Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə59/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   55   56   57   58   59   60   61   62   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

887



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN, RUS VƏ İNGİLİS DİLLƏRİNDƏ “MƏKAN” 

SEMANTİKALI MENTAL BAXIMDAN ƏHƏMİYYƏTLİ 

KONSEPTLƏRİN PAREMİOLGİYADA ROLU 

 

Ülkər CƏFƏROVA 

Bakı Slavyan Universiteti 



ulkerbabayeva@rambler.ru 

AZƏRBAYCAN 

 

Hər  bir  dildə  milli  mentaliteti  təşkil  edən  mühüm  konseptlər  mövcuddur.  Bunların  içində  xalq 



təfəkkürünü  müəyyən  edən  “müqəddəslik”  konnotasiyasına  malik  leksik,  frazeoloji  və  paremioloji 

vahidlər  xüsusi  yer  tutur.  Azərbaycan  dilinin  izahlı  lüğətində  müqəddəs  leksemi  4  mənada  verilir. 

Birincisi Allahla bağlı “Allaha aid olan, ilahi qüvvələrə malik” kimi izah olunur. Ikinci məna “Pak, 

təmiz // Mənəvi cəhətdən saf, ləkəsiz” kimi, üçüncü – “məc. Çox əziz, sevimli”, və, nəhayət, dördüncü 

məna  “məc.  Nəcib,  ülvi,  ulu,  yüksək,  pak”  kimi  təyin  olunur.  Göstərilən  xüsusiyyətləri  özündə 

cəmləşdirən  müəyyən  konseptlər  mövcuddur  ki,  onlar  dünyanın  dil  mənzərəsində  xalq təfəkküründə 

dərin  izlər  buraxır.  “Məkan”  mənalı  sözlər  sırasında  Azərbaycan  dilində  məscid  sözü  və  “məscid” 

konsepti seçilir.  

İ.  Həmidovun  Lüğətində  məscid  komponentli  ilə  üç  atalar  sözü  qeydə  alınıb.  Məsələn,  Məscid 

tikilməmiş  kor  ayağını  (əsasın)  dirədi.  İfadənin  strukturunda  “məscid”  konseptini  yaradan  heç  bir 

koqnitiv  əlamət  realizə  olunmur.  Lakin  obraz  işlənirsə,  deməli,  müəyyən  fərziyyələr  mümkündür. 

Məsələn, məscid xalqa mənsub olur, hamının gəldiyi müqəddəs yerdir, lakin, buna baxmayaraq, kimsə 

həmin ümumi və müqəddəs yerə iddia edir. Burada nida semantikalı zərbi-məsəldən söhbət getməlidir. 

İfadənin  rus  qarşılıqları  kimi  Həmidov  eyni  semantik  sxemə  malik  olan  üç  zərbi-məsəl  verir: 

Мужиклишьпивозаварил, 

аужчерт 

(поп) 

сведром; 

Теленокещенеродился, 

аониужсобухомстоят; Тытолькозаторзатри, аужнекошныйчашкуподставляет. Zərbi-məsəllər 

kiminsə nəyəsə iddiasına, onun yersiz olmasına narazılıq ifadə edirlər. Həm Azərbaycan dili ifadəsi, 

həm də rus dilindən gətirilən bu üç deyim eyni ekspressiya daşıyıcılarıdır. Deməli, burada yersiz iddia 

obyekti  kimi  göstərilən  adlar  (işarələr)  müvafiq  konseptlərlə  bağlı  deyil,  onlarla  bağlı  koqnisiyaları 

bildirmir.  

“Məscid” konseptinin yüksək dəyəri Məscid tikmə, yetimə həyan ol ifadəsində əks olunur. Xalq 

arasında bəzi hərəkətlər həyatın mənası kimi dəyərləndirilir. Məsələn, yol çəkmək, su quyusu qazmaq 

və s. bu kimi işlər kollektiv şüurda maksimal dərəcədə yüksək təqdirə layiqdir. Etnik psixologiyanın 

ən dərin laylarında, demək olar ki, şüuraltı səviyyədə həmin savab işlər cənnətlə assosiasiya olunur. 

Deməli, paremiyanın semantik strukturunda hiperbola mövcuddur, yəni “ən müqəddəsdən müqəddəs”. 

Məsciddən  (Allahla  ünsiyyətdə  olan  yer;  xalq  arasında  məscidə  Allahın  evi  deyirlər)  müqəddəs  yer 

yoxdur,  lakin  yetimə  hayan  olmağı  xalq  məscid  tikməkdən  üstün  hesab  edir.  Burada  məscid  əsas 

koqnitiv əlamətini təqdim edir.  

Həmidovun Lüğətində Məscid tikmə, yetimə həyan ol Azərbaycan atalar sözünün tam ekvivalenti 

göstərilir: Нестройцеркви, пристройсироту. Burada eyni motivasiya, eyni obraz və eyni məna ilə 

rastlaşırıq. “Mənəvi xeyir” “məkanın” müqəddəsliyinə qarşı qoyulur və ondan üstün dəyərləndirilir.  

Nəhayət, məscid komponentilə yaranan üçüncü paremiya  Məscidin qapısı açıqdır, itin həyasına 

nə gəlib? deyimidir. Əslində burada da atalar sözü yox, zərbi-məsəllə rastlaşırıq. Ifadənin semantikası 

nida  semantikasına  bərabərdir.  Bunun  semantik  transformun  yaratsaq,  ən  uyğunu  Daha  belə  yox  da

yaxud Ağ eləmə də ifadələri olar.  

Göstərilən  Azərbaycan  paremiyasının  qarşılığı  kimi  İ.  Həmidov  rus  dilindən  aşağıdakı 

nümunələri  verir:  Посадимужикаупорога,  аонподобразлезет;  Далидуракучесть,  такнезнает, 

гдесесть. 

Əlbəttə,  ümumi  semantik  sxemə  görə  bu  ifadələr  ekvivalent  sayıla  bilər.  Yəni  hər  biri  zərbi-

məsəldir  və  hər  biri  adamdan  abır-həya  tələb  edir.  Lakin  obraz  səviyyəsində  olsa  da,  bunlarda  fərq 

mövcuddur. Məsələn, Azərbaycan ifadəsində deyilir ki, “həyan olsun, heç bu müqəddəs məkana özün 

girmə”. Rus dilindən gətirilən hər üç ifadədə “müqəddəs məkana insan buraxılır”, paremiya isə “ondan 

abır-həya  tələb  edir”,  yəni  “girməyinə  girmisən,  ağ  eləmə”.  Deməli,  burada  söhbət  ifratdan  gedir. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

888



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycan  atalar  sözü  deyir:  “başa  düş  ki,  bura  sənin  yerin  deyil,  uzaq  ol  burdan”.  Rus  ifadələri: 

“buraxmışıq, gəlmisən, daha ağ eləmə”. Gördüyümüz kimi, konsituasiya baxımından bunlar ayrı-ayrı 

ifadələrdir.  Lakin  paremioloji  mənanın  signifikatı  nəzərə  alınsa,  demək  olar  ki,  ifadələr  biri-birinə 

ekvivalentdir. 

Ingilis  dilində  (Kuninin  Lüğətinə  əsasən)  church  leksik  vahidi  ilə  bir  zərbi-məsəl  işlədilir. 

Məsələn, in the right church but in the wrong pew. Hərfi mənası belədir: “kilsə düzgündür, skamya – 

səhv”. Yəni “ümumiyyətlə düzgündür, lakin detallarda səhv var”.  

Müasir  ingilis  dilində  “məkan”  konsepti  digər  mühüm  obrazlarda  reallaşır.  Bəlkə  də,  bu  gün 

bunların  bəziləri  süni  görünür,  lakin  tarixən  hamısının  dərin  konseptual  məzmunu  danışan  kollektiv 

tərəfindən hiss olunub.  

Məsələn “tor” universal rəmzi mənaya malikdir və özəl/qapalı məkan bildirir. İngilis dilində All 



is fish that comes to his net atalar sözündə “tor” rəmzi təkçə acgözlük mənasında yox, “hər bir şeyin 

tora uyğun olması” mənasında işlədilir. Atalar sözü hərfi mənada “tora nə düşsə balıqdır” deməkdir, 

yəni kimsə heç nədən çəkinmir, hər şeyi mənimsəyir, hər şeyi özünə layiq bilir. Gördüyümüz kimi, bu 

paremiyanın  strukturunda “tor”  konsepti  yalnız  bir  koqnitiv  əlamətini realizə  edir  – “tutmaq”,  “əldə 

etmək”. Lakin “hər şeyin yararlı olması” anlayışı bilavasitə “tor” konsepti ilə bağlı deyil, çünki özü-

özlüyündə “tor” tutulanın yararlı yaxud yarasız olmasına işarə etmir. Amma, buna baxmayaraq, “tor” 

konsepti paremioloji vahidin semantik strukturunda mərkəz anlayış rolu oynayır.  

L.  Vasilyevanın  Lüğətində  rus  dilindən  Чтовсетях,  тоирыба  və  Всякаярыбахороша, 



кольнаудочкупошла  ifadələri  ingilis  paremiyasının  ekvivalenti  kimi  gətirilir.  Paremiyaların  obraz 

mənaları nisbətən fərqlidir və, fikrimizcə, situativ olaraq həmin fərqlər aktuallaşa bilər və hermenevtik 

təhlil  tələb  edə  bilər.  Birinci  ifadə  ümumiyyətlə  hər  bir  şeyi  “balıq”  hesab  etməyi  məsləhət  görür, 

ikincisi  –  “balıqlar  arasında  seçim  etməməyi”,  yəni  istədiyin  bir  şey  əlinə  düşəndə,  onun  yaxşı-pis 

olduğunu  düşünməmək.  Əlbəttə,  aktual  məna  “hər  şeyi  qapmaq”dadır.  Ifadənin  semantikası  onun 

üslubi səciyyəsini də müəyyən edir. İstənilən situasiyada ingilis paremiyasının konnotasiyası mənfidir. 

Lakin  rus  dilindən  gətirilən  qarşılıqlardakı  cüzi  fərqlər  aktuallaşanda  konnotasiyanı  dəyişə  də  bilər. 

Məsələn,  elə  situasiya  ola  bilər  ki,  orada  yaşlı  adam  cavana  “çox  götür-qoy  eləməməyi”  məsləhət 

görər.  Belə  kontekstdə  rus  ifadələri  mənfi  konnotasiyanı  itirirlər.  Əksinə,  atalar  sözü  kiminsə 

acgözlüyünə, hər şeyi qapmağa hazır olmasına işarə edirsə, kontekstual nüanslara baxmayaraq mətndə 

mənfi  konnotasiya  üstünlük  təşkil  edir.  Buradan  bir  nəticəyə  gəlmək  olar  ki,  paremioloji  vahidlər 

yalnız  konkret  mənalarını  konsituasiyaya  uyğun  şəkildə  dəyişmir,  kommunikativ  şəraitə 

uyğunlaşdırmır,  eyni  zamanda  konnotativ  səciiyəsini  dəyişir.  İkinci  bir  nəticə  isə  paremioloji 

semantikanın eləcə də konnotativ tutumun mütləq yox, nisbi səciyyə daşımasındadır.  

Həmidovun Lüğətində bu iki rus paremiyası verilmir. Lakin bunlara oxşar Чтоврот, тоиспасибо 

atalar  sözü  göstərilir.  Bu  ifadə  Azərbaycan  dilindəki  Ağıza  gələn  qazancdır  paremiyasının  qarşılığı 

kimi  verilir.  Bütün  göstərilən  atalar  sözlərinin  ümumi  mənası  eynidir.  Paremioloji  mənalar  “tor” 

konsepti  ilə  “ağız”  konseptini  yaxınlaşdırır.  Doğrudan  da,  “tutmaq”,  “mənimsəmək”  və  s.  bu  kimi 

semantik ədədlər bu iki konseptin prinsipial oxşallığını təsdiqləyir.  

 

 



КОНЦЕПЦИЯ «AĞRI-ACI» В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ 

 

Гюнел АЛЛАХВЕРДИЕВА  

Бакинский Славянский Университет 



al_gunel@mail.ru 

AZƏRBAYCAN 



 

Каждая  семантическая  группа  базируется  вокруг  какого-либо  стержневого  слова.  Точно 

так  же  в  каждом  семантическом  поле  наблюдается  распространение  основной  лексемы  по 

системообразующим линиям. Если говорить о концептосфере в соответствии с терминологией 

современного  языкознания,  то  в  ее  структуре  обязательно  должен  выделяться  стержневой 

концепт,  который  и  организует  данную  сферу  концептов.  Таким  образом,  о  каком  бы  уровне 

лингвистического  анализа  ни  шла  речь,  приходится  искать  самое  главное  слово  и  понятие, 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə