Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə40/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   36   37   38   39   40   41   42   43   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

849



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Gəncəvinin “Xəmsə”sində, “Divanı”nda işlənən aforizmlər, hikmətli ifadələr artıq xalqın yaddaşında 

atalar sözləri və zərbi-məsəllər kimi formalaşmışdır. Məsələn: Kamil bir palançı olsa da insan, yaxşıdır 

yarımçıq papaqçılıqdan- hikmətli ifadəsində olduğu kimi. 

Müasir dilçiliyin ən aktual mövzularından biri folklor nümunələrinin dilinin həm linqvistik, həm 

də  ədəbiyyatşünaslıq  baxımından  araşdırılmasıdır.  Bu  sırada  atalar  sözlərində  şəxs  adlarının  zəngin 

poetik xüsusiyyətləri xalqın sənətkarlıq qabiliyyətini aydın şəkildə əks etdirir. Mübaliğəsiz demək olar 

ki,  atalar  sözlərinin  onomastikasının  tədqiqi  yolu  ilə  müvafiq  milli  adların  yaranması  və  işlədilmə 

xüsusiyyətləri  elmi  şəkildə  şərh  oluna  bilər.  Digər  tərəfdən  xalq  ədəbiyyatının  dilinin  araşdırılması 

Azərbaycan  ədəbi  dilinin  formalaşması  tarixinin  və  özünəməxsusluğunun  öyrənilməsi  üçün  zəngin 

material verir.  

Bəzi  atalar  sözləri  və  məsəllərin  ümumi  məzmununa,  orada  işlədilən  leksik  vahidlərin,  o 

cümlədən şəxs adlarının funksiya və məna çalarlarına diqqət yetirdikdə onların hansı dövrün məhsulu 

olduğunu,  hansı  məqamlarda  yaranıb formalaşdığını təxmin  etmək  mümkündür.Bundan  başqa  atalar 

sözlərinin  tərkibindəki  dil  vahidləri  onun  aid  olduğu  xalqın  dilinin  inkişaf  tarixini  də  özündə  əks 

etdirdiyindən,  atalar sözləri  dil  tarixi  baxımından  da  çox  əhəmiyyətlidir.  Atalar  sözləri  və  məsəllərin 

ilk  yaranma  mərhələsini bu  qrupa  daxil  olan  şəxs  adlarının  semantikasında  fərdi  anlayış, adlandırma 

funksiyası,  konkret  məna  aparıcı  anlam  kimi  təzahür  edir,  sonrakı  mərhələlərdə  isə  tədricən 

tamamlayıcı, məcazlaşmış  məna fərdi anlayışı üstələyir. Belə atalar sözləri və məsəllərin çoxu tarixi 

şəxsiyyətlərin adı ilə əlaqədardır.  

Nadiri  taxtda  görüb,  Süleymanı  qundaqda-atalar sözü,  insanın  dünyagörüşünün geniş  olduğunu, 

yaşının  çox  olduğunu  göstərir.  Azərbaycan  folklorunda  bu  atalar  sözünə  bir  neçə  variantda  təsadüf 

edilir:  Süleymanı  taxtda,  Nuhu  gəmidə  görüb:  Nuhu  taxtda,  Süleymanı  qundağda  görüb;  Cəlal 

Bərgüşadın  "Siyrilmiş  qılınc"  romanında  bu  atalar  sözü  yeni  variantda,  başqa-başqa  tarixi 

şəxsiyyətlərin  adı  ilə  işlədilir:  “Deyirdilər  ki,  baba  Çinar  Makedoniyalı  İsgəndəri  taxtda,  İran  şahı 

Daranı  qundaqda  görüb”.  Bu,  atalar  sözlərində  dayaq  leksik  vahidləri  kimi  işlədilən  Süleyman, 

İsgəndər,  Dara  və  Nadir-müxtəlif  zaman  və  məkan  daxilində  yaşayıb,  fəaliyyət  göstərən  tarixi 

şəxsiyyətlərin adlarıdır.  

Bəzi  atalar  sözlərində  surətin  adı  əvəzinə,  onun  vəzifəsini,  peşəsini,  sənətini  və  ya  müəyyən 

əlamətini bildirən sözlər işlənir. Məsələn: Vəzir, Vəkil, Usta, Dərzi, Dəmirçi, Zərgər, Qarı, Keçəl və 

s."Keçəl başını yudun?-Yudum da, quruladım da", "Keçəl əlac bilsə öz başına edər", Keçəl qatıq tapsa 

öz  başına  yaxar".  Maraqlıldır  ki,  belə  atalar  sözlərinin  demək  olar  ki,  hamısının  nağıl  variantı 

mövcuddur.  Adları  əvəz  edən  bu  sözlərin  özünəməxsus  üslubi  xüsusiyyətləri  vardır.  Əksər  hallarda 

"hər  hansı"  qeyri-müəyyən  əvəzliyin  yerində  işlənərək,  özünün  ilkin  adlandırma  funksiyasını  itirir, 

ümumiləşmiş  məna  ifadə  edir.  Bu  cür  antroponimik  vahidlər  ya  ahəngdarlığına,  ya  da  alliterasiya 

xüsusiyyətinə  görə  seçilir:  Baba  durub,  Babacan  durub;  Ağa  Nəzərəm,  belə  gəzərəm,  bir  yumruqla 

qırxın  əzərəm;  Əl  Tutmaq,  Əlidən  qalıb;  Kərbalayi  Kazım,  sənə  demək  nə  lazım?;  Ölməz,  itməz 

Xədicə,  görər  nəvə-nəticə;  Ağa  durub,  ağacan  durub;  Adın  nədir,  Rəşid,  birini  de,  birini  eşit;  Xalq 

gedər quş gətirər, Xanalı bayquş gətirər; Toydan sonra nağara, xoş gəldin Bayram ağa və s. 

Antroponimik variantlar folklor əsərlərində-tapmaca, atalar sözü, idiomların tərkibində özünü çox 

göstərir ki, bu hadisənin özü və səbəbləri xüsusi araşdırma tələb edir. Məsələn, Taxçadan düşdü tapp 

elədi;  Gülsənəm//Gülxanım  onu  happ  elədi  (Tapmaca).  Qoyun  olmayan  yerdə  keçiyə 

Kəraməddin//Əbdülkərim deyirlər (Atalar sözü). Ölmüşdü Xankişi//Xandadaş (İdiom) və s.  

Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu; Hər qatırçı Murad olmaz; məsəllərdə söhbət 

yalnız  xalq  qəhrəmanı  Koroğluya,  nə  vaxtsa  yaşamış  qatırçı  Muradan  getmir.  Birincisində  çətin 

vəziyyətdə  qalan  cəsur,  fədakar  insanların  düşdüyü  vəziyyətə,  ikincisində  də  bir  növ  nizam-intizam 

məsələlərinə  toxunur,  ipə-sapa  yatmayan  insanlara  qarşı  görülən  sərt  tədbirlərdən  bəhs  olunur.  Bu 

məsəllərin mahiyyəti də elə bu ümumiləşdirmə xüsusiyyətləri ilə bağlıdır. Həmin ifadələrin tərkibində 

işlədilən  şəxs  adları  (Koroğlu,  Murad)  ilə  əlaqədar  adlandırma  o  vaxt  qabarıq  surətdə  öz  təsirini 

göstərir ki, dinləyici müvafiq tarixi hadisələri və dini rəvayətləri yaxşı bilmiş olsun, eşitdiklərini həmin 

hadisələrlə əlaqələndirə bilsin. 

Azərbaycan folklorunda əksər atalar sözləri və məsəllər, qismən də bayatılar bununla səciyyələnir 

ki,  onların  məzmunu  fərdi  anlayışdan  uzaqlaşmış,  tərkibindəki  şəxs  adlarının  adlandırma  funksiyası 

zəifləmiş, ümumi  mücərrəd anlayışlı, ümumiləşdirici mənalı insan adı  ətrafında mərkəzləşmişdir. Bu 

adların emosionallığı, vaxtı ilə onların müəyyən bir epizodla, mətn ilə bağlı olduğunu göstərir. Firovun 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

850



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

(Firon)  qədim  Misir  hökümdarlarına  verilən  ləqəbdir,  zalım,  insafsız,  qəddar  adam  kimi 

məcazlaşmışdır. Demək, bu söz adlandırma funksiyasını itirmiş, ümumi anlayış bildirən sözə çevrilib, 

atalar sözləri, frazeoloji birləşmələrin tərkibində qalmışdır: Firon kimi allahlıq iddiasındadır; Musanın 

əsası ilə gəlməyən, Fironun əsası ilə gəlir. Yaxud, Azərbaycan folklorunda Nurcahan yüngülxasiyyət, 

müftəyeyən, gözəyatımlı, başqalarının diqqətini özünə cəlb edən qadın kimi tipikləşmişdir. Bu dərdlə, 

pul qazan, apar ver Nurcahan yesin; Nurcahan da barı Nurcahan ola.  

Xalqın qəsbkarlara olan nifrəti folklorda da öz məntiqi ifadəsini tapır. Dilimizdə bu gün də işlək 

olan bəzi atalar sözü və zərb-məsəllərə diqqət yetirək: Ərəb öldü, qan düşdü; Ərəbin üzü, dəvənin dizi; 

Ərəb nədir, corab nədir? və s. Nümunələrdən göründüyü kimi, ərəb leksik vahidi folklorda daha çox 

qəddar, zalım, amansızlıq simvolu kimi özünü göstərməkdədir. 

 

 

DİLİN LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ                         

ALINMA SÖZLƏRİN ROLU 

 

Aynur ŞƏFİYEVA 

ADU 


ayka0289@hotmail.com 

AZƏRBAYCAN 



 

Məlumdur  ki,  lüğət  tərkibi  müxəlif  baxımlardan  mənşəyinə,aktivliyinə  və  passivliyinə  görə, 

istifadə  olunma  dairələri,  üslubi  laylara  bölünməsi,  semantik  və  strukutur  quruluşları  baxımından  və 

sair şəkildə qruplaşdırılaraq öyrənilə bilər. 

Dilin  lüğət  tərkibinin  zənginləşməsinin  əsas  yollarından  birincisi,  dildə  artıq  mövcud  olan 

sözlərin  leksik-semantik  inkişaf  yoludur,  ikincisi  dildə  mövcud  olan  sözlərin  və  sözdüzəldici 

şəkilçilərdən istifadə edərək yeni sözlərin yaradılması yoludur və sonuncu isə lazım olan sözlərin digər 

dillərdən alınması yoludur. 

Dilin lüğət tərkibinin zənginləşməsində bu yollardan hər birinin, təhlil olunan dildən asılı olaraq 

öz  çəkisi  vardır.  Bizim  isə  əsas  məqsədimiz  dilin  lüğət  tərkibinin  zənginləşməsində  və  ümumilikdə 

dilin inkişafı prosesində alınma sözlərin rolu haqqında ümumi məlumat verməkdir. 

Məlumdur  ki,  planetimizin  əhalisini  təşkil  edən  müxtəlif  dilli  xalqlar  arasında  əlaqələr 

mövcuddur. Bu əlaqələr bəzi xalqlar arasında birbaşa, sıx və fəal xarakter daşıyırsa, digərləri arasında 

isə  bir  qədər  zəif,  qeyri-fəal,  dolayı  şəkildə  baş  verir.  Müxtəlif  xalqlar  arasında  mövcud  olan 

əlaqələrdən danışan fransız dilçisi J.Vandriyes qeyd edir ki, “heç vaxt ola bilməz ki, hər hansı bir dil 

uzun  müddət  xarici təsir  olmadan  inkişaf  etsin,  əksinə  qonşu  dillərin  ona  təsiri əksər  hallarda  həmin 

dilin  inkişafında  mühüm  rol  oynayır.  Dillərin  bir-biri  ilə  təmasda  olması  tarixi  bir  zəruriyyətdir  və 

həmin təmas bir dilin digərlərinə müdaxiləsinə gətirib çıxarmışdır. 

Qeyd  etmək  lazımdır  ki,  müxtəlif  dillər  arasında  mövcud  olan  əlaqələrin  öyrənilməsi  məsələsi 

dilçilikdə bir problem kimi uzun tarixə malikdir. Bu sahədə mövcud olan ədəbiyyatla tanışlıq göstərir 

ki,  bu  məsələ  ənənəvi  olaraq  alınma  sözlərin  öyrənilməsi  məsələsi  kimi  özünü  daha  bariz  şəkildə 

göstərmişdir. 

Elmin, texnikanın və insanlar arasında ünsiyyət vasitələrinin geniş inkişaf etdiyi müasir şəraitdə 

müxtəlif  dillərdə  danışan  xalqların  bir-birinə  yaxınlaşması  prosesində  böyük  əhali  kütlələrinin 

hərəkətə  gəlməsi  ilə  müşayiət  olunan  sosial  dəyişikliklər  arasında  olan  əlaqələr  cəmiyyət  və  dil 

problemi baxımından hələ də kifayət qədər tədqiq olunmamış məsələlərdəndir. 

Bununla əlaqədar olaraq bu və ya digər dildə olan alınma sözlərin tədqiqinə maraq getdikcə artır. 

Tədqiqatçıların böyük bir qismi tədricən belə bir qənaətə gəlir ki, alınma sözlər dilin təkmilləşməsinə 

və inkişafına kömək edir. Tədqiqatçıların diqqəti tədricən başqa dillərdən sözlərin alınması prosesinə 

köməklik  edən  amillərin  araşdırılmasına  yönəlir.  Məhz  bu  səbəbdən  də  tarixin,  fəlsəfənin, 

etnoqrafiyanın və sair kimi elmlər ilə dilçilik elminin bəzi sahələrinin bir-birinə yaxınlığı aşkar olur.  

Dil əlaqələri ilə məşğul olan tədqiqatçılar qohum dillər arasında alınma sözlər probleminə böyük 

diqqət yetirirlər. Eyni zamanda onlar bu sahədə bəzi nəzəri məsələlərin həllinə böyük ehtiyac olmasını 

və bu sahədə kifayət qədər axtarışların aparılmadığını göstərirlər. 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə