Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə69/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   65   66   67   68   69   70   71   72   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

905



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

- Türk sərfi Aristotel və İbn-Mühənna zamanından qalma fikirlərdən təmizlənməlidir. 

- Türk sərfləri əcnəbi sərfləri təqlid edilərək yazılmamalıdır. 

- Dilimizdə olan əcnəbi sözlər bəsit damar (sadə kök) kimi götürülməli, onların qaydaları aradan 

qaldırılmalıdır. 

- Türk sərfi bu məsələlərdən bəhs etməlidir: a) səs; b) damar: bəsit, müürəkkəb; c) şəkilçi: canlı, 

cansız, sözyapan, sözdəyişdirən; ç) söz: ayrı söz, mürəkkəb söz, yarımsöz, şəkilsiz söz; d) cümlə, onun 

növləri, vəzifələri. 

- Şəkillərdə məna bəhsi olmalıdır. 

-  Sərf  kitablarının  sonuna  xalqın  əcnəbi  sözləri  necə  dəyişdirib  mənimsədiyini  göstərmək  üçün 

xalq etimologiyası bəhsi də əlavə olunmalıdır.  

Bəkir  Çobanzadənin  “Türk  dili  sərflərinin  ümumi  qüsurları”  məqaləsi  üzərində  apardığımız 

araşdırma onu göstərir ki, alim dilin tədrisi ilə bağlı ciddi problemlərə toxunmuş və həmin məsələlər 

bu gün öz aktuallığını saxlamaqdadır.  



 

 

 

ORTA MƏKTƏB DƏRSLİKLƏRİNİN DİLİ: 7-Cİ SİNİF 

“İNFORMATİKA” DƏRSLİYİNDƏ ƏDƏBİ DİL                      

NORMALARININ POZULMA HALLARI 

 

Nuranə HÜSEYNLİ 

Bakı Dövlət Universiteti 



nurana.huseynli@mail.ru 

AZƏRBAYCAN 

 

Ana  dilimiz  -  Azərbaycan  dili  mükəmməl  qrammatik  quruluşa  və  zəngin  lüğət  ehtiyatına 



malikdir. Ədəbi dilimizin normaları çoxəsrlik inkişaf yolu keçmiş və bu gün sabitləşərək mükəmməl 

forma almışdır. Bu normalar dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-

sabit  normalardan,  yəni  makronormadan  fərqlənir.  Dilin  daxili  quruluşunu  onun  fonetikası,  leksikası 

və  qrammatikası  təşkil  edir.  Buna  uyğun  olaraq  ədəbi  dilin  fonetik  (orfoqrafik  və  orfoepik),  leksik 

(leksik-semantik),  qrammatik  (morfoloji  və  sintaktik)  normaları  var  və  onlar  dilimizin  saflığının 

qorunmasına xidmət edir. Şifahi dildən fərqli olaraq, yazılı ədəbi dildə bu normalara daha ciddi şəkildə 

əməl olunmalıdır. Bu mənada, orta məktəb dərsliklərinin hazırlanmasında dövlət dilinin normalarına 

ciddi  şəkildə  riayət  olunmalı,  dərsliklərin  dilinin  formalaşmasından  ötrü  milli  dilin  bütün 

imkanlarından maksimum şəkildə istifadə edilməlidir. Təəssüf ki, bu gün dərsliklərin dilində ədəbi dil 

normalarının  pozulması  hallarına  rast  gəlməmək  mümkün  deyil.  Xüsusilə  son  dövlər  elmi-texniki 

tərəqqinin nailiyyətləri əsasında yaranan yeni sahələr üzrə hazırlanmış dərsliklərdə bu cür məqamlarla 

rastlaşmaq olur. Belə dərsliklərdən biri də 7-ci sinif şagirdlərinin “İnformatika” (Bakı: Yaznəşr, 2014) 

kitabıdır.  Dərsliyin  dilində  ədəbi  dilin  fonetik,  leksik,  qrammatik  normalarına  riayət  olunmaması  ilə 

bağlı xeyli sayda faktlar vardır.  



Fonetik normanın pozulma halları: 

a) Noutbuklarda siçan qurğusu əvəzinə taçpad qurğusundan istifadə olunur (s.13). Orfoqrafiya 

lüğətində söz noutbuk deyil, notbuk şəklində göstərilmişdir.  

b)  Siyahıdakı  hansı  proqramlar  sizə  tanışdır,  hansı  –  yox?  (s.  17).  Hansı  sözündən  sonra  tire 

qoyulması orfoqrafik qaydalara ziddir.  

c)  Fayllar  və  qovluqlar  üzərində  müxtəlif  əməliyyatlar  aparmaq  –  onları  yaratmaq,  saxlamaq, 

açmaq, adını dəyişdirmək, üzünü köçürmək, yerini dəyişdirmək, uzaqlaşdırmaq, qapatmaq olar (s. 24). 

Burada işlənən sözlər sadalama xarakterli olduğundan qoşa nöqtə qoyulması daha düzgündür. Çünki 

tire, əsasən, aydınlaşdırma, izah xarakterli cümələrdə işlənir. 

ç) Bu cədvəldən hər hansı kitabın sizdə olubolmamasını, yaxud axtardığınız kitabın hansı rəfdə 

olmasını asanlıqla bilmək olar (s. 29). Olub-olmaması sözü defislə yazılmalı idi.  

d)  OpenOffice.org  Writer  mətn  reda.ktorunu  başladın  (s.35)  Redaktoru  sözündə  əlavə  durğu 

işarəsi qoyulmuşdur. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

906



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

e) Əsas proqramda bu altproqramı hər dəfə çağıranda uyğun rəngi də göstərin məsələn, kvadrat 

(s. 73) Məsələn sözündən əvvəl vergül işarəsi olmalı idi. 

f)  Onlara İnternet  xidməti  təminatçıları,  yaxud,  qısaca, provayderlər deyilir (s.  80).  Yaxud 

bağlayıcısından sonra vergül işarəsinin qoyulması yanlışdır. 

g)  Məktub  göndərilən  zaman  adresatın  kompüteri  İnternetə  bağlı  olmasada,  sonradan  poçt 

qutusunu yoxladığı zaman həmin məktubu alacaq (83). Da bağlayıcı olduğundan ayrı yazılmalı idi. 

Leksik normanın pozulma halları:  

a) Mouse simgəsini tapıb çıqqıldadın (s. 13). Simgə türk sözüdür, qarşılığı simvoldur. Həmçinin 

çıqqıldatmaq termini, fikrimizcə uğurlu deyil.  

b) Ona görə də fotoqrafiyalar, adətən, bu formatda saxlanılır, ondan İnternet saytlarında da geniş 

istifadə olunur (s. 38). Fotoqrafiya rus sözüdür, varvarizmdir, qarşılığı fotoşəkil və ya şəkildir.  

c) Başqa sözlə, hər kəsin öz subyektiv fikri olur (s. 47). Subyektiv sözünün mənası şəxsi, fərdi, 

özünəməxsus,  özünə  aid  deməkdir.  Öz  və  subyektiv  sözləri  cümlədəki  məzmununa  görə  yaxın 

olduğundan yanaşı işlənməsi üslubi artıqlıq yaratmışdır.  

ç)  Son  vaxtlaradək xəstəxanalarda kompüterlərdən  uçot  və  qeydiyyat  məqsədilə  istifadə 

olunurdu (s. 90).  Uçot rus sözüdur, qarşılığı mühasibatdır, həmçinin cümlədə məzmunca qeydiyyat 

sözü ilə eynidir.  

d) Qanlı döyüş səhnələri olan oyunlar insanları bir-birinə qarşı daha da  dözümsüz  edir (s. 93). 

Qrammatik  baxımdan  cümlə  düzgün  olsa  da,  dözümsüz  sözü  yerinə  düşməmişdir.  Amansız,  qəddar 

sözlərini işlətmək münasib olardı.  



Qrammatik normanın pozulma halları:  

a)  İstifadəçiyə  isə  “ən  yaxın”  olan  tətbiqi  proqramlardır.  Bu  proqramların  aparat  hissəsinin 



işinə təsiri azdır və onun əsas işi informasiyanı emal edərək nəticələri istifadəçiyə çatdırmaqdır (s.19) 

Cümlədəki  “aparat  hissəsinin  işinə  təsiri”  ifadəsindəki  sözlər  arasındakı  dolaşıqlıq  nəticəsində  fikir 

dəqiqliyi məlum olmur, oxucuda çaşqınlıq yaradır. 

b)  Proqramlaşdırma  alətləri  dedikdə    nəzərdə  tutulur?  (s.  19).  Cümlədə  kəmiyyətə  görə 

uzlaşma  əlaqəsi  pozulub.  Belə  ki,    deyil,  nələr  nəzərdə  tutlub  və  ya  proqramlaşdırma  aləti 

formasında işlədilməli idi.  

c) Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışın ki, o, yetərincə qısa olsun (s. 

20) Danışıq dilində ən çoxu ifadəni işlədə bilirik, yazılı dildə isə bu söz şəkilçisiz işlənir.  

ç)  Proqram  pəncərəsinin  sol  hissəsində  (Slayd  panelində)  hər  hansı  slaydı  seçdirin  (s.43). 

Seçdirin sözünə şəkilçi düzgün artırılmayıb, “slaydıseçin” olmalı idi. Çünki hərəkət istifadəçinin özü 

tərəfindən icra olunur.  

d)  Beləliklə,  kompüterdə  məsələ  həlli  aşağıdakı  əsas  mərhələlərdən.  Beləliklə,  kompüterdə 

məsələ  həlli  aşağıdakı  əsas  mərhələlərdən  keçir  (s.  64).  Göründüyü  kimi,  cümlə  diqqətsizlik 

ucbatından təkrar yazılıb.  

e)  “Texnologiya”  fənnində  müxtəlif  sahələrə  aid  bir  sıra  texnologiyalarla  tanış  olmuşsunuz  (s. 

89).  Olmuşsunuz  sözü,  eləcə  də  bu  tip  digər  sözlərdə  artıq  keçmiş  zaman  şəkilçisinin  ş  səsi  düşür. 

Analogiya  kimi  “xoş  gəlmişsiniz”  ifadəsini  göstərə  bilərik.  Dil  həm  də  sadələşməyə  meyilli  olduğu 

üçün bu cür sözlər olmusunuz, gəlmisiniz, yazmısınız şəklində yazılır.  

 f) Bu işləri kompüterlərlə idarə olunan robotlar insanlar kimi, hətta onlardan da yaxşı görə bilir 

(s. 90) Cümlə konstruksiyası düzgün qurulmayıb. Tamamlıq mübtədadan sonra gəlməli idi. Bu halda 

cümlə daha anlaşıqlı olar.  

Bütün  bu  nümunələrdən  belə  nəticəyə  gəlmək  olar  ki  ,  dərsliyin  dilində  kifayət  qədər  norma 

pozuntuları var. Təbii ki, bu da müxtəlif səbəblərlə bağlıdır:  

- Fonetik normanın pozulması redaktorların diqqətsizliyindən və tələskənliyindən irəli gəlir. Eyni 

zamanda çoxsaylı əcnəbi sözlərin – terminlərin orfoqrafiyasında da ciddi qüsurlar var. Doğrudur, kiçik 

çap  səhvləri o  qədər  də  mühüm  olmasa  da,  bəzi  hallarda  böyük  problemlər  yaradır.  Nəzərə  alsaq  ki, 

oxucular orta məktəb şagirdləridir, bu, həmin səhvlərin düzəldilməsini kifayət qədər zəruri edir.  

- Leksik normanın pozulmasının başlıca səbəbi tərcümə texnologiyasının düzgün qurulmaması ilə 

bağlıdır. Məlumdur ki, texniki sahələrə aid elmi ədəbiyyatlar, əsasən, digər dillərdən (ingilis, rus, türk) 

tərcümə  olunur.  Və  bu  proses  zamanı  yaranan  diqqətsizlik  üslubi  normanın  pozulmasına  gətirib 

çıxarır.  Ona  görə  də  tərcümə  zamanı  daha  ciddi  və  məsuliyyətli  olmaq  əsas  şərtdir.  Bir  faktı  da 

xüsusilə  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilində  leksik  normanın  keyfiyyətini  milli  leksika 

müəyyən edir. Deməli, leksik normanın pozulması milli leksikaya xələl gətirir.  



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə