Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə71/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   67   68   69   70   71   72   73   74   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

909



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

varlığını toponimlərimizdə yaşatmaqdadır. Toponimlər müəyyən  yerə aid olub, coğrafi anlayış ifadə 

edir. Toponimlərin öyrənilməsində antik müəlliflərin, ərəb səyyahlarının əsərlərindən məlumat almaq 

olar. Bakı, Muğan, Gəncə və.s toponimlər Azərbaycan tarixini özündə yaşadan onomastik vahidlərdir. 

Bu toponimlər haqqında səyyahların əsərlərində müxtəlif məlumatlara rast gəlirik. 

Bakı  şəhərinin  adının  tarixi  ilə  bir  neçə  mülahizələr  vardır  .Müxtəlif  dövrlərdə  səyyahlar  və 

tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmusdur. 

Bundan  əlavə  Abseron  yarımadasında  rast  gəldiyimiz  adlar  əsasən  bu  ərazilərdə  yasayan 

tayfaların  adı  ilə  bağlı  olmusdur  .  Massagetlərdən  Maştağa,  mərd  tayfasından  Mərdəkan,  türklərin 

adından Türkan qəsəbəsinin adı meydana çıxmışdır. Bakı adına gəldikdə isə Bakı sözünün tarixi ilə 

bağlı olan variantlardan biri də fars dilində alınma “ Badi-kübə” sözünün birləşməsindən yaranmışdır. 

Fars dilindən tərcümədə “Küləklər səhəri” mənasını verən bu sözün Bakının adında əks olunmasını bir 

çox alimlər təsdiq edir. 

Qafqazşünas K.P.Patkanov iddia edir ki,bu şəhərin adı məhz lak sözü “baki” dən (təpə deməkdir) 

əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üzərində salındığından bu fikri bir növ doğru kimi qələmə 

verirlər.  Lakin,  türklərin  “İslam  ensiklopediyası”  nda  isə  Bakı  sözünün  bəy-köy  türk  sözündən 

yarandığı qeyd edirlir. Bəy-köy sözü baş şəhər deməkdir. Tarixçi Əli Hüseynzadə Mahmud Kaşğarinin 

məşhur “Divani-lüğət üt türk” əsərinə əsaslanaraq K.P.Patkanovun söylədiyi nəticəyə gələrək, əsərdə 

təpə  mənasında  işlədilən  Bakı  sözünə  əsaslanmış  və  Bakı  şəhərinin  adının  bu  sözdən  götürüldüyünü 

qeyd etmişdir. Bu fikirlə coğrafiya elmləri doktoru B.Budaqov da təsdiq etmisdir. Bakı adının mənşəyi 

haqqında  maraqlı  fikirlərdən  biri  də  bu  adın  ilkin  forması  kimi  fars  mənşəli  Baqavan  sözündən 

yaranmasıdır.  Bu  söz  tanrının  şəhəri  kimi  tərcümə  olunur.  Müasir  dövrümüzdə  Bakı  şəhərinin 

“küləklər  şəhəri”  adlanması  güman  ki,  xalqımızın  Bakı  toponiminin  etimologiyasının  fars  dilində 

“Badi-Kubə”sözü ilə əlaqələndirilməsindən irəli gəlir. Fikrimizcə, bu mülahizə şəhərimizin adına daha 

uyğun gəlir. 

Bəzi tədqiqatçılar Sumqayıt şəhərinin adının “Sum qayıt ” adlı əfsanə ilə bağlayırlar. Şəhərin adı 

ilə bağlı daha bir neçə əfsanələr də vardır. 

Şəhərin  adı  qədim  türk  tayfası  olan  ‘’suqa”  və  ya  “sunqa”ların  adından  götürülmüsdür. 

“it”şəkilçisi  isə  qədim  türk  dillərində  cəm  şəkilcisi  olub,  ‘sumqait”  –“sunqalar”,  yəni  “sunqaların 

yerləşdiyi ərazi” mənasını daşıyır. 

Etnoqraf  alim  A.Hüseynzadənin  araşdırmalarına  görə  şəhər  hələ  yaranmamışdan  əvvəl 

Abşeronda  “Sumqayıt”  adını  daşıyan  4  müxtəlif  coğrafi  ərazi  olub.  Alimin  yazdıqlarına  görə  elmi 

ədəbiyyatda  toponimiyanın  aşağıdakı  variantları  məlumdur.  Sumqayıt  Suqayt,  Sumqay,Sunqayıt, 

Sukkait . 

Apardığımız  araşdırmalardan  belə  nəticəyə  gəlirik  ki,  “Sumqayıt”  adı  qədim  türk  tayfasının 

adından götürülmüşdür. Qədim dövrlərə nəzər salsaq görərik ki, Sumqayıt şəhərinin adında olan “it” 

formantı həqiqətən də qədim türk yazılı abidələrində, göytürk yazılarında cəm şəkilçisi kimi çıxış edir. 

Tovuz şəhərinin adı qədim Oğuz –Toğuz türk dilli qəbilələrin adından yaranmışdır. Tovuzun adı 

ilə  əlaqədar  bir  neçə  mənbələrdəki  məlumatı  qeyd  edə  bilərik,  onlardan  biri  “Tau  ok  uz”  qədim 

türkçədən (huncadan) tərcümədə dağ tayfalarıyıq mənasını verir, ikincisi isə “Tau ust”qala türkcədən 

tərcümədə  dağ  üstündə  yerləşən  qala  mənasini  verir.  Bu  iki  variantlardan  daha  inandırıcısı  ikinci 

variantdır  ki,  həqiqətən  əraziyə  bu  adın  verilməsi  dağlarda  yerləşən  Tavuz  qalanın  adı  ilə  bağlıdır, 

qalanın xarabalığı hələ də qalamaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində 

bölgəyə gəlmiş Hun-Sabir tayfaları tərəfindən tikilmişdi. 

Qobustan adının mənşəyi və anlamı haqqında tədqiqatçılar müxtəlif fikirlər irəli sürmüşlər. Lakin, 

onlardan ən çox işlədilən fikir coğrafi şəraitlə bağlı yaranmışdır. Həmin fikirə görə Qobustan qobular 

diyarı, ucsuz-bucaqsız düzənlik, saysız -hesabsız təpələr arasında torpaq uçurumları nəticəsində əmələ 

gəlmişdi.  Bunun  əsasında  Qobustan  adının  məhz  bu  təbiət  şəraitilə  əlaqəli  yarandığını  qeyd  edirlər. 

Türk dillərində qobu, kobu sözü yarğan, boşluq, yarimsəhra anlamına gəlir. Digər bir mənbədə qeyd 

edilir ki, qobustan adı “Kəbristan”olmuşdur. “Kəbr”oda sitayiş edən “stan” isə diyar anlamı kimi qəbul 

edildikdə  bu  məkan  oda  sitayiş  edənlərin  diyari  kimi  başa  düşülür.  Belə  nəticə  çıxır  ki,  bu  diyarda 

atəşpərəstlər  yaşamış  və  ona  görə  də  ərazi  Kəbristan  adladırılmışdır.  Belə  bir  mülahizə  də  vardır  ki, 

Qobustan sözünün ilkin forması Gavistan şəkilində olmuşdur. Gav farsca öküz, inək, “stan”- isə diyar 

anlamında  yer  bildirən  şəkilçidir.  Bu  halda  söz  “Öküzlər  diyarı”şəkilində  şərh  edilməkdədir.  Bu 

variantın  da  irəli  sürülməsi  təsadüfü  deyildi.  Çünki,  vaxtı  ilə  Qobustan  ərazisində  çoxlu  çöl  öküzü 

yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhilləşdirilmişdir.  




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

910



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Qədim  diyarlarımızdan  biri  olan  Şəmkir  toponiminin  də  etimologiyası  haqqında  müxtəlif 

mülahizələr  mövcuddur.  Orta  əsr  ərəb  və  fars  mənbələrində  Şəmkür,  türk  mənbələrində  Şəmkür, 

Şəmkir kimi göstərilmişdir. 1924-ci ildə İstanbulda “Müxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən 

Zeynaloğlu bu adı müxtəlif cür izah etmişdir. Şəms-Günəş Kür-tapınan, yəni günəşə tapınanlar yurdu 

deməkdir.  Dilçi  alim  Cahangirov  isə  bu  adı  “Şamkür”,  yəni  kür  qırağı  kimi  izah  etmişdir.  Bizcə 

Cahangirovun irəli sürdüyü mülahizə daha doğru təsürat yaradır, rayonun adı onun coğrafi relyefi ilə 

üst-  üstə  düşür.  Bunu  onunla  qeyd  etmək  olar  ki,  həqiqətən  də  Şəmkir  rayonu  Kür  çayı  üzərində 

yerləşir. 

 Ehtimallara  görə  Qazaxın  əsası  8-ci  əsrdə  ərəb  sərkərdəsi  Mərvan  ibn  Məhəmməd  tərəfindən 

qoyulmuşdur. Bu yer haqqında 7-ci əsr hadisələri ilə əlaqədar “Kasak” kimi ərəb tarixçisi əl-kufi (9-ci 

əsrdə) məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli “Qazax” etnik birliyinin adını əks etdirir. 

Lakin, qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. 

Azərbaycan  etnonimik  və  toponimik  vahidlərinin  işlənmə  mövqeyi  son  dərəcə  genişdir.  Bu 

etnotoponimlər  özündə  Azərbaycanin  dünənini  yaşatmaqla,  bu  tarixi  faktları  gunumüzə  gətirmiş  və 

gələcək nəsillərə daşımaqdadır.  

 

 

“DUVAQ” ETNOQRAFİK TERMİNİNİN TÜRK                                      



LEKSİK QATINDA YERİ 

 

İlahə MUSAYEVA 

Sumqayıt Dövlət Universiteti 



i_musayeva83@mail.ru 

AZƏRBAYCAN 

 

İstər tarixi, etnoqrafik, istərsə də dil və mədəniyyət aspektindən öyrənilməsi labüd olan mərasim 



leksikasında etnolinqvistik amillərin müqayisəli şəkildə araşdırılması məqsədəuyğundur. Belə ki, ortaq 

tarixə malik olan türk dillərinin mərasim leksemlərinin struktur-semantik və funksional təkamülünün 

tədqiqi  olduqca  vacibdir  və  bu  araşdırmaların  tutarlı  faktlar  və  nəticələr  ortaya  qoya  bilməsi 

danılmazdır.  Nümunələr  əsasında  bu  leksemlərə  nəzər  salsaq  bəzi  sözlərin  semantik  differensiyaya 

uğradığının,  bəzilərinin  isə  fonetik  baximdan  fərqlənsələr  də  semantik  cəhətdən  paralellik  təşkil 

etdiyini  görə  bilərik.  Məsələn:  kürəkən,  küdəkü,  güyəgü,göygü,  göy  kürəkən  sözünun  müxtəlif  türk 

dillərində işlənən derivatlarıdır. 

Türk  dillərinin  mərasim  leksikasında  tez-tez  rast  gəldiyimiz  leksik  vahidlərdən  biri  də  duvaq 

sözüdür.  Duvaq  tarixən  türk  qızlarının  toy  zamanı  bəd  nəzərdən  qorunmaq  üçün  istifadə  etdikləri 

vasitə,  örtükdür.  Evlilik  mərasimində  həyat  yoldaşlarının  üzünü  ilk  dəfə  gördüklərinin  sübutu  kimi 

duvağı bəy özü açmış, rənginə gəldikdə isə saray gəlinləri qırmızı, sadə xalq isə bənövşəyi, ağ, mavi 

rənglərdən istifadə etmişlər. 

Azərbaycan dilinin izahlı lüğətində duvaq 2 mənada göstərilmişdir: 

1)  (etnoq)  gəlin  gedən  qızın  üzünü  örtən  tül  örtü.  Məs:  Gül  düxtərinin  ərusi  yetmiş;  Gülgün 

duvağın başına örtmüş. (Xətayi)  

2) məc.Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. (R.Rza)  

 Bu  terminin  etnoqrafik  yaşına  nəzər  salsaq  Kitabi  Dədə  Qorqudda  eyni  fonetik  tərkibdə,  eyni 

anlamda  işləndiyinin  şahidi  olarıq.  Məs:  Selcan  xatun  aydır:  -  Tatlu  dəmağ  tutubanı  soruşmadım,al 

duvağım altında söyləşmədim.  

İzahlı lüğətdə həmçinin termininin bir çox törəmələrinin izahı verilmişdir: duvaqqapma (is. ədəb. 

xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeri) duvaqlı ( üzündə 

duvaq  olan,  üzü  örtülü  ),  duvaqlıq  (duvağa  yarayan  duvaqlıq  tül),  duvaqlanmaq  (üzünə  duvaq 

çəkilmək).  

Turkiyə  türkcəsində  “duvak,  tuvak,tuğak  “  sözləri  fonetik  baxımdan  fərqlənsə  də,  semantik 

cəhətdən  eyni  funksiyanı  daşıyır.  Türk  dilinin  sözlüyündə  leksemin  3  mənası  göstərilmişdir:  1)  isim 

Gelinin başını, bazen de yüzünü örten dantel veya tülden örtü. 2) Küp, tandır, baca və b.nın taş ve ya 

torpaktan yapılmış kapağı. 3)Yeni doğan bazı bebeklerin doğduğu zaman başlarını çevreleyen zar. 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə