Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə56/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   52   53   54   55   56   57   58   59   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

881



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Toponimik  adların  təkrarlanması  və  yayılması  müxtəlif  səbəblərə  bağlı  ola  bilər.  Onimlərin 

(adların) təkrarlanmasının əhəmiyyətli səbəbini köçlərdə görürlər. Lakin bununla belə areal oniminin 

yaranmasında başqa səbəblər də vardır. Əhalinin köçü könüllü və zəruri ola bilər. Könüllü köç daha 

çox coğrafi və təbii mühitlə bağlıdır. 

Cənubi  Qafqaz  ölkələrində  əsas  areal  türk  arealıdır.  Yer  adlarının  mühüm  bir  hissəsini  coğrafi 

terminlərin  yanında,  etnonimlər  –  tayfa,  nəsil  adları  ilə  əlaqədar  yaranan  toponimlər  təşkil  edir. 

Türkiyə etnotoponimləri içərisində oğuz tayfalarının izlərini yaşadan coğrafi adlar üstünlük təşkil edər. 

Azərbaycanda isə həm oğuz , həm də qıpçaq tayfalarının adlarını əks etdirən toponimik cərgəyə daxil 

olan çoxlu sayda adlar vardır. 



Ağbulaq – Toponim Azərbaycan dilində “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən ağ sözü 

ilə bulaq hidroterminindən əmələ gəlmişdir. 

Türkiyənin  Qars  vilayətinin  Akyaka  mahalında  Akbulak  adlı  kənd  var.  Azərbaycanın  7 

rayonunda (Cəlilabad, Əsgəran, Xocalı, Xocavənd, İsmayıllı, Laçın, Tovuz) eyni adlı kənd var.  

Ermənistanın Krasnoselo rayonunda kənddir. 1991 – ci ildən Axperek adlandırılmışdır.  

Ağacqala  –  Oykonim  ağac  (taxta)  və  qala  (tikinti)  sözlərindən  düzəlib,  "taxtadan  tikilmiş, 

qurulmuş qala" deməkdir. Tovuz rayonunun Santala inzibati ərazi vahidliyində kənd.  

Qars vilayətinin Arpaçay və Kağızman mahalında Akçakale adında kənd. 

Ağdam  –  Azərbaycanda  inzibati  rayon.  1930  –  cu  ildə  təşkil  edilmişdir.  Mərkəzi  Ağdam 

şəhəridir.  Tovuz  rayonunun  Vahidli  inzibati  ərazi  vahidliyində  eyniadlı  oykonim  mövcuddur. 

Xocavənd  rayonunun  Tuğ  inzibati  ərazi  vahidliyində  də  bu  adda  kənd  var.  XIX  əsrdə  bura  gələn 

ermənilər  kəndin  adını  Akaku  toponimi  ilə  əvəz  etmişdilər.  1992  –  ci  ildə  kəndin  əvvəlki  adı  özünə 

qaytarılmışdır. 

Qars vilayətinin Kağızman mahalında da Akdam oykonimi mövcuddur. 



Ağçay – Azərbaycanda Xaçmaz rayonunun Niyazoba inzibati ərazi vahidliyində kənd. Ağçayın 

kənarındadır.  XIX  əsrdə  gəlmə  rusların  məskunlaşdığı  bu  kənd  Vasilyevka  (1992  –  ci  ilədək) 

adlandırılmışdı. Qax rayonunun İlisu inzibati ərazi vahidliyində də eyniadlı kənd mövcuddur. Yaşayış 

məntəqəsi 1953 – cü ildə yeni yaradılmış üzümçülük sovxozunun fəhlələri üçün salınmışdır. Kəndlər 

öz  adlarını  ərazidəki  eyniadlı  çaydan  almışlar.  Ural  və  Rostov  vilayətlərində  də  eyniadlı  (Aksay) 

yaşayış məntəqələri qeydə alınmışdır. 

Türkiyənin Qars vilayətinin Kağızman mahalında da eyniadlı oykonim mövcuddur. 

Ağsu – Toponim “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən ağsözü ilə qədim türk dilində 

“çay”  mənasında  işlənən  su  (əsli  sub)  sözündən  əmələ  gəlmişdir.  Hidrotoponimdir.  Azərbaycanda 

inzibati rayon. 1943 – cü ildə təşkil edilmişdir. 1963 – cü ildə ləğv edilib Kürdəmir rayonuna verilmiş, 

1965  –  ci  ildə  yenidən  müstəqil  rayon  olmuşdur.  Mərkəzi  Ağsu  şəhəridir.  Adını  ərazidəki  eyniadlı 

çaydan almışdır. 

Qars vilayətində Susuz mahalında eyniadlı oykonim mövcuddur. 



Bacoğlu  –  Toponim  nəsil  adı  əsasında  formalaşmışdır.  Patronomik  toponimdir.  İrəvan 

quberniyasının  Aleksandropol  qəzasında,  indi  Düzkənd  (Axuryan)  rayonunda  kənd.  1918  –  ci  ildə 

azərbaycanlılar  erməni  soyqırımına  məruz  qalaraq  deportasiya  olunur.  Türkiyədən  ermənilər 

köçürülərək  burada  yerləşdirilmişdir.  İndi  burada  yalnız  ermənilər  yaşayır. Kəndin  adı  dəyişdirilərək 

Haykavan qoyulmuşdur. 

Bu oykonim Qars vilayətində Bacıoğlu şəklində qeydə alınmışdır. 



Buruc  –  İlk  dəfə  XVI  əsrə  aid  mənbələrdə  Büruncru  variantında  təsadüf  olunur.  Tərtər 

rayonunun Sarıcalı inzibati ərazi vahidliyində kənd.  

Türkiyənin Arpaçay mahalında Burçalı adlı eynimənşəli oykonim qeydə alınmışdır. 

Çiçəkli – Türkiyənin Qars vilaytinin Kağızman mahalında Çiçekli oykonimi mövcuddur.  

Gədəbəy  rayonunun  Arıqıran  inzibati  ərazi  vahidliyində  eyniadlı  kənd  mövcuddur  ki  həmin  bu 

kənd. 1991– ci ildən Çiçəkli adlandırılmışdır. 

Güllücə – Toponim “güllü, çiçəkli” mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə 

düzəlib. Fitotoponimdir.  

Güllücə  adlı  oykonimə  Türkiyənin  Qars  vilayətininSarıkamış  mahalından  başqa  Ermənistan 

ərazisində də rast gəlinir. 



Keçili – Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili 

etnonimi  əsasında  əmələ  gəlmişdir.  Q.  Qeybullayev  kəngərlərin  bir  qolunun  keçili  adlandığını  yazır. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

882



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Araz  çayının  sağ  sahilində  yaşamış  keçililər  səfəvilər  dövründə  Naxçıvana  keçərək  kəngərlilərə 

qarışmışlar. Etnotoponimdir.  

Naxçıvan  Muxtar  Respublikasında  Şahbuz  rayonunun  Külüs  inzibati  ərazi  vahidliyində  kənd. 

Zəngəzur  silsiləsinin  ətəyindədir.  Şəmkir  rayonunun  eyniadlı  inzibati  ərazi  vahidliyində  kənd. 

Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili 

kəndindən  gəlmiş  ailələr  salmışlar.  1954  –  cü  ildə  kənd  planlaşdırılaraq  köhnə  ərazidən  bir  qədər 

aralıda  indiki  yerində  salındığı  üçün  Plankənd  adlanmışdır.  1994  –  cü  ildə  kəndə  öz  köhnə  adı 

qaytarıldı. 

İrəvan  quberniyasının  Eçmiədzin  qəzasında,  indi  Sərdarabad  (Oktemberyan)  rayonunda  kənd. 

Adı dəyişdirilərək Mraqaşat qoyulmuşdur 

Türkiyənin Qars vilayətinin Susuz mahalında eyniadlı oykonim mövcuddur. 



Qaraqala – Toponim rəng bildirən qara sözü ilə qalasözünün birləşməsindən əmələ gəlib “qara 

daşdan tikilmiş qalanın yanında olan kənd” mənasını ifadə edir.  

Türkiyənin  Selim,  Kağızman,  Digor,  Arpaçay  mahallarında Karakale  adlı oykonim  mövcuddur. 

Eyniadlı oykonim Ermənistan ərazisində də mövcuddur. 



Qarabağ  –  Qarabağ  oykonimi  Azərbaycanda  tarixi  ərazinin  adıdır.  Ən  qədim  insan 

məskənlərindən biridir. Mənbələrdə Qarabağ adı 1284 – cü ildən məlumdur. Eyniadlı oykonimə Qars 

vilayətinin Digor və Kağızman mahallarında da rast gəlinir. 

Təzəkənd  –  Azərbaycanın  Ağcabədi,  Ağdam,  Balakən,  Beyləqan,  Cəlilabad,  Daşkəsən, 

İsmayıllı,  Kəlbəcər,  Laçın,  Masallı,  Salyan,  Şəmkir,  Tərtər,  Zərdab  rayonlarında  Təzəkənd 

oykonimləri mövcuddur.  

Eyniadlı oykonim Gürcüstanın Kardabani rayonunda da mövcuddur. 

Həmçinin Türkiyənin Qars mahalında da Tezekend adlı oykonim qeydə alınmışdır. 

Yenikənd – Toponim “təzə” mənasında işlənən yeni sözü ilə türk dilində kənd mənasında işlənən 

“köy”  sözünün  birləşməsindən  əmələ  gəlmişdir.  Azərbaycanın  Ağdaş,  Ağsu,  Dəvəçi,  Gədəbəy, 

Goranboy,  Göyçay,  Xocavənd,  Kəlbəcər,  Kürdəmir,  Qəbələ,  Quba,  Oğuz,  Salyan,  Samux,  Şahbuz, 

Şamaxı, Şərur, Zəngilan rayonlarında eyniadlı oykonimlər mövcuddur.  

Gürcüstanın Marneuli rayonunda kənd adı. Gürcücə yazılışı İenikendi. 

Türkiyənin Digor və Sarıkamış mahallarında da Yeniköy oykoniminə rast gəlirinir. 

Gürcüstanın Adıgün rayonunda eyniadlı kənd. Əhalisi 1944-cü ildə deportasiya edilmiş Axısqa 

türklərinin kəndlərindəndir. 

Son  olaraq  söyləyək  ki,  oykonimlər  dəyərli  sərvət  sayılır.  Belə  bir  sərvət  hər  vaxt  düz  olmalı, 

onların baxımına, araşdırılmasına diqqət yönəldilməli, tarixin yadigarı kimi qorunmalıdır. Oykonimlər 

xalqın malı sayılmalı, beynəlxalq sərvət səviyyəsində qəbul edilməlidir. 

 

 

 

KƏMİYYƏT VƏ KEYFİYYƏT KATEQORİYALARI 

 

Lalə HƏMZƏYEVA 

Sumqayıt Dövlət Universiteti 

rivares-79@rambler.ru 

AZƏRBAYCAN 

 

Dilçiliyin fəlsəfə ilə əlaqədə olması bu və ya başqa formada bir çox konkret fəlsəfi məsələlərdə 



üzə  çıxır.  Bundan  əlavə,  artıq  çox  qədim  zamanlarda  gah  zəif,  gah  da  aydın  şəkildə  filosofların 

düşüncələrində insan təfəkkürünün dillə sıx əlaqəsi fikri öz əksini tapmışdır. Buna əsasən dilin fəlsəfə 

və  dilçiliyin  birgə  tədqiq  cəhdlərinin  qədim  və  ənənəvi  sahəsi  olduğunu  iddia  etmək  olar.  Dillə 

təfəkkürün  əlaqəsi  probleminin  düzgün  və  konkret  həllini  məhz  qrammatik  və  məntiqi  kateqoriyalar 

məsələsinin tədqiqi əsasında tapmaq mümkündür. 

Hər bir dildə tarixən həmin dildə səslərlə ifadə olunan, sözlərin mənasını və cümlələrin tərkibini 

əmələ  gətirən  tamamlayıcı  qrammatik  formaların  özünəməxsus  sistemi  yaranmışdır.  Qrammatik 

formalar müxtəlif dillərdə fərqli olduğu kimi, onların ifadə etdiyi tamamlayıcı qrammatik mənalar da 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə