Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə47/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   43   44   45   46   47   48   49   50   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

863



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Adların  yaranması,  formalaşması  müəyyən  sistemlə  olmuşdur.  Təbii  ki,  adlar  insanların 

dünyagörüşündə,  təxəyyülündə  formalaşır.  Lakin  bu  proses  də  dilin  tələb  və  qaydalarına  uyğun 

yaranır. 

Antroponimlər  onomastik  vahiddir.  Onamastik  vahidlər  isə  daim  yenilənir  və  dəyişir.  Onların 

yaranma yolları da dilin strukturuna uyğun baş verir. Antroponimlərin yaranma yollarının öyrənilməsi 

dilin  bir  sıra  problemlərinin  həlli  yollarını  açır.  Antroponimlər  yaranma  yollarına  görə  4  hissəyə 

bölünür: 1) leksik, 2) semantik, 3) morfoloji, 4) sintaktik. 

Adların bir qismi demək olar böyük əksəriyyəti semantik yolla, konversiya yolu ilə yaranmışdır. 

Belə ki, müxtəlif nitq hissələrinə aid olan bir sıra ümumi sözlər substantivləşir və xüsusi adlar əmələ 

gətirir.  Məsələn:  Gözəl,  Göyçək,  AydınT,  Ağbəniz,  Yaxşı  və  s.  Burada  iki  xüsusiyyət  sifətin  ismə 

keçməsi; feillərin ismə keçməsi yolları ilə özünü göstərir. 

1. Sifətin ismə keçməsi-Aydın, Qara, Sarı, Göyçək, Qərib, Qəhrəman, İlkin, Şirin və s. 

2. Feillərin ismə keçməsi-Elsevər, Sevil, Gülər, Qorxmaz, Anar, Bəsti, Sevindik, Dursun, Sevil, 

Tapdıq və s. 

Semantik üsulla yaranmış bu antroponimlər təbii ki təsadüfən deyil, məqsədli şəkildə yaranmış, 

xalqın arzu və istəklərini, bəzən çatdırmaq istədiyi fikirləri əks etdirmişdir. 

1)Ailənin istək və münasibəti ilə yaranan adlar-Fərəh, Arzu, Səadət, Sevinc, Məhəbbət və s. 

2)Uşağın gözəl-göyçək olmasını arzu edənlər- Aybəniz, Gülbəniz, Qəşəng və s. 

3)Uşağın ağıllı olmasını arzu ediənlər-Vaqif, Aqil,Natiq,Alim, Kamil 

4)Uşağın bacarıqlı olması arzusu-Qalib, Qorxmaz, İgid, Şücaət, Mərdan və s. 

5)Uşağın var-dövlətli olması arzusu-Sərvət, Tacir, Dövlət, Cəlal və s. 

6)Uzun ömürlü olmasını arzu edənlər -Yaşar, Dursun, Ölməz və s. 

Antroponimlərin  yaranmasında  ən  böyük  rol  nitq  hissələrinin  üzərinə  düşür.  Antroponimlər 

yaranmasında  leksik  şəkilçilər  və  nitq  hissələrinin  nəzərə  alaraq  onları  aşağıdakı  qruplara  ayırmaq 

olar. 


İsimdən isim, sifətdən isim, saydan isim, feildən isim, zərfdən isim düzəldənlər. Bunlar içərisində 

isimdən isim və feildən isim düzəldən şəkilçilər vasitəsilə düzələn antroponimlər daha çoxdur. 1) –lıq, 

-lik (Şadlıq, Şənlik); 2) -lar, -lər (Bəylər, Xanlar, Dağlar, Güllər); 3) –mar, (Yelmar Elmar, Şahmar); 

4) -ət, (Səbaət); 5) –i (Niyazi, Səbzi); 6) –man, (Elman, Arzuman); 7) –im, -üm (Bəyim, Gülüm); 8) -

əş (Günəş); 9) -süm (Gülsüm); 10) -baz (Şahbaz); 11) -dan (Aydan); 12) -stan (Gülüstan); 13) -dar, -

dər (Səməndər, Cahandar) və s. kimi Antroponimlərin yaranmasında isim və isim düzəldən şəkilçilərin 

rolu böyükdür.  

Sifətdən isim  düzəldən  şəkilçilərə  misal  olaraq:  1)  –ca,-cə  (Ağca,  Sarıca);  2)  -ş  (Qardaş);3)  -üş 

(Göyüş) və s. 

Saydan isim düzəldənlərə misal olaraq, -ca(Təkcə,Bircə ) antroponimi ola bilər. 

Antroponimlərin  yaranmasında  ən  böyük  rol  feillərin  üzərində  düşür.  Feillər  həm  nitq  hissəsi 

kimi,  həmdə  söz  yaradıcılığında  iştirakına  görə  çox  zəngindir.  Əvvəldə  demişdik  ki,  antroponimlər 

həm də xalqın tarixindən xəbər verir. Bu mənada feillər müstəsna rol oynayır. Həm milli olduğu üçün 

həm də tarixən qədimliyi ilə digərlərindən seçildiyi üçün feillər müstəsnalıq təşkil edir. 

Kişi  və  qadın  adları  feil  əsasında  müxtəlif  morfoloji  əlamətlərin  artırılması  ilə  düzəlir.  Onlara 

aşağıdakı şəxs adlarını misal göstərə bilərik: 



-lı  Çallı;  -inc  Sevinc;  -il  Sevil;  -sun  Dursun,  Gülsüm,  –da  Sevda,  -maz  Solmaz,  Qorxmaz, 

Dönməz; -ar , -ər, -r Yetər, Yaşar, Gülər, Sevər; -dıq Tapdıq; -üş Dönüş, Görüş, Baxış; -qın Daşqın, 

Coşqun, Küskün, Ötkün və s. 

Antroponimlər quruluşuna görə iki hissəyə bölünür: sadə və mürəkkəb. Nitq hissələrinin rolunu 

mürəkkəb  antroponimlərin  yaranmasında  daha  aydın  görə  bilərik.  Belə  ki,  bu  antroponimlərin  nitq 

hissələrinə münasibətinə görə müxtəlif olur. Bunlardan ilki isimlə-ismin birləşməsindən düzələn sözlər 

–Aygül, Hüseynqulu, İbrahimxəlil, Əliyusif və s. 

2.İsimlə  sifətin  birləşməsindən  düzələn  sözlər  əsasında  formalaşan  antropomilər-Ağaşirin, 

Dilişirin, Dilşən, Dilxoş, Elşad, Əbdülvəfa, Nurvəfa və s. 

3.İsimlə-feilin  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında  formalaşan  antropomilər-

Qızqayıt, Nazqayıt və s. 

4.İsimlə  zaman  şəkilçili  qəbul  etmiş  feilin  birləşməsindən  düzələn  antropomilər-Ağaverdi, 

Tanrıverdi, Qaryağdı, Elsevər, Gülaçar və s. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

864



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

5.Sifətlə ismin birləşməsindən düzələn sözlər əsasında formalaşan antropomilər-Alyar, Almədəd, 

Təzənur,Təzəgül, Sarıgül, Qaragilə və s. 

6.  İsimlə  əvəzliyin  birləşməsindən  düzələn  sözlər  əsasında  formalaşan  antropomilər-Gülşən, 

Allahmən, Əlimən və s. 

7.İsimlə  sayın  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında  formalaşan  antropomilər-

Yüzbəy, Minnaz, Minyaşar, Minzər və s. 

8.  Feillə  isimin  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında  formalaşan  antropomilər-

Bilzər,Sevdimalı,Dursunəli, Bilnur və s. 

9.  Zaman  şəkilçili  qəbul  etmiş  feilli  ismin  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında 

formalaşan antropomilər-Gəldiyar,Yanardağ, Sevdiyar və s. 

Bütün  bu  misallar  antropomilərin  yaranmasında  nitq  hissələrinin  rolunun  zənginliyindən  xəbər 

verir. Nümunələr göstərir ki, xalq adları yaradarkən, dilin bütün imkanlarından istifadə etmişlər. 

Adların  tənzimlənməsi  bir  tərəfdəndə  ənənələrlə  əlaqəlidir.  Müasir  dövrdə  adqoymada  ilk  üsul 

baba, nənənin adının qoyulmasıdır. Bu ənənədir. Antropomilərin bütün xüsusiyyətlərini nəzərə alaraq 

deyə bilərik ki, antropomilər mədəni və müasir mədəniyyətdir. 

 

 

YAD BİLDİYİMİZ DOĞMA ƏDATLAR                                                               

(“UŞ” VƏ “DƏXİ”Nİ XATIRLAYAQ) 

 

Rəxşanə BABAZADƏ 

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu 



rbabazade.14@gmail.com 

AZƏRBAYCAN 

 

Rus  dilindən  bildiyimiz,  dilimiz  üçün  varvarizm  sayılan  уже  [uj ]  (artıq,  daha)  və  даже  [d je] 



(hətta,  belə)  sözlərini  dilimizdən  ata  bilməməyimizin  səbəbi,  düşünürəm  ki,  əslində  elə  bizim  öz 

dilimizə yad olmamaları ilə bağlıdır. Klassik ədəbiyyatımıza məqsədyönlü nəzər salsaq, bənzərliyi hər 

kəs görər və bu iddianın yersiz olmadığı aydın olar.  

IUş  haqqında.  Lüğətdən  öyrənirik:  Уж:  1.  =  уже  –  artıq,  daha;  онуженемаленький  –  o  daha 

uşaq deyil; онужездесь – o artıq buradadır; 2. doğrudan da, doğrusu; ужявасдолгождал – doğrusu, 

mən  sizi  çox  gözlədim;  3.  daha;  незнаю,  какужсказать  –  bilmirəm  daha  necə  deyim;  4.  da,  də

нетакужплохо – o qədər də pis deyil [3,379].  

Uj formasının [uş] kimi səslənməsi də bu iddianı dəstəkləyir.  

İfadəyə  qüvvət  verən  artıq  sözünün  sinonimi  olan  uş,  uşda  ədatlarına,  əsasən  XIV-XVI  əsrlər 

Azərbaycan ədəbi-bədii dilində rast gəlirik. Uş ilə uşdə /iştə arasında məna fərqi açıq şəkildə duyulur. 

Belə ki,  ədatı “artıq, daha” mənalarını ifadə edirsə, iştə işarə edir və “budur” mənasını bildirir. Hər 

birinə aid nümunələri nəzərdən keçirək: “Toğmış Küni uş batar” (M.K.,“DLT”, II 128); “Oldu tamam 

uş bu gün eşq ilə bazarımız” (Nəsimi); “Dərdə dərman andan oldu, dərdə dərman buldum uş”, “Getdi 

qış dövri aradən, uş gülüstan dövridir”, “Uş yenə açıldı güllər, xarə söylən gəlməsin” (Xətai); “Aləmi 

uş maŋa zindan edən. Didi Məcnun oldi adəm uş bu gün” (Həqiri) və s.  

XIV  əsr  müəllifi  Mustafa  Zəririn  “Qisseyi-Yusif”  əsərində  çox  işlənən    ədatının  artıq,  daha 

mənaları açıq şəkildə görünür: “Uşölürəm bu cihana toymadın”, “Uş kəmala irmədin buldum zəval”, 

“Dərd ilə yaquluram uş dünü gün”, “Dərd ilə uş qalmışam natəvan”, “Dedilər, oğlanlaruŋ uş gəldilər”, 

“Eşq  əlindən  oldum  uş  xurü  həqir”,  “Beytül-əhzan  uş  baŋa  oldu  məqam”,  “Uş  igirmi  altı  il  oldu 

təmam”, “Bu hekayət bunda uş oldı təmam”, “Diləgim budur, uş dedim saŋa”, “Uş sizə məlum qıldıq 

bir xəbər”, “Kömləgim yarıldı uş bənim dəxi”... Nümunələrdə uşʼun yerinə uje desək, məna günümüz 

üçün bəlkə də daha anlaşıqlı olacaqdır. Hətta bir az daha irəli gedib, məzmununa əsasən ehtimal etmək 

olar ki, c ~ ç ~ ş əvəzlənməsi nəticəsində uc (axir, nəhayət) > uş olmuşdur.  

Təxminən  yenə  də  eyni  şairlərin  dilində  bu  ədatın  mürəkkəb  forması  işlənmişdir:  “Oldu  kuyin 

üştə//uşda yaylağum bənüm” (İ.Həsənoğlu), “Xətm oldu uşdə bunda dasitan” (M.Zərir), Çün Məsiha 

istərisən,  iştə  gəldi  dər-rəmim.  Bu  şəhri  qoyub,  üştə,  kədər  xəstə  Nəsimi.  Halımi  sənsiz,  ey  sənəm, 

bilməz  isən  gəl  iştə  gör.  Yarımı  ayırdı  bəndən  çərxi-qəddar  iştə  gör;  Şəm  oldi köŋlim  iştə  fəraqində 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə