Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə62/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   58   59   60   61   62   63   64   65   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

893



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

”İşarə  əvəzliklərinin isimləşməsindən danışarkən  3-cü  şəxsin  təkini  bildirən “o”şəxs  əvəzliyi  ilə “o” 

işarə  əvəzliyi  xüsusilə  qeyd  edilməlidir.  Bunlar  səs  tərkibi  və  mənşə  etibarilə  eynidir.  Və  əşyanı 

bildirən “o” şəxs əvəzliyi olduğu üçün “o” işarə əvəzliyinin substantivləşməsindən danışmağa ehtiyac 

qalmır. Deməli, tarixən dilimizdə “o” işarə əvəzliyi vardır və o substantiv formada şəxs əvəzliyi kimi 

çıxış edir. Məsələn: O kitab Mənsurundur. O, Mənsurundur. 

Bu  proseslər  onu  söyləməyə  əsas  verir  ki,  konversiya  dilin  zənginləşməsində,  lüğət  tərkibinin 

inkişafında xüsusi əhəmiyyət kəsb edir. 

Keçid  prosesində  zərflər  də  bağlayıcılaşmada,  modallaşmada,  qoşmalaşmada  və  s.  iştirak  edir. 

Məsələn:  -ca  -  zərf  düzəldən  şəkilçi  qoşma,  ədat  və  modal  sözlərin  yaranmasında  vasitə  rolunu 

oynayır: Dəryaca (qoşma) ağlın olsun. Bircə (ədat) səni görə biləydim. Məncə (modal söz) onun bu 

işdən  xəbəri  yoxdur.  Bundan  başqa  –la  zərf  düzəldən  şəkilçi  də  bağlayıcı  və  qoşma  kimi  çıxış  edə 

bilir: Sən çıxdın qarşıma duzla çörəklə. Nümunədə birinci “la” bağlayıcı, ikinci isə qoşma vəzifəsində 

işlənmişdir.  Bəzi  sözlər  həm  isim,  həm  də  zərf  olur.  Zərflərin  substantivləşməsindən  danışarkən  bu 

məsələyə  toxunmaq  lazımdır.  C.Cəfərov  qeyd  edir  ki  ,gecə,  sabah  və.s  tipli  sözlərin  isim  kimi 

işlənməsinə çox rast gəlinir: Açıldı bir zaman sabahın gözü... Tük ürpənir lal gecələrin vahiməsindən - 

bu cümlələrdəki sabahın və gecələrin sözlərini zərflərin substantivləşməsi adlandırmaq düzgün olmaz. 

Bunlar  isimdir.  Zərflər  hərəkətlə  bağlı  olur.Yuxarıdakı  nümunədə  isə  belə  deyil.  Bu  sözlər  sırf 

isimlərdir  və  bunlar  yuxarıda  da  qeyd  etdiyimiz  kimi  substantivləşmiş  zərf  deyildir.  O  zərfləri 

substantivləşmiş zərf adlandırmaq olar ki onlar əsil zərflər (gec, tez, indi və.s ) olsun. Əsil zərflərinsə 

subsantivləşməsi  nadir  hallarda  baş  verir.  Həmçinin  pis,  az,  çox  və.  sözlərin  də  substantivləşməsini 

zərflərin deyil, sifət və sayın substantivləşməsi kimi adlandırmaq düzgündür.  

Keçid  prosesində  feillər  də  başqa  nitq  hissəsinə  keçir  və  bu  zaman  həmin  nitq  hissəsinin 

xüsusiyyətlərini qəbul edir. Məsələn, məsdər isim vəzifəsində çıxış edərək cümlədə mübtəda tamamlıq 

və.s  olur  hallanır  mənsubiyyətə  görə  dəyişir:  Oxumaq  (mübtəda)  çox  gözəldir  və.s.Feli  sifət  də 

cümlədə özündən sonra gələn ismi itirərək onun xüsusiyyətlərini qəbul edir və substantivləşir: Oxuyan 

qız sinif əlaçısıdır - Oxuyan sinif əlaçısıdır. Feli bağlama da adverbiallaşa bilir. Bu zaman zərf kimi 

tərz  ,zaman  bildirir:  Maşın  dönərək  küçədən  çıxdı.  Feillər  modallaşmada  da  iştirak  edir.  Həmçinin 

müəyyən sözlər həm isim, həm də fel kimi işlənir: tut, at, it və.s.Məsələn: İt sədaqətli heyvandır. O bir 

anda gözdən itdi. 

Beləliklə, gördüyümüz  kimi keçid prosesində bir nitq hissəsinə aid olan söz öz xüsusiyyətlərini 

itirmədən başqa nitq hissəsinin xüsusiyyətlərini qazana bilir. 

Dildə  konversiya  prosesi  onun  zənginliyinə  xidmət  edir,  nitq  hissələri  müxtəlif  məna  çaları 

qazanaraq fikrin daha rəngarəng və zəngin ifadə olunmasını təmin edir. 



 

 

 

MÜASIR AZƏRBAYCAN DILININ TERMINOLOJI LEKSIKASINDA AVROPA 

MƏNŞƏLI ALINMA TERMINLƏRIN LEKSIK-SEMANTIK 

STRUKTUR QRUPLARI 

 

Elnurə MANSUROVA 

Bakı Slavyan Universiteti 



nurka7777@mail.ru 

AZƏRBAYCAN 

 

Terminologiya  dilin  leksik  tərkibinin  fəal,  dəyişkən,  yeniləşən  hissəsidir.  İşlənmə  baxımından 



terminləri 2 qrupa ayırmaq olar: 1) ümumi terminlər; 2) xüsusi terminlər. 

Ümumi terminlər həm ümumişlək, həm də termin səciyyəlidir. Məsələn: dəniz, çay, okean, su, ot, 

gül, ağac, kol, günəş, ay, ulduz və s. Ümumi terminlər terminlə söz arasında qarşılıqlı əlaqənin aşkar 

nümunəsidır.  Onların  biri  digərinə  keçə  bilir.  Adi  sözlər  xüsusiləşərək  terminlərə,  terminlər  isə 

ümumiləşərək  öz  xüsusiyyətlərindən  uzaqlaşaraq  adi  sözlərə  çevrilir.  Termin  söz  kimi  nominativ 

xarakterə  malik  olub  əşyaları,  hadisələri  və  müəyyən  məfhumları  ifadə  edir.  Lakin  terminlər  xüsusi 

sözlər  deyil,  xüsusi  funksiya  daşıyan  sözlərdir  [4,  3].  Ayrı-ayrı  sahələr  üzrə  dilimizə  daxil  olmuş 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

894



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

terminlərə  bəzi  nümunələr  göstərək:  dilşünaslıq  terminləri:  qrammatika,  sintaksis,  dialekt,  omonim, 



sinonim, antonim, leksikologiya, semasiologiya, və s. 

Məhdud dairədə işlədilən söz qruplarına peşə-sənət leksikası da daxildir. 

Peşə -sənət leksikası ayrı-ayrı ixtisas, sənət və peşə ilə six əlaqədardır. Ona görə də hər hansı bir 

sənət  və  ya  peşə  adamlarının  nisbətən  məhdud,  lakin  olduqca  sabit,  özünəməxsus  leksikası  olur  [1, 

196].  Məsələn,  aorta, sintez,  analiz,  bakteriya,  palata,  orqan,  vena,  bint  və s.  Peşə-sənət  leksikasına 

aid olan sözlərin bir qismi hələ də məhdud dairədə işlənilir.  

Məsələn,  tibb  sahəsində:  amputasiya 

-bədənin  xəstə  üzvünün  kəsilməsi,  vaksin-yoluxucu  xəstəliklərə  qarşı  qoruyucu  maddə,  pnevmaniya-

sətəlcəm və s. 

İngilis  dilinin  və  onunla  yanaşı  bir  çox  dillərin  də  terminoloji  qatına  daxil  olaraq  fəal  işləklik 

keyfiyyəti  qazanan  bir  çox  terminlər  beynəlmiləl  səeiyyə  qazanaraq  ortaq  dil  elementinə  çevrilə 

bilmişdir.  Bu  tipli  terminləri  struktur  baxımdan  3  qrupa  ayırmaq  olar:  sadə,  düzəltmə  və  mürəkkəb 

terminlər. 

Terminologiyada  işlənən  beynəlmiləl  terminlərin  böyük  bir  qismi  sadə  terminlərdən  ibarətdir. 

Məsələn,  fizika-riyaziyyat  terminologiyasmda  işlənən  sadə  beynəlmiləl  terminlərə:  kosinus,  lindr, 

kvant, kvadrat və bir neçə misal göstərmək olar. 

Alınma terminlərdəki sözdüzəldici şəkilçilər dilimizdə morfem kimi müstəqilləşə, ayrıla bilmir. 

Aşağıdakı  ingilis  və  fransız  mənşəli  morfemlər  daha  məhsuldardır:  Məsələn,  fr.  -iste;  ing.-ist. 

Məsələn: jurnalist- journaliste (fr.), journalist (ing.); fr. –ant və s. 

Termin elementlərdən düzələn beynəlmiləl terminlər konkret bir dilə aid olsa da, başqa dillərdə 

də çox tez yayılır. Məsələn, yunan mənşəli hemo-qan (haima) Azərbaycan dilində mürəkkəb sözlərin 

birinci  tərkib  hissəsi  kimi  işlənə  bilir: hemo-qan,  he-  moqlobin-qırmızı  qan  kürəciklərinin  tərkibində 

olan  və  qana  qırmızılıq  verən  maddə;  hemotologiya-qanın  tərkibini  və  xassəsini  öyrənən  elm; 

hemodinamika-demokratlarda qan dövranı və s. deməkdir [3, 201]. 

Azərbaycan dili terminoloji sistemlərində işlənən termin elementlərini kök  morfemlərə artırılma 

yerinə görə iki qrupa ayırmaq olar: 

1) Prepozitiv (söz əvvəlinə qoşulan) elementlər; 

2) Postpozitiv (söz sonuna qoşulan) elementlər [3, 202]. 

Avropa  mənşəli  terminlərdə  prepozitiv  elementləri  müvafiq  struktur  keyfiyyətlərinə  görə  iki 

qrupa bölmək  mümkündür: a)konservativ  termin elementlər; b)deformativ  termin elementlər. Termin 

tərkibində  müstəqilliyini  saxlayan  prepozitiv  elementlər  konservativ,  şəkilçi  xarakteri  daşıyanlar  isə 



deformativelementlər adlanır. 

Adətən,  konservativ  termin  elementlər  öz  ilkin  formalarını,  müstəqil  məna  xüsusiyyətlərini 

saxlayır.  Avia,  avto,  aqro,  anti,  arxe,  astro,  vibro,  video,  ekzo,  etno,  elektro,  inter,  makro,  mikro, 

mono, moto və s. termin elementləri bu qəbildəndir. Məsələn: aviamaqnitometr, aviaqrup, aviakassa, 

kinofilm, radiotelefon, fotokamera, fotoelektrod, monokristal, elektroterm, elektromontaj və s. 

Mənbə  dildə  xüsusi  məna  daşıyan  konservativ  elementlər  dilimizdə  müstəqil  işlənə  bilmir. 

Onların  bir  çoxu  müxtəlif  leksik  vahidlərlə  semantik  xüsusiyyətlər  əsasında  birləşərək  birinci 

komponent kimi sözdüzəltmə elementi xarakteri daşıyaraq mürəkkəb terminlər düzəldir. Lakin burada 

bəzi  istisnalar  nəzərə  alınmalıdır.  Misal  olaraq  etil,  metil,  amil,  amin,  hiper,  avan,  multi  kimi  söz 

elementlərini  göstərmək  olar:  etilbenzol,  metilviolit,  amilasetat,  aminoplast  və  s.  Bəzi  prefiksal 

elementlər  Azərbaycan  dilində  ön  şəkilçilərə  meylli  şəkildə  işləklik  qazanmışdır.  Bu  zaman  bir  çox 

yunan və latın mənşəli elementlərin sonluqlarından «s, n» atılır, «o» saiti birləşdirici-funksiya daşıyır. 

Məsələn: karion (karyon)-kario; homos (homos) –homo; və s. 

Deformativ termin elementlər affiksal funksiya yerinə yetirir. Onlarm bir qismi ön söz, bir qismi 

isə şəkilçi kimi formalaşmışdır. Müasir Azərbaycan dili terminologiyasmda daha çox işlənən Avropa 

mənşəli deformativ termin elementlər bunlardır: dez-, de-, an-, bi-, bio-, re-, epi-, zoo-, dia-, di-, sub-, 

neo-,  izo-,  a-  və  s.  Bu  elementlərin  əmələ  gətirdiyi  terminlər:  izomer,  divergensiya,  dimorfizm, 

bilinqvizm və s. 

Yuxarıda qeyd edilən bir neçə (dez-, de-, an-, a-) termin elementləri qoşulduğu terminlərə inkar 

mənası  verir:  Məsələn,  "dezinfeksiya"  -xüsusi  dərmanlar  və  cihazlar  vasitəsilə  həşəratların  məhv 

edilməsi, «dezinteqrasiya» - bütövü öz tərkib hissələrinə parçalama və s.  

Postpozitiv derivasiya elementlərinin funksiyası ondan ibarətdir ki, köklərə müvafiq elementlər, 

formantlar qoşulmaqla yeni düzəltmə terminlər əmələ gətirilir.  



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə