Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə38/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   34   35   36   37   38   39   40   41   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

845



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü 

olur. 

Azərbaycanda yerləşən ali təhsil ocaqlarında isə Bolonya sistemi tətbiq olunur. 



1999-cu  il  iyunun 19-unda  İtaliyanın  Bolonya  şəhərində  29  Avropa  ölkəsinin təhsil  nazirlərinin 

xüsusi  konfransında  “Avropa  Ali  təhsil  məkanı”  bəyannaməsi  və  ya  “Bolonya  bəyannaməsi”  qəbul 

olunmuşdur.  Azərbaycan  isə  2005-ci  ildən  Bolonya  prosesinə  qoşulub  və  2006-cı  ildə  ilk  dəfə 

Azərbaycan  Dillər  Universitetində  tətbiq  olunmağa  başlanmışdır.  Bolonya  sisteminin  bir  çox  üstün 

cəhətləri vardır ki, bunlardan ən əsası da gələcəkdə diplomların xarici ölkələrdə tanınmasıdır.  

Bolonya sistemi haqqında müxtəlif fikirlər vardır. Onun müsbət cəhətlərini qeyd edənlərlə yanaşı, 

mənfi cəhətlərini də göstərən alimlər az deyil. Neue Zurcher Zeitung alman qəzetinin yazdığına görə 

(aprel  2007-ci  il),  yeni  sistemə  birinci  keçən  Sankt-Qallens  universitetində  professor  və  dosentlərin 

əksəriyyəti  dəyişikliyin  təhsil  prosesinə  mənfi  təsir  göstərdiyini  gizlətmirlər.  Təhsilin 

standartlaşdırılmasının və ECTS bal sisteminə girişin daha çox humanitar sahəyə nəzərə çarpan zərbə 

vurduğunu deyirlər. 

Qloballaşmanın  humanitar  sahəyə,  əsasən  də,  dilçiliyə  təsiri  danılmazdır.  Bu  da  ən  çox 

leksikologiyada  özünü  göstərir.  Cəmiyyəyin  ictimai-siyasi  həyatında  baş  verən  dəyişikliklər  dilin 

daxili  qatının,  o  cümlədən  terminalogiyanın  yeniləşməsinə  təsir  edən  əsas  amillərdən  biridir.  Elmi-

texniki  tərəqqi,  Avropaya  inteqrasiya,  ictimai-siyasi  yeniləşmə  bir  çox  terminlərin  meydana  gəlməsi 

ilə nəticələnir. Elmi üsluba məxsus olan terminlərin bir çoxu mətbuatda, elmi əsərlərdə işlənir və bir 

müddətdən  sonra  ümumişləklik  qazanır.  Məsələn:  spiker,  inteqrasiya,  qloballaşma,  internet, 

monitorinq,  aksiya,  sanksiya,  depozit,  disk,  mitinq  və  s.  Əgər  əvvəlki  dövrlərdə  terminalmada  əsas 

mənbə  rus  dili  idisə,  müstəqillik  qazandıqdan  sonra  daha  çox  Qərbi  Avropa,  xüsusilə  ingilis  dilinin 

əsas  rol  oynaması  müşahidə  olunur.  Bu,  təbii  bir  axındır  və  bunun  qarşısını  almağa  çalışmaq  yel 

dəyirmanı ilə vuruşmaq kimi mənasızdır.  

Hər  bir  dilin  lüğət  tərkibinin  əsas  hissəsini  təşkil  edən  terminoloji  qat  yalnız  əcnəbi  sözlər 

hesabına  deyil,  milli  terminlərin  yaradılması  hesabına  da  zənginləşməlidir.  Bunun  üçün  Azərbaycan 

dilinin geniş funksional imkanları vardır. 

Terminalma bir tərəfdən dilin zənginləşməsi üçün əhəmiyyətli olsa da, digər tərəfdən alınmaların 

bir  müddətdən  sonra  milli  sözlər  üzərində  hegemonluğu  ilə  sonlana  bilər.  Yəni,  alınmaların  sayı 

artdıqca,  onların  istifadə  sahəsi  genişləndikcə,  milli  sözlər  passivləşəcək  və  tədricən  işləklikdən 

çıxacaqdır.  Bu  da  milli  dilin  məhvinə  ya  da  ən  yaxşı  halda  adi  danışıqda  (dialekt  və  şivələrdə) 

istifadəsinə  gətirib  çıxara  bilər.  Bunun  qarşısını  almaq  üçün  yeni  söz  və  ifadələri  (terminləri)  dilin 

lüğət tərkibinə daxil etməzdən əvvəl araşdırmaq, həmin sözə, məfhuma münasib, mənaca uyğun milli 

sözləri üzə çıxarmaq və yaxud kalka üsulundan istifadə edərək yeni sözlər yaradıb sonra lüğətə daxil 

etmək daha məqsədəuyğundur. Düzdür, bəzi yeni elə terminlər vardir ki, onları digər başqa bir sözlə 

əvəz etmək mümkün deyil. Hətta belə terminlərin tərcümə olunması və yaxud yeni söz və ya ifadə ilə 

əvəz  olunması,  bəzi  hallarda,  uğursuz  alınır.  Alınma  terminlər  dilə  gəldikdən  sonra  onunla  paralel 

qarşılığı  da  yarana  bilir.  Bu,  paralelliyə  yol  açsa  da,  alinmaların  milli  sözlərlə  əvəz  olunması  cəhdi 

kimi qiymətləndirilməlidir. 

 

 

BƏDİİ ƏSƏRLƏRDƏ NİTQİN MƏDƏNİ VƏ QEYRİ-MƏDƏNİ FORMALARI 



 

Zümrüd MƏHƏRRƏMOVA 

Gəncə Dövlət Universiteti 



83-aytan@mail.ru 

AZƏRBAYCAN 

 

Nitq insana verilmiş misilsiz bir nemətdir. Məhəmməd Füzuli “Ənisül-qəlb”  əsərində yazır ki , 



insanı  onun  dili  ilə  fərqləndirirlər.  Nitqlə  təfəkkür  arasında  sıx  əlaqə  görən,  nitqi  insanın  şüurlu 

fəaliyyətinin nəticəsi sayan şair dilin ictimai mahiyyəti barədəki fikrini bir beytdə belə ümumiləşdirir: 

Eyləsən tutiyə təlim ədayi –kəlimat, 

Nitqi insan olur, amma özü insan olmaz. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

846



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nitq  iki  formada  özünü  göstərir:  mədəni  və  qeyri-mədəni  nitq.  Hər  bir  insan  mədəni  nitqlə 

danışmağı  bacarmalıdır.  Bunun  üçün  ədəbi  dilin  fonetik,  leksik  qrammatik  qaydalarnı  və  danışıq 

etikasını bilmək lazımdır. Bununla bərabər nitqin mədəniliyi üçün fikir yığcam, mənalı, inandırıcı və 

məntiqli  olmalıdır.  Belə  nitqə  Ulu  öndər  Heydər  Əliyevin  nitqlərini  misal  göstərmək  olar.  Heydər 

Əliyevi dinləyən hər bir şəxs onun nitqini asanlıqla anlayır və çətinlik çəkmədən deyilən fikri qavraya 

bilir.  1993-cü  il  noyabr  ayının  2-də  Heydər  Əliyev  televizya  və  radio  vasitəsilə  xalqa  müraciət  etdi, 

insanları  Vətənimizin  qeyrət  və  azadlığı  uğrunda  birləşib  daxili  düşmənlərə  qarşı  mübarizəyə 

qalxmağa  çağırdı.  Prezidentin  aydın  nitqlə  ifadə  olunan  çağırışı  xalqı  silkələdi,  hərəkətə  gətirdi. 

(Azərbaycan tarixi, XI sinif, Bakı-2007, səh 194 ). 

Nitqi  mədəni  etmək  üçün  başqa  cəhətlətlərə  də  əməl  etmək  lazımdır,  yəni  düzgünlük, 

dəqiqlik,ifadəlilik  şifahi  nitqdə  gözlənilməlidir.  Belə  nitqi  dinləyən  insanlar  təbii  ki,  yorulmaz,  hətta 

ondan  həzz  alar.  Bəzən  insanlar  gözəl,dəqiq,  ifadəli  danışırlar.  Amma  mimika  və  jestlərdən  yerli-

yerində istifadə edə bilmirlər. Belə halda nitq yorucu və quru olur, nəticədə dinləyici dinləməkdən tez 

bezir. Əgər əksini düşünsək, yəni hər şey yerli-yerində olsa, bu zaman dinləyici fikrini yalnız danışan 

şəxsə  yönəldər  və  bundan  mənəvi  zövq  alar.  Nitqin  xüsusiliyi  insanın  xarakterni  açılmasında 

özünəməxsus  rol  oynayır.  O,  insanın  daxili  aləminə  enər  və  onu  öyrənməyə  başlayar.  Nadir 

Abdullayevin  fikrinə  görə  insanın  daxili  aləmini  bilmək  üçün  onların  nitqini  dinləmək  kifayətdir. 

Sokrat deyərmiş ki, “Ey insan danış səni tanıyım”. Deməli, “insan öz dilini altında gizlənir, danışmağa 

başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir” (Həzrəti Əli ). 

İnsanların  nitqi  onları  bir-birindən  fərqləndirir.  Həsrət  Həsənovun  fikrincə,  hər  adam  nitq 

mədəniyyətinin bütün növlərinə, janrlarına, ünsiyyətin müxtəlif formalarına yiyələnə bilməz və bunu 

ondan  tələb  etmək  olmaz,  lakin  onun  nitq  mədəniyyətinin  aktual  xüsusiyyətlərinə  yiyələnməsi 

vacibdir. Təbii ki, bu o qədər dərin bir mövzudur ki, xalqımızın folklorunda bu haqda bəzi deyimlər 

yaranmışdır. Məsələn: “özünə də qurban,sözünə də”, “ağzından bal damır”, “dilinə qurban” bu ifadələr 

gözəl, səlis, məntiqli danışan şəxslərə “dilin qurusun”, “nə özünü bilir, nə sözünü”, “hər sözün öz yeri 

var, hər nöqtənin öz məqamı” və s. kimi ifadələr isə özündən razı, yersiz, mənasız danışan adamlara 

deyilir. 

Danışarkən  bəzi  sözlərdən  istifadə  olunur  ki,  bu  da  nitqimizi  qeyri-mədəni  edir.  Bunlara  yol 

verməmək üçün ədəbi dilimizə yaxşı bələd olmalıyıq və nitqimizi pozan ünsürləri bilməliyik. Cümlədə 

loru sözlərdən, vulqarizimlərdən, varvarizimlərdən istifadə olunur ki, bu hal nitqin mədəniliyini pozur. 

Məsələn:  “Doğrusu  qorxdum  öz  könlündə  deyərsən  ki,  Novruzəli  çox  heyvan  adamdır,çox  eşşək 

adamdır”(Mirzə  Cəlil,  seçilmiş  əsərləri,  I  cild,  Bakı-2004,səh.13)  “-Ə,  qoduq,mənim  üstümə 

şeşələnirsən!?”  (İsmayl  Şıxlı,  seçilmiş  əsərləri,  II  cild,  Bakı-2005,  səh  13).  Bu  cümlələrdə  işlənən 

“heyvan  adam”,  “eşşək  adam”,  “qoduq”  ifadələri  vulqarizimlərdir.  Eyni  zamanda  birinci  nümunədə 

nitqin düzgünlüyü hadisəsi pozulmuşdur, yəni “könlün” yerinə “ürəyin” ifadəsi olmalı idi. Başqa bir 

misala nəzər salaq: “Ne panimayu, qospodo çto za dikarstvo? Pust kto kakim yazıkom luçse vladet, no 

tom  i  obyasnyaetsya,  çto  je  takoe?!  (Mirzə  Cəlil,  seçilmiş  əsərləri,  Bakı-2004,  I  cild  səh.450).  Bu 

cümlədə  isə  varvarizimlərdən  istifadə  olunmuşdur.  Təbii  ki,  bu  misallar  Azərbaycanın  tanınmış 

yazıçıları olan Mirzə Cəlilin və İsmayl Şıxlının “Poçt qutusu” və “Dəli Kür”adlı məşhur əsərlərindən 

alınmış cümlələrdir. Burada yazıçı obrazları fərqləndirmək məqsədi ilə bu cür ifadələrdən istifadə edir, 

yəni bu yazıçının nitqi yox, tipin nitqi kimi başa düşülməlidir. 

Nitqi  qeyri-mədəni  edən  başqa  ünsürlərdə  vardır.  Buna  yalançılıq,yaltaqlıq  və  fikrin  şüurlu 

şəkildə  pozulması  misal  ola  bilər.Məsələn,  ermənilərin  Dağlıq  Qarabağ  haqqında  dünya  ölkələri 

içərisində  söylədiyi  fikirlər  qeyri-mədəni  nitq  hesab  olunmalıdır.  Çünki  onlar  doğru  olan  fikri  –

Qarabağın Azərbaycana məxsus olmasını dəyişdirməyə çalışır, əllərinin hər yerdən üzüldüyünü görüb 

uydurma,yalançı fikirlərə əl atırlar, bu da fikrin şüurlu şəkildə pozulması deməkdir. Lakin Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  bunu  müxtəlif  konfranslarda  öz  doğru  fikirləri  ilə  sübut 

etmiş, məntiqli, sənədli-sübutlu faktları dəfələrlə ortaya çıxartmışdır. Bu da Prezidentimizin nitqinin 

aliliyini sübut edir. 

Bəzi  nitqlər  vardır  ki,onlar  unudulmur  və  nəsildən-nəslə  keçir. Məsələn,  İsgəndərdən soruşurlar 

ki,”Atanı  çox  sevirsən,  yoxsa  müəllimini?  Dedi:Müəllimi.Atam  məni  fani  dünyaya 

gətirmişdir,müəllimim  isə  mənə  əbədiyyət  bəxş  etmişdir.(N.Tusi).  Eradan  əvvəl  yaşamış  sərkərdə 

İsgərdərin nitqi bu günümüzə qədər gəlib çatmışdır. Deməli,nitq ən gözəl mirasdır.  




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə