Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə49/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   45   46   47   48   49   50   51   52   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

867



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu sözün klassik ədəbi nümunələrin dilində və şivələrdə ifadə etdiyi bütün mənalara əsasən deyə 

bilərik ki, bağır qədim türk dilində işlənmiş bağbəğba kökünün «iç, içəri, daxili» mənası ilə bağlıdır 

(10, c.2, 19). «Tаriхən müхtəlif mənа bildirən bu söz «qаrаciyər» mənаsındа Gəncə, Kürdəmir, Qах, 

Mingəçеvir,  Şəki,  Şəmkir,  Şuşа,  Qаzах,  «ürək,  qəlb»  mənаsındа  isə  Аğdаm,  Cəlilаbаd,Füzuli, 

Kürdəmir, Qubа, Şəki, Gəncə, Nеftçаlа və s. şivələrdə işlədilir»(4, с.254) . 

Aparılan  təhlillər  göstərdi  ki,  somatizmlər  Azərbaycan  dilinin  leksik  fondunda  ən  qədim  dil 

vahidləri  qrupuna  daxildirlər.  Ümumiyyətlə,  bütün  Azərbaycan  dialektlərinin  lüğət  tərkibindəki 

frаzеоlоji vаhidlərin böyük əksəriyyətini sоmаtik frаzеоlоgizmlər təşkil еdir. Bunu qərb qrupu dialekt 

və  şivələrindəki  sabit  söz  birləşmələrinin  komponentlərinin  təhlili  bir  daha  sübut  etdi.  Beləki,  bu  dil 

vahidlər  çox  geniş  sabit  birləşmələr  əmələgətrimə  imkanlarına  malikdirlər  və  belə  birləşmələrin 

işlənmə tezliyi də çox yüksəkdir. 

 

 

 



NİTQİN MƏDƏNİ VƏ QEYRİ- MƏDƏNİ FORMALARI 

 

Zümrüd MƏHƏRRƏMOVA 

Gəncə Dövlət Universiteti 



ahmadov_mehman@mail.ru 

AZƏRBAYCAN

 

 

Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və 



geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və 

təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi 

qarşıya  qoyulur.Nitq  mədəniyyəti  insanlara  məxsus  ümumi  mədəniyyətin  ən  vacib  və  aparıcı  tərkib 

hissələrindən  biridir.  Bu  anlayışa  danışıq  mədəniyyəti  ilə  yanaşı,  yazı  mədəniyyəti  də  daxildir.  Belə 

yüksək  keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və 

məhsuldar  iştirak  etmək  imkanına  malik  olur.  Xüsusən,  ziyalıların  nitq  mədəniyyətinə  yiyələnməsi 

vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları 

nitqinin  təsirliliyi,  obrazlılığı,  ifadəliliyi,  məntiqliyi,  zənginliyi  ilə  fərqlənməli,  başqaları  onların 

danışığından,  oxusundan,  yazdıqlarından  nümunə  götürməlidirlər.  Dilçilik  ədəbiyyatında  nitq 

mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret 

bir  dilin  orfoepik,  orfoqrafik,  leksik,  qrammatik,  üslubi  və  s.  normalarını  müəyyənləşdirən  nəzəri 

axtarışlar  və təcrübi tədbirlər  kompleksidir”.  Nitq  insana  verilmiş  misilsiz  bir  nemətdir.  Məhəmməd 

Füzuli “Ənisül-qəlb” əsərin də yazır ki, insanı onun dili ilə fərqləndirirlər. Nitqlə təfəkkür arasında sıx 

əlaqə  görən,  nitqi  insanın  şüurlu  fəaliyyətinin  nəticəsi  sayan  şair  dilin  ictimai  mahiyyəti  barədəki 

fikrini bir beytlə belə ümumiləşdirir. 

 Eyləsən tutiyə təlim ədayi-kəlimat

 Nitqi insan olur, amma özü insan olmur 

Nitqin  mədəni  və  qeyri-mədəni formaları  vardır.  Hər bir insan  nitq  mədəniyyətinə  yiyələnməyə 

çalışmalıdır. Nitqi yaxşılaşdırmaq üçün mədəni nitqin  məziyyətlərinə də diqqət edilməlidir. Danışan 

zaman  nitqin  dəqiqliyinə,  düzgünlüyünə,  təmizliyinə,  zənginliyinə,  aydınlığına  və.s  fikir 

verilməlidir.Belə  nitqi  dinləyən  dinləyici  həmin  danışıq  üslubundan  yorulmaz,  hətta  ondan  həzz 

alar.Bunlardan  başqa  auditoriyada  çıxış  edilən  zaman  nitqin  məziyyətlərinə  əməl  etmək  kifayət 

etmir.Danışarkən mimika və jestlərdən də yerli-yerində istifadə edilməlidir. Əgər danışan şəxs sadəcə 

bir yerdə hərəkətsiz nitq söyləyərsə, amma fikrini gözəl səlis, dəqiq, düzgün ifadə edərsə, bu nitq yenə 

də  quru  və  darıxdırıcı  olar.  Dinləyici  söylənilən  nitqdən  tez  yorular,dinləmək  istəməz  və  ya  fikri 

yayınar.  Ona  görə  də  nitqin  mənalı  olması  üçün  mimika  və  jestlərdən  də  bacarıqla  istifadə  etmək 

lazımdır. 

Nitqin yaranmasında ən böyük vasitə dildir. Dil ünsiyyət vasitəsi,nitq isə ünsiyyət prosesidir. Dil 

ünsiyyət vasitəsini yerinə yetirən şərti işarət sistemidir. Deməli, dil nitqi yaradır. Hər bir insanın özünə 

məxsus  danışıq  üslubu  vardır.  Buradan  aydın  olur  ki,  nitq  insanın  xarakterinin  açılmasına  yardımçı 

olur. O, insanın daxili aləminə enər və düşüncələrini ifadə etməyə başlayar. Sokrat deyirmiş: “Ey insan 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

868



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

danış səni tanıyım” Deməli, “insan öz dilinin altında gizlənir, danışmağa başlayandan sonra ağıllı və 

ya ağılsız olması bilinir”(Həzrəti Əli)  

İnsanların  nitqi  onları  bir-birindən  fərqləndirir.  Ona  görə  ki,  nitq  fərdi  xarakter  daşıyır.  Həsrət 

Həsənova görə hər kəs nitq mədəniyyətinin bütün növlərinə, janrlarına,ünsiyyətin müxtəlif formalarına 

yiyələnə  bilməz  və  bunu  ondan  tələb  etmək  olmaz,  lakin  onun  nitq  mədəniyyətinin  aktual 

xüsusiyyətlərinə yiyələnməsi vacibdir. Təbii ki, bu o qədər əhəmiyyətli bir mövzudur ki, Azərbaycan 

xalqı da el arasında mədəni və qeyri-mədəni nitqlə danışan adamları ayırmışdı. Məsələn el arasında 

gözəl,  səlis,  mədəni  danışan  adamlarla  “özünə  də  qurban,  sözünə  də”,  ”ağzından  bal  damır”,  “dilinə 

qurban” və s. kimi ifadələri, özündən razı, yersiz,  mənasız danışan adamlara isə “nə özünü bilir, nə 

sözünü”, “dilin qurusun”, “hər sözün öz yeri var, hər nöqtənin öz məqamı” kimi ifadələr işlədilir. 

Danışarkən  bəzi  sözlərdən  istifadə  olunur  ki,  bu  da  nitqi  qeyri-mədəni  edir.  Bunlara  yol 

verməmək üçün nitqin təmizliyini pozan əlamətləri bilməliyik. Aşağıdakı bir sıra xüsusiyyətlər nitqin 

qeyri-mədəni formalarını yaradır: 

Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməsi. 

Əcnəbi sözlər lüzumsuz işlədilməsi. 

Nitqdə tüfeyli sözlərlərin sözlərdən istifadə. 

Jarqon sözlərin və ifadələrin işlədilməsi. 

Mədəni  danışıqda  başqasını  təhqir  etmək,  heysiyyətinə  toxunmaq  məqsədini  daşıyan  söyüş  və 

qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə yer verilməsi 

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”  əsərin də Xudayar bəyin və Karabet 

ağanın dialoqunda nitqin qeyri-mədəni formalarına rast gəlirik: 

-Zəhmət olmasa bu ispiçkə çək, bu qovu yandırım. 

Karabet ağa qeyznən cavab verdi: 

-Sən  məgər  görmürsən  ki,  bura  qəhvə  dükanı  deyil!  İtil  cəhənnəmə  burdan,  supa  oğlu  supa! 

İtil!(C.  Məmmədquluzadə,  seçilmiş  əsərləri  I-cild,  Bakı-2004,  səh59).  Bu  nümunədə  həm 

varvarizmlərdən, həm də vulqarizmlərdən istifadə olunmuşdur. Bundan başqa dahi yazıçının “Ölülər” 

əsərində də nitqin qeyri-mədəni formalarına rast gəlmək olar: 

Şeyx  Nəsrullah.  Çün  adəmira  bə  cənazə  güzərənd  və  raqimani-kitabxanaye-qeybi  ibrətxaneyi-

kalbudi-insanra  baxameyi-əcəl  lövhi-təxteyi-tabut  nigarənd  həqq  təla  (C.  Məmmədquluzadə,seçilmiş 

əsərləri I- cild,Bakı-2004, səh402). 

Nümunədə Şeyx Nəsrullahın dilindən deyilən sözlər başdan-başa ərəb-fars sözləridir, yəni ədəbi 

dildə bunlara varvarizmlər deyilir. Bu sözləri Şeyx Nəsrullahdan başqa heç kim başa düşmür. Təbii ki, 

Cəlil  Məmmədquluzadə  hər  iki  məşhur  əsərində  obrazları  bir-birindən  fərqləndirmək  üçün  bu  cür 

ifadələrdən  istifadə  etmişdir.  Bu  elə  başa  düşünülməlidir  ki,  həmin  ifadələr  yazıçının  yox,  tiplərin 

dilidir.  Çünki,  Mirzə  Cəlil  Karabeti,  Xudayar  bəyi,  Şeyx  Nəsrullahı  fərqləndirmək  üçün  məqsədli 

şəkildə bu cür sözlərdən istifadə etmişdir. 

Azərbaycanın böyük satirik şairləri zaman-zaman həcv yazmağa məcbur olmuşlar. Onlardan biri 

də məşhur satira şairi Qasım bəy Zakir olmuşdur. Onun “ Var özgə vilayətdə də tək-tək Köpək oğlu” 

adlı  həcvini  Hüseyn  bəyə  qarşı  yazmışdır.  Həcvlərdə  imkan  verilir  ki,  varvarizmlərdən  istifadə 

olunsun. Q.Zakir də bundan istifadə edərək Hüseynlər kimi, Mehdiqulular kimi adamları bu üsulla ifşa 

etsin. Həmin həcvdən bir parçanı nəzərdən keçirək: 

 Var özgə vilayətdə də tək –tək köpək oğlu, 

 Hədsizdi bu viranədə, biçək, köpək oğlu  

 ...Bir növ sənə sikkə vurum həcv ilə, yüz  

 Suhan çəkələr eyləməyə həkk, köpək oğlu 

Q.Zakirin istifadə etdiyi köpək oğlu ifadəsi vulqar sözdür. Nitqdə işlənmiş bu cür ifadələr nitqin 

qeyri –mədəni formasının yaranmasına şərait yaradır. 

Ümumiyyətlə,  hər  bir  insan  nitqi  üzərində  çalışmalıdır.  Nitq  insanları,  hətta  dahi  şəxsiyyətləri 

belə bir-birindən fərqləndirir. 

 

 

 



 


Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə