Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə43/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   39   40   41   42   43   44   45   46   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

855



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 Əziz “Babək”adın 

 Mübarək olsun! 

Azərbaycan  dilinin  antroponimik  leksikası  xüsusi  kəmiyyət  və  tutumu,  forma  və  məzmun 

baxımından  dilimizin  mənəvi  sərvətidir.  Şəxs  adları  insan  cəmiyyəti  yarandığı  gündən  meydana 

gəlmiş iqtisadi və mədəni tərəqqisi ilə bağlı inkişaf yolu keçmiş, dilimizdə şəxs adlarının müasir və 

zəngin  sistemi  yaranmışdır.  Tarixin  müəyyən  mərhələsində  dilimizdə  türk,  ərəb,  fars,  rus  və  avropa 

mənşəli  şəxs  adları  özünə  yer  tapmışdır.  Zaman  keçdikcə  bu  adların  xeyli  hissəsi  sıradan  çıxmış, 

dəyişmiş, öz yerini yeni milli adlara vermişdir. 1990-ci ilə qədər dilimizdə olan Vasili, Alik, Mayıs, 

Sara, Raciv, Fidel, Tolik və s kimi alınma və qondarma adlar indi tamamilə sıradan çıxmış, onların 

yerinə xalis Azərbaycan və türk mənşəli adlar öz yerini tapmaqdadır. Tarixə nəzər salsaq görərik ki, 

övladlara ad verilməsi mərasiminə nikbin münasibət bəslənilmişdir. Bu hadisə xalq şadlığı , təntənə və 

mərasim şəklini alardı. 

Şifahi xalq ədəbiyyatımızın qədim yaradıcılığı olan “Kitabi-Dədə Qorqud”dastanlar küliyyatında 

biz qədimlərdə olan advermə mərasimi ilə taniş oluruq. Dədə Qorqud kitabı Azərbaycan xalqının şah 

əsərlərindən biri, Azərbaycan dilinin ölməz abidəsidir. Məhz dil abidəsi kimi, bu ulu kitab əvəzsiz bir 

xəzinədir.  ”Dədə  Qorqud” kitabı  Azərbaycan dilinin həm  dünya  dilləri,  həm  də  türk  dilləri  arasında 

aydın  görünən,  seçilən  yerini  həmişəlik  təsdiq  edən  canlı  sənəddir.  O  mənada  canlıdır  ki,  yaşarı, 

inkişaf  edən  sənəddir.  Yazıya  alınığı  1300  il  ərzində  bu  dastanlar  toplusu  Azərbaycan  xalqının  hər 

nəslinin ömründə, taleyində, yaddaşında, arzu və ümidlərində daim təzədən yazılmışdır. Bu ulu kitab 

həqiqətən  pozulmaz  yazı  olmuşdur.  O,  oxunduqca,  təsdiq  edildikcə,  açıqlandıqca,  xalqımızın 

ömründə, gələcəyə bəslədiyi ümidlərində yenə təzədən yazılır, təzədən bizimləşir və müasirləşir. Bu 

dastanda Dədə Qorqud insanlara ad verən tarixi şəxsiyyət kimi qələmə verilir. Maraqlısı odur ki, Dədə 

Qorqud körpələrə deyil, sadəcə igidlik göstərmiş cavanlara ad verərmiş. 

Beləliklə, sonda belə bir nəticəyə gələ bilərik ki, keçmişdə uşaqların müəyyən dövrə qədər adsız 

keçdiklərini, adsiz dövürdə ancaq sahiblərinin, nəslin və ya tayfanın adları ilə tanındıqlarını göstərir. 

“Kitabi-Dədə  Qorqud”  dastanında  adları  çəkilən  antroponimlərdən  Buğa,  Buğac,  Alp  Aruz, 

Budaq, Qazan oğlu Tural kimi adların semantikasında igidlik, qüvvətlilik kimi keyfiyyətlər, Boyuuzun 

Burla  Xatun,  Banuçiçək,  Qutluq(xoşbəxtlik,səadət)  və  s.adlarda  isə  incəlik  və  zəriflik  kimi  gözəllik 

çalarları  müşahidə  olunur.  Bığı  qanlı  Bəkduz  Əmən,  Qaraca  Çoban  antroponimləri  zahiri  görünüş, 

Eltəris Kağan,Yoluq Təkin, Bayandır xan, Baybörə bəy, Selcan Xatun kimi antroponimlər isə ictimai 

həyatla bağlı olaraq yaranan antroponimlər kimi izah edilə bilər. 

“Kitabi-Dədə Qorqud” dastanının boylarında bir çox oğuz pəhləvanlarının adı çəkilir. Məsələn, 

Aruz, Basat, Qazan, Dəli Qaracin, Məlik, Dugər Baybican, Selcan Xatun, Banu Xatun,Yeynək başqa 

bir  qisim  şəxs  adları  həm  də  oğuz  etnonimlərini  xatırladır.  Qırxqiniq,  Dugər,  Oxucu,  Bayandır  və  s 

tayfa adlarının şəxs adlarına, şəxs adlarının yenidən tayfa adına keçməsi bir oğuz ənənəsidir. ”Kitabi-

Dədə Qorqud-dakı şəxs adları qədim türk onamastikasını əks etdirir. Bu xüsusi adlar xalqın qiymətli 

etnolinqvistiq  yaddaşıdır.  Türkologiyada  antroponimlər  az  öyrənilmiş  sahələrdən  biridir.  Tayfa 

adlarından  yaranan  şəxs  adlarının  həm  semantikasının,  həm  də  coğrafi  adlara  çevrilməsinin 

öyrənilməsinə böyük əhəmiyyət verilir. 

Xalqın dil tarixi, etnoqrafiya və psixologiyasını yaşadan, milli etiket funksiyasını yerinə yetirən 

antroponimlərin linqivistik baxımdan araşdırılması dil tariximiz və s barədə dəyərli faklar verə bilər. 

“Ağ”və  “Qara”  komponentli  antroponimlər  qədim  adlar  sistemində  xüsusi  diqqət  kəsb  edir. 

Azərbaycan  və  başqa  türk  dillərindəki  onomastik  vahidlərində  “ağ”  və  “qara”  leksemlərin  dairəsi 

genişdir. Dilimizdə rəng anlamında “qara” vahidi gözəllik motivi ifadə edən bir sıra leksik vahidlərin 

yaranmasında  inkişaf  etmişdir.  Məsələn,”Qara”  sözü  tarixdə  böyüklük,  güclülük,  qüdrətlilik, 

əzəmətlilik mənasını ifadə etmişdir. 

“Ağ”  rəngin  müsbət,  qara  rəngin  mənfi  emosiyaları  ifadə  etmə  xüsusiyyətləri  “Kitabi-  Dədə 

Qorqud”  dastanlarında  daha  qabarıq  müşahidə  olunur.  Rəng  anlamında  qara  lekseminin  mənfi 

emosiyalar ifadə etməsini də inkar etmək olmaz. 

Dastanda adı çəkilən “Bayandır” adı Azərbaycan antroponimləri sistemində “Bayandur” şəklində 

işlənməkdədir.  Bayandur  tayfa  adının  dilimizin  antroponimik  sisteminin  zənginləşməsində  xüsüsi, 

özünəməxsus rol oynadığını göstərir. Qorqud, Dəmirgüc, Əmən Qoca oğlu Alp Ərən, Duxa Qoca oğlu 

Yalıncıq,  Qazlıq  Qoca,  Baybörə,  Bamsı  Beyrək,  Yeynək  İnək  Qoca  oğlu  Sarı  Qalmış,  Banuçiçək, 

Burla Xatun və digər şəxs adları kimi Bayandur adı da müasir ad sistemində tam aktuallıq qazanmasa 

da təsadufi hallarda işlənir. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

856



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sovet höküməti qurulmazdan öncə Azərbaycanda körpələrə həm də dini adlar verilməsinə daha 

çox  rast  gəlinir:  Məsələn,  Əli,  Osman,  Məhəmməd,  Yusif,  Zeynəb,  Zəhranı  misal  çəkmək  olar. 

Bundan  əlavə  valideyinlərin  uşaqlara  məşhur  qəhrəmanların  və  ya  tarixi  şəxslərin  adlarını  verməsi 

populyar olub. Məsələn, Babək, Cavanşir, Nəbi, Həcər adları. 

Keçmiş  SSRİ-də  isə  valideyinlər  öz  körpələrinə  rus  və  ya  sovet  ideologiyasına  uyğun  adlar 

veriblər. Kolxoz, Konbayn, Sovet, Traktor, Marks, Komsamol,Yanvar, Fevral, Oktyabr kimi ictimai-

siyasi quruluşla bağlı adları misal gostərmək olar. 

SSRİ-nin  dağılması  və  Azərbaycanın  müstəqillik  əldə  etməsindən  sonra  ölkəmizdə  bütün 

istiqamətlər kimi insan adları sahəsində də dəyişikliklər baş verdi. İnsan adları sahəsində baş verən bu 

dəyişikliyi müasir dövrün tələbi, həm də azərbaycanlıların öz köklərinə qayıdışıı kimi izah etmək olar. 

Dilçilik  sahəsi  üzrə  ekspert  Musa  İsmayılovun  sözlərinə  görə  Azərbaycanda  ərəb-fars  adları  artıq 

azalmaqdadır. Türk mənşəli adlar isə artmaqdadır. Bununla yanaşı dini adların verilməsi halları daha 

cox nəzərə çarpmaqdadır.. Bu isə azərbaycanlıların İslam dininə qayıdışı ilə əlaqədardır. 

 

 

 

SÖZSÜZ ÜNSİYYƏTİN MODELİ 

 

Pərvin BAYRAMOVA 

AMEA, Nəsimi adına Dilçilik İnstitutu 



hesenova-88@mail.ru 

AZƏRBAYCAN 

 

Məlum  olduğu  kimi,  insanlar  kommunikasiya  prosesində  verbal  vasitələrlə  yanaşı,  qeyri-verbal 



vasitələrdən  də  istifadə  edirlər.  Sözsüz  ünsiyyət  görünən,  başqa  cür  desək,  vizual  prosesdir  və  bu 

qarşılıqlı  yolla  həyata  keçirilir.  Məsələn,  biz  dostumuzla  zarafat  etməmişdən  əvvəl  və  çox  zaman 

söhbətin  gedişində  digər  dostumuza  göz  vuraraq  söhbətə  başlayırıq.  Elə  bu  zaman  söhbətin  hansı 

tərzdə  qurulacağı  göndərilən  mesajdan  xəbərdar  olan,  yəni  ötürülən  siqnalı  görən  dost  üçün  aydın 

olacaq, çünki o, qarşı tərəfin söyləyəcəyinə qeyri-verbal davranışa əsasən öncədən anlam verə bildi. 

Bir  sözlə,  sözsüz  ünsiyyət  verbal  kommunikasiyanı  qabaqlamaqla  yanaşı,  onun  gedişi  haqqında 

öncədən  məlumat  verir.  Ünsiyyət  prosesini  sözsüz  mesajlar  və  ya  siqnalların  köməyi  olmadan 

təsvəvvür  etmək  çətindir.  Məsələn,  bir  insana  verbal  yolla  “gəl”  deyirik,  o  da  bizə  tərəf  addımlayır. 

Kənardan  onları  seyr  edən  bir  insan  deyilən  sözü  eşitməsə,  çox  təəccüblənər  və  nitq  ona  quru  və 

cansıxıcı təsir yaradar. Bunun əksinə olaraq siqnalları göndərən adam sözlə yanaşı, həm də xəfif bir 

təbəssümlə və ya əli ilə ona gəl deyirsə, onları müşayiət edən insan üçün tam anlaşıqlı olar. Məhz bu 

səbəbdən sözsüz vasitələrin nitqdə rolu çox mühümdür və onları şərti olaraq belə qruplaşdırmaq olar: 



1) Sözlü vasitələrlə bərabər işlənən, onları müşayiət edən vasitələr 

Belə vasitələr danışıq prosesinin gedişini daha da canlandırır və nitqin başa düşülməsini asanlaş-

dırır. Buna görə də biz onu nitqi müşayiət edən vasitələr adlandırırq. Məsələn, qarşıdakı insanı hədələ-

mək üçün deyilən sözlər kifayət etmədikdə, işarət barmağnı ona tərəf yönəltməklə prosesin anlaşılmas-

ını, diqqətin özümüzə tərəf cəlb edilməsini sürətləndirir və göndərilən informasiyaya yekun vurulur.  

2) Müstəqil hərəkətlərə isə başın müxtəlif cür hərəkətlərini aid edə bilərik 

Burada  başın  sağa  və  sola,  yuxarı  və  aşağı  hərəkətləri.  Qeyd  etdiyimiz  kimi,  qeyri-verbal 

davranışların müşayiət edən və müstəqil tipli hərəkətlər şəklində bölgüsü şərti mahiyyət daşıyır. Belə 

ki, əl hərəkətləri də müstəqil məna ifadə edə bilər. Qarşı tərəfə uzun-uzadı cümlələr qurub “sakit dur” 

fikrini  çatdırmağa  çalışmaqdansa,  sadəcə  işarə  barmağını  şaquli  şəkildə  dodaqlara  yaxınlaşdırmaqla 

istənilən  nəticəni  əldə  edə  bilərik.  Hər  iki  ünsiyyət  forması  qarşı  tərəfi  inandırmağa  xidmət  edir. 

Əslində sözsüz ünsiyyət sözlü ünsiyyətdən daha inandırıcıdır ki, burada məlumatı göndərənin kimliyi, 

sənəti,  şəxsiyyətinin  bir  çox  tərəfləri  haqqında  xeyli  məlumat  əldə  etmək  mümkündür.  Alimlərin 

araşdırmaları  nəticəsində  bir  insanın  700.000  hərəkətdən  istifadə  etdiyi  məlum  olmuşdur.  Bu  haqda 

M.Pey  yazır:  “İnsan  700.000  fərqli  hərəkətlərdə  bulunur”  (Pei  M.  The  story  of  language,  London, 

1952,  493  pp,  p.  9-18).  Maraqlı  cəhət  budur  ki,  bu  hərəkətlər  bir-birinin  təkrarı  olmadan  bu  qədər 

hesablanır.  




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə