Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə57/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   53   54   55   56   57   58   59   60   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

883



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

fərqlidir.  Hər  bir  ayrı  dildə  sözlərin  və  cümlələrin  qrammatik  formalarında  əks  olunan  qrammatik 

mənalar həmin dilin qrammatik kateqoriyalarını əmələ gətirir. 

Fəlsəfədə,  eləcə  də,  dilçilikdə  mövcud  olan  kateqoriyalar  sırasında  keyfiyyət  və  kəmiyyət 

kateqoriyası da vardır. Həm keyfiyyət, həm də kəmiyyət kateqoriyası, həm idraki, həm də linqvistik 

kateqoriyalar  kimi  filosoflar  və  dilçilər  tərəfindən  müxtəlif  cəhətdən  araşdırılaraq  tədqiq  edilmişdir. 

Bu  kateqoriyalar  fəlsəfi  kateqoriyalar  olaraq,  Aristotel  tərəfindən  “Kateqoriyalar”  və  “Topika” 

əsərlərində  şərh  olunmuşdur.  Keyfiyyətə  Aristotel  dörd  mümkün  kontekst  aid  edir:  anadangəlmə, 

başlanğıc qabiliyyətlərinin və xarakteristikaların mövcud olması və ya olmaması; dəyişkən və ya sabit 

xüsusiyyətlərin mövcudluğu;  əşya və hadisənin mövcudluq prosesində onlara xas olan xüsusiyyət və 

vəziyyətlər;  əşya  və  ya  hadisənin  zahiri  görünüşü.  Aristotel  kəmiyyətə  “cəmlik”  və  “miqdar”ı  aid 

edirdi.  Məntiq  lüğətində  keyfiyyətə  belə  tərif  verilir:  “Keyfiyyət  əşyanın  necə  olmasını  bildirən 

xüsusiyyətlərin cəmidir. Keyfiyyətin dəyişməsi həmin əşyanın köklü dəyişməsinə səbəb olur”. (2, 242) 

Keyfiyyət  əşyanın  mühüm  göstəricisi,  onun  üzvi  xüsusiiyətlərinin,  əlamət  və  xassələrinin 

təyinedicisidir. Bu əlamət və xüsusiyyətlər isə əşyanı, hadisəni və ya prosesi başqası deyil, məhz özü 

olduğunu müəyyənləşdirir və digər əşya və hadisələrdən fərqləndirir. Təbiət və cəmiyyətdə hər bir şey 

daimi hərəkətdə və inkişafdadır, hər zaman nə isə yaranır və məhv olur. Ancaq bu, o demək deyildir 

ki, əşya və hadisələr müəyyən məzmuna, tərkibə malik deyil, yəni onlar qeyri-sabitdir, məhz keyfiyyət 

göstəriciləri onları sabit edir. Keyfiyyət anlayışı mühüm nəzəri əhəmiyyət kəsb edir. Elmi idrak birinci 

növbədə  öyrənilən  hadisələrin  keyfiyyət  təyinedicilərini,  başqa  cür  desək,  digər  hadisələrdən 

fərqləndirən,  onlara  məxsus  özəllikləri  müəyyən  etməlidir.  Bunu  etmədən  əşyanın  inkişaf 

qanunauyğunluqlarını aşkar etmək olmaz.  

Əşyanın keyfiyyəti hər zaman onun kəmiyyət göstəriciləri ilə bağlıdır. Hər bir əşya keyfiyyət və 

kəmiyyət  birliyidir.  Kəmiyyət  kateqoriyası  universal,  yəni  məntiqi  kateqoriya  olub  gerçəkliyin  dərk 

edilməsində vacib pillələrdən biridir. 

Kəmiyyət kateqoriyası əşyanın miqdarını, inkişaf səviyyəsini səciyyələndirən tərəfini əks etdirir. 

“Hər biri iki və yaxud daha çox olmasından asılı olmayaraq tərkib hissələrinə parçalana bilən, təbiətcə 

bir olan müəyyən bir şey kəmiyyət adlandırılır”. (1, 164) 

Kəmiyyət  ən  mücərrəd  kateqoriyalardan  biridir.  O,  obyektiv  aləmlə  birbaşa  əlaqədə  olmaqla, 

dünyanın  dərk  edilməsində  həlledici  pillələrdən  biri  sayılır.  Qeyd  etdiyimiz  kimi,  kəmiyyət  və 

keyfiyyət  kateqoriyaları  bir-  biri  ilə  sıx  şəkildə  bağlıdır.  Əgər  əşyanın  kəmiyyətindən  danışırıqsa, 

keyfiyyətin də mövcudluğunu unutmamalıyıq. Hətta belə demək olar ki, ibtidai insanın düşüncəsində 

bu  anlayışlar  bir-birinə  qarışmış,  bir-birindən  ayrılmaz  şəkildə  olmuşdur.  Başqa  cür  desək,  ibtidai 

insanların  təfəkkürü  gördükləri  əşyaları  gözlə  görüb,  qulaqla  eşitdikləri  bir  tərzdə  dildə  ifadə 

edilmişdir.  İnkişaf  getdikcə  keyfiyyətdən  kəmiyyətə  keçid  baş  vermişdir.  Fikrimizi  konkret  şəkildə 

izah  etmək  üçün  sifətin  dərəcə  kateqoriyalarını  misal  gətirə  bilərik.  Belə  ki,  sifətin  əlamət  və 

keyfiyyətinin azlığı, eləcə də çoxluğu yalnız kəmiyyət vasitəsilə ölçülə bilər. Bu misal vasitəsilə, eyni 

zamanda, keyfiyyət anlayışının dilçiliyə aid bir sahədə tətbiq olunduğunun şahidi oluruq. Həmçinin bu 

an fonetikada da tez-tez dilçililərin rastına çıxan andır. Belə ki, keyfiyyət saitlər üçün səciyyəvi tembr, 

samitlər üçün məxrəc müəyyənləşdirmək üsuludur. Dilçiliyin bu şöbəsində kəmiyyət anlayışına da rast 

gəlirik.  Bu  zaman  səsin  nisbi  uzunluğu  və  gücü,  səsin  uzunluq  dərəcələri  arasındakı  fərq  səsin 

kəmiyyətini əmələ gətirir. Kəmiyyət kateqoriyası bütün dünya dillərinə xasdır və bu dillərdə leksik və 

qrammatik vasitələrin köməyi ilə fərqli şəkildə ifadə olunur. Qeyd etmək lazımdır ki, bir sıra dillərdə 

kəmiyyət  kateqoriyasının  saylarla  ifadəsi  çox  da  yaxşı  inkişaf  etməyərək  birinci  onluq  səviyyəsində 

qalmışdır, digər dillərdə isə say sistemi kifayət qədər inkişaf edərək mükəmməl şəkildə ifadə olunur. 

Dilçilikdə  ümumi  qrammatik  kateqoriyalardan  biri  olan  kəmiyyət  kateqoriyası  ismə,  sifətə,  saya, 

əvəzliyə,  felə  aid  olur.  Üç,  beş,  on  saylarında  kəmiyyət  anlayışı  konkretdir,  ağaclar,  otlar,  çiçəklər 

sözlərində  qeyri-müəyyəndir,  camaat,  ordu  sözlərində  mücərrəddir.  Bu  anlayışı  mənsubiyyət 

kateqoriyasında  da  görə  bilirik.  Məsələn:  I  şəxsin  cəmini  yaratmaqda  iştirak  edən  şəkilçilərdə 

kəmiyyətin  cəmdə  olmasını  müşahidə  edirik.  Riyaziyyatda  da  qarşımıza  çıxan  kəmiyyət  anlayışı 

sonsuz və təqribi ədədlərin mövcudluğuna rəğmən dilçiliklə müqayisədə daha konkretdir. 

Müəyyən  fərqlərə  baxmayaraq,  belə  bir  nəticə  çıxarmaq  mümkündür  ki,  kəmiyyət  və  keyfiyyət 

insan təfəkkürünün ən ümumi və mühüm kateqoriyası olmaqla, həm məntiqi kateqoriyalar kimi nəzərə 

çarpır, həm də dil sisteminə güclü şəkildə nüfuz etməsi ilə diqqəti cəlb edir. 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

884



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

MİRZƏ ƏLƏKBƏR SABİRİN SATİRALARINDA                                    

VULQAR SÖZLƏRİN İŞLƏNMƏ MƏQAMLARI 

 

Arzu MƏMMƏDOVA 

ADPU 


arzumemmedova395@gmail.com 

AZƏRBAYCAN 



 

Yeni  dövr  dünya  ədəbiyyatının  görkəmli  siması,  “Molla  Nəsrəddin”  ədəbi  məktəbinin  başçısı, 

inqilabi-satirik şeirimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani (1862-1911) 

Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan böyük şəxsiyyətlərdən biridir. 

“Sabirin  satirası  kapitalist  və  mülkədarların  zülmü  altında  inləyən  fəhlə  və  kəndlinin  iztirablı 

həyat  şəraitinin  təcəssümüdür  və  şairin  böyüklüyü  orasındadır  ki,  o,  öz  mübariz  satirasını  çar 

irticasının  ağır  illərində  yaratmışdır.  Sabir  bütün  şeirlərində  zalimlərə  zərbə  vurmuş,  məzlumların 

dadına çatmaq istəmişdir. Bu əsrdə onun qədər inqilaba, öz xalqına yaxın olan ikinci bir qələm sahibi 

tapılmaz! Sabir fəhlə və kəndli sinfinin ağa və mülkədar zülm altında çəkdiyi məşəqqətləri əyani və 

canlı şəkildə göstərən şairdir.”  

Nəriman  Nərimanovun  sözlərinin  davamı  olaraq,  Mirzə  Ələkbər  Sabir  satiralarında  dövrünün 

çatışmayan  cəhətlərini  qeyd  etmiş,  konkret  hədəfini  öz  oxucularına  daha  da  dərindən  çatdırmağa 

çalışmışdır. Burada onun köməyinə çatan satirik dili idi. Bu cəhətdən vulqar sözlər onun satiralarında 

mühüm  yer tutur. O, insanların mənfi xüsusiyyətlərini təsvir etmək, hər hansı vəziyyətə etiraz, nifrət 

bildirmək  üçün  vulqar  sözlərdən  yerli-  yerində  istifadə  etmişdir.  “Sabirin  şeirləri  içərisində  elə 

parçalara rast gəlirik ki, onlar bizim vicdanımıza nüfuz edir.”  

Məhz, “Gavur qızı” satirasında Sabir vulqar sözlər vasitəsilə “qadın problemi”ni özünəməxsus 

ifadə etmişdir: 

Üç dörd uşaq doğub, qocalıb, dişləri düşüb, 

Bir kaftara dönübdü bu nikbət, gavur qızı! 

 Gəl razı ol ki, bir qız alım, mən də kef çəkim, 

 Həm eyləsin sənə dəxi xidmət, gavur qızı! 

 Sal başını aşağə sən, ancaq işində ol, 

 Paltar yu, ev süpür, elə xidmət, gavur qızı! 

 Ərdir, özü bilər, neçə övrət alar, alar, 

Heyvan kimi durar, baxar övrət, gavur qızı!  

Mirzə  Ələkbər  Sabir  bu  şeirdə  yaşadığı  dövrdə  qadına  olan  acınacaqlı  münasibətini  təsvir 

etmişdir. Yəni, qadınların hüquqsuzluğunu vulqar sözlərlə daha da üzə çıxarmışdır. 

“Mən belə əsrarı qana bilmirəm” satirasında isə vulqar sözləri işlətməklə şair mövcud cəmiyyətin 

ziddiyyətlərini dərindən başa düşən qəhrəmanın həyatının zindan olduğunu göstərmişdir: 

 Mən belə əsrarı qana bilmirəm, 

 Qanmaz olub da dayana bilmirəm. 

 Neyləməli göz görür, ağlım kəsir, 

 Mən günəşi göydə dana bilmirəm. 

 Derlər usan, hərzəvü hədyan etmə 

 Güc gətirir dərd, usana bilmirəm!  

Bu  şeirdə  şair  vulqar  sözləri  elə  göstərmişdir  ki,  insanları  dərdə  salan  dünyada  insan  ya  avam, 

şürsuz,  duyğusuz  bir  ömür  keçirmək,  ya  da  mübarizə  aparmaq,  həqiqi  həyata  çatmaq  məzmununa 

toxunmuşdur. 

Hətta, Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz, nəfsgirləri sonralar da qələmə 

aldığı “Pula təvəccöh” satirasında da onların öz dilləri ilə ifşa edərək, yazmışdır: 

 Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan? 

 İsmətim, namusum, arım, qeyrətim, qanımmısan? 

 Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan? 

 Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?  



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə