Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə52/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   48   49   50   51   52   53   54   55   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

873



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

vahid  bir  məna  ifadə  edir.  Dilimizin  tədqiq  olunmuş  digər  dialekt  və  şivələrində  olduğu  kimi  Culfa 

şivələrində də tərəflərin ifadə vasitəsinə görə mürəkkəb feilləri iki qrupa ayırmaq olar: 

Birinci tərəfi adlardan, ikinci tərəfi feillərdən ibarət olan merəkkəb feillər 

Hər iki tərəfi feillərdən ibarət olan mürəkkəb feillər 

Birinci qrupa daxil olan mürəkkəb feilləri ikinci tərəfin iştirakına görə üç növə ayırmaq olar: 1) 

İkinci  tərəfi  ol(maq)  feilindən  ibarət  olan  mürəkkəb  feillər  2)  İkinci  tərəfi  et(mək),  elə(mək) 

feillərindən ibarət olan mürəkkəb feillər 3) İkinci tərəfi digər feillərdən ibarət olan mürəkkəb feillər. 

Birinci tərəfi adlardan, ikinci tərəfi ol(maq) feilindən ibarət olan mürəkkəb feillər: 

Bay olmax – Yarımaq. – Sə: çağırdım bay oldum, qaldı Həsə:n çağrım? (Qaz.) 

Ürcah//urcah olmax – Rast gəlmək. – Böyün yolda pis bi işə ürcah oldum (Göy.)  

Mıxıl//muxul olmax – Mane olmaq, şərik olmaq. – Day bı da hər səfər bizə mıxıl o:r e (Kır.)  

Birinci tərəfi adlardan, ikinci tərəfi elə(maq) feilindən ibarət olan mürəkkəb feillər: 



Nırqızdıx eləməx' – Xəsislik etmək. – Yetimə kasıba köməy eliyəndə nırqızdıx eləməx' olmaz(Ər.) 

Dik'qəcər eləməx' – Bezdirmək, cana gətirmək. – Ta sən mə: dik'qəcər eləmisən (G.) 

Nəf  eləməx'  –  Fayda  etmək,  faydalanmaq.  –  Şirin  biyə:n  kökü  öpgə:n  xışıltısınə  o  saatcan  nəf 

eli:r  (Mil.).  Qeyd  etmək  lazımdır  ki,  bu  mürəkkəb  feil  eyni  fonetik  tərkib  və  mənada  Azərbaycan 

dilinin  Meğri  şivələrində  də  işlənmişdir.  Eyni  zamanda  bu  mürəkkəb  feilə  Aşıq  Ələsgərin 

yaradıcılığında da rast gəlinir: 

Ala gözlüm səndən ayrı düşəli, 

Hicranın qəmiylə kef eyləmişəm, 

Ah vayla günüm keçib dünyada,  

Qəm satıb, dərd alıb, nəf eyləmişəm 

Xımır eləməx' – Gizli pıçıldaşmaq, söhbət eləmək. – Orda nə xımır eli:rsiz? (Sal.). 

İkinci tərəfi digər feillərdən ibarət olan mürəkkəb feillər 



Cınqırtı  çıxarmax  –  Səs  etmək.  –  Cınqırtın  çıxsa  əlimnən  kutarmıyassan  (Bən.).  Müasir  Culfa 

şivələrində  işlənən  mənasından  fərqli  olaraq  “cınqır”  sözü  Cəlilabad  şivələrində  “qoz”  [1,  s.77], 

Borçalı şivələrində “qazança” [1, s.77] mənalarını ifadə edir. 

Ləj düşməx' – Sözü çəp gəlmək. – Bidən bınnar ləj düşdülər aləm qarışdı (Cam.). 

Əkəc-əkəc danışmax – Böyüklər kimi danışmaq. – Bına bax e gör nə əkəc-əkəc danşır e (Qız.). 

Qeyd etmək lazımdır ki, “əkəc” sözü dilimizin digər dialekt və şivələrində işlənən “anaç//anaş” 

(anaş  toyux)  sözü  ilə  sinonimlik  xüsusiyyətinə  malikdir.  Müasir  Culfa  şivələrində  “iri,  böyük” 

mənasında işlənən “anaç//anaş” sözü Xanlar rayon şivəlrində eyni fonetik tərkibdə, lakin “hər işdən 



başı çıxan, hər əməl bilən” anlamında mövcuddur [1, s.15]  

Qoparağın salmax – Qovmaq. – Kəntdən u:n qoparağın saldılar (Ərəf.). 

Cıbıldırıx çıxmax – Həddindən çox yanmaq. – Çaydan töküldü yazğın cıbıldırığı çıxdı oˆillərisi 

(Boy.Əh.). 

Kəndirin  kəsməx'  –  Kimləsə  əlaqəni  kəsmək,  əvvəlki  münasibətdə  olmamaq.  –  Day  mən  u:n 

kəndirin  çoxdan  kəsmişəm  (S.).  Bu  mürəkkəb  söz  Meğri  şivələrində  “kələyin  kəsməx'”  şəklində 

yuxarıdakı məzmuna yaxın olan “bilərəkdən itirib-batırmaq, yox etmək” mənasında işələnir [2, s.261].  



Qıntığın  çəx'məx'  –  Kömək  çıxmaq,  mənafeyini  qorumaq,  təəssübünü  çəkmək.  –  İgid  odu  ki 

kətdisi:n  qıntığı  çəkə  (Tey.).“Qın”  sözü  qədim  türk  dilində  və  folklor  nümunələrimizdə  “qala”, 

“soykök” mənalarında işlənməkdədir. Məs.: Qınınnan çıxıb, qının bəyəmmir. Bu söz Culfa rayonunun 

Saltaq  kənd  şivəsində  omonimlik  xüsusiyyəti  daşıyaraq  “künc,  tin”  mənalarını  da  ifadə  edir.  Məs.: 



Evin qındında durub gözün qıymışdı (S.). 

Tığ  vırmax  –  Üst-üstə  qalamaq,  bir  yerə  yığmaq.  –  Üzümü  yığıb  tığ  vırardıx  (Bən.).Yardımlı 

rayon şivələrində bu mənada “ambisə vurmağ” [3, s.74] ifadəsi işlədilir. 

Yekun olaraq qeyd etmək lazımdır ki, müasir Culfa şivələrində işlənən feili frazeoloji birləşmələr 

və mürəkkəb feillər olduqca çoxdur. Bütövlükdə bu cür sözlər haqqında kiçik bir tezisdə ətraflı bəhs 

etmək bir qədər çətindir. Bu sözlərin əksəriyyəti milli kimliyimizin, tarixi keçmişimizin və dilimizin 

keçdiyi  inkişaf  yolunu  özündə  saxlayan  gərəkli  mənbələrdir.  Onların  tədqiq  edilərək  sonrakı  nəslə 

ötürülməsi isə bu sahədə tədqiqat aparan araşdırmaçılar qarşısında dayanan vacib məsələlərdəndir.  

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

874



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN DİLİ FƏNN KURİKULUMUNUN MAHİYYƏTİ 

 

Sevinc ABBASZADƏ 

Bakı Slavyan Universiteti 



vip.filologiya@mail.ru 

AZƏRBAYCAN 

 

XXI  əsr  “elm”,  “təhsil”,  “intellekt”,  “informasiya  cəmiyyəti”  əsri  kimi  dəyərləndirilir  və  bu, 



tədrisin  problemlərinin  araşdırılması,  təhsil  sisteminin  yenidən  qurulmasını  tələb  edir.  Təhsil 

sisteminin  inkişaf  etdirilməsinin  bir  neçə  istiqaməti  vardır:  əvvəla,  o,  dünya  təhsil  standartları 

tələblərinə cavab verməlidir. İkinci isə ölkə daxilindəki təhsil prosesi öyrənilməli, ümumiləşdirilməli 

və təhlil edilməli, yaxşı və pis cəhətlər müəyyənbləşdirilməlidir.  

Son dövrlərdə təhsil tariximizdə ən əhəmiyyətli hadisələrdən biri yeni kurikulumların tətbiqidir. 

Milli  Kurikulumda  isə  ana  dilinin tədrisi  vacib  məsələlərdən  biri  hesab  edilir. Milli  kurikulumla,  bir 

qayda olaraq, ana dili fənni ilə başlayır. Azərbaycan dilinin bir fənn kimi təlimi əhəmiyyəti böyükdür. 

Şagirdlər  bu  fənnin  tədrisi  vasitəsilə  ana  dilini  milli  mədəniyyət  nümunəsi  kimi  öyrənir,  onun  səs 

sisteminə, lüğət  ehtiyyatına,  üslubi-qrammatik  xüsusiyyətlərinə  yaxından  bələd  olur,  dilimizin  üslubi 

imkanlarından istifadə etməklə yaradılmış ədəbiyyat nümunələri ilə tanışlıq imkanı qazanırlar. Bütün 

bunlarla  yanaşı,  ana  dilinin  ən  əhəmiyyətli  xüsusiyyətlərindən  biri  də  onun  şəxsiyyətin 

formalaşmasındakı  müstəsna  rolu  ilə  bağlıdır.  Azərbaycanın  ümumi  təhsil  sistemində  kurikulum 

islahatı  ilə  əlaqədar  olan  əsas  məsələlər  həll  etmək,  yeni  məktəb  kurikulumlarını  nəzəri  cəhətdən 

müəyyənləşdirmək,  işləyib  hazırlamaq  və  tətbiq  etmək  üçün  Təhsil  Problemləri  İnstitutu  nəzdində 

Kurikulum Mərkəzi yaradılmış, kadrlarla təmin edilmiş və bu müəssisə kurikulum hazırlanması üçün 

əsas təşkilata çevrilmişdir. 

Müşahidələr  göstərir  ki,  yeni  kurikulumların  tətbiqi  bir  sıra  müsbət  dəyişikliklərə  səbəb 

olmuşdur.  Belə  ki,  müəllimlərin  yaradıcılığı  və  təşəbbüskarlığı  artmış,  müasir  təlim  strategiyaları 

tətbiq  olunaraq  tədrisin  keyfiyyəti  yüksəldilmişdir.Eyni  zamanda  şagirdlərin  tədrisə  marağı  artmış, 

onlarda  müstəqil  düşünmə,  sərbəst  fikir  söyləmə  və  digər  həyati  bacarıqların  formalaşmasına  zəmin 

yaranmışdır.  

 Kurikulumla  bağlı  konseptual  sənədə  fənn  üzrə  ümumi  təlim  nəticələri,  məzmun  standartları, 

müəllim  və  şagird  fəaliyyətinə  aid  texnologiyalar  və  qiymətləndirmə  məsələləri daxildir.  Bu,  hər  bir 

fənn  üzrə,  eləcə  də  Azərbaycan  dili  təlimi  ilə  məşğul  olan  təhsil  işçilərini  istiqamətləndirməyə 

yardımçı  olur.  Kurikulumlarda  təlim  forması  və  üsullarına  təlim  strategiyasının  əsas  tərkib 

hissələrindən biri kimi yanaşılmışdır. Onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər əsasında 

şərh edilmişdir.  

Azərbaycan  dili  təliminin  əsas  vəzifəsi  isə  şagirdlərin  şifahi  və  yazılı  nitq  vərdişlərini  inkişaf 

etdirməkdir. Aparılan nəzəri tədqiqatlar və məktəb təcrübəsi bu prosesin reallaşdırılmasında interaktiv 

təlim  metodlarından  istifadə  edilməsinə  xüsusi  önəm  verir.  Son  illər  məktəblərdə  interaktiv  təlim 

metodları ilə aparılan dərslər həm  müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanır. Elmi-

tədqiqat  işimə  müvafiq  olaraq  müşahidə  etdiyim  dərslər  də  bunu  deməyə  imkan  verir  ki,  hətta  zəif 

şagirdlər  belə  bu  tipli  dərslərdə  fəallıq  göstərirlər.  Şagirdlər  qarşıya  qoyulan  tədqiqat  sualına  cavab 

axtarmağa  böyük  maraq  göstərir,  birlikdə  işləyir,  problemi  əvvəldən  axıradək  izləyirlər.  Dərs 

prosesində yaddaşdan daha çox təfəkkür müstəqilliyi özünü göstərir. Müəllimin rəhbərliyi ilə şagirdlər 

problemin  həllini  tapmaq  üçün  axtarışda  olur,  fikirləşir,  təhlil  edir,  nəticə  çıxarırlar.  Təlimdə  həll 

edilmək üçün müxtəlif problemlər qoyulur. Bunu nəzərə alaraq, müəllim problemli suallar ardıcıllığını 

şagirdlərin  dərketmə  səviyyəsinə  görə  təyin  etməli,  problemin  hansı  istiqamətdə  həll  olunacağını 

bilməlidir. Bununla yanaşı, müəllim mövzunun tədrisindəki çətinlikləri əvvəlcədən görməli və bunları 

vaxtında  aradan  qaldırmalıdır.  Metodistlər  “öyrənməyi  öyrətək”  istiqamətində  şagirdlərin  təlim 

fəaliyyətinin  təşkil  edilməsini  müəllimin  vəzifəsi  hesab  edirlər.  Bu  baxımdan  müasir  dövrün 

müəllimindən yaradıcılıq, elmilik, metodiki hazırlıq və psixoloji dəstəkçilik tələb olunur. 

Yeni  tərtib  olunan  Azərbaycan  dili  dərsliklərində  bitkin  kompozisiyalı  mətnlər üzərində iş  nitq, 

ünsiyyət  bacarıqlarını  inkişaf  etdirməklə  yanaşı,  qrammatik  məfhumlar  olan  dil  qaydalarını 

mənimsətmək  də  məzmun  xətlərindən  birini  təşkil  edir.  Azərbaycan  dili  haqqında  ümumi  məlumat 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə