“pronominalizasiya” da adlandırırlar. Bu sözün latınca hərfi mənası “pronima” - əvəzində, “nomina” – 

adlar  deməkdir.  Bildiyimiz  kimi  əvəzliklər  yalnız  digər  nitq  hissələrini  əvəz  etdikləri  üçün  özünün 

özünə  məxsus  xüsusi  əlamətləri  yoxdur  lakin,  bunuda  qeyd  edək  ki,  əvəzliklər  çox  vaxt  ümumiləş-

dirmə bildirir və bu xüsusiyyətinə görə də bəzən digər nitq həssələrində əvəzlikləşmə hallarına təsadüf 

etmək  olur.  Əvəzlikləşmə  isimlərdə  (xalq,  camaat,  əhali  vəs.),  “Xalqın  gözü  tərəzidir”,  sifətlərdə 

(cürbəcür,  müxtəlif,  başqaları,  qeyriləri  və  s.)  “Kamil  insan  başqalarınıda  mübarizəyə  cəlb  etməyi 

bacarandır.”, saylarda (çoxlarına, xeyli, ikisi və s.) “Çoxlarına bu hadısə məlum idi” və s. 

Apardığımız tədqiqatdan konversiyanin dildə əhəmiyyətli bir proses olduğunu vurğulaya bilərik. 

Əslində  bu  proses  dilin  lüğət  tərkibinin  zənginliyinə  xidmət  etməklə  bərabər  sinonimik  ifadəsindən 

uzaqlaşma imkanı da yaradır. 

 

 

ETNOTOPONİMLƏRDƏ YATAN TARİX 

 

Ceyhunə HÜSEYNOVA, Turanə HƏSƏNOVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.huseyn@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan  toponimiyasının  böyük  bir  qismini  etnonim  mənşəli  toponimlər  təşkil  edir. 

Entonimlər  millət,  tayfa  və  xalq  adlarıdır.  Azərbaycan  xalqının  yaşadığı  ərazi  ilə  bağlı  bir  sıra 

entonimlər vardır.  Entonimlər özündə xalqın tarixini yaşadaraq onun keçmişi, bu günü və  gələcəyini 

müəyyən edir. Azərbaycanla bağlı entonimləri ölkəmizə gələn səyyahların əsərlərindən , lüğətlərindən, 

ərəb mənbələri və bir sıra alimlərimizin əsərlərindən öyrənə bilərik. Entonimlərə misal olaraq Əfşar, 

Qazax,  Bayat  və  s.  kimi  qədim  tayfaları  göstərmək  olar.  Xalqın  traix  göstəricisi  olan  etnonimlər  öz 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə