Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə65/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   61   62   63   64   65   66   67   68   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

899



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

üslubunda  öz  həllini  tapmayan  nəzəri  məsələlər  vardır.  Əzizə  Mikayılovanın  “Onomastik  vahidlərin 

üslubi imkanları” kitabında bu fikirlərə münasibət göstərilmişdir. Dilçilikdə “Onomastika” sözünün iki 

mənası  izah  olunur:  1.Dildə  mövcud  olan  xüsusi  adların  hamısı,  2.Dilçiliyin  xüsusi  adları  öyrənən 

bəhsi.  A.Qurbanov  isə  dildəki  xüsusi  adların  məcmusunun  onomastika,  ondan  bəhs  edən  dilçilik 

sahəsini  isə  onomologiya  adlandırılmasını  daha  məqsədyönlü  hesab  etmişdir.  T.İ.Hacıyev  və 

K.N.Vəliyev  “Azərbaycan  ədəbi  dilinin  tarixi”  monoqrafiyasında  onomastikanın  xalqın  tarixini  əks 

etdirən faktorlardan biri olduğunu əsaslandıraraq yazmışlar: “İnsan adlarının yaratdığı təbəqələr xalqın 

tarixi inkişafının mərhələlərinə uyğundur”. Hər hansı bir onomastik vahidin yaranma tarixini bilmək 

isə həmin dövrdə xalqımızın yaşayış tərzi, adət-ənənəsi, dini mənsubluğu, əhalinin iqtisadi durumu və 

s. haqqında müəyyən təsəvvür yaradır. A.Qurbanov tədqiqatlarında dilçiliyin tarixi köklərini XIV əsrlə 

deyil  eramızdan  əvvəlki  dövrlərlə  əlaqələndirərək  fikrini  elmi  və  məntiqi  cəhətdən  əsaslandırır. 

Antronimlər  insan  cəmiyyəti  yarandığı  gündən  bir  qədər  sonra  dilin  yaranması,yəni  ünsiyyətlə  bağlı 

olaraq  meydana  gəlmişdir.  XIX  əsrin ikinci  yarısından  ədəbi dilinbədiiüslubunda  yranmış  onomastik 

leksika çox zəngin və rəngarəngdir. Antroponimlər bədii ədəbiyyatda müxtəlifvəzifələr daşıyır:   

1. Antroponimlər vasitəsi iləpersonajlar fərdiləşdirilir. 

 

 

 



 

2. Antroponimlər əsərə millilik gətirir. 

 

 

 



3. Obrazların mədəni keyfiyyətləri  çox zaman adlarla səciyyələndirilir. 

 

 



4. Sənətkar əsərin ideyasının təsirli çıxması üçün antroponimlərdən istifadə edir . 

 

5. Düzgün ad seçimi oxucunun marağını artırır. 



 

 

 



 

6. Personajların antroponimləri onların yaşadıqları  dövr haqqında məlumat verir. 

Bədiiüslubda digər onomastik vahidlər kimi antroponimlər də bütövlükdə əsərin ideyasına süjet 

xəttinə hadisələrin inkişafına xidmət edir. Buna biz Koroğlu dastanı nümünəsində aydınlıq gətirək. 

XVII-XVIII yüzilliklərdə formalaşan bu qəhrəmanlıq dastanı epik poetikanın əlamətləri kimi bir 

çox  tarixi  hadisələsrin  izlərini  özündə  qoruya  bilmişdir.  Məlumdur  ki,  dastandakı  hadisələr 

Koroğlunun ətrafında cərəyan edir. Koroğluya xas xüsusiyyətlər onun adı ilə fərdiləşdirilir. 

Koroğlunun adının mənası hər bir xalqın adət- ənənəsi ilə bağlı olaraq bir çox variantlarda fərqli 

şəkildə  izah  olunmuşdur.  Maraqlıdır  ki  ,  Rövşənin  Koroğlu  adını  daşıması  ayrı-ayrı  araşdırmalarda 

rəngarəng fikirlər doğursa da ,eposda bu cəhət müəmmalı deyil. Rövşən qarşısına çıxan ilk cəngavərə 

öz  nəslini  –  soyunu  belə  təqdim  edir  :  adım  Rövşən  atadan  anadan  isə  cinsim  Koroğludur.  Bəlli  bir 

həqiqətdir  ki  ,  dastanın  əldə  olan  bütün  variantlarında  Koroğlu  adı  Rövşənə  atası  Alı  kişi  tərəfindən 

verilmiş  ləqəbdir.  Əsərdə  atanın  oğlunu  nə  üçün  Koroğlu  adlandırması  mənalandırılmır.  Xalqın 

səadətini  istiqlaliyyət  və  müstəqillik  uğrunda  qəhrəmanlıq  ideyalarını  nümayiş  etdirən  Koroğlu  və 

onun başına toplanmış dəliləri habelə azərbaycanlı türk qadınının ən ləyaqətli simasını səciyyələndirən 

Nigar  xanım  onun  xeyir  duası  ilə  cəngavərlərin  müxtəlif  səfərdə  Çənlibelə  gətirdikiləri  qız-gəlinlər 

həm  ümumi  müştərək  həm  də  hər  biri  ayrı-ayrılıqda  fərqli  cizgilərə  xarakterlərə  məxsus  bədii 

obrazlardır.  Döyüş  və  mübarizə  meydanında  misilsiz  igidliklər  göstərən  qəhrəmanın-dəlinin 

özünəməxsus yeri mövqeyi və fərdi keyfiyyətləri vardır ki, həmin fərdi keyfiyyətləri qadın surətlərinin 

səciyyəsində özünü göstərir. Koroğlu eposunun özünəməxsusluğu hər şeydən öncə onun qəhrəmanlıq 

səciyyəsi  ilə  müəyyənləşir.  Digər  önəmli  bir  cəhət  onda  təsvir  edilmiş  bütün  qəhrəmanlıq  ruhlu 

səhnələrin epizod və motivlərin aparıcısı qəhrəmanın ətrafında mərkəzləşməsidir. Belə ki, dastandakı 

bütün döyüş mübarizə cəngavərlik və qələbələr Koroğlunun adı ilə bağlıdır. Koroğlunun döyüşçüləri 

dəli  adlanırdı  .  Dəli  sözünün  ilkin  şəkli  daqlay  olub.  Daq-  od  lay  –  törəmə  deməkdir.  Dastanın  əsas 

obrazlarından  biri  Koroğlunun  arvadı  Nigardır.  Nigar  fars  dilində  gözəl  yaraşıqlı  deməkdir.  Nigarın 

ilkin  şəkli  naaqqardır.  Naaqqardan  Nigardan  başqa  niaqara,  nağara,  nadan,  nökər,  naxarar  və  niqa 

sözləri yaranıb. Dastanda Həsən adlı bir neçə adam var. Hasan xan, Hasan paşa və Dəli Həsən. Ərəb 

dilində Həsənin anlamı gözəldir. Həsən sözünü ilkin şəklinə qaytarsaq qassan alınar. Bəzən rus dilində 

Həsən Qassan şəklində yazılıır. Qas-od san- yer yurd şan- şöhrət doğum törəmə deməkdir. Dəli Həsən 

güclü  alovlu  bir  bahadır  idi.  O  Koroğluyla  dostlaşandan  sonra  yağmaçılıqla  topladığı  xəzinəni 

Koroğluya verir. Dəli Həsən Koroğludan sonra Çənlibeldə ikinci adam idi. Koroğlu bir yerə gedəndə o 

Koroğlunu  əvəzliyir,  Çənlibelin  savunmasını  qurur  ,döyüşdə  bozqurd  kimi  vuruşurdu.  Aydınlaşır  ki 

,Dəli  Həsən  Həsən  xan  və  Hasan  paşa  adlarını  doğruldublar.  Dastanda  maraqlı  obrazlardan  biri 

Koroğlunun  oğulluğudur.  Həm  A.  Xodzqo,  həm  də  M.H.Təhmasib  variantında  onun  adı  Eyvaz 

şəklində  gedir.  Belə  fikir  var  ki,  Eyvaz  Əvəz  adının  təhrifə  uğramış  şəklidir.  Amma  bu  fikir 

səhvdir.Ahəng qanunu Türk dilinin bel sütunudur. Bu qanuna görə Eyvazın əsl şəkli Ayvazdır. Ayvaz-




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə